Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə43/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

Bu xarakteristikaların köməyilə layihə rəhbərləri özü- özlərini 
qiymətləndirə bilər. Bu qiymət müstəqil ekspertin qiyməti kimi də 
qəbul oluna bilər. 
4.4.2.
 
Layihə menecerinin etik kodeksi 
Layihə  meneceri  öz  şərəfli  vəzifəsini  yerinə  yetirməklə 
iqtisadiyyatm  inkişafında  böyük  rol  oynayır.  Bu  səbəbdən  layihə 
meneceri öz işini peşəkar səviyyədə qurmalı, bütün etik normalara 
riayət  etməli  və  komandanm  üzvlərinin,  tərəfdaşlarının, 
podradçılarm, sifarişçinin etimadmı qazanmalıdır [11]. 
/. 
Peşəkar layihə meneceri yüksək standartların tələblərinə 
cavab verməli və fəaliyyəti üzrə: 
 öz hərəkətlərinə cavab verməlidir; 

 
müvafiq  təhsilə,  təcrübəyə  və  ya  peşəkarlıq 
səviyyəsinə malik olduğu halda layihələri idarəetməyi 
və  müəyyən  məsuliyyəti  öz  üzərinə  götürməyi 
bacarmalıdır; 

 
peşəkar  işgüzarlığım  həmişə  yüksək  səviyyədə 
saxlamaq  və  ixtisasartırmanın  və  peşəkar  sertifikat 
almağın əhəmiyyətini dərk etməlidir

 
öz  peşəsinin  qədrini  bilməli  və  onun  nüfuzunu 
saxlamalıdu*; 

 
təcrübə  mübadiləsində  aktiv  iştirak  etməli  və  digər 
həmkarlanm bu işə cəlb etməlidir

 
ölkənin qanunlarma riayət etməlidir

 
bu  Kodeksə  uyğım  olaraq  öz  fəaliyyətini  həyata 
keçirməlidir  və  öz  həmkarlanm  bu  kimi  işlərdə 
mükafatlandırmalıdır. 
175
 


2. 
Layihələrin idarə edilməsi prosesində peşəkar menecer: 

 
maksimum  səmərəliyi  təmin  etməli  və  xərcləri 
minimumlaşdırmalıdır; 

 
ayrılmış 
büdcə 
və 
müəyyənləşmiş 
müddət 
çərçivəsində  layihəni  keyfiyyətli  və  peşəkar  şəkildə 
yerinə  yetirmək  üçün  layihələrin  idarə  edilməsi 
metodlan və vasitələrinin tətbiq etməlidir; 

 
komanda  üzvlərini,  əməkdaşlan  və  həmkarları  dini, 
cinsi, 
yaş 
və 
sosial 
əlamətlərinə 
görə 
fərqləndirməməlidir; 

 
komanda  üzvlərini  zərərli  fiziki  və  psixioloji 
təsirlərdən qorumalıdır; 

 
komanda  üzvlərini  normal  iş  şəraiti  ilə  təmin 
etməlidir; 

 
öz  ünvanına  tənqidi  konstruktiv  qəbul  etməli  və 
başqalarının hərəkətlərinə tənqidi yanaşmalıdır; 

 
komanda üzvlərinə, əməkdaşlanna və həmkarla- nna 
peşəkarlıq  səviyyəsinin  inkişaf  etdirilməsin-  do 
kömək etməlidir. 
5.
 
Layihələrin idarə edilməsi sahəsində peşəkar menecer 
layihə sahibinə və sifarişçiyə münasibətdə: 

 
peşəkar  və  işgüzar  şəraitdə  onlann  maraqlarını 
vicdanla təmsil etməli; 

 
layihənin  bütün  mt^sələləri  üzrə  məlumatların 
kvimmersiya  sirri  olduğunu  nəzərə  alaraq  onların 
məxfiliyini təmin etməli; 

 
sifarişçilərin,  sahibkarların,  peşəkar  mütəxəssislərin 
və  ictimai  təşkilatlann  maraqlarının  kəsişdiyini  və 
münaqişə mənbəyinə çeviriləcəyini əv- 
176
 



V. 
vəlcədən hiss etməli və onlan məlumatlandırmalıdır; 

 
hər hansı  bir hədiyyənin alınmasına, rüşvətə, əmək 
haqqmdan əlavə ödəmələr yol verməməlidir; 

 
layihənin  keyfiyyəti,  büdcəsi  və  müddəti  haqqında 
obyektiv və real hesabat verməlidir. 
4.
 
Layihələrin idarə edilməsi sahəsində peşəkar menecer 
cəmiyyətə münasibətdə: 

 
ictimai  təhlükəsizliyi,  sağlamlığın  qorunmasını 
təmin etməli, ümumi maraqlara toxunan xoşagəlməz 
və qanunsuz hərəkətlərə qarşı açıq çıxış etməlidir; 

 
Layihələrin  idarə  edilməsi  sahəsində  əldə  olunan 
müvəffəqiyyətlərdə  “Layihə  menecerinin”  rolunu 
qiymətləndirməli və ictimaiyyətə çatdırmalıdır. 
177 


 
Layihələrdə 
münaqişələrin 
idarə edilməsi 
GİRİŞ 
Layihələrin  idarə  edilməsi  prosesində  münaqişə  hallan 
labüddür. 
Layihəni 
yerinə 
yetirmək 
üçün 
strukturlar 
müəyyənləşdirilir, daxili və xarici əlaqələr qurulur, iştirakçılar təyin 
edilir,  vəzifələr  bölüşdürülür  və  ehtiyatlar  mənimsənilməyə 
başlanılır. Sadalanan bu proseslərin hər birində münaqişə elementi 
mövcuddur.  Bu  münaqişələr  şəxsi  münasibətlərdən  başlayaraq 
təşkilatlararası münasibətlərə qədər böyüyə bilər. Bu zaman layihə 
rəhbəri  münaqişələrin  idarə  edilməsi  modellərini  tətbiq  etməklə 
layihənin dayanıqlığına təsir edən bu kimi  halları aradan  götürür. 
Beləliklə,  layihə  meneceri  münaqişələr  menecerinə  çevrilir.  Bu 
fəsil belə hallarm izahatı ilə bağlıdır. 
Bu  fəsil  beş  paraqrafdan  təşkil  olunmuşdur.  Layihələrin 
idarə  edilməsində  yaranmış  münaqişələrin  növləri,  layihə 
rəhbərinin 
münaqişələrdə 
rolu, 
münaqişələrin 
nəticələri, 
münaqişənin  digər  işlərə  təsiri  və  onun  idarə  edilməsi  modelləri 
kimi mövzular bu fəsildə öz əksini tapmışdır. 
178 


5.1.
 
MÜNAQİŞƏLƏRDƏ LAYİHƏ 
RƏHBƏRİNİN ROLU 
Layihə  rəhbəri  adətən  münaqişələrin  həll  edilməsi  üzrə 
menecer  sayılır.  O,  vaxtmın  çox  hissəsini  münaqişələrə  həsr  edir. 
Nadir  hallarda  layihə  rəhbəri  şəxsən  bu  və  ya  digər  qəran  dərhal 
qəbul  etməklə  münaqişəni  həll  edə  bilir.  Əksər  hallarda  layihə 
rəhbəri  qərann  qəbul  edilməməsinə  tələsməməlidir.  O,  münaqişə 
yaranan  tərəfləri  və  müvafiq  vəziyyəti  ö)Tənməli,  sonra  isə 
tərəflərdən  birini  müdafiə  etməli  və  ya  layihənin  nəticəsinə  təsir 
göstərmək üçün əlavə məlumat əldə etməlidir. Rəhbər bu vəziyyətdə 
öz bilik və bacanqdan istifadə etməlidir. Burada çox nadir ustalıq - 
heç  də  hammın  malik  olmadığı  şəxsi  davranış  ustalığı  tələb  edilir. 
Münaqişələrin  yaranma  səbəblərini  dərk  etmək,  hakimiyyət 
metodlarmdan  istifadə  etmək  layihə  rəhbərinə  münaqişəli 
vəziyyətində işləmək üçün çox vacibdir. 
Sənayedə  münaqişə  ilə  bağlı  klassik  yanaşmanın  mahiyyəti 
ondadır ki, münaqişə yaranmamalıdu*. Məsələn, Teylor bəyan edirdi 
ki, onun təliminin nəticələri tətbiq olunsa idi, münaqişələr birdəfəlik 
aradan  qalxardı.  Meyo  təşkilatlarda  münaqişələrin  mövcudluğunu 
etiraf etsə də, hesab edirdi ki, onlar sosial planda dağıdıcı xarakterə 
malikdir;  menecerlər  özlərində  müvafiq  sosial  vərdişləri  aşılaya 
bilsələr,  münaqişələri  aradan  qaldıra  bilərlər,  bu  mənada  işdə 
harmoniya və əməkdaşlıq şəraiti hökm sürərdi. 
Yaxm  zamanlarda  etiraf  edildi  ki,  münaqişəli  vəziyyətin 
müvafiq  dərəcəsi  sosial  münasibətlərdə  qaçılmazdır.  Menecerlər 
deyək ki, bu sadalanan şəxslərdən bəzilərinin tələblərini ödəməklə, 
digərləri ilə münaqişəyə girə bilərlər. 
179 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə