Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə50/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   46   47   48   49   50   51   52   53   ...   134

qabın içərisinə doğru qabarıq olurdu. Qabın kənarlarındakı deşikdən

keçirən saplarla, üzərində “bismillah” sözü yazılmış  40 ədəd lövhə-

“açar” asılırdı. Orta Asiya və Qazaxıstan xalqları arasında “çilkalit”

adlanan bu qab  eyni mərasimin icarsı üçün nəzərdə tutulurdu. [129]

Körpə uşaq, bir qayda olaraq, iməkləyənə kimi bələkdə

saxlanılırdı. Belə 6-7-yə qədər bir-birindən azacıq böyük olan yumşaq

parça materialından hazırlanırdı. Uşağı bələmək üçün parçaları, ən

böyüyündən başlayaraq, bir-birinin üzərinə qıyqac (üçkünc) şəkildə

salır, sonra uşağı onun ortasına qoyaraq çiynindən aşağı parçaya

bələyirdilər. Üst qatda olan birinci bələk parçasının qıyqac ucu uşağın

qıçlarının arasına keçirilirdi. Bütün parçalar uşağın bədəninə

sarındıqdan sonra  metr yarım uzunluğunda bələk  ipi vasitəsilə çalkeçir

bələyi ayaqdan başa doğru bağlayırdılar. Bələk ipi əlvan parçalardan

lentvari düzəldilirdi.

 Adətən, 7-8 aylıq uşağın qollarını bələkdən azad edir, ona

müvafiq biçimli köynək geydirirdilər. Uşağın açıq qalmış  əllərinə isə

kiçik torbaya oxşar, barmaqsız, boğazı büzməli əlcək geydirir, onu iplə

biləyə bağlayırdılar. [130]

 Bələyə salınmış uşağı beşiyə qoyarkən onun üzünə bir qayda

olaraq,  nazik ucuna salırdılar. Çünki, belə olduqda uşağı, “beşik quşu

vurar” bu da ölümlə nəticələnə bilərdi.

      


Bəzi  ailələrdə  yeni  doğulan  uşaq  ardıcıl  olaraq  ölür,

valideynlərinin “əlində ”qalmırdı. Bunun üçün Qarabağ bölgəsində yeni

doğulan uşaqlara özgə paltarı, bəzən də diləçi qiyafəsi geydirirdilər. Bu

tədbir “ölüm ilahəsini azdırmaq” kimi mənalandırılırdı. Türk xalqlarının

ümumi  inamlar panteonunda bəd ruhları azdırmaq üçün yeni doğulan

uşaqların çoxuşaqlı ailələrə “satılması ” adəti də mövcud olmuşdur.

     

Uşaq  müəyyən  yaş  həddinə  çatdıqdan  sonra  onun  geyimi



xüsusi diqqətlə hazırlanırdı. Bu işdə qadınların xüsusi səriştəsi, təkrarsız

zövqləri özünün daha çox birüzə verirdi. Ə.K. Ələkbərov haqlı olaraq

yazırdı ki, qadınların öz bacarıqlarını nümayiş etdirmək üçün vahid,

yeganə yaradıcı sahə uşaq geyimləridir. Düzdür, bu geyimlər

bütünlükdə böyüklərin geyimlərini təkrar edirdi, lakin yenə də qadın

ana burada özünün şəxsən xəyalında canlandırdığı zövqünü əks etdirə

bilirdi. Bu qadına ona görə müyəssər olmuşdu ki, hələ texniklik yaşına



çatmayan uşaq və onun geyimi hüququ normaların təsirinə məruz

qalmamışdı. [131]

     

Etnoqrafik  materiallar  göstərir  ki,  əgər  kiçikyaşlı  qızların



geyimləri bütünlüklə qadın geyimlərinin təkrar idisə, oğlan uşaqlarının

geyimlərində fərqli cəhətlər var idi. Bu, ilk növbədə özünü, uşaq

şalvarlarının biçim və tikiş tərzində göstərirdi.

 Azərbaycanda uşaq şalvarlarının “bağlı (nifəli, “aşırmalı” və



“finka” olmaqla üç növü geniş yayılmışdı. Bu şalvarların növ

müxtəlifliyi ilə yanaşı bir cəhəti də var idi ki, onların heç birini açıq

bağlamaq ehtiyaca yox idi. Bunun üçün şalvarın orta hissəsinə miyança

(şalvar ağı) qoyulmur, onun beldən başlayaraq qabağa qədər arası yarıq

tikilirdi. Eyni növ yuşaq şalvarları tatarlar, taciklər arasında da mövcud

idi.  [132]

    

“Bağlı  şalvarlar”  beldə  saxlanmaqla,  nifə  yerinə  tumanbağı



keçirilərək geyilirdi. Adətən, belə  şalvarların balağı açıq

saxlanıldığından, ona “balağı aşıq şalvar” da deyilirdi.

 “Aşırmalı  şalvar”ın beli nifəsiz, balaqları isə büzməli olurdu.

Arxada-çanaq sümüyü üstündə  şalvarın başının hər iki tərəfində bir-

birindən 12-15 sm aralı, ucu ilgəkli açırım tikilirdi. Lentvari olan bu

aşırımlar kürəkdə çarpaz edilərək çiyin üstündən qabağa gətirilir,

burada şalvarın başına tikilmiş düymələrlə bağlanırdı.

  “Finka” adlanan şalvarın həm balaqları həm də beli büzməli

tikilir, bəzən buraya rezin də salınırdı. XX əsrin 60-70 ci illərinə qədər

bu formalı şalvar əsas uşaq geyimlərindən biri olaraq qalmaqda idi. Onu,

başlıca olaraq, qara və göy sətindən tikirdilər. Finka, XIX əsrin 40-cı

illərindən başlayaraq, Azərbaycana köçürülən rus təriqətçilərindən

(molkanlar, duxoborlar, subbotniklər və b.) mənimsənilmişdi. [133]

   


Oğlan  uşaqlarının  digər  geyimlərində  elə  bir  fərq  nəzərə

çarpmırdı. Onlarda böyüklər kimi ayaqlarına çarıq və ya başmaq geynir,

başlarına araqçın, təsək və dəri papaqlar qoyur, köynək, arxalıq, çuxa və

s. geynirdilər. Mirzə qədim İrəvaninin XIX əsrin 70-ci illərində çəkdiyi

yeniyetmə oğlan rəsmdə bu geyim növləri aydın görünür. Ayağına qara

rəngli hündür daban başmaq geyinmiş bu oğlanın başında qəhvəyi

rəngli, silindirik bişimli papaq vardır. Ağ parçadan boyunla tikilən

köynəyin üstündən yaxası boğazın altına qədər, 10 ədəd düymələnmiş




mavi rəngli parçadan arxalıq geymişdir. Arxalığın qolları biləyə qədər

olub, bilərzikə tamamlanır. Arxalığın üstündən belinə toqqalı kəmər

bağlanmışdır. Şalvar tünd göy rəngli parçadan tikilməklə, balaqları

sərbəstdir. Arxalığın üstündən geydiyi dizdən azacıq yuxarı ətək yanları

büzməli, qolları dirsəyə qədər uzanan və cibli tikilən geyi muşaq çıxası

olub, üzəri bafta naxışlı qırmızı parçadandır. Çuxanın boyvəboy açıq

ola yaxa kəsiyinə, ətək yanlarına və qollarına ağzına təxminən iki

barmaq enində tirmə  bafta tikilməklə haşiyələnmişdir.

  Keçmişdə qız uşaqlarının geyimləri, rəng əlvanlılığı, estetik

gözəlliyi, biçiminin xüsusi əndazəsi, narın tikiş  texnologiyası, asma və

tikmə bəzəklərinin çoxluğu ilə səciyyələnirdi.  Bir qayda olaraq, bu

geyimlər parlaq rəngli (tünd qırmızı, mavi, çəhrayı, narıncı), əlvan

naxışlı bahalı parçalardan tikilir, yaxa kəsiyi, ətək yanları, boynu və

qollarının ağzı zərif tikmə bəzəklərlə örtülürdü. Qız uşaqlarının geyim

dəstində qadın geyimlərinin kiçik ölçüdə təkrar olan ətəkli tuman,

köynək, arxalıq, küləcə, çəpkən, nimtənə, katibi, kiçik ölçülü baş

yaylığı, kəlağayə, başmaq və s. əsas yer tuturdu. Varlı zümrələrin uzaq

geyimlərinə qızıl və gümüşdən kəsilmiş düymələr, tuman-köynəyə və

digər üst geyimlərinə bəndlənən bəzəklər, eləcə də müxtəlif baş, boyun

və  qol  bəzəkləri  onların  geyimlərinə  xüsusi    rövnəq  verirdi.  Kasıb

ailələrin qızları üçün bu geyim dəstlərini geymək arzu olaraq qalırdı.

Belə ailələr “necə geyinmək deyil, nə tapıb geyinmək” haqqında

düşünürdülər.

     


Uşaq  geyimlərinə  əlavə  edilən  müxtəlif  tikmə  bəzəklər,

naxışlar və bəzəylər (bafta, şahnəsənd, zəncirə, pilək, sərmə, gəldirgə,

görüş, dördtikə, çalkeçir. Muncuq tikmə və s. ) sırf bəzək funksiyası

daşıyırdısa, rəngli şüşələrdən və qiymətli metallardan hazırlanmış

muncuqlar (göz

muncuğu,


sarılıq

muncuğu, möhrə

muncuğu, qustunu

muncuğu, süleymani,

göyərtmə muncuğu,

baboğlu, şəvə

muncuğu və s.),



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə