____________________Azərbaycan Milli Kitabxanası___________________
280
Əksinə, gözəl, əlamətdar dostluq tuntənəsi nümayiş etdirildi. Bakıdan
Təbrizə qastrola bir dəstə artist gəlmişdi. Sara Qədimova da onların
arasındaydı.
Təbrizdə teatr binasında konsert verilirdi. Kürd xanları tavus quşu qədər
rəngli libasda, belləri qəməli, silahlı lojalarda konserli dinləyirdilər.
Qurban Pirimovun müşayiətilə Sara Qədimova "Kürdün gozəli" mahnısını
oxuyanda kürdlər dayana bilmədi. Öz dillərində səhnəyə aferinlər yağdırdılar.
Daha soııra hamısı lojalardan çıxıb səhnəyə toplaşdılar.
Bir-birilərinin qurşağından yapışıb oxuya-oxuya yallı getdilər. Doğrudan da
çox maraqlı, görməli mənzərəydi. Salondan alqış sədaları uzaqlara əks edirdi.
Bu axşam hamının xatirində dərin izlər buraxdı. Səhəri bütün şəhər əhalisi
bu gözəl hadisədən danışırdı. Beləliklə, kürdlər haqqında gedən fitnəli şayiələrə
son verildi.
Opera teatrımız Təbrizdə müvəffəqiyyətlə çıxış edirdi. Orucluq ayı idi,
lojalarda oturanlar iftarını teatrda açırdı. Onlar üçün restoranlardan plov, kabab
və qeyri-ləziz xörəklər gətirilirdi. Onlar iftar aça-aça tamaşaya baxırdılar.
Bir tamaşa zamanı teatrın foyesində gödəkboylu bir adam yanaşdı. Məni bir
tərəfə çəkdi. Mən onu dərhal tanıyıb Cavadzadə yoldaş dedim. O: "Xeyr, mən
Pişəvəriyəm" deyə cavab verdi. Mən onu "Bakıda Qızıl Qələmlər İttifaqının
fəaliyyəti vaxtından tanıyırdım. O zaman o "Kəndli" qəzetinin redaktoru idi.
Onunla bir neçə dəfə görüşümüz də olmuşdu.
Pişəvəri məndən xahiş etdi ki, bizim məsul yoldaşlarla onu görüşdürüm.
"Zindandan təzə buraxılmışam. Məqsədim Təbrizdə "Tüdə"-ni yaratmaqdır.
Burada arzuma yetməsəm Tehrana getməliyəm".
Mən onun bu arzusunu bizim yoldaşlara çatdırdım. Yoldaşlarımız bu işə
laqeyd baxdılar. Mən Pişəvərini (Cavabzadəni) yaxşı tanıdığımı, bizim adam
olduğunu başa salmağa çalışırdım. Söhbətdən belə çıxdı ki, Təbrizdə olan
məsul işçi yoldaşlarımızın bu böyük şəxsiyyət haqqında heç bir məlumatları
yoxdur. Hətta bir nadan dedi ki, "Onu zindandan bilərək buraxıb üstümüzə
göndəriblər. Şübhəli adamdır. Bİz onunla görüşmək istəmirik".
____________________Azərbaycan Milli Kitabxanası___________________
281
Bunu söyləyən Cənubi Azərbaycanda xeyirxah fəaliyyət göstərmək əvəzinə
silah alverilə, qadınlara sataşmaqla və ciblərini doldurmaqla məşğul olan Ağa
Səlim Atakişiyev (Səlim Petroviç) idi. Nə isə. Pişəvəri belə qəbuldan çox pərt
oldu. Təbrizdə qalmayıb Tehrana getdi.
* * *
Yeri gylmişkən deyim ki, həmin Ağa Səlim Təbrizdə və onun ətraf
kəndlərindən silah yığmağı bir şübhəli adama tapşırmışdı. Həmin ailə vaxtilə
Bakıda bizim sabiq Spasskaya küçəsində yaşayırdı.
Bir gün Mirzə İbrahimov mənə dedi ki, məni bir fəhlə ailəsi evinə qonaq
çağırır. Gəl bərabər gedək. Zavallı vaxtilə Bakıda fəhləlik edirmiş. İndi də
bıırada ehtiyac içindədir. Gəl gedək, yoxsa könülləri qırılar...
Bərabər həmin ailəyə qonaq getdik. İçəri girən kimi diksindim. Mən kimi
görsəm yaxşıdır. Kor Əlini. Ağasəlim Atakişiyev üçün silah toplayan gəncin
atasını. Kor Əlini...
Onlar da məni görən kimi özlərini itirdilər. Kor Əli əlbəttə, tamamilə kor
deyildi. Bir gözünün qapağı yatıq idi. Bu Kor Əli Bakıda məşhur Qoçu
Ağakərimin qardaşı idi. Məhlə onların əlindən göz açmazdı. Adam oğurlamaq,
adam oldürmək onun əlində su içmək kimi bir şeydi. Bəli, bu evdə mənim
dəmirçi atamı, əmimi və anamı tanıdıqlarım və İrana gələndən sonra polis
tərəfindən soyulduqlarını bizə nəql etdilər.
Bu evdən çıxandan sonra Mirzə İbrahimova bu "fəhlə" Əli kişinin kim
olduğun açıb deyəndə mat qaldı. Atakişiyev və Kor Əli görünür ta Bakıdan çox
yaxşı tanışmışlar. Ağakişiyev biz ziyalıları yaman tərif edirdi. Amma əlaltdan
xeyirxah, azadixah adamlarla görüşümüzə mane olurdu. Bir dəfə mənim
maşınımda Səttarxanın qardaşını yanımıza gətirdib onunla söhbət etdik. Bu
münasibətlə Ağakişiyev bizə min cür siyasi ləkələr vurmağa çalışırdı. Nəhayət,
mən Ərdəbildə onun adamlarının qəbzlərini öz puluma dükanlardan geri alıb
Təbrizdə yığıncağimızda müzakirəyə qoydurdum. Onun adamları dükanlardan
şey alanda pul verməzdilar. Əvəzinə bir barmaq kağıza qol çəkib dükançıya
təqdim edərdilər. Bu hadisədən sonra Atakişiyev bizi bir qədər təqib etmədi.
____________________Azərbaycan Milli Kitabxanası___________________
282
* * *
Bir gün xəbər gəldi ki, Sərabın Dağ kəndlərinin birində sovet adamları xanı
və oğlunu öldürüb izini itiriblər. Əlbəttə, bu, düşmənlərin şayiəsi idi. O kənddə
bir nəfər də sovet adamı olmurdu. Qubernator bizim ştaba bu haqda etiraz
bildirdi. Həmin kəndə Həsən Şəhgəldiyevlə məni göndərdilər. Biz maşınla
Səraba gəldik. Sərabda olduğumuz zaman bəzi yoldaşlarımız otaqdan, yaxud
kənddən kənara çıxmırdılar. İdarə işiylə və dadlı yeməklər yeməklə
məşğuldular... Bir paramız isə həyatın içərisində olmağı istəyirdik. Bizə nə
tapşırıq verirdilərsə dərhal icrasına başlayırdıq. Bu dəfəkj səfərdə Sərabda bir
gün qalmalı olduq. Polis idarəsinə getdik. Dağ kəndinə onlarla birlikdə getməyi
lazım bildik. Polis rəisi bizə əmniyələr verməkdən imtina etdi.
Dedi ki: "Kəndlərdə əmniyələrimizi tutub silahlarını alırlar. Müqavimət
göstərdikdən öldürürlər də. Siz zamin olsanız birlikdə gedərik". Biz zamin
olduq ki, onların başından bir tük əskik olmayacaq. Atlara minməli olduq.
Mənə birxam at gətirdilər. Bəli, bu at bəlkə də minilməmişdi. Polis həyətinda at
məni az qalmışdı yerə çırpsın. Bu atı mənə bilərəkdən vermişdilər. Digər bir at
gətirdilər. Təəccüblü burasıdır ki, həmin ata nə əmniyə rəisi, nə də əmniyələr
mindi.
Üzü dağlara doğru hərəkət etdik. Atlarımızı sürətlə dağ yoluyla çapırdıq.
Şahgəldiyev atı bir ayaq, bir ayaq sürürdü. Çox yerdə onu gözləməli
olurduq... İrəlidəki yollar bizi dağlara doğru aparırdı. Gedəcəyimiz kəndə az
qalmışdı ki, əmniyə rəsi və əmniyələr atları qamçılayıb kəndə bizdan əvvəl
girməyə can atdılar. Mən da atı çapdım. Onlar atları kənddə bir daxma
qarşısında saxlayıb yerə endilər.
- Bu nə işdir, siz bizdən zaminlik istəyirdiniz. Necə olur ki, bizdən əvvəl
kəndə girməyə cürət edirsiniz dedim. Əmniyə rəisi dedi ki, bax bu ev
şurəvilərindir. Mən istədim ki, onları buradaca silahlı surətdə sizə göstərim.
Nə isə Şahgəldiyev də gəlib çıxdı. Otaqda bir neçə adam vardı. Bunlar
tudəçilərdəndi.
Xan və oğlu haqqında sorğu-suala başlandı. Hamı bir ağızdan dedi ki, Xan
və oğlu qaçmışdır. Onları öldürən olmamışdır.
Xanın malikanəsinə getməli olduq. Xanın evi qarət edilmişdi. Evin
müəyyən yeri yandırılmışdı, Bir manqalın dalından bir nəfər yuxulu
Dostları ilə paylaş: |