Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə53/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

məyin  heç  bir  əhəmiyyət  daşımadığını  dərk  edirsə,  onu  necə 
kifayətlənmiş və ya təmin edilmiş şəxs hesab etmək olar? Ona görə 
də, işçi bu yolun düzgün olmadığını dərk etsə də, onun üçün cızılmış 
yolla  addımlayacaqdır.  Menecerin  fəaliyyəti  nəticəsində  keyfiyyət 
səviyyəsi aşağı düşürsə və nəticədə işçilər pərt olursa,  0, öz işi ilə 
necə  fəxr  edə  bilər?  Menecer  işçilərin  mənəvi  durumunu,  onlann 
istehsal gücünü artırmaq üçün hər hansı dəstəyə malik deyildirsə, o, 
bunun  nəyi  ilə  fəxr  etməlidir?  Bu  vəziyyətdə  işçilərin  attestasiya 
edilməsinin səbəbi nədir? Yəqin ki, cavab hamıya bəllidir. 
13.
 
Təhsilə meylliyi qiymətləndirin 
Bütün  işçilər  üçün  təhsil  və  ixtisasartırma  proqramlarmı 
tətbiq  edm.  Təşkilata  təkcə  adi  insanlar  yox,  təhsilə  meylli  və 
maariflənmiş işçilər lazımdır. Şirkətin rəqabətə dözümlülüyünü və 
bu yolda uğur qazanmasını şərtləndirən başlıca faktor bilikdir. 
Əlbəttə, işin yerinə yetirilməsi kontekstində iş metodlarının 
öyrədilməsi indiki zamanda böyük əhəmiyyət  kəsb edir. Təhsil en 
böyük sərmayədir. İndi dünyada hər şey bir göz qırpımında dəyişir. 
Təbii  ki,  dəyişiklik  xatirinə  dəyişiklik  etməyin  elə  bir  mənası 
yoxdur.  Ancaq  dəyişikliklərin  edilməsi  lüzumunu  və  onlann 
gətirəcəyi potensial gəlir haqqında hər hansı təsəvvür olmalıdır. Əks 
halda  sual  ortaya  çıxır:  Gəlirlərdən  necə  istifadə  edə  bilərik  ki, 
səmərəli işə nail olaq? Dəyişiklik aparmadan təkmilləşdirməyə necə 
nail  olmaq  olar?  Hər  hansı  bir  dəyişiklik  biliksiz  və  təhsilsiz 
mövcuddurmu? 
14.
 
Keyfiyyətin artıniması və rəhbərə inam 
Rəhbərliyin  keyfiyyəti  və  məhsuldarlığı  daima  artırmaq 
niyyətində olduğu barədə aydın təsəvvürə malik olun. Əmin 
212
 


olun  ki,  rəhbərlik  yuxanda  sadalanan  bütün  prinsipləri  həyata 
keçirməyə  hazırdır.  Bundan  başqa,  rəhbərliyin  keyfiyyət  və 
məhsuldarlıqla bağlı bəyanatlan nə qədər səmimi olsa da, o, həm de 
bilməlidir  ki,  bəyan  etdiyi  prinsiplərin  mahiyyəti  nədən  ibarətdir, 
yeni o, konkret şəkildə nə etməlidir? Yuxanda nəzərdən keçirilən 13 
prinsipin icrasına təkan vermək üçün rəhbərliyin nəzdində müvafiq 
çevik  struktur  yaradm  və  məqsədə  çatmaq  üçün  daim  fəaliyyətdə 
olun. Yardıma göz dikməyin, konkret iş görmək lazımdır. 
Haqqında  danışdığımız  bütün  bu  söhbeti  elə  bu  bənddə  de 
tamamlamaq  olar.  Yuxandakı  prinsiplərin  mahiyyəti  dərk 
edilməyince, həm  də bu istiqamətdə rəhbərlik tərəfindən irəliləyiş 
olmaymca ən yaxşı halda müvəqqəti nailiyyətlər əldə olunacaqdır. 
Rəhbərlik müəssisəyə başçılıq etməli və bütün təşkilatı keyfiyyətin 
artıniması istiqamətində öz arxasınca aparmalıdu:. 
Aşağıdakı  misallar  üzrə  layihələrdə  keyfiyyətin  idarə 
edilməsi sisteminin strukturunu və elementlərini nəzərdən keçirək: 
Layihənin ümumi məqsədləri: 

 
Üç il ərzində gəlirin ikiqat artıniması. 

 
Gələn ildə satış miqdannı 20% artırmaq. 

 
Beş ildən sonra bazarda liderlik etmək. 

 
Bazann lideri olmaq. 
Keyfiyyət sahəsində məqsədlər: 

 
Beş ildən sonra keyfiyyət sahəsində bazarda lider 
olmaq. 
2i3 



 
üç il ardıcıl olaraq qüsurların 50% aşağı salınması. 

 
Üç il ərzində aşağı keyfiyyətə çəkilən xərci 5% 
azaltmaq. 

 
Üç ildən sonra İSO 9001 üzrə sertifikat almaq. 
6.2.
 
KEYFİYYƏT SAHƏSİNDƏ APARILAN 
SİYASƏT 
Şirkətin  keyfiyyət  sahəsində  əsas  işi  yüksək  səviyyəli 
menecment tərəfindən hazırlanmalıdır. Bu siyasət hansı keyfiyyət 
səviyyəsinə necə çatmağın yollarını göstərməlidir. 
Təşkilatın  yüksək  səviyyəli  rəhbərliyin  rəsmi  şəkildə 
ifadə  etdiyi  keyfiyyətlə  bağh  olaraq  ümumi  niyyəti  və 
istiqamətləri 
Layihədə keyfiyyət sahəsində yürüdülən siyasəti 
müəyyənləşdirərkən aşağıdakı məsələlər izah tələb edir: 
Məhsulun/xidmətin keyfiyyət səviyyəsi:
 
Layihə komandası 
keyfiyyət məsələlərində liderliyə can atırmı? 
İstehsal olunan məhsula görə məsuliyyət:
 
Layihə komandası 
məhsulun təhlükəsizliyi və ya etibarlılığına təminat verirmi? 
İstehlakçılarla qarşılıqlı münasibətlər:
 
İstehlakçının ehtiyaclan 
təhlil edilirmi və istehlakçı iddia irəli sürdükdə ona hansı kömək 
göstərilir? 
Tədarükçülərlə  əlaqələr:
 
Tədarükçülər  layihə  komandasınm 
müvafiq bölmələrindən lazımi köməyi alırmı, yaxud onlar müstəqil 
şəkildə işləyirmi? 
İşçi heyəti ilə əlaqələr:
 
Layihədə irəli sürülən məsələlər üzrə tədris 
və ixtisasartırma planlaşdınlıbmı? 
214 


6.2.1.
 
Keyfiyyət siyasətinin irəli sürdüyü tələblər 
Keyfiyyət 
sahəsində 
apanlan 
siyasət 
kommersiya 
ideyalarında öz əksini tapmalıdır. 
Şirkətin  biznes  işinin  əsasmda  kommersiya  ideyalan  durur. 
Bu,  biznesin  inkişafı  üçün  zəruri  olan  uzunmüddətli  məqsədlər  və 
strateji  xətlər  ola  bilər.  Əlbəttə,  keyfiyyət  sahəsində  irəli  sürülən 
siyasət kommersiya ideyalannm və onlarda əksini tapan məqsədlərin 
həyata keçirilməsinə xidmət etməlidir. 
Siyasət  uzunmüddətli  olmalıdır.  Keyfiyyət  siyasətinin 
müəyyən təsir göstərə bilməsi üçün uzunmüddətli perspektiv tələb 
edilir. Bu, o deməkdir ki, keyfiyyət siyasəti uzunmüddətli olmalıdır. 
Siyasət  hərtərəfli  olmalıdır.  Layihənin  praktiki  olaraq 
istənilən funksiyası məhsulun və ya xidmətin keyfiyyətinə bilavasitə 
təsir  göstərir.  Bu  o  deməkdir  ki,  keyfiyyət  siyasəti  bütün  bu 
funksiyalar üzrə başlıca prinsipləri əhatə etməlidir. 
Siyasət  böyük  əhəmiyyət  daşımalıdır.  Keyfiyyət  siyasətinin 
məzmunu  təşkilat  üçün  böyük  əhəmiyyət  daşımalıdır.  Bütün 
lazımsız təfərrüatlardan qaçmaq lazımdır. 
Siyasət sadə dildə ifadə olunmalıdır. Gözlənilən nəticəyə nail 
olmaq məqsədilə keyfiyyət sahəsindəki siyasət layihə üzrə işə cəlb 
edilən  istənilən  işçiyə  izah  olunmalıdır.  Bu  o  deməkdir  ki,  siyasət 
aydm dildə ifadə olunmalıdır. 
Siyasət  qısa  və  lakonik  şəkildə  ifadə  edilməlidir.  Mət-  nin 
böyük həcmdə olması  onu bildirir ki,  keyfiyyət  sahəsində apanlan 
siyasət haqqında heç kəs oxumayacaqdır. Siyasi xətt qısa və lakonik 
şəkildə ifadə olunsa, onu oxuyanlann sayı çox olar. 
Siyasət  ünvanlı  olmalıdır.  Keyfiyyət  sahəsində  yürüdülən 
siyasət  yüksək  səviyyədə  təmsil  olunan  hansı  menecerlərin  bu 
siyasətin daşıyıcısı olduğunu göstərməlidir. Bu siyasətdən 
215 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə