Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə69/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   64   65   66   67   68   69   70   71   72

əhəmiyyət kəsb edir. Aşağıda üç tipik suala nümunə göstərilmişdir: 

 
Layihə ofisinin bizim layihələrə gösterəcək müsbət təsir 
hansılardır? 

 
Layihə ofisinin yaradılması və işləməsi üçün nə qədər 
xərc tələb edilir? 

 
Layihə ofisi hansı müddət ərzində işçi heyətin fəaliyyət 
göstərməsini tələb edir? 
Layihə  ofisləri  hem  layihə  komandasmm  üzvləri,  həm  də 
sifarişçilər üçün böyük əhəmiyyət kəsb edir. Tam şəkildə fəaliyyət 
göstərən  layihə  ofisi  layihə  komandasmm  üzvləri  üçün  misilsiz 
yardım  mənbəyi  ola  bilər.  Layihə  ofisləri  komanda  üzvlərini 
mentorlar, məsləhətçilər və ani treninqlərlə təchiz edə bilər. Onlar 
layihələrin idarə edilməsi üzrə standartlarla təmin edir və komanda 
üzvlərini  müvafiq  idarəetmə  vasitələrini  tətbiq  edirlər.  Bundan 
əlavə,  onlar  yeni  layihələrdə  təkrar  istifadə  oluna  bilən  keçmiş 
layihələrin  idarə  edilməsi  ilə  bağlı  kitabxanaya  və  ya  biliklər 
bazasına malik ola bilərlər. 
Təcrübə gösterir ki, sifarişçilər layihə ofisi konsepsiyasının 
güclü  tərəfdarlandır.  Layihə  ofisinin  mövcudluğu  layihə 
komandasmm işinin nümunəvi şəkildə apanlmasma etiban ar- tınr. 
Layihə_Qfisinin yaradılmasına çəkilən xərc 
Layihə  ofisinin  yaradılması  və  fəaliyyət  göstərməsi  ucuz 
başa  gəlmir.  Bu  gün  layihələrin  idarə  edilməsi  keyfiyyəti  əsas 
məsələlərdən  biri  kimi  qarşıya  qoyulur.  Keyfiyyət  proqramlarının 
xərci hər hansı qənaətin yaradılması ilə müşayiət oluna 
278 


bilməz.  Bununla  belə,  təcrübə  göstərir  ki,  bir  çox  düzgün 
düşünülmüş  keyfiyyət  proqramlan  çox  tez  bir  zamanda  öz  xərcini 
ödəyir.  Belə  bir  sual  yaranır:  «Hər  hansı  təşkilat  mükəmməl 
keyfiyyət proqramı yaratmadan inkişaf edə bilermi?» 
Son zamanlarda apanlan tədqiqatlarda güman edilir ki, yalnız 
çox  az  layihələr  qarşıya  qoyulan  məqsədlərə  vaxtında,  büdcə 
daxilində və müvafiq göstərişlərə uyğun olaraq nail ola bilir. Yerinə 
yetirilən  layihələr  üzrə  standart  yanaşma  üsullan  gözlənilən 
nəticələrin heç də hamısını doğrultmadı. 
Layihə ofisinin yaradılması və işə salınması xərcləri güman 
edilən rəqəmlərlə müqayisədə daha az təəccüblü görünə bilər, çünki 
təşkilatların  əksəriyyətində  layihə  işinin  apaniması  xərcləri  bütün 
təşkilat  boyu bölüşdürülür.  Layihə ofisinin  saxlanma xərci  bu ofis 
olmadan layihə işlərinin apeınlması xərclərinə nisbətən az və ya ona 
bərabər ola bilər. Layihə ofisinin müvafiq komandalann öz işlərini 
düzgün  və  vaxtmda  həyata  keçirdiyi  mühiti  yarada  bilməsi  layihə 
üzrə xərclərin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaqdır. 
Layihə ofisinin faktiki yaradılması 
Layihə  ofisinin  yaradılmasına  icazə  verilərsə,  onda  diqqət 
ofisin  açılmasından  öncə  həll  edilməli  olan  məsələlərin  üzərinə 
yönəldilməlidir. Bu zaman aşağıdakı suallar meydana çıxır: 

 
Layihə ofisi hansı funksiyaları yerinə yetirməlidir? 

 
Ofis hansı işçilərdən təşkil olunacaq? 

 
Həm təşkilati, həm də fiziki baxımdan ofis harada 
yerləşəcək? 
279 


Layihə ofisləri ən müxtəlif fəaliyyət növlərini həyata keçirə 
bilərlər. Müasir səviyyədə onlar bir və  ya iki funksiyanı, məsələn 
layihələrin  idarə  edilməsi  üzrə  standartlarm  hazırlanması  və 
kompüterdə  qrafiklərin  qurulmasım  təmin  etmək  kimi  funksiyam 
yerinə yetirə bilər. Daha böyük planlar üzrə onlar məsləhət, mentor, 
treninq, standartlara əməl edilməsi və s. məsələlər üzrə tam xidmət 
sahələrinə  malik  olmalıdırlar.  Layihə  ofisi  yaradılarkən  həll 
edilməli  olan  ilkin  məsələlərdən  biri  onun  nə  etməli  olduğunu 
müəyyənləşdirməkdir. 
Layihə ofisi istənilən müvafiq yerdə fəaliyyət göstərə bilər. 
Bir çox maliyyə qurumlannda, məsələn bank və daşınmaz əmlakla 
məşğul  olan  şirkətlərdə  layihə  ofisləri  məlumat  sistemləri 
şöbələrinin nəzdində təsis edilir. Bımım böyük əhəmiyyəti vardır, 
çünki maliyyə təşkilatlan tərəfindən icra edilən layihələr işçi heyəti 
və təşkilatlarm elektron əlaqəyə girməsini tələb edir və həmin işin 
kökündə  adətən  informasiya  xidməti  şöbəsinin  özü  dayanır. 
Mühəndisliyə  əsaslanan  təşkilatlarda  layihə  ofisi  təşkilatın 
sənaye-mühəndislik  fəaliyyətləri  ilə  əlaqələndirilə  bilər.  Digər 
başqa vəziyyətlərdə layihə ofisi müqavilələrin bağlanması, satış və 
maliyyə  şöbələrində  müstəqil  funksional  vahid  kimi  nəzərdən 
keçirilə bilər. 
280 


İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
^4.  Project  Management  Body  of  Knowledge(PM  BOK),  Project 
Management Institute, Drexel Hili, Pennsylvania, 1987. 
2.
 
Воропаев В.И. Управление проектами в России / РА- УП 
СОВНЕТ. -М.,1995. - 225 с. 
3.
 
Бушуев  С.Д.,  Морозов  В.В.  Динамическое  лидерство  в 
управлении  проектами/  Украинская  ассоциация  )Ч1- 
равления проектами, - К.:, 1999. - 312 с. 
4.
 
ICB Competence Baseline, IPMA, 1999 - 11 Op. 
5.
 
Бабаев  И.A.  Интеллектуальная  система  управления 
проектом сложных технических средств. - Баку, АзИСУ, 
1998. 
6.
 
Бабаев  И.А.  Концептуальная  модель  методологии 
управления проектами и развития производства. - Баку, 
Азербайджан, 2001. 
7.
 
Бабаев  И.А.,  Бушуев  С.Д.,  Шлюзовая  модель  системы 
знаний в управлении проектами. - Одесса, Украина, 
2002
.
 
8.
 
Бабаев И.А., Бушуев С.Д., Методы фильтрации элементов 
знаний  в  управлении  инфраструктурных  проектами 
развития регионов. - Черкассы, Украина, 2002. с. 136-142 
9.
 
Babayev  I.A.  Methods  and  techniquers  of  using  knowledge 
base  in  regional  project  management.  News  of  Azerbaijan 
High technical educational institutions. Baki,2002, pp.65-72 
281 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə