Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə57/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Aşıq gəzər Salsalı, 
Yar q
əddini sal salı, 
Canan canı nəzərdən, 
Əyər yaxşı salsalı. 
Aşıqlar müqəddəs tarixi-dini toponimləri, xüsusən həzrət Əlinin adı ilə birgə 
zikr olunan Xeyb
ər  qala  adını  dərdlərin dərmanı,  çətin  işlərin  açarı  kimi 
qiym
ətləndirirlər.  Çünki  onların  nəzərində  Şahi-Mərdan həzrət  Əli  orada  bütün 
d
ərdlərin qarşısında bir sipər kimi dayanmışdır: 
Alıya can birdi, dərd ara verməz, 
Malı beytül açar, dərd ara verməz. 
Yoxsa Şahi-Mərdan, dərd ara verməz, 
Saysız o Xeybərə yad əli dəysə. 
Bu son b
ənddə  toponimlər müəyyən  coğrafi  sərhədin  –  dağla  aranın  son 
nöqt
əsi kimi verilir. 
Heç şübhəsiz, aşıq poeziyasında işlənmiş xüsusi adların bir qismi tədricən 
arxaikl
əşmiş,  sıradan  çıxmışdır.  Kəndlərin  dağılması,  adların  dəyişdirilməsi ilə 
bağlı unudulmuş yer adları da vardır. Bunların hamısı toplu şəkildə toponimlərin 
öyr
ənilməsi işini zəruriləşdirir. Həm də arxaikləşən, işləklikdən düşən sözlər aşıq 
poe
ziyasında vaxtilə xalq arasında deyildiyi kimi, qorunub saxlanmışdır. Hətta bə-
z
ən öz adını yaşadan toponimin başqa bir qədim variantına da təsadüf edilir. Mə-
s
ələn: 
Durur nişanəsi Ağrı dağında, 
Nuhun qiyam
əti qaldı ki, qaldı. 
Nümun
ə göstərilmiş dil faktlarından aydın olur ki, aşıq poeziyasında digər 
onomastik vahidl
ərlə  yanaşı.  toponimlərdən də  geniş  istifadə  edilmişdir
Göz
əldərə, Başgözəldərə, Çayqılıclı, Keçili, Dəllər, Kəlbəcər, Bərdə, Gəncə, Şəki, 
Şirvan,  Dərbənd,  Bayazid,  Türkman,  Şirazlı,  Qaramanlı,  Dərələyəz,  Tufarqanlı, 
Alxatın, Bağdad, Ərəş, Savalan, Gürcüstan, Azərbaycan, Sarab, Urmu, Qaradağ, 
Naxçıvan,  Dəlidağ,  Şəmşəddin, Göyçə, Tovuz, Gülüstani-Rəm,  Misir,  İstanbul, 
Şam, Osmanlı, Hindistan, Firəngistan, İran, Turan, Hələb, Alosman, Çin, Kəbə, 
Xeyb
ər,  Salsal,  Sarıyer  və  s.  yer  adları  nə  qədər rəngarəng ölkə, vilayət,  şəhər, 
k
ənd adlarını  birləşdirir.  Bunlar  bizim el sənətkarlarının  gəzdikləri, gördükləri, 
eşitdikləri, öyrəndikləri, arzuladıqları  yer  adlarıdır.  Azərbaycan  ərazisi ilə  bağlı 
toponiml
ərin hər biri, əksəriyyət etibarilə, bir tayfa adını özündə yaşatmaqdadır və 
tarixi izl
əri qoruyub saxlayır. Bunlar həm də bədiilik faktı kimi müxtəlif üslubi 
m
əqamlarda müəyyən məqsədlərlə işlədilmişdir. 
Ağrı, Qaf, Bisütun, Mozə kimi dağ adlarının, Pitlis kimi yer adının aşıq poe-
zi
yasında qorunub saxlanması daha qədim izlərdən xəbər verir. Göründüyü kimi, 
aşıq poeziyasında toponimlər müxtəlif və rəngarəng olmaqla  yanaşı, həm də in-
ten
siv şəkildə tez-tez işlənmişdir. 
Bel
əliklə, Azərbaycan  aşıq  poeziyasının  qədimliyini, zənginliyini təsdiqlə-
 
133 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
y
ən dil vasitələri içərisində onomastik vahidlər xüsusi yer tutur. Onomastik vahid-
l
ər dedikdə bir-birindən fərqli müxtəlif leksik laylar nəzərdə tutulur. Toponimlər 
aşıq poeziyasında çox işlənən həmin leksik laylardan biridir. Bu leksik lay keçmi-
şi öyrənmək, qorumaq üçün çox şey deyir. 
Az
ərbaycan aşıq poeziyasının materialları üzrə axtarışlar, elmi müşahidələr 
göst
ərir ki, aşıqlar, el şairləri dövrün bütün əsas məsələlərinə öz münasibətlərini 
bil
dirmişlər. Onlar gəzmiş, görmüş, nəğmələr, mahnılar qoşmuşlar. Aşıqlar adətən 
g
əzəri həyat keçirmiş, vətənin bütün hüdudlarını qarış-qarış gəzmiş, doğma yur-
dumuzun göz
əl şəhərləri ilə, kəndləri, uca dağları, buz bulaqları, sərin yaylaqları, 

yük tarixi qalaları, əzəmətli, coşğun çayları, sənətkarlıqla tikilmiş körpüləri ilə 
f
əxr etmişlər. Həmin səbəbdən də Azərbaycanda və onun hüdudlarından kənarda 
bir çox toponiml
ər el nəğməkarlarının ilham mənbəyinə çevrilmişdir. Araşdırma-
da toponiml
ərin müqayisə, mübaliğə və təşbehlər üçün zəngin materiallara da to-
xu
nulmuşdur.  Ayrı-ayrı  aşıqların  seçmə  bəndlərindən verdiyimiz nümunələrə 
əsaslanıb  deyə  bilərik  ki,  aşıq  poeziyası  onomastik  leksikanın  zəngin yatağıdır. 
Us
tad aşıqlarımız el həyatının ensiklopedik təsvirini verərkən onun zəngin təbiəti-
n
ə, qədim yaşayış məntəqələrinə, dəniz, göl və çaylarına, tarlalarına, düzlərinə və 
yay
laqlarına biganə qala bilməzdilər. Bu səbəbdən də biz aşıq poeziyasında Azər-
bay
canın varlığı ilə bağlı xüsusi adların zəngin, çoxcəhətli qalereyası ilə üzləşirik. 
Yerl
ərimizin bir hissəsi düşmən tapdağı altında qalsa da, onların adları aşıq poezi-
ya
sında qorunub saxlanılır. Həmin adlar bizi yurdumuzun toxunulmazlığı uğrunda 
mübariz
əyə  səsləyərək vətənpərvərlik hisslərimizi  coşdurur,  doğma  torpağa  mə-
h
əbbətimizi artırır. 
Klassik söz ustası Aşıq Alının “Təbriz gözəli” gəraylısında Təbriz oykoni-
mi
nin adı çəkilir. Aşıq Alı bir çox ölkələri gəzməyi arzulayır: 
İstərsən gəzərəm İran, Turanı, 
Qürb
ət diyarlara yollanım Bəsti. 
Bu şeirdə bizə ən çox maraqlı olan Turan oykonimidir. Turan oykoniminin, 
da
ha doğrusu, bu onomastik vahidin etnooykonim olması türkologiyada artıq qə-
bul olun
muşdur. Bu söz qədim türk lüğətində Alturan, Turanlıq - Turanın sakinlə-
ri kimi qeyd olunmuşdur. 
 
134 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
S.V. 
ŞƏRİFOVA  
 
MONOLOJİ VƏ DİALOJİ NİTQDƏ MÜRƏKKƏB CÜMLƏLƏR 
 
Açar sözl
ər: M.F.Axundzadə, nitq, mətni mürəkkəb cümlə 
Ключевые слова: М.Ф.Ахундзаде, речь, контекстное сложное предложение 
Key words: M.F.Axundzadeh, speech, the text of the compound sentence 
 
Tabeli mür
əkkəb cümlələrin komponentləri arasındakı asılılıq, tabesiz mü-
r
əkkəb cümlələrin komponentləri arasındakı məna əlaqəsi vahid sintaktik struktu-
run formalaşmasında əsas rol oynayır. 
Bütöv bir kompleks
ə çevrilən mürəkkəb cümlələr yeri gələndə tam bir mətni 
t
əşkil edə bilir. M.F.Axundzadənin dram əsərlərinin dilində müşahidə olunan bəzi 
m
ətnlər  bu  baxımdan  maraq  doğurur.  Personajın  özünəməxsus  danışıq  tərzi ilə 
onun f
ərdi keyfiyyətlərini göstərməyə, xarakterini açmağa çalışan M.F.Axundzadə 
real şifahi nitqi – monoloji və dialoji nitqi yazıya gətirmişdir. 
“Hekay
əti - xırsi - quldurbasan” əsərindən bir parçaya nəzər salaq: 
Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın! 
Divanb
əyi. Necə təqsirlisən? Nə danışırsan? 
Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim. 
Divanb
əyi. Niyə? 
Bayram. Ondan ötrü ki, m
ənim sevgilimi istirdi əlimdən alsın. 
Divanb
əyi. Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib). 
Bayram. B
əli, budur, başına dönüm! 
Tarverdi.  Ağa,  başına  dönüm,  məni  yoldan  çıxartdılar.  Mən bir fəqir dinc 
adamam. M
ənə dedilər ki, qorxaqsan; mən də qorxumdan ki, mənə ürəksiz demə-
sinl
ər quldurluğa getdim. 
Divanb
əyi. Axmaq, sənə axmaq deyəndə nə olacaq idi ki, özünü xataya sal-
dın? 
Tarverdi. A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki, görürsən, mə-
nim 
əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki, əgər bir qoçaqlıq eləmə-
s
ən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad olmayacaq. Mən də yerdən oldum, 
qul
durluğa getdim, qəzadan köpək oğlunun ayısına rast gəldim. 
Semantik-sintaktik 
əlaqə baxımından Bayram→Divanbəyi dialoqunda tabeli 
mür
əkkəb cümlənin komponentlərinin parçalandığını görmək mümkündür. Divan-
b
əyinin dili ilə  verilmiş  sual  cümlələri  çıxarılarsa,  Bayramın  ifadə  etdiyi cümlə 
bel
ə alınar: “Ağa, təqsirli mənəm, Tarverdini mən öyrədib quldurluğa göndərdim, 
ondan ötrü ki, m
ənim sevgilimi istirdi əlimdən alsın”. Bu, qarışıq tipli mürəkkəb 
cüml
ədir. “Ağa, təqsirli mənəm” hissəsi baş cümlədir. Qalan hissə isə baş cümlə-
y
ə intonasiya ilə bağlanan səbəb budaq cümləsidir. Budaq cümlənin tərkibində üç 
 
135 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə