Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə68/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   64   65   66   67   68   69   70   71   72

xəssisleri aşağıdakı sahələr üzrə yüksək iş qabilİ3^etine malikdirlər: 

 
Ümumi idarəetmə - layihələr, o cümlədən layihənin həyat 
dövrü, 
dəyişikliklərin 
idarə 
edilməsi, 
təşkilati 
strukturlann qurulması və s.; 

 
Müddətlərin  idarə  edilməsi  -  Gantt  qrafikleri,  əsas 
qrafiklər, PERT-CPM qrafikləri və s.; 

 
Deyərin  idarə  edilməsi  -  xərcin  qijunətləndirilməsi, 
büdcənin  tərtib  edilməsi,  iqtisadi  prinsiplər,  maliyyə, 
mühasibatlıq, xərcə nəzarət və s.; 

 
İnsan  ehtiyatınm  idarə  edilməsi  -  motivasiya, 
münaqişələrin həlli və ehtiyatlann paylanması; 

 
Riskin idarə edilməsi - riskin müəyyənləşdirilməsi, onun 
tesirlirənin  aşkara  çıxanlması,  antirisk  tədbirlərinin 
işlənməsi; 

 
Keyfiyyətin  idarə  edilməsi  -  keyfiyyətə  təminat, 
keyfiyyətə 
nəzarət 
və 
sifarişçinin 
tələblərinin 
ödənilməsi; 

 
Müqavilələrin  idarə  edilməsi  -  müqavilə  bağlamağın 
prinsipləri, müqavilələrin tətbiqi və münaqişələrin həlli

 
Danışıqlar  və  görüşlərin  idarə  edilməsi  -  damşıqlarm 
apanlması, görüşlərin təşkil edilməsi, təchizata nəzarət

 
İnteqrasiya  menecmenti  -  məsələlərin  vaxtında,  büdcə 
daxilində, müvafiq  texniki  xüsusiyyətlərə uyğun  olaraq 
və sifarişçinin tələblərinə yüksək şəkildə cavab verməklə 
yuxandakı səkkiz xüsusiyyətlə əlaqələndirməsi. 
274 


Layihələrin  idarə  edilməsi  üzrə  mütəxəssislər  bu  sadalanan 
doqquz  sahə  üzrə  bilik  və  bacanqlarmı  təsdiq  etmək  üçün 
sertifikatlaşdırma  imtahanından  keçirlər.  Layihə  ofisləri  layihə 
menecerlərindən həmin sertifikatlaşdırma prosesindən keçməyi tələb 
edə bilərlər. 
Ümumiyyətlə,  layihə  rəhbərləri  layihə  ofisini  və  ko- 
mandasmı  yığarkən peşəkar layihə meneceri sertifikatmın olmasını 
tələb etməlidir. 
Layihə menecerinin şəraiti 
Hətta  en  eneıjili  və  bacanqlı  layihə  menecerləri  de  işin 
səmərəli  şəkildə  icra  edilməsi  üçün  tələb  olunan  minimum  şəraitlə 
təmin edilməsələr uğursuzluğa düçar ola bilərlər. Layihə ofisi layihə 
menecerlərini  öz  işlərini  icra  etmək  üçün  aydın  şəkildə 
müəyyənləşdirilmiş  proseslə  təmin  etməlidirlər.  Layihə  ofisi  eyni 
zamanda  onlan  lazımi  vasitələr,  həmçinin  kompüterlərlə  təchiz 
etməlidirlər. 
Bununla belə, layihə ofisləri yardım məqsədilə bir çox detallar 
üzrə  birbaşa  nəzarəti  həyata  keçirə  bilmir.  Onlar  sifarişin 
hazırlanması və mühasibat sistemlərinə nəzarət etmir. İndi mühasibat 
sistemini  nəzərdən  keçirək:  konkret  fəaliyyət  növünə  və  ya  layihə 
mühasibat  sisteminə  əsaslanmadan  xərcə  nəzarət  etmək  çətindir, 
bəlkə  də  mühasibat  sisteminə  malik  olmasına  baxmayaraq  bu  iş 
mümkünsüzdür. Layihə ofisi layihə üzrə işçi heyəti və onlann həmin 
işi  səmərəli  şəkildə  yerinə  yetirə  bilmələri  üçün  lazımi  avadanlıq, 
təkmilləşdirmə vasitələri və digər sistemlərlə təchiz etməlidir. 
Stinmltoşdınım 
Təcrübə  gösterir  ki,  hər  hansı  bir  aktivə  görə  tələbat 
yüksəkdirsə, həmin aktivin təchizatı məhduddursa, aktivin 
275 


qiyməti artır. Yaxşı layihə menecerlərinə tələbatm yüksək olması və 
onlarm təchizatınm nisbətən aşağı olması səbəbinə görə onlann cəlb 
edilməsi  üçün  tələb  edilən  məvaciblər  də  yüksəkdir.  Bu,  aşağı  və 
orta səviyyədən tutmuş yüksək səviyyəli layihə menecerlərə qədər 
bütün səviyyəli layihə menecerlərinin timsalmda real bir həqiqətdir, 
ABŞ  tədqiqatçılann  fikrinə  görə  1990-cı  illərin  sonunda  aşağı 
səviyyəli  layihə  menecerləri  ildə  45,000  ABŞ  dollarmdan  65.000 
ABŞ dollarına qədər qazanırdılar; orta səviyyəli layihə menecerləri 
ildə 
55.0
 
ABŞ  dollanndan  85.000  ABŞ  dollarma  qədər,  yüksək 
səviyyəli layihə menecerləri isə ildə 110.000 ABŞ dollanndan 
200.0
 
ABŞ dollarma qədər qazanırdılar [54]. 
Bu əmək haqlan müəyyən qədər yüksək görünə bilsə də, sabit 
iqtisadi şərait onlann dəqiq dəyərini əks etdirir. Aşağıdakı nümunəni 
nəzərdən  keçirək.  Nəhəng  inşaat  layihəsində  tədarük  vaxtmm 
«sürüşməsi» nəticəsində şirkət 300.000 ABŞ dollan itirir. Bu halda
qrafikdəki  mümkün  sürüşmələri  minimuma  endirmək  məqsədilə 
layihə menecerinə ildə 
175.0
 
ABŞ dolları məbləğinin ödənilməsi daha da əlverişlidir. 
276
 


,
 
^
 
8.6.
 LAYIHƏ OFISININ 
YARADILMASI 
—Layihə ofisinin yaradılması diqqət, ehtiyatlı hərəkət və 
çoxlu eneıji tələb edir. O, eyni zamanda siyasi həssaslıq tələb 
edir, çünki təşkilatm bir çox üzvləri buna müqavimət göstərir- 
lər. Layihə ofisinin yaradılması iki mərhələ üzrə həyata 
keçirilə bilər: 

 
layihə ofisinin ideologiyası; 

 
ofisin faktiki yaradılması. 
Layihə ofisinin ideologiyası 
Layihə  ofisinin  yaradılmasmm  əsas  məqsədi  və  onun 
ideologiyası heç də hamıya çatmır. Bir çoxlan düşünürlər ki, layihə 
ofisi, təşkilat üçün müəyyən vəsaitlərin boş yerə sərf olunması ilə 
nəticələnən lazımsız xərcdən başqa bir şey deyildir. Digər şəxslər 
bürokratik  dünyagörüşünə  əsaslanaraq  layihə  ofisinə  təşkilatm 
biznes fəaliyyətinin və göstəricilərinin aşağı salmmasma səbəb olan 
amillərdən biri kimi baxırlar. Digər şəxslərin bu ideyanı güclü bir 
vasitə kimi görməyinə baxmayaraq, başqalan bummia razılaşmır. 
Layihə ofisini yaratmaq istəyən şəxslər heç də az əhəmiyyət 
daşımayan  təzyiqlərə  dözməlidirlər.  İlk  növbədə  layihə  ofisinin 
yaradılması  zərurətini  və  ideologiyasmı  başa  salmaq  üçün  dəqiq 
addımlarm  atılması  son  dərəcə  vacibdir.  Bundan  başqa,  layihə 
ofisinin necə fəaliyyət göstərməsini dəqiq təsvir etməlidirlər. Onlar 
təşkilat  daxilində  dəstək  qazanmaq  istəyirlərsə,  bu  ofislə  əlaqədar 
ideologiyam tam açıqlamalıdırlar. 
Layihə  ofisi  ilə  bağlı  suallara  əvvəlcədən  hazır  olmaq  ilk 
şərtlərdən biridir. Bir çox şəxslərin şübhələrini aradan götürməzdən 
əwəl həmin suallara dəqiq cavab vermək böyük 
277 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə