Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə51/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

6.
 
Kadrlann hazirlanmasını və ixtisasartırmanı 
təcrübədən keçirin 
İşçilərin hər birinin imkanından lazımi şəkildə istifadə etmək 
kadrlann  hazırlanması  və  ixtisasartırması  ilə  bağlı  müasir 
metodlardan  istifadə  edin.  Avadanlıqlar,  texnologiyalar,  xidmət 
funksiyalan və metodlan baş verən dəyişikliklər ilə bağlı inkişafdan 
geri qalmamaq üçün yeni vasitələrin tətbiqini tələb edir. 
İşçi heyətinin, yaxud rəhbərliyin hansısa nümayəndəsinin öz 
işini  lazımi  şəkildə  yerinə  yetirməsi  üçün  hansı  keyfiyyətlər  tələb 
edilir?  Ola  bilsin  ki,  o,  öz  işinin  nədən  ibarət  olduğu  barədə 
təsəvvürə  malik  deyildir.  Təlim  iş  prosesinin  ay-  nlmaz  tərkib 
hissəsi olmalıdır. Təlimin nəticəsində yeni metodlar tətbiq edilir və 
müəyyən işlər həyata keçirilir. Ancaq bir çox dar dünya görüşünə 
malik menecerlər təlimə qeyri- məhsuldar investisiya kimi baxırlar 
və  nəticədə  meydana  çıxan  maliyyə  çətinlikləri  bu  menecerlərin 
istefası  ilə  nəticələnir.  Lakin  ümumi  xərclərlə  müqayisədə  işçinin 
hazırlıq  keçməsinin  qiyməti  onun  şirkətdə  işlədiyi  bütün  dövr 
ərzində sərf etdiyi əmək müqabilində elə bir böyük məbləğ deyildir, 
siz  bu  məbləği  həm  də  öz  iş  funksiyalanm  düzgün  şəkildə  yerinə 
yetirən  işçinin  gücü  və  eneıjisi  hesabına  qazanılan  ümumi  gəlirlə 
müqayisə  edin.  Müqayisə  apardıqdan  sonra  belə  bir  nəticəyə 
gələcəksiniz ki, daha böyük gəlirlər əldə etmək üçün məlız işçinin 
hazırlıq  səviyyəsinin  yüksəlməsinə  diqqət  yetirmək  daha  çox 
lazımdır. Həm də yadda saxlayın ki, təlim zamam işçi çox mürəkkəb 
vərdişlərə  yiyələnir,  bir  sözlə  işçilərin  hazırlıq  səviyyəsinin 
artıniması daha çox şirkətin mənafeyinə uyğun gəlir. 
206 


7.
 
Liderlik sistemini tətbiq edin 
İşçilərə işlərin ən ideal şəkildə yerinə yetirilməsində köməklik 
göstərmək məqsədilə bir iş metodu kimi liderlik təcrübəsini öyrənin 
və tətbiq edin. Bütün səviyyələri təmsil edən rəhbərlər adi rəqəmlərə 
görə  yox,  keyfiyyətə  görə  məsuliyyət  daşıyırlar.  Keyfiyyətin 
yaxşılaşdıniması  isə  avtomatik  şəkildə  istehsalm  artmasma  səbəb 
olur.  Rəhbərlər  və  inzibatçılar  meydana  gələn  qüsurlar,  yararsız 
halda olan avadanlıqlar, dəqiq olmayan iş təlimatlan və keyfiyyətin 
səviyyəsinə  mənfi  təsir  göstərən  digər  faktorlar  barədə  məlumat 
alandan dərhal sonra təxirəsalınmaz ölçülər götürməlidirlər. 
İnzibatçılar  və  ustalar  işlərinə  görə  məsuliyyət  daşıdıq-  lan 
şəxslərə  ciddi  şəkildə  nəzarət  edirlər  ki,  onlar  yaxşı  işləsinlər  və 
qarşısında qoyulan məsələni həll etsinlər. Lakin bunun özü də həmin 
istehsal sahəsində aşağı keyfiyyət standart- larmm mövcudluğımun 
bariz  əlamətidir.  İnzibatçılar  belə  olduqda,  özləri  də  mürəkkəb 
vəziyyətə düşəcəklər, hesab edəcəklər ki, aşağı səviyyəli keyfiyyətin 
səbəbi məhz «fəhlələrin işə münasibəti» ilə bağlıdır. Həmin çaşqm 
vəziyyət rəhbərlər üçün ilkin araşdırmalar zamanı ən böyük maneələr 
yaradır.  Onlar  sadəcə  təsəvvür  edə  bilmirlər  ki,  işçi  hansı  şəraitdə 
müəssisəyə  müntəzəm  olaraq  gəlir  gətirə  bilər.  Elə  bir  mühit 
yaratmaq  lazundır  ki,  işçilərin  görəcəkləri  işdə  marağı  olsun, 
menecerlər isə bu işdə onlann ən yaxşı yardımçısı olsunlar və bu iki 
faktor  təbiəti  etibarilə  biri  digərini  tamamlayır:  fəhlə  öz  işində 
maraqlıdırsa,  o,  bu  işi  keyfiyyətlə  icra  edəcək  və  müvafiq 
məsləhətləri asanlıqla qəbul edəcəkdir və onlar yaxşı iş imkanı əldə 
etdikləri  halda  maraqlan  da  artacaq  və  müvafiq  iş  prosesi 
arasıkəsilməz xarakter daşıyacaqdır. 
207 


8.
 
Qorxu hissi, təhdid vəziyyət yaratmayın 
İkitərəfli səmərəli əlaqələrin  yaranmasına diqqət  yetirin və 
hər  bir  işçini  maksimum  səmərəli  şəkildə,  şirkətin  xeyri  üçün 
çalışmasına nail olmaq məqsədilə təşkilatın daxilində qorxu, təhdid 
və düşmənçilik vəziyyətinin yaranmasına imkan verməyin. 
Rəhbərlik qarşısında qorxu hissi keçirən işçi onunla lazımi 
şəkildə əməkdaşlıq edə bilməyəcəkdir. Bu şəraitdə rəhbərlərin arzu 
etdiyi «rəhbər qarşısında həmişə başı aşağı» mənzərəsi alınacaqdır. 
Ancaq  bu  vəziyyət  heç  zaman  yaxşı  nəticələrə  gətirib 
çıxarmayacaqdır.  Həqiqi  əməkdaşlıq  daha  böyük  uğurlara  nail 
olmaq imkanı yaradır. Ancaq qarşılıqlı etibar, inam və hörmət hissi 
aşılanıb  möhkəmlənmədikcə,  bu  qarşıqlı  əlaqələr  normal 
sayılmayacaqdır.  Qorxu  hissi  ilə  yaşayan  işçilər  qorxduqları 
şəxslərin  diqqət  mərkəzindən  həmişə  kənarda  olmağa  cəhd 
göstərirlər.  Ancaq  «heç  kəsin  gözünə  görünməmək»  arzusu  ilə 
çalışan  bir  şəxsin  potensial  imkanla-  nndan  nə  gözləmək  olar? 
İşçilərlə  onlann  birbaşa  tabe  olduq-  lan  müdirlər  arasındakı 
maneələri  aradan  qaldırmaq  heç  də  az  əhəmiyyət  daşımır.  Qorxu 
hissi olna mühitdə rəhbərlik sadəcə reallıqla ünsiyyəti itirir. İşçilər 
rəhbərə  xoş  olan  melumatlar  verəcəkdir.  Bu  zaman  heç  də  könül 
açmayan  xəbərlər  və  məlümatlar  ya  yumşaldılacaq,  ya  da  ki, 
deyilməyəcəkdir.  Yaranmış  xoşagəlməz  vəziyyəti  düzəltmək 
məqsədilə  uydurmalara  əl  atılacaqdır.  Beləlüdə,  qorxu  təşkilatın 
inkişaf və təkmilleşdirilmə arzusunu məhv edəcəkdir. 
9.
 
Maneələri dəf edin 
Şöbələr,  xidmət  sahələri  və  bölmələr  arasındakı  maneələri 
götürün. Müxtəlif funksional bölmələri təmsil edən şəxs- 
208 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə