Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə46/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   42   43   44   45   46   47   48   49   ...   134

xüsusi üstünlük təşkil edirdi. Lakin bununla belə, varlı  şəxslər öz

papaqlarını Krım və Orta Asiyadan gətirilmə qaragül dərisindən

tikdirirdilər. Yerli əhali arasında bu dəridən tikilən papaq “Buxara

papaq” adlanırdı. Qaragül dərisinin rənginə müvafiq olaraq “Buxara

papaqlar” qara (ərəbi papaq), çal, (Şirazi papaq və ya çalpapaq) və qızılı

və yaxud gümüşü (sür papaq) kimi müxtəlif adlarla məlum idi. Bu cür

papaqların başlıca müştəriləri  bəylər, əsilzadələr, qoçular, varlı tacirlər

və s. idi. Yerli börkçü ustalar tərəfindən tikilən bu papaqlar öz

formasına görə həm də “daqqa papaq”, və ya “qələmi papaq” olmaqla

iki qrupa ayrılırdı. Daqqa papaq əksərən qaragül dərisindən, bəzən də

yerli körpə quzu dərisindən ülgü əsasında biçilib-tikilirdi. Papaq gövdə,

tərk və astardan ibarət olurdu. Onun tərkibini (üst hissəsini) çox vaxt

parçadan deyil, tumca və ya aşılı dıridən tikirdilər. İlin fəsillərindən

asılı olaraq papağın astarı yun və ya pambıq parçadan qoyulurdu.

      “Qələmi papaq” yastı formalı “daqqa papaq” dan fərqli olaraq

bütöv dəridən hündür şiş papaq formasında tikilirdi. Şirvan əhalisi

arasında ona “şıkarı papaq”, “qacarı papaq” və “qoçu papaq da

deyirdilər.

Quba-Xaçmaz bölgəsində başı yuxarı çevrilmiş kəsik konusu

xatırladan “kazak papağı”, “ləzgi papağı”, “çərkəzi papaq”, “noqay

papağı”; Lənkəran-Astara gölglərində isə bütöv qoyun dərsisindən

hazırlanan “ğıjina kuli” (dəri papaq) və enli lığ (həsir) qayçılarının bir-




birinə tikməklə hazırlanan, daha çox yayda geyilən “zənbilə

kuli”(zənbilli papaq) xüsusilə dəbdə olmuşdur.



Şiş papaq. Bütöv konusu xatırladan belə papağı ayrı-ayrı diri

hissələrindən biçib-tikirdilər. Bunu üçün lazımi ölçüdə biçilmiş hissələri

saxsı iynəsi ilə tərs üzünə tikdikdən sonra astar çəkir və avand üzünə

çevirirdilər. Papağın astarına sırıq vurulurdu. Şiş papaq ən çox qara və

ağ rəngli  saçaqlı quzu dərisindən tikilirdi. Onun saçaqlarını xüsusi

alətlə burub qıvrımlayırdılar. Azərbaycanın Quba bölgəsində bu cür

papaq “qarmuq papaq”, Şirvanda “Zərnəva papağı”, “Qəbələ papağı”,

“züllə papaq”, “molla papağı”, Qərb bölgəsində “armudu papaq” və

“ayrım papağı” adlanırdı.

Şələ papaq. Kəsik konus formasında tikilən belə papaqlar da

saçaqlı olur, üst hissəsi tünd rəngli parçadan “tərk” salınırdı.  Papağın

astarı da eyni rəngli parçadan hazırlanmaqla, dəri ilə birgə sırınırdı.

Mövsümdən asılı olaraq, şələ  papağının astarı yun və pambıq parçadan

çəkilirdi. Azərbaycanın ayrı-ayrı bölgələrində belə papaqlar “çapıq

papaq”, “zağarlı papaq”, “yastı papaq”, “yappa papaq”, “qarabağ

papağı”, “motal papaq”, “ğıjna kuli, “dəyirmi papaq”, “çoban papağı”,

“qırmızı papaq” və.s adlarla məşhur idi.

  Azərbaycanda geniş istifadə də ola kişi papaqları etnik və

məhəlli xüsusiyyətlərinə görə fərqlənirdilər. Belə ki, burada “Ləzgi

papağı”, “Noqay papağı”, “Ayrım papağı”, eləcə də “Buxara papaq”,

“Krım papağı”, “Şirazı papaq”, “Qarabağpapağı”,  “Qəbələ papağı”, və

s. əhlinin geniş istifadəsində idi.

  

Aşıqların  geydiyi  silindirik  formalı  “aşıq  papağı”



Azərbaycanın Gəncəbasar, Şirvan, Göyçə, Gədəbəy bölgələrində dəbdə

olan ağappaq növü idi.

 Göründüyü kimi, Azərbaycanda dəridən hazırlanan kişi baş

geyimlərinin çeşidi rəngbərəng, ona olan təlabat isə çox böyük

olmuşdur. Bu səbəbdən də burada papaqçılq sənəti geniş inkişaf

etmişdir. XIX yüzilliyin 50- ci ilərində Bakı, Yelizavetpol, Lənkəran,

Quba, Nuxa, Şamaxı, Şuşa, Naxçıvan kimi iri sənət mərkəzlərində 650

nəfərədək papaqçı-usta işlənmişdir ki, onların da 235 nəfəri yalnız

Nuxada cəmlənmişdir. [114]



  Kişi baş geyimlərin bir növü də “başlıq” idi. Onu, adətən,

soyuq və boranlı havalarda uzaq səfərə çıxanlar və dağ  şəaritində

yaşayanlar papağın üstündən geyirdilər. Başlıq, əsasən sıx toxunuşlu

yun parçadan (şaldan), mahuddan, ən qiymətlisi isə dəvə yunundan

hazırlanırdı. Bu cür baş geyimini kəlləllik (başlıq  və iki qulaqcıqdan

ibarət biçib-tikirdilər. Başlığın qulaqcıqları uzun olduğundan geyinən

zaman onları boğaza dolayıb,  düyünləyib arxaya (kürəyə) atırdılar.

Qiymətli başlıqların qulaqcıq  astarını göz oxşayan rəngli parçadan tikir,

təpəsində isə rəngbərəng saplardan düzəldilmiş bəzəkli qotaz qoyudular.

Başlıq təkcə Azərbaycan üçün deyil, əksər Qafqaz xalqları üçün  də

səciyyəvi baş geyim növü olmuşdur.

Araqçın (təsək və yaxud tərrik) [115] papaq, çalma və

əmmamənin altından geyilən kişi baş geyiminə aid idi. Araqçın saya və

naxışlı olmaqla iki formada hazırlanırdı. Saya araqçınlar, bir qayda

olaraq, altdan geyilir, bəzəkli araqçınlar isə sərbəst olaraq başa

qoyulurdu. Azərbaycanda tikilən və başı sərin xaslayan araqçın Orta

Asiya araqçınından fərqli olaraq, dördkünc deyil, dairəvi (girdə)

formada biçilib-tikilirdi.

Araqçın baş geyim növü kimi Azərbaycanın  hər yerində eyni

cür yayılmamışdı. Belə ki, onu Qərb bölgəsində  ən çox İrandan gəlib

ayrım kəndlərində çərçilik edən və Simens qardaşlarının misərtimə

zavodlarında işləyən azərbaycanlılar geyirdi. Burada araqçını ancaq

varlı ailələrdə və toy etməyə hazırlaşan cavanlarda örnək olurdu.

Kişi araqçını Abşeron, Naxçıvan, Lənkəran-Astara, Şirvan

bölgələrində  əhalinin geniş istifadəsində olmuşdur. Onun yan hissəsi

(çevrəsi ) rombvari, təpə hissəsi isə dairəvi biçilib-tikilirdi. Araqçının

astarı birrəng  parçadan hazırlanırdı.

Naxışlı araqçın xüsusi əndazə ilə işlənilir, üzəri müxtəlif

tikişlərlə, zəngin həndəsi və nəbati naxışlarla  bəzədilirdi. Şirvanda

gənclərin araqçının (təsyinin) qırağına qızılı və gümüş bafta vurulurdu.

Burada el adətincə, təzə bəy mütləq qabaq öz kürəkəninə göndərməli idi.

[116]


 Lənkəran-Astara bölgəsində “aynalı araqçın” dəbdə idi. Adətən,

toylarda, bayramlarda geyilən belə naxışlı araqçının sağanağına balaca




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə