qabın içərisinə doğru qabarıq olurdu. Qabın kənarlarındakı deşikdən
keçirən saplarla, üzərində “bismillah” sözü yazılmış 40 ədəd lövhə-
“açar” asılırdı. Orta Asiya və Qazaxıstan xalqları arasında “çilkalit”
adlanan bu qab eyni mərasimin icarsı üçün nəzərdə tutulurdu. [129]
Körpə uşaq, bir qayda olaraq, iməkləyənə kimi bələkdə
saxlanılırdı. Belə 6-7-yə qədər bir-birindən azacıq böyük olan yumşaq
parça materialından hazırlanırdı. Uşağı bələmək üçün parçaları, ən
böyüyündən başlayaraq, bir-birinin üzərinə qıyqac (üçkünc) şəkildə
salır, sonra uşağı onun ortasına qoyaraq çiynindən aşağı parçaya
bələyirdilər. Üst qatda olan birinci bələk parçasının qıyqac ucu uşağın
qıçlarının arasına keçirilirdi. Bütün parçalar uşağın bədəninə
sarındıqdan sonra metr yarım uzunluğunda bələk ipi vasitəsilə çalkeçir
bələyi ayaqdan başa doğru bağlayırdılar. Bələk ipi əlvan parçalardan
lentvari düzəldilirdi.
Adətən, 7-8 aylıq uşağın qollarını bələkdən azad edir, ona
müvafiq biçimli köynək geydirirdilər. Uşağın açıq qalmış əllərinə isə
kiçik torbaya oxşar, barmaqsız, boğazı büzməli əlcək geydirir, onu iplə
biləyə bağlayırdılar. [130]
Bələyə salınmış uşağı beşiyə qoyarkən onun üzünə bir qayda
olaraq, nazik ucuna salırdılar. Çünki, belə olduqda uşağı, “beşik quşu
vurar” bu da ölümlə nəticələnə bilərdi.
Bəzi ailələrdə yeni doğulan uşaq ardıcıl olaraq ölür,
valideynlərinin “əlində ”qalmırdı. Bunun üçün Qarabağ bölgəsində yeni
doğulan uşaqlara özgə paltarı, bəzən də diləçi qiyafəsi geydirirdilər. Bu
tədbir “ölüm ilahəsini azdırmaq” kimi mənalandırılırdı. Türk xalqlarının
ümumi inamlar panteonunda bəd ruhları azdırmaq üçün yeni doğulan
uşaqların çoxuşaqlı ailələrə “satılması ” adəti də mövcud olmuşdur.
Uşaq müəyyən yaş həddinə çatdıqdan sonra onun geyimi
xüsusi diqqətlə hazırlanırdı. Bu işdə qadınların xüsusi səriştəsi, təkrarsız
zövqləri özünün daha çox birüzə verirdi. Ə.K. Ələkbərov haqlı olaraq
yazırdı ki, qadınların öz bacarıqlarını nümayiş etdirmək üçün vahid,
yeganə yaradıcı sahə uşaq geyimləridir. Düzdür, bu geyimlər
bütünlükdə böyüklərin geyimlərini təkrar edirdi, lakin yenə də qadın
ana burada özünün şəxsən xəyalında canlandırdığı zövqünü əks etdirə
bilirdi. Bu qadına ona görə müyəssər olmuşdu ki, hələ texniklik yaşına
çatmayan uşaq və onun geyimi hüququ normaların təsirinə məruz
qalmamışdı. [131]
Etnoqrafik materiallar göstərir ki, əgər kiçikyaşlı qızların
geyimləri bütünlüklə qadın geyimlərinin təkrar idisə, oğlan uşaqlarının
geyimlərində fərqli cəhətlər var idi. Bu, ilk növbədə özünü, uşaq
şalvarlarının biçim və tikiş tərzində göstərirdi.
Azərbaycanda uşaq şalvarlarının “bağlı (nifəli, “aşırmalı” və
“finka” olmaqla üç növü geniş yayılmışdı. Bu şalvarların növ
müxtəlifliyi ilə yanaşı bir cəhəti də var idi ki, onların heç birini açıq
bağlamaq ehtiyaca yox idi. Bunun üçün şalvarın orta hissəsinə miyança
(şalvar ağı) qoyulmur, onun beldən başlayaraq qabağa qədər arası yarıq
tikilirdi. Eyni növ yuşaq şalvarları tatarlar, taciklər arasında da mövcud
idi. [132]
“Bağlı şalvarlar” beldə saxlanmaqla, nifə yerinə tumanbağı
keçirilərək geyilirdi. Adətən, belə şalvarların balağı açıq
saxlanıldığından, ona “balağı aşıq şalvar” da deyilirdi.
“Aşırmalı şalvar”ın beli nifəsiz, balaqları isə büzməli olurdu.
Arxada-çanaq sümüyü üstündə şalvarın başının hər iki tərəfində bir-
birindən 12-15 sm aralı, ucu ilgəkli açırım tikilirdi. Lentvari olan bu
aşırımlar kürəkdə çarpaz edilərək çiyin üstündən qabağa gətirilir,
burada şalvarın başına tikilmiş düymələrlə bağlanırdı.
“Finka” adlanan şalvarın həm balaqları həm də beli büzməli
tikilir, bəzən buraya rezin də salınırdı. XX əsrin 60-70 ci illərinə qədər
bu formalı şalvar əsas uşaq geyimlərindən biri olaraq qalmaqda idi. Onu,
başlıca olaraq, qara və göy sətindən tikirdilər. Finka, XIX əsrin 40-cı
illərindən başlayaraq, Azərbaycana köçürülən rus təriqətçilərindən
(molkanlar, duxoborlar, subbotniklər və b.) mənimsənilmişdi. [133]
Oğlan uşaqlarının digər geyimlərində elə bir fərq nəzərə
çarpmırdı. Onlarda böyüklər kimi ayaqlarına çarıq və ya başmaq geynir,
başlarına araqçın, təsək və dəri papaqlar qoyur, köynək, arxalıq, çuxa və
s. geynirdilər. Mirzə qədim İrəvaninin XIX əsrin 70-ci illərində çəkdiyi
yeniyetmə oğlan rəsmdə bu geyim növləri aydın görünür. Ayağına qara
rəngli hündür daban başmaq geyinmiş bu oğlanın başında qəhvəyi
rəngli, silindirik bişimli papaq vardır. Ağ parçadan boyunla tikilən
köynəyin üstündən yaxası boğazın altına qədər, 10 ədəd düymələnmiş
mavi rəngli parçadan arxalıq geymişdir. Arxalığın qolları biləyə qədər
olub, bilərzikə tamamlanır. Arxalığın üstündən belinə toqqalı kəmər
bağlanmışdır. Şalvar tünd göy rəngli parçadan tikilməklə, balaqları
sərbəstdir. Arxalığın üstündən geydiyi dizdən azacıq yuxarı ətək yanları
büzməli, qolları dirsəyə qədər uzanan və cibli tikilən geyi muşaq çıxası
olub, üzəri bafta naxışlı qırmızı parçadandır. Çuxanın boyvəboy açıq
ola yaxa kəsiyinə, ətək yanlarına və qollarına ağzına təxminən iki
barmaq enində tirmə bafta tikilməklə haşiyələnmişdir.
Keçmişdə qız uşaqlarının geyimləri, rəng əlvanlılığı, estetik
gözəlliyi, biçiminin xüsusi əndazəsi, narın tikiş texnologiyası, asma və
tikmə bəzəklərinin çoxluğu ilə səciyyələnirdi. Bir qayda olaraq, bu
geyimlər parlaq rəngli (tünd qırmızı, mavi, çəhrayı, narıncı), əlvan
naxışlı bahalı parçalardan tikilir, yaxa kəsiyi, ətək yanları, boynu və
qollarının ağzı zərif tikmə bəzəklərlə örtülürdü. Qız uşaqlarının geyim
dəstində qadın geyimlərinin kiçik ölçüdə təkrar olan ətəkli tuman,
köynək, arxalıq, küləcə, çəpkən, nimtənə, katibi, kiçik ölçülü baş
yaylığı, kəlağayə, başmaq və s. əsas yer tuturdu. Varlı zümrələrin uzaq
geyimlərinə qızıl və gümüşdən kəsilmiş düymələr, tuman-köynəyə və
digər üst geyimlərinə bəndlənən bəzəklər, eləcə də müxtəlif baş, boyun
və qol bəzəkləri onların geyimlərinə xüsusi rövnəq verirdi. Kasıb
ailələrin qızları üçün bu geyim dəstlərini geymək arzu olaraq qalırdı.
Belə ailələr “necə geyinmək deyil, nə tapıb geyinmək” haqqında
düşünürdülər.
Uşaq geyimlərinə əlavə edilən müxtəlif tikmə bəzəklər,
naxışlar və bəzəylər (bafta, şahnəsənd, zəncirə, pilək, sərmə, gəldirgə,
görüş, dördtikə, çalkeçir. Muncuq tikmə və s. ) sırf bəzək funksiyası
daşıyırdısa, rəngli şüşələrdən və qiymətli metallardan hazırlanmış
muncuqlar (göz
muncuğu,
sarılıq
muncuğu, möhrə
muncuğu, qustunu
muncuğu, süleymani,
göyərtmə muncuğu,
baboğlu, şəvə
muncuğu və s.),
Dostları ilə paylaş: |