Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə68/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   64   65   66   67   68   69   70   71   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
271 
 
sənətkarlarını qarşılamağa vağzala əllərdə gül dəstələri bütün Təbriz getmişdi
desəm yanılmaram. 
Əziz  Əliyev kürdləri teatr artistləri tərəfindən verilən bir konsertə  dəvət 
etdi. Kürdlər lojalarda oturmuşdular. 
Paltarları, çalmaları rəngarəngdi. Bellərində qəmələri, silahları vardı. 
Konsertdə müğənnimiz Sara Qədimova "Kürdün gözəli" mahnısını 
oxumağa başlayan kimi kürdlər cəld salondan çıxdılar. Tamaşaçıları heyrət 
bürüdü. Kürdlər birdən səhnədə göründülər. Bir-birlərinin qurşağından yapışıb 
kürdcə oxuyaraq yallı getdilər. Salonu arasıkəsilməyən alqışlar bürüdü. Bu, 
təbrizlilər üçün, bızim üçün unudulmaz hadisə oldu. 
 
* * * 
 
Əziz  Əliyev həkim olduğundan Təbriz  əhalisinin vəziyyətini, ehtiyacını 
nəzərə alaraq Təbrizdə  əhaliyə  məccani xidməl göstərən xastəxana açdırdı. 
Bakıdan həkimlər çağırıldı. Xəstəxananın müdiri, baş həkimi çox gözəl insan, 
çox yaxşı  həkim Qədimov oldu. Tez bir zamanda Təbrizdə böyük hörmət və 
şöhrət qazandı. 
Əziz Əliyevin birtəşəbbüsü də alqışa layiqdir. Əziz, ucuz, eybəcər Amerika 
filmləri görmüş,  əhaliyə Azərfilmin çəkdiyi filmləri göstərməyi irəli sürdü. 
Bakıdan "Kəndlilər", "ismət" və digər filmlər gətirildi. 
Yadımdadır. Sərin bir payız axşamı Gülüstan bağında, açıq havada 
"Kəndlilər" filmi göstərildi. Hava getdikcə soyuyurdu. Lakin əhali yerdə oturub 
həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş  həyatından, xalqımızın 
mübarizəsindən danışan bu film gostərildikcə  təbrizlilər  əsərin qəhrəmanın 
şiddətli alqışlarla qarşılayırdılar. 
 
* * * 
 
Biz Təbrizə  gəldiyimiz vaxt məscidlərin qapıları  qıfıllı idi. Soruşduq
dedilər ki, Rza şah bağlatdırıbdır. Bizdən soruşdular ki, bu məsələyə siz necə 
baxırsınız. Cavab verdik ki, bu sizin öz daxili işinizdir. Bir də soruşdular ki, 
sizdə necə, məscidlər işləyirmi? 
Cavab verdik ki, bizdə dindarlara məscidə getməyi qadağan edən yoxdur. 
Məlum oldu ki, qadınlara çadra örtmək də yasaq imiş. Bir 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
272 
 
  
azdan məscidlər işə başladı. Maraqlanıb bir neçə məscidə getdik. Rövzəxanlar 
əvvəlcə Leninin ruhuna fatihə, Stalinə cansağlığı  və  Qızıl Orduya faşizm 
üzərində qələbə arzulayaraq öz dini işlərini davam etdirirdilər. 
Mən aşura günü Təbrizdə  qəribə bir hadisənin  şahidi oldum. Təbrizin 
mərkəzi küçəsində böyük bir izdiham göründü. Bunlar zəncir vuranlardan, 
başlarını yaranlardan, sinə vuranlardan ibarətdi. Təbriz ajanları bu izdihamın 
qarşısını kəsə bilmədi. Dəstənin qabağında bir adam ələmlər arasında Stalinin 
iksini aparırdı.  İzdihamdan bu sözlər yüksəlirdi: "Məhv olsun zalimlər, qəhr 
olsun cəlladlar. Yaşasın hürriyyət,  ədalət. Yaşasın  şurəvilər!" Ajanlar yoxa 
çıxdı... 
 
* * * 
 
...Bir zarafat daha... Hər axşam opera teatrımızın tamaşalarında olurduq. 
Həmin dostumuz deyirdi ki, "Koroğlu" operasında mənalı bir şey varsa, o da 
təlxəkdən ibarətdir. Təlxəksiz "Koroğlu" "Koroğlu" olmazdı. Təlxək səhnədə 
peyda olan kimi dostumuzun kefi kökəlirdi. Mən yoldaş Əziz Əliyevdən icazə 
alıb bir zarafat düzəltdim. Səhnə arxasına gedib güclə Hidayətzadəni 
hazırladım. Sonra gəlib sakit lojada oturdum. Bir azdan Hidayətzadə həyəcanlı 
gəlib Əziz Əliyevə müraciət etdi: yoldaş hərbi şura üzvü, xoşa gəlməz bir badi 
səbaş verib. 
- Nə olub ki? 

O olub ki, təlxək rolunu oymayan artist İsgəndərov bərk naxoşlayıb, 
bu gecə tamaşa təlxəksiz olacaq. 
- Çarəmiz nədir. Onsuz oynayın. 
Dostumuz qızarıb, bozarırdı. Əsəbi anlar keçirirdi. 
- Necə yəni onsuz oynayın? Təlxəksiz da "Koroğlu" olar. Durun gedək 
mehmanxanamıza nərdimizi oynayaq. Qoy bunlar da özleriyçün təlxəksiz 
oynasınlar. 
Əziz: - Getmək yaxşı düşməz. Tamaşaçılar bizi görüblər. Getsək 
haqqımızda nələr danışmazlar, - dedi. 
Hidayətzadə səhnəyə getdi. Dostumuz isə çox pərt, qanıqara lojada oturub 
heç səhnəyə tərəf baxmırdı. Tamaşa başlandı. Birdən "Nay, nay, nay, nay, nay" 
deyib dünbək çala-çala təlxək səhnədə göründü. 
Dostumuz ucadan "Adə, təlxək gəlib ki" deyə bağırdı. Salondakıların hamısı 
lojamıza tərəf baxdı... 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
273 
 
* *  * 
Bir axşam Təbriz qubernatoru bizi evinə qonaq çağırmışdı. Məclisdə on, on 
iki nəfər adam vardı. Sovet adamrarından məclisdə  Əziz  Əliyev, Mehbalı 
Əmiraslanov və  mən vardıq. Təbrizin cavan xanəndəsi başladı. Qəzəl 
oxunduqca qubernator hiddətlənirdi. "Bunu məclisdən kənar eləyin" kimi sözlər 
deyirdi. Lakin xanəndə qəzəlin sonunda  
 
Süleyman, qafil olma, yaxşi bax ətrafa şairsən  
Cinayət aşdı həddindən, haray sal ki, vətən yandi. 
 
sətirlərini oxuyan kimi Fəhimi də, digərləri də qəzəblərini süni təbəssümlə əvəz 
edərək məni alqışladılar, təriflədilər... 
 
* * * 
 
Mən Bakıya məzuniyyətə gəlməli idım. Əziz mənə dedi ki, sənə bir əmanət 
verəcəyəm, bizim ailəyə çatdırasan. 
Yola çıxan gün yanına getdim... Mənə əl boyda bir qutu verdi. Lakin başqa 
yoldaşlarımız düyü, kişmiş  və qeyri şeylər alıb göndərirdilər. Qutunun içində 
nə olduğunu bilmirdim. 
Bakıda  Əzizgilin evinə  gəldim. Həyat yoldaşı  məni hörmətlə qarşıladı. 
Məktubu və qutunu ona verdim. Qutunu açdılar.  İçində  qələm, karandaş, 
karandaş yonan, pero və məktəbli uşaqlara lazım olan şeylər vardı. 
Əzizın həyat yoldaşı Təbrizdəki həyatla, güzəranla maraqlandı. Mən ona o 
qədər lazımi  şeylərin olduğundan danışdım ki... Təbrizə qayıdanda ona 
ailəsindən məktub apardım. Məktubu oxuyub Əziz  Əliyev gülə-gülə dedi ki: 
"Təbriz mağazalarını qiyabi evimizə köçürmüsən ki..." Əlbəttə,  Əziz evlərinə 
ailəsi üçün çox şey göndərə bilərdi. Lakin bu onun xarakterinə uyğun deyildi. 
Əziz  Əliyevlə müharibədən sonra da görüşərdik. Təbrizdəki günləri yada 
salardıq. Dağıstanda olduğu zaman hər görüşdə  mənə deyərdi ki, "Həmişə 
Moskva səfərindən qayıdan zaman Mahaçqalada düş, keçən günləri təkrar yada 
salaq". 
Bəli, hər görüşdə biz o günləri xatırlayardıq. 
Cənubi Azərbaycanda yazılan  şeirlər hadisələrdə yaxından iştirak 
etməyimin bəhrəsidir. 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə