Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə49/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   45   46   47   48   49   50   51   52   ...   134

dəyişiklikəri əmələ gəlmişdir. Yüngüllüyü, yumşaqlığı, ucuz başa

gəlməsi və təsərrüfat işlərində davamlılığı qaloşın indi də kənd əhalisi

içərisində üstünlüyünü qoruyub saxlayır. Bununla yanaşı, əhali fabrik

istehsalı ola gidər ayaqqabı növlərinə də məişətdə geniş yer ayırır.




                              UŞAQ GEYİMLƏRİ

           

XIX-XX  yüzilliyin  əvvəllərində  uşaq  geyimləri,  demək

olar ki,  bütünlüklə böyüklərin, milli libasları ilə eyni biçimdə  lakin

kiçik ölçüdə təkrarından ibarət olmuşdur. Bununla belə, uşaqlar uşağa

vaxtlarından müəyyən yaş həddinə çata qədər (6-7 yaşa qədər)  onların

geyimlərində böyüklərin geyimlərindən fərqlənən səciyyəvi cəhətlər

müşahidə olunurdu.

  Hər şeydən əvvəl,  yeni anadan olmuş uşağı (çağanı) bələkdə

saxlayırdılar. Doğulan gündən 40 gün keçənə qədər bələkdən çağaya

“qırx köynəyi”, “qırx papağı” adlanan paltar geydirirdilər. Adətən, qırx

köynəyi yumşaq və ağ pambıq parçadan, tikişləri bayırda qalmaq şərtilə

tuniki biçim üsulunda tikilirdi. “T” şəklində biçilmiş köynəyin yaxa

açırımının kənarlarına bəzən rəngli qaytan tikilir, bəzən də yaxa açıq

saxlanılırdı. Belə köynəyin qolları düz biçimli olub, biləyə qədər çatırdı.

 “Qırx papağı” da  “qırx köynəyi” kimi, tikişləri üzdə qalmaqla

tikilir, saya qadın təsəyinə bənzəyir,  başa geydirilikdən sonra boğazın

altına qaytanla bağlanırdı. Belə papağın alınlığı tirmə naxışlarla

bəzədilirdi. Bəzən papağı nazik pambıq parçadan olan yaylıq da əvəz

edirdi.


  Xalq arasında geniş yayılan və indiyədək  davam etməkdə olan

adətə görə, təzə doğulan uşaq üçün lazımi olan hər şey- “qırx papağı”,

“qırx köynəyi”, kiçik yorğan, döşək, balış, beşik bağı. Beşik (yüyrük)

və  s.  gəlinin  öz  anası  tərəfindən  hazırlanmalı  idi.  Lənkəran  –Astara

daha böyük şənliklərdə müşayiət olunan bu adət uşağın qırxının çıxması

günü icra olunur, “beşikbağlama” adlanırdı. Bu zaman uşağı görməyə

gələn yaxın qohum-qonşular imkanları daxilində uşağın adına və uşaq

sahibinə hədiyyələr (uşaq paltarı, parça, corab, pul və s.) verirdilər.

Həmin gün gəlinin anası və qohum-əqrabası ilə birgə qadın evinə gəlir,

uşaq üçün hazırladığı beşiyi və yataq dəstini də gətirirdi.

Adətən, uşaq beşikdə vəziyyətini dəyişib yıxılmasın deyə, onu

beşiyə enli və  əlvan parçadan  ucu qotazlı  və ya ilgəkli-qaytanlı

hazırlanan beşik bağı vasitəsilə bağlayırdılar. Beşiyi, bir qayda olaraq,

həyatda xoşbəxt ömür sürmüş, əməli saleh, ağzı dualı, nəvəli-nəticəli




ağbirçək bağlayırdı. Adətin adı da burada götürülmüşdür.  “Beşik

bağlama” adəti böyük qonaqlıq süfrələri ilə tamamlanır, yeni doğulan

körpəyə xoşbəxt ömür, xeyir-dualar arzulanırdı. Bölgə əhalisi arasında

bu adət daha təntənəli  şəkildə hazırda davam etdirilməkdədir.

Azərbaycanın əksər etnoqrafik bölgələrində uşağın

doğulmasından qırx gün keçəndən sonra, etnoqrafik baxımdan maraqlı

olan  və “qırıxın  tökülməsi” adlanan bir mərasim də icra olunurdu.

Uşağın, eləcə də ananın “qırxının tökülməsi” üçün əvvəllcə onu

çimizdirir,  sonra bulaq və ya çay yatağından götürülmüş 40 ədəd  daşı

içərisində qaynar su olan qazana salırdılar. Bundan sonra, həmin sudan

40 xörək qaşığı götürüb “qırxaçar camı” adlanan qaba tökür,

çimizdirilmiş. Ananın və uşağın çiyinlərində aşağı səpərək : “Balamın

ağırlığı-uğurluğu, dərdi-azarı dağlara-daşlara, hürüşən itlərə, söyüşən

arvadlara”- deyirdilər. Qərb bölgəsi əhalisi arasında bu qırx tökmə

mərasimi “cənabət qüsulu” adlanırdı.

Abşeron bölgəsində bu mərasim uşağın çilədən çıxarılması

adlanır və bir qədər fərqli icra olunurdu. “Uşağı çilədən çıxarmaq” üçün

onun adını söyləyir, “filankəsin çilədən çıxması naminə”- deyərək,

qırxaçar camındakı təmiz suyu uşağın çiyinləri üzərindən keçirirdilər.

Belə bir  mərasim ailə qurmalarının 40 günü tamam olmamış ər-arvad

üçün də həyata keçirilirdi. [127] “Qırxgünlük dövr” mərasimi Anadolu

türkləri, Sibirin, Altayın, Volqaboyunun türk birlikləri, eləcə də orta

Asiyanın bir çox türdilli xalqları (özbəklər, qazaxlar, qırğızlar,

qaraqalpaqlar, türkmənlər və s.) arasında da geniş  şəkildə icra

olunmuşdur. [128]

Uşağın qırxı çıxana kimi onu bədnəzərdən, şər qüvvələrdən

qorumaq üçün ana əlindən gələni edirdi. Bir qayda olaraq, uşaq yatan

otağa naməhrəm adamların daxil olmasına imkan verilmirdi. Əgər belə

bir zərurət mövcud olardısa, onda əhali iki qaydadan istifadə edərdi:

birinci halda, uşağı öz yatağından çıxarıb onu yan otağa aparır,  kənar

adam otağa daxil olandan sonra uşağı  “onun üstünə ” gətirirdilər.

İkinci halda isə uşaq yatan otağa daxil olmaq istəyən naməhrəmi

çörəyin atından keçirirdilər. Bundan sonra onun otağa girməsinə icarəyə

verilirdi. Uşağın qırxı çıxandan sonra bunlara ehtiyac olmurdu.




Xalq, həmçinin üstündə müxtəlif təyinatlı dualar, gözmüncuğu,

göyərtmə muncuğu və s. olanlarında qırxı çıxmamış uşaq yatan otağa

girməsinə qətiyyən imkan verməzdi. İnama görə, üstündə göyərtmə

muncuğu olan  naməhrəmin uşağın üstünə gəlməsi, onun rənginin

göyərməsinə və mütləq ölməsinə səbəb ola bilərdi.

Naxçıvan bölgəsində göyərtmə muncuğu “baboğlu” adı ilə

məlum idi. Yaşıl-göy və ya sarımtıl rəngi olan bu muncuğu qırxlı

uşağın üstünə gətirdikdə uşaq ölə bilərdi. Bunun qarşısını almaq üçün

uşağı babaoğlu muncuğunun üstünə aparardılar. Bununla muncuq

kəsərdən düşürdü. Burada geniş işlədilən : “Mənim üstümdə baboğlum

yoxdur ki, məndən niyə qaçırsan? ”- ifadəsi də məhz həmin muncuğun

sehrli, dini-mifik qüdrətini ifadə edirdi.

Xalq inamına görə, qırxı çıxmamış uşağın üstünə çiy ət, qızılgül,

eləcə də yaşıl rəngli nə olursa olsun, fərqi yoxdur, gətirmək olmazdı.

Çiy ət uşağın boynunun  ət kimi sallanmasına, qızılgül ətri onun bihüş

olmasına, yaşıl rəngli isə hər şey uşağı göyərtməyə (epilepsiyaya)

tutulmasına və hətta ölməsinə səbəb ola bilərdi.

“Qırxın tökülməsi” və ya “uşağın çilədən çıxarılması” mərasimini

tamamlamaq üçün işlədilən “qırxaçar camı” Xorasan və Kərbəlada

istehsal edilməklə, ölkəyə zəvvarlar tərəfindən gətirilirdi. Üzərində (iç

və bayır tərəfdən) ərəb əlifbası ilə “Qurani-Kərim” dən 40-a qədər  ayə

həkk edilmiş bu cam tuncdan və  ya misdən hazırlanır, yastı oturacağı




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə