Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə60/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

Bundan başqa layihənin maketinin Ç, strukturunun a, süzgəcinin 9 
və sənədlərinin <]) formalaşması əməliyyatlan  yerinə  yetirilir, Bu 
əməliyyatlan  müasir  informasiya  texnologiyalan  əsasında  və  Sure 
Trak  və  P3E  Plan  kimi  proqram  təminatlarından  istifadə  etməklə 
həyata keçirmək olar. 
Layihələrin idarə edilməsi və istehsalın inkişafında krea- tiv 
texnologiyalar  və  qərar  qəbuletmə  metodlan  əsas  strategi  yer 
tuturlar.  Layihənin  diaqnostika  və  realizəetmə  prosesində  bu 
texnologiyalardan  istifadə  etməklə  təşkilatın  real  vəziyyətini  və 
dünya  təcrübəsini  nəzərə  alaraq  istehsalm  inkişafı  üzrə  səmərəli 
strateji  qərarlar  modeli  yaratmaq  olar.  Kreativ  texnologiyalar 
aşağıdakı  hallarda  istifadə  olunur:  idarəetmə  funksiyalarım  və 
strukturlanm  təkmilləşdirmək üçün kompleks diaqnostika zamanı; 
malij^e-iqtisadi  siyasətinin  təkmilləşdirilməsi  və  bunun  əsasında 
istehsalın  səmərəliliyinin  artı-  nlması  zamanı;  məhsullann  və  ya 
xidmətlərin  rəqabətədö-  zümlülüyü  və  əmək  məhsuldarlığınm 
artınlması zamanı. 
İdarəetmə 
metodlanna 
və 
kreativ 
texnologiyalara 
aşağıdakılar aiddir: 

 
açıq məkan texnologiyası (Open space); 

 
əqli hücum texnologiyası (Brainstorm); 

 
ən yaxşı təcrübələrdən istifadə etmək (Banchmar- king); 

 
ekspertlərin qarşılıqlı əlaqələri texnologiyası (Delphi 
Panel); 

 
biznes prosesinin reinjinirinqi (BPR-Business Process 
Reengineering); 

 
keyfiyyətin idarəetmə sistemi (TQM-Total Quality 
Management); 

 
dəyirmi masa (Round Table); 
242 



 
məhsulun bütün həyat dövründə xərclərin 
qiymətləndirilməsi (LCC-Life Cycle Costing); 

 
layihələrin idarə edilməsi (PM-Project Management); 
Kreativlik  -  təşkilatlarda  menecerlərin  dəstəklədiyi  zəif 
sahələrdə  yeni  fikirlərin  və qərarlarm  generasiyası  və onlann tətbiq 
edilməsi  deməkdir.  Bundan  başqa  istehsalm  inkişafmm  kreativliyi 
aşağıdakı faktorlarla təmin edilir: 

 
mühendis-texniki heyətin kompetensiyası; 

 
məhsulun rəqabətədözümlüyünü təmin etmək məqsədilə 
reinjinirinq işlərini yerinə yetirilməsi

 
reinjinirinq prosesinin məhsulu əsasında inkişaf 
layihəsinin menecerlər tərəfindən hazırlanması; 

 
məhsulun bazara çıxarılması üçün menecment və 
marketinq stratejiyasının hazırlanması; 

 
inkişaf prosesinin strateji komponenti olan keyfiyyət 
sisteminin həyata keçirilməsi. 
Hal  hazırda  əksər  müəssisələrdə  kreativlik  dərəcəsi  qərb 
ölkələrinin  müəssisələrindeki  kreativlik  dərəcəsindən  çox  aşağıdır. 
Dərəcənin  aşağı  olması  Benchmarking  prinsipindən  və  yerli 
intellektual potensiallardan istifadə olunmaması ilə bağlıdır. 
243 


 
■;:w 
i, ;; 
'’'% 
«»inaOT 
Mfm'f^:İ. 
Layihə  ofisi və onun 
təşkili 
GlRIS 
 
:' ' •s' /rP’ 
) 
Layihələrin  idarə  edilməsi  praktikası  gündən-günə  inkişaf 
etdiyinə görə onlann sistematik icra mexanizminə və metoduna da 
tələbat  artır.  Təşkilatlar  layihələr  əsasında  idarəetməni  tez  bir 
zamanda  mənimsədi  və  işçilərini  layihənin  idarə  edilməsi  üzrə 
xüsusi treninq kurslaruna göndərdilər, hətta onlar layihələrin idarə 
edilməsi  üzrə  tədris  proqramlar  da  işləyib  hazırladılar.  Təşkilatlar 
onlara məxsus olan layihələri idarəetmək məqsədilə layihə ofislərini 
yaratdılar. 
Layihə ofisi təşkilatda layihələrin idarə edilməsi üzrə xidmət 
göstərən  mütəxəssislərindən  təşkil  edilir.  Layihə  ofislərinin  vəzifə 
və  funksiyaları  təşkilatlara  görə  fərqlənirlər.  Layihə  ofisləri 
aşağıdakıları yerinə yetirir: 
Layihə  komandasının  dəstəklənməsi  Layihənin  idarə 
edilməsi  üzrə  işçi  heyəti  layihənin  tərtib  edilməsi,  hesabatın 
hazırlanması  və  paylanması,  proqram  təminatlı  əməliyyatların 
aparılması,  habelə  layihə  üzrə  inzibati  məsuliyyəti  öz  üzərinə 
götürməklə layihənin işini asanlaşdıra bilər. 
244 


Təşkilatı  layihələrin  idarə  edilməsi  metodları  üzrə  kon- 
saltinq  və  təlim  materialları  ilə  təmin  etmək,  Təşkilatlann 
əksəriyyəti işlərini layihələr əsasında qurduqlan üçün işçi heyətinin 
layihə  meneceri  ixtisası  üzrə  biliyinin  artınlmasma  və 
təkmilləşdirilməsinə ehtiyac duyurlar, bu səbəbdən onlar layihələrin 
səmərəli  şəkildə  həyata  keçirilməsi  üçün  daxili  ekspertləri 
məsləhətçi  kimi  işə  cəlb  edirlər.  Bu  məsləhətçilər  adətən  layihə 
ofislərində yerləşdirilir. 
Layihələrin 
idarə 
edilməsi 
metodologiyası 
və 
standartlarının  yaradılmasıL  Layihələrin  ardıcıl  şəkildə,  ümumi 
metodologiya  və  standartlar  əsasında  yerinə  yetirilməsi  üçün  bu 
metodologiya  və  standartlar  vaxtaşın  olaraq  təkmilləşdirilməlidir. 
Layihə  ofisi  elə  təşkil  olunmalıdır  ki,  onlar  bu  vəzifəni  həyata 
keçirməyi bacarsınlar. 
Təşkilatlarda  layihələrin  idarə  edilməsi  üzrə  treninqlərin 
keçirilməsi  Layihələrin  idarə  edilməsi  üzrə  tələb  olunan 
metodlannm  öz  işçiləri  tərəfindən  mənimsənilməsi  üçün  şərait 
yaradılmalıdır. Bunu üçün treninq materiallan və təlimatlan layihə 
ofisində hazurlana bilər. 
Təşkilatın  peşəkar  layihə  menecerlərilə  təmin  edilməsi 
Layihə ofisi təşkilatın layihələrini həyata keçirmək iqtidarmda olan 
peşəkar layihə menecerlərini öz ətrafma yığmalıdır. 
Təşkilatda  layihələr  adətən  intuitiv  yerinə  yetirildiyi  üçün 
burada  bacanq  və  vərdişlərin  inkişaf  etdirilməsinə  ehtiyac  qalmır. 
Bununla  belə,  təşkilat  bütün  gücünü  səfərbər  edərək  layihələrini 
həyata  keçirən  zaman  müəyyən  hallarda  uğur-  suğluğa  düçar  ola 
bilər  və  bunun  nəticəsində  təhlükəli  vəziyyət  yarana  bilər.  Bəzi 
layihələr üzərində işləyərkən layihə ofisinin yaradılması zəruriyyəti 
yaranır. 
Layihə  ofisinin  yaranamsı  təşkilatlarda  layihələrin  idarə 
edilməsi üzrə metod və vasitələrini inkişafına səbəb olur. 
245 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə