Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə64/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

8.3.
 
İDARƏETMƏ STANDARTLARI 
METODLARI 
Layihə ofisləri, təşkilatın daxilində layihənin idarə edilməsi 
və ekspertizası kimi işlərlə yanaşı onlar layihələrin idarə edilməsi 
üzrə standart və metodlan hazırlayu*lar. Layihə idarəçiliyi metodu 
yaxşı  tətbiq  edilibsə, təşkilat  daxilində hər bir kəsin  xırda,  yaxud 
cüzi bir iş görməsi də həyati əhəmiyyət kəsb edir. Bu xırda iş layihə 
ofisi  tərəfindən  hazırlanmış  layihə  idarəçiliyi  standart  və 
metodlarmda iz qoyur. 
Layihə  üzrə  işçi  heyəti  nümunəvi  şəkildə  hazu'lannuş 
standart  və  metodlarla  onlarm  layihədən  layihəyə  sabit  xarakter 
daşıyan prinsiplərə əməl etməsini təmin edir. Standart və metodlar 
bir  çox  sahələrdə,  o  cümlədən  layihə  idarəçiliyi  pro-  sedurlannm 
yerinə  yetirilməsi,  sənədlərin  hazırlanması  və  müvafiq  kompüter 
proqram  sisteminin  müəyyənləşdirilməsi  sahəsində  inkişaf 
etdirilməli və hazırlanmalıdır. 
İcra mexanizmləri üzrə standartlar 
Layiliə  ofisi  qruplardan  və  bölmələrdən  müvafiq  məlumatı 
əldə  etmək  məqsədilə  sabit  layihə  idarəçiliyi  mexanizmini 
yaratmalıdır.  Bu  vəzifə  vaxt  tələb  edir  və  asan  deyildir,  ancaq 
deməliyik ki, belə sabit proseduralar olmadan layihə idarəçiliyi ilə 
bağlı  göstərilən  səylər  xaosdan  başqa  bir  şey  yarada  bilməz. 
Təşkilata  daha  səmərəli  işləməkdə  kömək  etməkdənsə,  zəif 
prosedurlu layihə idarəçiliyinin tətbiqi təşkilatı ağır vəziyyətə sala 
bilər. 
Sabit  layihə  idarəçiliyi  prosedurlanmn  inkişaf  etdirilməsi 
balanslaşdırma  aktını  nəzərdə  tutur.  Prosedurlar  layihələrin  necə 
həyata keçirilməsi üzrə zəruri məlumatı təmin etmək üçün kifayfet 
qədər aydın və təfərrüatlı olmalıdır, ancaq onlar 
258
 


yeni metodlann tətbiqi ilə bağlı maneəyə çevrilən bürokratik aparata 
çevrilməməlidir. 
Layihə  idarəçiliyi  prosedurlan  vaakumda,  yəni  boş  yerdə 
yaradıla  bilməz.  Prosedurlan  inkişaf  etdirən  şəxslər  daima  həmin 
layihələrin  icrası  ilə  məşğul  olan  mütəxəssislərlə  ünsiyyətdə 
olmalıdırlar.  Bu  şəxslərin  bir  qismi  barbaşa  layihə  komandalannda 
çalışırlar.  Digərləri  alış  və  istehlak  departa-  menti,  dizayn 
emalatxanası kimi funksional qruplarla əlaqəli ola bilərlər. Səmərəli 
proseduralann  inkişaf  etdirildiyi  və  həyata  keçirildiyi  halda  bütün 
əsas səhmdarlar bunlan qəbul etməli və onlar əsasmda işləməyə qadir 
olmalıdırlar. 
Layihə fəaliyyəti sahələri heç bir məhdudiyyət tanımır. Əsas 
layihə fəaliyyətləri sayıla bilən aşağıdakılan nəzərdən keçirək: 
Tenderin hazırlanması prosedurlan 
Layihə  əsasında  fəaliyyət  göstərən  təşkilatlarda  tenderin 
hazırlanması  bütün  cəhətlərə  görə  nümunəvi  şəkildə  işlənmiş 
prosedurlara  uyğun  olmalıdır.  Məsələn,  təklif  üzərində  işləyən 
menecerin  strategi  xəttinin  müəyyənləşdirilməsi,  təklifi  qeydə  alan 
qrupun seçilməsi, təklifin inkişaf qrafikinin yaradılması, bunun çap 
edilməsi və müvafiq idarəetmə təşkilatlanndan razılığın əldə edilməsi 
və s. 
Layihənin  uğum,  yaxud  uğursuzluğu  daha  çox  qaliblərin  və 
məğlub  olanlarm  müəyyənləşdirilməsindən  asılıdır.  Potensial 
qaliblərin  müəyyənləşdirilməsi  məqsədilə  layihənin  seçim 
prosedurları  sistematik  qurulmalıdır.  Layihə  ofisi  sonsuz  sayda 
mövcud  olan  layihənin  seçim  metodologiyalanndan  müvafiq  olanı 
seçilməlidir. Layihələrin seçilməsi emosional və siyasi 
259 


faktorlara yox, məhz həmin layihələrin dəyərinə əsaslanmalıdır. 
Layihə  ofisi  layihələr  üzrə  meydana  gələ  bilən  xoşagəlməz 
hallarm siyahısını tutmalı və onlarm nəticələrini təsvir etməlidirlər. 
Riskin  təsiri  ilə  bağlı  təhlilləri  asanlaşdırmaq  məqsədilə  bir  çox 
metodlar  işlənib  hazırlanmışdır.  Bımlarm  arasında  ssenarinin 
qurulmasından  tutmuş  Monte  Karlo  model-  ləşdirilməsinə  qədər 
olan  üsullan  misal  göstərmək  olar.  Layihə  ofisi  həm  də  risklərin 
meydana çıxması, riskin aradan qal- dınlması və riskin transferi kimi 
artıq  qərarlaşmış  metodlarına  diqqəti  cəmləyərək  müvafiq  yollar 
axtarmalıdırlar. 
SBnadİ9şdinn9j$tmdarllm 
Layihələrin  idarə  edilməsi  zamanı  bütün  hadisələr 
sənədləşdirilir.  Layihələrin  mənşəyi  adətən  kağız  üzərində  qeyd 
edilir,  bu  daha  çox  layihə  hazırlayan  qrupun  təkliflərə  olan 
münasibətindən irəli gəlir. Təklifin özü də sənəd deməkdir. Büdcə 
üzrə sifarişlər, ətraf mühit üzrə arayışlar, inkişaf haqqında hesabatlar 
və  digər  tələblər  layihə  yerinə  yetirilərkən  meydana  gələn  sənəd 
nümunələridir. 
Layihə  ofisi  adətən  hansı  sənədlərdən  istifadə  edilməsi, 
onlardan  nə  zaman  istifadə  edilməsi  və  onlann  necə  hazırlanması 
haqqında  təlimatlar  hazırlayır.  Bu  rolu  icra  etməklə  layihə  ofisi 
layihə  iştirakçılarının  öz  vəzifə  borclarını  vicdanla  yerinə 
yetirmələrinə  təminat  verərək  təşkilat  daxilində  ünsiyyəti 
gücləndirir.  Bir  qayda  olaraq  layihə  ofisinə  daxil  olan  işçilər 
məntiqə uyğun güzəşt zərurətinə qarşı davamlı proseslər üzrə 
260 


irəli  sürülən  təklifləri  balanslaşdırmalıdır.  Əsas  vəzifə  sənədlərin 
standarta uyğunlaşdınimasmı müəyyənləşdirməkdir. 
Mttddət üzrə-qrafUd^r 
Layihə təmayüllü təşkilatlarda işçilərin vaxt bölgüşü ilə bağlı 
qrafiklər  tərtib  etmək  üçün  xüsusi  mütəxəssislər  çalışırlar.  Nəzəri 
cəhətdən müddət üzrə qrafiklər işçilərin öz vaxtla- nnı necə və hansı 
işə  sərf  etmələrini  özündə  əks  etdirir.  Bəzi  hallarda  işçi  özünə 
məşğulluq  imicini  yaratmaq  məqsədilə  vaxtla  əlaqədar  hesabatını 
şişirdir. Bu halda müddət üzrə qra- fiklərdə müəyyən çatışmazlıqlar 
baş verir və bir çox səhvlər meydana çıxır. Bu ondan irəli gəlir ki, 
layihə  ofisində  həmin  işçilərə  öz  vaxtlarmı  necə  sərf  etmək  və 
bölüşdürmək barədə müvafiq təlimatlar verilməmişdir. 
Layihə  ofisləri  layihələrin  idarə  edilməsində  istifadə 
olunacaq  proqram  təminatları  üçün  standartlann  müəyyənləş- 
dirilməsində əsas rol oynayır. Təşkilatlar proqram təminatla- nndan 
səmərəli  istifadə  etmək  üçün  müəyyən  tədqiqat  işləri  aparırlar. 
Proqram təminatlan standartlanna göstərilən belə bir diqqət zəruri 
məsələlərdən  biridir.  Əvvəla  vahid  standart  sistemi  təşkilat 
daxilində  əlaqələri  möhkəmlədir.  Bir  şöbədə  işləyən  işçilər  digər 
şöbələrdə istifadə olunan proqramlardan alınan hesabatlan tezliklə 
dərk edirlər. 
Proqram təminatlan üzrə standartlann qəbul edilməsi layihə 
üzrə apanimış əməliyyatlar haqqında məlumatlar bazasının qomyub 
saxlanılmasına əsas verir. Onlar bu məlumatlardan istifadə edərək 
gələcək layihələr üzrə proseduralan sınaqdan keçirmək üçün malik 
olduqlan məlumatları zənginləşdirə bilərlər. 
261 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə