____________________Azərbaycan Milli Kitabxanası___________________
271
sənətkarlarını qarşılamağa vağzala əllərdə gül dəstələri bütün Təbriz getmişdi,
desəm yanılmaram.
Əziz Əliyev kürdləri teatr artistləri tərəfindən verilən bir konsertə dəvət
etdi. Kürdlər lojalarda oturmuşdular.
Paltarları, çalmaları rəngarəngdi. Bellərində qəmələri, silahları vardı.
Konsertdə müğənnimiz Sara Qədimova "Kürdün gözəli" mahnısını
oxumağa başlayan kimi kürdlər cəld salondan çıxdılar. Tamaşaçıları heyrət
bürüdü. Kürdlər birdən səhnədə göründülər. Bir-birlərinin qurşağından yapışıb
kürdcə oxuyaraq yallı getdilər. Salonu arasıkəsilməyən alqışlar bürüdü. Bu,
təbrizlilər üçün, bızim üçün unudulmaz hadisə oldu.
* * *
Əziz Əliyev həkim olduğundan Təbriz əhalisinin vəziyyətini, ehtiyacını
nəzərə alaraq Təbrizdə əhaliyə məccani xidməl göstərən xastəxana açdırdı.
Bakıdan həkimlər çağırıldı. Xəstəxananın müdiri, baş həkimi çox gözəl insan,
çox yaxşı həkim Qədimov oldu. Tez bir zamanda Təbrizdə böyük hörmət və
şöhrət qazandı.
Əziz Əliyevin birtəşəbbüsü də alqışa layiqdir. Əziz, ucuz, eybəcər Amerika
filmləri görmüş, əhaliyə Azərfilmin çəkdiyi filmləri göstərməyi irəli sürdü.
Bakıdan "Kəndlilər", "ismət" və digər filmlər gətirildi.
Yadımdadır. Sərin bir payız axşamı Gülüstan bağında, açıq havada
"Kəndlilər" filmi göstərildi. Hava getdikcə soyuyurdu. Lakin əhali yerdə oturub
həyəcanla filmə baxırdı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın
mübarizəsindən danışan bu film gostərildikcə təbrizlilər əsərin qəhrəmanın
şiddətli alqışlarla qarşılayırdılar.
* * *
Biz Təbrizə gəldiyimiz vaxt məscidlərin qapıları qıfıllı idi. Soruşduq,
dedilər ki, Rza şah bağlatdırıbdır. Bizdən soruşdular ki, bu məsələyə siz necə
baxırsınız. Cavab verdik ki, bu sizin öz daxili işinizdir. Bir də soruşdular ki,
sizdə necə, məscidlər işləyirmi?
Cavab verdik ki, bizdə dindarlara məscidə getməyi qadağan edən yoxdur.
Məlum oldu ki, qadınlara çadra örtmək də yasaq imiş. Bir
____________________Azərbaycan Milli Kitabxanası___________________
272
azdan məscidlər işə başladı. Maraqlanıb bir neçə məscidə getdik. Rövzəxanlar
əvvəlcə Leninin ruhuna fatihə, Stalinə cansağlığı və Qızıl Orduya faşizm
üzərində qələbə arzulayaraq öz dini işlərini davam etdirirdilər.
Mən aşura günü Təbrizdə qəribə bir hadisənin şahidi oldum. Təbrizin
mərkəzi küçəsində böyük bir izdiham göründü. Bunlar zəncir vuranlardan,
başlarını yaranlardan, sinə vuranlardan ibarətdi. Təbriz ajanları bu izdihamın
qarşısını kəsə bilmədi. Dəstənin qabağında bir adam ələmlər arasında Stalinin
iksini aparırdı. İzdihamdan bu sözlər yüksəlirdi: "Məhv olsun zalimlər, qəhr
olsun cəlladlar. Yaşasın hürriyyət, ədalət. Yaşasın şurəvilər!" Ajanlar yoxa
çıxdı...
* * *
...Bir zarafat daha... Hər axşam opera teatrımızın tamaşalarında olurduq.
Həmin dostumuz deyirdi ki, "Koroğlu" operasında mənalı bir şey varsa, o da
təlxəkdən ibarətdir. Təlxəksiz "Koroğlu" "Koroğlu" olmazdı. Təlxək səhnədə
peyda olan kimi dostumuzun kefi kökəlirdi. Mən yoldaş Əziz Əliyevdən icazə
alıb bir zarafat düzəltdim. Səhnə arxasına gedib güclə Hidayətzadəni
hazırladım. Sonra gəlib sakit lojada oturdum. Bir azdan Hidayətzadə həyəcanlı
gəlib Əziz Əliyevə müraciət etdi: yoldaş hərbi şura üzvü, xoşa gəlməz bir badi
səbaş verib.
- Nə olub ki?
-
O olub ki, təlxək rolunu oymayan artist İsgəndərov bərk naxoşlayıb,
bu gecə tamaşa təlxəksiz olacaq.
- Çarəmiz nədir. Onsuz oynayın.
Dostumuz qızarıb, bozarırdı. Əsəbi anlar keçirirdi.
- Necə yəni onsuz oynayın? Təlxəksiz da "Koroğlu" olar. Durun gedək
mehmanxanamıza nərdimizi oynayaq. Qoy bunlar da özleriyçün təlxəksiz
oynasınlar.
Əziz: - Getmək yaxşı düşməz. Tamaşaçılar bizi görüblər. Getsək
haqqımızda nələr danışmazlar, - dedi.
Hidayətzadə səhnəyə getdi. Dostumuz isə çox pərt, qanıqara lojada oturub
heç səhnəyə tərəf baxmırdı. Tamaşa başlandı. Birdən "Nay, nay, nay, nay, nay"
deyib dünbək çala-çala təlxək səhnədə göründü.
Dostumuz ucadan "Adə, təlxək gəlib ki" deyə bağırdı. Salondakıların hamısı
lojamıza tərəf baxdı...
____________________Azərbaycan Milli Kitabxanası___________________
273
* * *
Bir axşam Təbriz qubernatoru bizi evinə qonaq çağırmışdı. Məclisdə on, on
iki nəfər adam vardı. Sovet adamrarından məclisdə Əziz Əliyev, Mehbalı
Əmiraslanov və mən vardıq. Təbrizin cavan xanəndəsi başladı. Qəzəl
oxunduqca qubernator hiddətlənirdi. "Bunu məclisdən kənar eləyin" kimi sözlər
deyirdi. Lakin xanəndə qəzəlin sonunda
Süleyman, qafil olma, yaxşi bax ətrafa şairsən
Cinayət aşdı həddindən, haray sal ki, vətən yandi.
sətirlərini oxuyan kimi Fəhimi də, digərləri də qəzəblərini süni təbəssümlə əvəz
edərək məni alqışladılar, təriflədilər...
* * *
Mən Bakıya məzuniyyətə gəlməli idım. Əziz mənə dedi ki, sənə bir əmanət
verəcəyəm, bizim ailəyə çatdırasan.
Yola çıxan gün yanına getdim... Mənə əl boyda bir qutu verdi. Lakin başqa
yoldaşlarımız düyü, kişmiş və qeyri şeylər alıb göndərirdilər. Qutunun içində
nə olduğunu bilmirdim.
Bakıda Əzizgilin evinə gəldim. Həyat yoldaşı məni hörmətlə qarşıladı.
Məktubu və qutunu ona verdim. Qutunu açdılar. İçində qələm, karandaş,
karandaş yonan, pero və məktəbli uşaqlara lazım olan şeylər vardı.
Əzizın həyat yoldaşı Təbrizdəki həyatla, güzəranla maraqlandı. Mən ona o
qədər lazımi şeylərin olduğundan danışdım ki... Təbrizə qayıdanda ona
ailəsindən məktub apardım. Məktubu oxuyub Əziz Əliyev gülə-gülə dedi ki:
"Təbriz mağazalarını qiyabi evimizə köçürmüsən ki..." Əlbəttə, Əziz evlərinə
ailəsi üçün çox şey göndərə bilərdi. Lakin bu onun xarakterinə uyğun deyildi.
Əziz Əliyevlə müharibədən sonra da görüşərdik. Təbrizdəki günləri yada
salardıq. Dağıstanda olduğu zaman hər görüşdə mənə deyərdi ki, "Həmişə
Moskva səfərindən qayıdan zaman Mahaçqalada düş, keçən günləri təkrar yada
salaq".
Bəli, hər görüşdə biz o günləri xatırlayardıq.
Cənubi Azərbaycanda yazılan şeirlər hadisələrdə yaxından iştirak
etməyimin bəhrəsidir.
Dostları ilə paylaş: |