Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə53/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   49   50   51   52   53   54   55   56   ...   134

Azərbaycan qadınlarının qiymətli metallarla ləl-cavahiratın

qarşılıqlı tətbiqindən hazırlanan  zinət əşyaları istifadə qaydasına  və

gəzdirilmə  tərzinə  görə  baş,  qulaq,  boyun,  sinə,  bel,  qol,  barmaq

bəzəkləri olmaqla müxtəlif qruplara bölünürdü. Lakin qadın bəzəkləri

təkcə bunlarla məhdudlaşmırdı. Qadın üst geyimlərinin boyunluğunu,

yaxalığına, qollarının ağzına, ətəklərinə hətta bəzən çiyinlərinə də

müxtəlif üsullarla bəzəklə vurulurdu. Müxtəlif  bəxyə, bafta, zəncir,

həşyə, güləbətin

tikmə və s.-dən

ibarət olan bu

əlavələr dekortiv-

bəzək funksiyası

daşıyırdı.

    “Cığcığa”

adlanan

baş


bəzəkləri dəstənin

Azərbaycanda “tac” (“dingə, “cıqqa”), sonralar isə “qəfəsə”, “alınlıq”,

“tetir”, “çəngəlli çənəbənd”(“qarmaq”),”qıraqlıq”, “cütqabağı”,

“gəlintac”, “qarabatdaq” (“araqçın”), “təsəkqabağı”, “taclı”,

“cütqabağı” və s. kimi müxtəlif növlərindən istifadə olunmuşdur. XIX-

XX yüziliyin əvvəllərində  əsasən toy-nişan geyim dəstinin mühüm

elementi hesab olunan “tac”, orta əsrlərdə dövlət başçılarının

hakimiyyətə rəmzə olmuşdur. Bir qayda olaraq, qızıl və gümüş

sağanağına qiymətli daş-qaş düzülmüş, öndən görünüşü nəfis işlənilən

tacdan hökmdar rəsmi qəbullarda, hökmlər verəndə, hakimiyyət

taxtında əyləşəndə rəsmən istifadə edirdi. XIX əsrin əvvəllərində

Azərbaycanda xanlq idarə-üsulu ləğv edildikdən sonra şahlıq (xanlıq)

geyim dəsti kimi, tacdan istifadə də aradan çıxmış, bununla belə, bəzək-

zinət dekorunun başın alın hissəsindən cəmlənməsi əsanən bir çox

qadın qadın baş bəzəklərin meydana gəlməsi əsas olmuşdur. [150]



Qəfəsə-başa dingə qoyulduqdan sonra onun qabağına tutulan

(tikilən) üstü baftalı bəzək idi. Başa qoyulan dingəyə daha yaraşıqlı

görkəm verməkdən ötrü  onun qabağına bəzən ətrafına qızıl və gümüş

pullar düzülmüş “tetir” tutudular. Rəqs zamanı metal cingiltili, melodik

səslər

çıxarsın


deyə,

dingənin


dövrəsinə

“qıraqlıq”

adlanan

xüsusi


bəzək

elemetinin

əlavə edilməsi də dəb idi. Qıraqlığın üstü gümüş pullarla örtülü olurdu.

Daha imkanlı və əsəb-nəsilli imkanlı qadınları baş geyiminə əlavə

olunan bəzək kimi “alınlığ”a (qabaqlığa) üstünlük verirdilər.

Azərbaycanın ayrı-ayrı zərəgrlik mərkəzlərində “pilə, “pərək,

“gülpərək”, “kəsmə” adlanan zəngin bədii dekora malik mürəkkəb zinət

üsnürlərində, bəzən isə sadəcə kənarına qulp bəndlənmiş asma və qızıl

sikkələrdən tərtiblənmiş “pilək alınlıq”, “əşrəfi qabaqlıq” xüsusilə

yüksək qiymətləndirilirdi. Varlı qadınların alınlığı adətən, daş-qaşala,

son vaxtlar isə briliyantla bəzədilirdi. [151]

Taclı cütqabağı  şəbəkəçilik üslubunda nəfis işlənməklə, bəzək-

nəqş ünsurlərinin (gül-çiçək, ulduz, yarpaq, qönçə, qübbə, ayapara, buta

və s.) öndə (alında) cəmlənməsi ilə səciyyələnirdi. Bakı zərgərlik

(şəbəkəçilik) məktəbinin nümayənədəsi Məmməd Şəfi  taclı cütqabağı

hazırlamağın mahir ustası olmuşdur. [152]

Şəngəlli çənəbənd və ya qaraqam

əməli əhəmiyyət  kəsb etməklə,

mürəkkəb quruluşu çalma və dingələri

başda möhkəm saxlamaq, hörüyə

gəlməyən cığa-birçəyi nizamlamaq, son

nəticədə isə bəzək məqsədilə işlədilirdi.

Çəngəlli çənəbənddən (qarmaqda), bir

qayda olaraq, ərli qadınlar istifadə




etsələr də, nişanlı qızlar və cavan gəlinlər baş bəzəyi kimi “tel sancağı”,

“telbasan, “ərcə”, “qüllaba”ya üstünlük verirdilər. Bəzək-nəqş

formalarından asılı olaraq Azərbaycanda çəngəlli çənəbəndlərin

(qarmaqların) “gül çəngəl”, “mərcanə qarmaq”, “örpü qarmaq, “həsiri

qarmaq”, “qabırğalı çəngəl” və s. kimi dəstləri hazırlanmmışdır.

“Qarabatdaq” (“araqçın”) adlanan baş bəzəyi Naxçıvan etnoqrafik

bölgəsi üçün səciyyəvi olub, adətən, uclarından ilgək-düymə olan ensiz

parça və ya bafta üzərinə halqalardan asılmış  rombşəkilli  qızıl asmalar

bənd etməklə düzəldilir, bəzək dekorları alının üstünə düşmək şərtilə

baş örpəklərinə və ya araqçına bağlanırdı. Sonralar ondan boyun bəzəyi

kimi istifadə olunmuşdur.

Boğaz bəzəyi kimi qarabatdaq sadə və ətəkli olmaqla iki variantda

hazırlanırdı. Sadə qarabatdağı, adətən, rəngli muncuqları (xüsusuilə də

“∞” formalı “qum muncuğu” nu) sapa nəfis şəkildə düzməklə hazırlayır,

onun də hər cərgəsi “hel ” adlanırdı.

Ətəkli qarabatdaq isə qızıl və ya gümüşdən nəfis şəkildə kəsilmiş

rombşəkilli, konusvari, ulıduz, aypara, düzbucaqlı-kitabvari, yarpaq,

buta, badamı və s. şəkilli bəzək elementləri bir neçə cərgədə halqalar

vasitəsilə sapa düzməklə  əldə edilirdi. Şübhəsiz ki, sadə (muncuqlu)

qarabatdaq aztavanlı, ətəkli qarabatdaq isə kübar qadınlarının, tacir-

tüccar əyalının bəzək-zinət elementi olmuşdur. XIX yüzillikdə

Azərbacan qadınlarının baş geyimini təşkil edən mürəkkəb qurluşlu

dingələr, üstü zəngin bəzkli araqçınlar, xüsusi əndazə ilə salınan

çalmalar, müxtəlif çeşidli örpəklər nəfis işlənmiş bəzək şeyləri ilə

bəzədildiyindən, qadın görkəminə təkrarsız gözəllik verirdi.

Qulaq bəzəkləri Azərbaycanda zaman-zaman “altun küpə,




“tana”,”güşvarə”, “sırğa” və başqa adlarla məlum olmuş, və çox geniş

çeşiddə hazırlanmışdır. “Darağı”,”səbəti”, “gilası”, lolu (lola”), kufə,

“minarə”, piyalı-zənn”, “buta,”, “badamlı”, “heydəri”, “aypara”,

“yarpaq”, “qozalı,”, “fındığı”,  “piyalə”, “pərəkli”, “qırxdüymə”, “satıl”

“üçdüymə”, “zanqaguş”, “ətəkli”, “şarlı” və s. sırğa növləri, cavahir

tana uzun zaman Azərbaycan qadınların istifadə etdiyi bəzək əşyası

arasında üstün yer tutmuşdur.  Sırğa (tana) növləri qulağın “niçək”

adlanan aşağı hissəsinə-qulaq pipiyinə bağlanırdı. Bunun üçün bir

qayda olaraq, kiçik yaşlarından (3-4 yaşından) qızların qulaqların küllə

ovudub keyidir, sonra saplı iynənin arxa tərəfi ilə qulağın pipiyini deşir,

oradan keçirilən sapa  1-2 ədəd muncuq taxırdılar. Deşilmiş yer

bitişməsin  deyə,  sapı  tez-  tez  yağlayır  və  tərpədirdilər.  Qeyd  etmək

lazımdır ki, ailədə uzun müddət dünyaya gəlişi gözlənilən , əziz-xələf

sayılan, nəslinə və ya tacın (şahlıq-xanlıq dövründə) davaçısı kimi

qəbul edilən oğlan uşaqlarının da bir qulağına da “sırğa” (“heydəri

sırğa”) taxmaq dəbdə olmuşdur.

 Qadın bəzəklərinin böyük əksəriyyətnin boyun (boğaz) və sinə

(döş) bəzəkləri təşkil edirdi. Bunlar həm bahalı daşlardan tərtiblənən

muncuqlardan, həm qiymətli metallardan (qızıl,

gümüş), həm də daş-qaşla (cavahiratla) əlvan

metalların kombinəsindən xüsusi incəliklə

hazırlanırdı. Etnoqrafik bölgələrimizdə

“boğazaltı” , “yaxagülü”, “məcdiyyə”,

“heykəl”, “həmayil”, “qozalı boyunbağı”,

“yelpazəli sinədənd”. “hil, “arpa”, “bacaqlı”,

“nargilə boyunbağı”, “qarabatdaq”, “mərcanə”,

“sərmə”, “gərdənbağı”, “şəddə”, “gərdənbənd”, “qazayağı”, “mamasan”,

“çəçik”, “ilgək-qarmaq”, “silsilə” adlarla məlum olan genişçeşidli

boyun (boğaz) və sinə (döş) bəzəkləri varlı qadınların geyim dəstində

üstün yer tutmuşdur.  Maddi cəhətdən imkansız olan qadınlar,

bəzənmək xatirinə, hətta adi muncuqdan tuncdan, misdən, iydə və

xurma çəyirdəklərindən boyunbağı taxırdılar. Çəyirdəkli boyunbağını

düzəltmək üçün yetişən meyvələrin çəyirdəklərinin içərisini qızdırılmış

iynə ilə uzununa və ya eninə deşir, sapa düzürdülər. Uzun müddət

istifadədə olan bu muncuqlar “sürtülərək” parıldayırdı.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə