Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə51/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   47   48   49   50   51   52   53   54   ...   134

həmçinin, üstü rəngli saplarla örtülü olan üçkünc dualar, tısbağa kürəyi,

dağadağan çiliyi asma bəzək növlərinin digər bir qrupunu təşkil etməklə,

xəstəlikdən (bədnəzərdən), şər qüvvələrin hökmündən, sehrbaz

tilsimdən qorunmaq məqsədi  güdürdü. Bunların müəyyən dini-mifik

dünyagörüşü və təfəkkür tərzi ilə bağlılığı xalq arasında onlara çox

güclü inam yaratmışdı. Belə asmların hər birinin müəyyən mühafizə

etmə gücü olduğunu xalq dəfələrlə sınaqdan keçirmişdir.  Məsələn,

digər muncuqlar arasına taxılan şəvə muncuğu uşağı qarabasamadan,

sarılıq muncuğu sarılığa tutmadan, nəzər duaları, göz muncuğu və

dağdağan çiliyi bədnəzərdən, möhrə muncuğu mədə ağrısından,

qusuntu muncuğu soyuqdəymədən, baboğlu muncuğu şərdən və

bədbəxtlikdən “qoruyurdu”. “Süleymani” altı künclü metalın (əsasən

gümüşün ) içərisinə yerləşdirilmiş muncuq olub, həm paltardan asılı,

həm də yatan zaman uşağın başının altına qoyulurdu. Bu muncuq uşağı

bəd ruhların (hal anası, şeşə, şəppə, vurğun və s.) qorumaq üçün

düşünülmüşdü. Q.P.Vasilyeva haqlı olaraq yazırdı ki, müxtəlif

materiallardan hazırlanan bu bəzəklər uşaq anadan olduğu ilk gündəncə

onun boynuna, əllərinə, ayaqlarına, papağına və paltarına bəndlənirdi.

[134]

       


XX  yüzilliyin  əvvəllərindən  başlayaraq  ailə  və  məişət

tərzində, iqtisadi və mədəni həyatda baş verən köklü dəyişikliklər qadın

və kişi geyimləri kimi, uşaq geyimlərinin də fabrik istehsalı olan

geyimlərlə  əvəz olunmasını  şərtləndirmiş, XIX yüzilliyin ənənəvi

geyim elementlərini istifadədən çıxarmış, uşaq geyimləri və bəzəklərlə

bağlı bir sıra adətləri, inamları və mərasimləri isə unutdurmuşdur.




BƏZƏKLƏR

        


Kişi  və  qadın  geyim  kompleksinin  tamamlayan,  onlara

xüsusi yaraşıq verən bəzəklərin meydana gəlməsi tarixi geyim

mədəniyyətinin özünün tarixi qədər qədimdir. Hələ təbiəti dərk etmək

iqtidarında olmayaq ibtdai insan,  hazır şəkildə əldə etdiyi və ya özünün

bəsit, primitiv “sənət yaradıcılğı” fantaziyası ilə yaratdığı  əşyalardan

həm həqiqi mənada bəzək elementi kimi həm də magik və mifik

düçüncə tərzinə uyğun bəhrələnməyə çalışmışdır. Əhatəsində yaşadığı

aləmin müxtəlif qüvvələrdən (ruhlardan) ibarət olduğunu düşünən

ibtidai insanlar, bu ruhlar içərisində  xeyirxahlara səcdə etmiş, şər,

qəzəbli, kinli, ziyanverici və xəstəlikər törədən bədxah ruhlara lənət

oxumuş, onlardan qorunmaq üçün magik qüvvəyə malik “qoruyucular”

düşünüb tapmışlar.  Bunlar daş, sümük, buynuz, insan və ya heyvan dişi,

balıqqulağı, eləcə də, bədənə həkk olunmuş döymələrdən (tatuirovka)

ibarət olmuşdur. Göründüyü kim, ibtidai insanın ilk dəfə müraciət etdiyi

bəzək elementləri yaraşıqdan daha çox əməli əhəmiyyət kəsb etmişdir.

    


İctimai  inkişafın  sonrakı  mərhələrində  cəmiyyətin  siyasi,

sosial-iqtisadi, mədəni həyatında, ideologiya və dünya baxışında beş

verən dünya dəyişiklikləri, xüsusilə də metalişləmə sənətinin və bədii

metal sənətkarlğının təşəkkül tapması bəzək elementlərinin praktik-

əməli əhəmiyyətinin arxa plana sıxışdırıaraq onları əksərən sırf bəzək-

zinət əşyaları kimi səciyyələndirməyə başladı. Qədim Azərbyacan

ərazisində metalla ilk tanışlıq Eneolit dövründən başlasa da tuncun,

dəmirin, sonralar isə nəcib metalların (qızıl, gümüş və s.) istehsal

texnologiyasının mənimsənilməsi nəticəsində Azərbaycanın antik və

orta əsr abidələrindən əldə edilmiş  külli miqdarda bəzək və zinət

nümunələri [135] burada bəzək istehsalı texnologiyasının

təkmilləşdiyini göstərir. Saxlanc, cehiz və ya müxtəlif hədiyyələr etmə

yolu ilə əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu zinət əşyaları və onların

bəzək dekorları xalqın etnik tərkibini, sinfi və yaş mənsubiyyətini,

maddi və mənəvi mədəniyyətinin, estetik-bədii zövqünü, istehsal

həyatını öyrənmək üçün dəyərli mənbə rolunu oynayır.

   

Azərbaycanın  zərgərlik  mədəniyyətini  inkişaf   səviyyəsinin



öyrənilməsində Manna incəsənti nümunələri mühüm mərhələ təşkil edir.


Urmiya gölünün cənub-şərqində yerləşən Ziviyədən tapılan və e.ə. VIII-

VII əsrlərə aid edilən “Ziviyə dəfinəsi”nin tərkibindəki şir başları ilə

bəzənmiş, qızıl bilərzik, təsvirli qızıl kəmər, qızıl sinabənd və s. bu

dövrdə bəzk elementlərindən geniş isitfadə edilməsini təsdiqləyir. [136]

“Kitabi-Dədə Qorqud” dastanında təkcə qadınların deyil,  kiçiklərində

qızıl taxdıqları və qulaqlarına qızıl tana –“altun küpə” keçirdikləri

göstərilir. [137] Vaxtilə aparılan areoloji qazıntılardan tapılan, eramızın

IV-VI əsrlərini ən yaxşı alban incəsənəti nümunəsi hesab olunan və

hazırda Sankt-Peterburqda Dövlət Ermitajında saxlanılan tunc gül qabı

üzərindəki atlı təsviri kişilərin də bəzək elemntlərindən geniş istifadə

etdiyini təsdiqləyir. Alban hökdarı Cavnşirin təsviri ehtimal edilən bu

atlının başında tac, belində qoymətli kəmər, qolunda qolbaq, qulağında

isə sırğa vardır. [138]

Aparılan tədqiqatlardan aydın olur ki, Qafqaz Albaniyasının orta

əsr sənətkarlıq mərkəzlərində (Qəbələ,  Mingəçevir, Bakı, Gəncə,

Şamaxı, Naxçıvan, Beyləqan, Şabran və b.) digər kustar sənət sahələri

ilə yanaşı, bəzək-zinət istehalı sahəsidə hərtərəfli inkişaf etmişdir.

Arxeoloji qazıntılar nəticəsində müxtəlif materiallardan (mis, tunc,

dəmir, qızıl, gümüş, bürünc, şüşə, gil) hazırlanan, çoxçeşidli istehsal

texnologiyaların vasitəsilə (döymə, tökmə, yonma, burma-eşmə,

lehimləmə, bəndetmə, zərbetmə və s.) hasilə gətirilən rəngarəng çeşidli

bəzəklər (sırğa, üzük, bilərzik, sinəbənd, asma möhür, medalyon,

sancaq, kəmr-toqqa və s.) orta əsrlər dövrünün bəddi sənətkarlıq

haqqında geniş təsəvvürləri yaradır. [139]

     Bəzək-zinət əşyaları istehsalı, xüsusilə də qadın bəzəklərinin

geniş çeşidi haqqında məlumatlar klassiklərin əsərlərində və dastan

yaradıcılığında aydın izlənilir. Dahi mütəfəkkir N. Gəncəvi “Xəmsə” də

bəzəklərlə bağlı xalq təsəvvürlərindən, daş-qaş və zər-zivərin rəmzi

məna daşımasından, onların çeşidinin müxtəlifliyindən və milli

ornamentlərin misilsiz təkrarsızlığından ürəkdolusu bəhs etmişdir.

Onun əsərlərimdə rast gəldiyimiz üzəri sikkələr və gövhərlərlə

bəzədilmiş qızıl kəmər, qaşlı və ya qaşsız, tacidar möhürü rolunu

oynayan üzüklər “tuği”, “gərdənbənd”, “xalxal”, “zərli həmayıl”,

zənəbrinə boyunbağı, “tac”, saça taxılan ağa möhrələr, sırğalar, eləcə də




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə