Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə57/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

Tətbiqetmə:  Tetbiqetmə  prosesində  sistemin  ötürülməsi, 
istifadəçilərin  hazırlanması  və  sistemin  smaq  rejimində  işləməsi 
nəzərdə tutulur. Adətən, tətbiqetmə prosesi üçün xüsusi plan tərtib 
edilir və bu plan sifarişçi ilə razılaşdınlır. Bu cür yanaşma layihənin 
tətbiqində risk ehtimalını azaldır. 
Dəstəkləmə  və  inkişaf:  Layihə  başa  çatdıqdan  sonra  onun 
dəstəklənməsi  layihənin  həcmindən  və  sifarişçinin  razı-  hğmdan 
asılıdır.  Layihənin  dəstəklənməsində  «təcili  yardım»  üsulundan 
başlayaraq «daimi işçi» üsuluna kimi müxtəlif digər üsullar tətbiq 
etmək olar. Layihənin gələcəkdə inkişaf etməsi üçün sifarişçi bütün 
sənədlər, təlimatlar və xidməti materiallar ilə təmin edilməlidir. 
Bu  fəsil  iki  əsas  paraqrafdan  ibarətdir.  Burada  layihələrin 
idarə  edilməsində  biliklər  modeli,  şlüz  texnologiyası  və  biliyin 
transfer  edilməsi  mexanizmi  açıqlanmışdır.  İkinci  paraqrafda 
layihələrin idarə edilməsinin metodologiyasınm konseptual modeli 
açıqlanmış və izahı verilmişdir. 
229 


7.1.
 
LAYİHƏLƏRDƏ BİLİKLƏRİN İDARƏ 
EDİLMƏSİ METODU VƏ MODELİ 
Son zamanlar layihələrin idarə edilməsi sahəsindəki in- 
kişaf aşağıdakı tendensiyalar ilə səciyyələnir - bir tərəfdən: 
biznes və texnologiyanın inkişaf layihələrinin qloballaşması 
ile, elektron cəmiyyətin yaradılması ile, metodolgiyanm qu- 
rulması prosesinin avtomatlaşdmlmış sisteminin inkişafı ilə, 
digər tərəfdən: yeni fəlsəfənin və biliklər sisteminin qurulması 
modelinin olmaması ilə səciyyələnir. Bildiyimizə görə mövc- 
ud olan biliklər modeli, məsələn, produksion, freym və s. layi- 
hələrin idarə edilməsi sahəsində biliklərin dəqiq şəkildə se- 
çilməsinə və çevik formalaşdırma sxeminə malik deyildir. Bu, 
ilk növbədə layihələrin çox mürəkkəb struktura və çoxşaxeli 
bilÜder bazasına malik olması ilə əlaqədardır. 
Layihələrin idarə edilməsi - məqsədə çatmaq üçün 
müxtəlif ehtiyatlardan istifadə etməklə minlərlə işlərin icrası- 
nın idarə edilməsi ilə bağıl olan məqsədyönlü bir sistemdir 
[7,8,9] (şəkil 7.1). 
Biliklərin  idarə 
edilməsi modeli 
İsçi heyətinin idarə edilməsi 
Riskin idarə edilməsi 
Dəyərin idarə edilməsi 
Müddətin idarə edilməsi 
Keyfiyyətin idarə edilməsi 
Predmet sahəsinin idarə edilməsi 
Şəkil 7.1. Biliklərin idarə edilməsi modeli 
230 


Layihələrin idarə edilməsi prosesində məqsədə çatmaq üçün 
müəyyən problemli vəziyyətlər yaranır. Bu problemlər vaxtın azlığı 
və ya keyfiyyətsiz işlər ilə bağlıdır. Adətən layihədə nəzərdə tutulan 
işlər dekompozisiya olunur və layihə bir neçə hissələrə bölünür. Bu 
bölünmənin  əsas  səbəbi  layihə  komandasının  məhdud  idarəetmə 
imkanlan ilə bağlıdır. Bunu onunla izah etmək olar ki, idarə edilən 
parametrlərin sayı  ar- tıqca layihənin menecerlər komandasınin işi 
mürəkkəbləşir  və  layihə  idarəetmə  obyekti  kimi  öz  xüsusiyyətini 
itirir.  Layihənin  ölçüləri  və  idarəetmə  parametrlərinin  sayı  artıqca 
layihə  komandası  irimiqyaslı  layihənin  kiçik  bir  hissəsinə  nəzarət 
etmiş olur. 
Biliklər  sisteminin  inkişaf  etdirilməsi  üzrə  təşəbbüskar 
layihələrin  idarə  edilməsi  elminə  yaxın  olan  bir  sıra  elmlər,  o 
cümlədən, informasiya texnologiyalan, qərar qəbuletmə nəzəriyyəsi, 
sistemli yanaşma və təhlil, əməliyyatlar tədqiqatı və süni intellektlər 
kimi elmlər hesab olunurlar. 
Layihələrin  idarə  edilməsi  kontekstində  biliklər  bazasının 
modelinin  qurulmasın  zamanı  əsas  üç  komponenti  qeyd  etmək 
lazımdır (şəkil 7.2): 
1.
 
Layihənin məqsədi və onun biliklər bazasında təsviri; 
2.
 
Layihəni xarakterizə edən biliklər bazası; 
3.
 
Layihələrin idarə edilməsi metodolgiyası; 
231 


 
Şəkil 7.2. Layihələrin idarə edilməsi 
Bu  üçn  komponent  -  məqsəd,  bilik  və  metodologiya 
layihələrin idarə edilməsinin ümumi modelini yaradır. 
Layihələrin  idarə  edilməsi  metodologiyası  dedikdə  me- 
todlann, modellərin və layihə haqqmda yeni məlumatların bir yerdə 
cemləşməsi  nəzərdə  tutulur.  Metodlar  ile  layihə  haqqında 
məlumatlar  birliyinin  əsasında  müvafiq  biliklər  bazası 
formalaşdırır. 
Hər  hansı  konkret  bir  layihədə  bir  neçə  biliklər  modeli 
istifadə  olunur  (şəkil  7.3).  Hər  bir  layihə  özünəməxsus  pred-  met 
sahəsinə və ətraf mühitinə malikdirlər. Layihənin predmet sahəsi öz 
biliklər  modelini,  ətraf  mühit  isə  konkret  layihə  ilə  bağlı  xüsusi 
biliklər  modelini  yaradır.  Modellərdə  strukturlar,  qaydalar, 
normalar,  qanunlar  və  s.  bu  predmet  sahəsinə  aid  olan  digər 
məlumatlar öz əksini tapır. Ümumiləşdirilmiş biliklər modeli isə bir 
neçə biliklər modeli və metodologiyası əsasında yaranır. 
232 


 
Şəkil 7.3. Layihələrin idarə edilməsində biliklər bazası 
Eyni  zamanda  layihələrin  idarə  edilməsinin  yeni  tələbləri 
məlumatlarm  birləşməsi  (inteqrasiyası)  ilə  bağlıdır.  Bu  səbəbdən 
elə bir inteqrasiya aləti tələb olunur ki, nəinki müvafiq və eyni tipli 
layihələr  üçün,  hətta  müxtəlif  regionlara  məxsus  olan  layihələrdə 
ümumiləşdirilmiş  biliklər  bazasından  istifadə  etmək  imkanına 
malik olsun. 
Layihələrin  idarə  edilməsində  istifadə  olunan  avtomat- 
laşdınlmış  idarəetmə  vasitələri  Qərbdə  idarəetmə  mədəniyyətinin 
aynimaz  hissəsi  hesab  edilir.  Layihə  problemləri  üzrə  dünya 
təcrübəsinə əsasən qəbul edilmiş qərarlann çoxu hələ də tam gücü 
ilə  digər  layihələrə  transfer  oluna  bilmirlər.  Bunun  əsas  səbəbi 
ğransfer alətinin olmaması ilə bağlıdır,  yəni uğurlu layihələr üzrə 
biliklər şəbəkəsi fəaliyyət göstərmir. Bu 
233 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə