Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə71/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   67   68   69   70   71   72   73   74   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
280 
 
Əksinə, gözəl,  əlamətdar dostluq tuntənəsi nümayiş etdirildi. Bakıdan 
Təbrizə qastrola bir dəstə artist gəlmişdi. Sara Qədimova da onların 
arasındaydı. 
Təbrizdə teatr binasında konsert verilirdi. Kürd xanları tavus quşu qədər 
rəngli libasda, belləri qəməli, silahlı lojalarda konserli dinləyirdilər. 
Qurban Pirimovun müşayiətilə Sara Qədimova "Kürdün gozəli" mahnısını 
oxuyanda kürdlər dayana bilmədi. Öz dillərində səhnəyə aferinlər yağdırdılar. 
Daha soııra hamısı lojalardan çıxıb səhnəyə toplaşdılar. 
Bir-birilərinin qurşağından yapışıb oxuya-oxuya yallı getdilər. Doğrudan da 
çox maraqlı, görməli mənzərəydi. Salondan alqış sədaları uzaqlara əks edirdi. 
Bu axşam hamının xatirində dərin izlər buraxdı. Səhəri bütün şəhər əhalisi 
bu gözəl hadisədən danışırdı. Beləliklə, kürdlər haqqında gedən fitnəli şayiələrə 
son verildi. 
Opera teatrımız Təbrizdə müvəffəqiyyətlə  çıxış edirdi. Orucluq ayı idi, 
lojalarda oturanlar iftarını teatrda açırdı. Onlar üçün restoranlardan plov, kabab 
və qeyri-ləziz xörəklər gətirilirdi. Onlar iftar aça-aça tamaşaya baxırdılar. 
Bir tamaşa zamanı teatrın foyesində gödəkboylu bir adam yanaşdı. Məni bir 
tərəfə çəkdi. Mən onu dərhal tanıyıb Cavadzadə yoldaş dedim. O: "Xeyr, mən 
Pişəvəriyəm" deyə cavab verdi. Mən onu "Bakıda Qızıl Qələmlər  İttifaqının 
fəaliyyəti vaxtından tanıyırdım. O zaman o "Kəndli" qəzetinin redaktoru idi. 
Onunla bir neçə dəfə görüşümüz də olmuşdu. 
Pişəvəri məndən xahiş etdi ki, bizim məsul yoldaşlarla onu görüşdürüm. 
"Zindandan təzə buraxılmışam. Məqsədim Təbrizdə "Tüdə"-ni yaratmaqdır. 
Burada arzuma yetməsəm Tehrana getməliyəm". 
Mən onun bu arzusunu bizim yoldaşlara çatdırdım. Yoldaşlarımız bu işə 
laqeyd baxdılar. Mən Pişəvərini (Cavabzadəni) yaxşı tanıdığımı, bizim adam 
olduğunu başa salmağa çalışırdım. Söhbətdən belə  çıxdı ki, Təbrizdə olan 
məsul işçi yoldaşlarımızın bu böyük şəxsiyyət haqqında heç bir məlumatları 
yoxdur. Hətta bir nadan dedi ki, "Onu zindandan bilərək buraxıb üstümüzə 
göndəriblər. Şübhəli adamdır. Bİz onunla görüşmək istəmirik". 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
281 
 
Bunu söyləyən Cənubi Azərbaycanda xeyirxah fəaliyyət göstərmək əvəzinə 
silah alverilə, qadınlara sataşmaqla və ciblərini doldurmaqla məşğul olan Ağa 
Səlim Atakişiyev (Səlim Petroviç) idi. Nə isə. Pişəvəri belə qəbuldan çox pərt 
oldu. Təbrizdə qalmayıb Tehrana getdi. 
 
* * * 
 
Yeri gylmişkən deyim ki, həmin Ağa Səlim Təbrizdə  və onun ətraf 
kəndlərindən silah yığmağı bir şübhəli adama tapşırmışdı. Həmin ailə vaxtilə 
Bakıda bizim sabiq Spasskaya küçəsində yaşayırdı. 
Bir gün Mirzə  İbrahimov mənə dedi ki, məni bir fəhlə ailəsi evinə qonaq 
çağırır. Gəl bərabər gedək. Zavallı vaxtilə Bakıda fəhləlik edirmiş.  İndi də 
bıırada ehtiyac içindədir. Gəl gedək, yoxsa könülləri qırılar... 
Bərabər həmin ailəyə qonaq getdik. İçəri girən kimi diksindim. Mən kimi 
görsəm yaxşıdır. Kor Əlini. Ağasəlim Atakişiyev üçün silah toplayan gəncin 
atasını. Kor Əlini... 
Onlar da məni görən kimi özlərini itirdilər. Kor Əli  əlbəttə, tamamilə kor 
deyildi. Bir gözünün qapağı yatıq idi. Bu Kor Əli Bakıda məşhur Qoçu 
Ağakərimin qardaşı idi. Məhlə onların əlindən göz açmazdı. Adam oğurlamaq, 
adam oldürmək onun əlində su içmək kimi bir şeydi. Bəli, bu evdə  mənim 
dəmirçi atamı,  əmimi və anamı tanıdıqlarım və  İrana gələndən sonra polis 
tərəfindən soyulduqlarını bizə nəql etdilər. 
Bu evdən çıxandan sonra Mirzə  İbrahimova bu "fəhlə"  Əli kişinin kim 
olduğun açıb deyəndə mat qaldı. Atakişiyev və Kor Əli görünür ta Bakıdan çox 
yaxşı tanışmışlar. Ağakişiyev biz ziyalıları yaman tərif edirdi. Amma əlaltdan 
xeyirxah, azadixah adamlarla görüşümüzə mane olurdu. Bir dəfə  mənim 
maşınımda Səttarxanın qardaşını yanımıza gətirdib onunla söhbət etdik. Bu 
münasibətlə Ağakişiyev bizə min cür siyasi ləkələr vurmağa çalışırdı. Nəhayət, 
mən  Ərdəbildə onun adamlarının qəbzlərini öz puluma dükanlardan geri alıb 
Təbrizdə yığıncağimızda müzakirəyə qoydurdum. Onun adamları dükanlardan 
şey alanda pul verməzdilar.  Əvəzinə bir barmaq kağıza qol çəkib dükançıya 
təqdim edərdilər. Bu hadisədən sonra Atakişiyev bizi bir qədər təqib etmədi. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
282 
 
* * * 
 
Bir gün xəbər gəldi ki, Sərabın Dağ kəndlərinin birində sovet adamları xanı 
və oğlunu öldürüb izini itiriblər. Əlbəttə, bu, düşmənlərin şayiəsi idi. O kənddə 
bir nəfər də sovet adamı olmurdu. Qubernator bizim ştaba bu haqda etiraz 
bildirdi. Həmin kəndə  Həsən  Şəhgəldiyevlə  məni göndərdilər. Biz maşınla 
Səraba gəldik. Sərabda olduğumuz zaman bəzi yoldaşlarımız otaqdan, yaxud 
kənddən kənara çıxmırdılar.  İdarə  işiylə  və dadlı yeməklər yeməklə 
məşğuldular... Bir paramız isə  həyatın içərisində olmağı istəyirdik. Bizə  nə 
tapşırıq verirdilərsə  dərhal icrasına başlayırdıq. Bu dəfəkj səfərdə  Sərabda bir 
gün qalmalı olduq. Polis idarəsinə getdik. Dağ kəndinə onlarla birlikdə getməyi 
lazım bildik. Polis rəisi bizə əmniyələr verməkdən imtina etdi. 
Dedi ki: "Kəndlərdə  əmniyələrimizi tutub silahlarını alırlar. Müqavimət 
göstərdikdən öldürürlər də. Siz zamin olsanız birlikdə gedərik". Biz zamin 
olduq ki, onların başından bir tük əskik olmayacaq. Atlara minməli olduq. 
Mənə birxam at gətirdilər. Bəli, bu at bəlkə də minilməmişdi. Polis həyətinda at 
məni az qalmışdı yerə çırpsın. Bu atı mənə bilərəkdən vermişdilər. Digər bir at 
gətirdilər. Təəccüblü burasıdır ki, həmin ata nə əmniyə rəisi, nə də əmniyələr 
mindi. 
Üzü dağlara doğru hərəkət etdik. Atlarımızı sürətlə dağ yoluyla çapırdıq. 
Şahgəldiyev atı bir ayaq, bir ayaq sürürdü. Çox yerdə onu gözləməli 
olurduq...  İrəlidəki yollar bizi dağlara doğru aparırdı. Gedəcəyimiz kəndə az 
qalmışdı ki, əmniyə  rəsi və  əmniyələr atları qamçılayıb kəndə bizdan əvvəl 
girməyə can atdılar. Mən da atı çapdım. Onlar atları  kənddə bir daxma 
qarşısında saxlayıb yerə endilər. 
- Bu nə  işdir, siz bizdən zaminlik istəyirdiniz. Necə olur ki, bizdən  əvvəl 
kəndə girməyə cürət edirsiniz dedim. Əmniyə  rəisi dedi ki, bax bu ev 
şurəvilərindir. Mən istədim ki, onları buradaca silahlı surətdə sizə göstərim. 
Nə isə  Şahgəldiyev də  gəlib çıxdı. Otaqda bir neçə adam vardı. Bunlar 
tudəçilərdəndi. 
Xan və oğlu haqqında sorğu-suala başlandı. Hamı bir ağızdan dedi ki, Xan 
və oğlu qaçmışdır. Onları öldürən olmamışdır. 
Xanın malikanəsinə getməli olduq. Xanın evi qarət edilmişdi. Evin 
müəyyən yeri yandırılmışdı, Bir manqalın dalından bir nəfər yuxulu 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə