Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə55/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   51   52   53   54   55   56   57   58   ...   134

“qolaxçası”, demək olar ki, əksər gəlin və qızların bəzək dəstində

mühüm yer tuturdu.

  “Həsiri” bilərzik (dasinə) Lənkəran-Astara və Muğan bölgələri

üçün xarakterik olan qol bəzəyi idi. Eyni formalı və eyni bəzəkli 50

ədəd qızıl hissədən tərtiblənən bilərziyin hər iki kənarında sap keçirmək

üçün dəlikləri olurdu. Sapa düzüldükdən sonra bilərzik qola bağlanır,

sapların ucaları düyünlənir və düyünü üstünə qızıl düymə bənd edilirdi.

Qolun ölçüsündən asılı olaraq qızıl hissələrin sayı artırılıb azaldıla

bilərdi.

  Toplanılan etnoqrafik materiallardan aydın olur ki, XIX-XX

yüzilliyin əvvələrində Azərbaycanın şəhər əhalisinin varlı qadınlarının

(bəy, tacir-tüccar, əsəb-nəsəbli zadəgan qadınlarının) nadir hallarda

istifadə etdiyi “xalxal” ayağa (topuğa) bağlanmaqla, qızıldan

hazırlanırdı. Üzərinə kiçik zınqırovların (qumroylar) sıra ilə bənd

edildiyi “xalxal”, bir qayda olaraq, rəqassələrin yağında olsa da,

varlılar da ondan yeri gəldikcə istifadə edirdilər.

      

Azərbaycan qadın bəzəklərinin bir qismini də libasa  bənd



edilən ənənəvi zərgərlik sənt nümunələri (yaxalıq, ətəklik, çalkeçir-

qarışqa, qoza-düyymə, zəngəbənzər qurov, sikkə-düzmələr, və s. ),

toxunma və hörmə bəzəklər (bafta, qaytanlı naxış, şapara, hərəmi,

qaragöz, sərmə, şəms, pürçüm, qotaz, pitik, buta, şahpəsənd, güləbətin,

muncuqlu tikmə, zəncirə və s.) və paltara vurulan müxətlif bəxyə, tikiş

və həşyələr (nəlbəki, görüş, dördtikə, büzmə, dejurka, cəhrəpəri,

qayçıqulplu, qoşasırıq, xoruzsayağı, qıyı, dəhrəburnu, xanımsalladı,

dördsaplı, ikisaplı, üçsaplı, doldurma tikiş, quyrum və s.) təşkil edirdi.

  Bafta enli və dar biçimli olub, ipək və zərli saplardan toxunur,

lavada, küləcə, arxalıq, baharı, çəpkən və s. kimi qadın geyimlərinin

yaxa, boyun, ətək və qol kəsiklərinə tutulurdu. Özünəməxsus

yaradıcılıq zövqü, tikmə və naxışsalma qabiliyyəti olan səriştəli

qadınlar yuxarıda sözügedən toxuma, hörmə və naxış-tikiş

nümunələrinin mahir yaradıcıları idilər.

Göründüyü kimi, qadın geyim kompleksini tamamlayan bəzək

nümunələrinin əksəriyyəti qaş-daşdan və qiymətli metalların zərif

işlənməsindən ibarət olmuşdur. Bu bəzək-zinət nümunələrinin

tərtiblənməsində, mürəkkəb quruluşlu, təkrarasız naxışlı qadın




bəzəklərinin araya-arsəyə gəlməsində Azərbaycanın zərgərlik sənəti

mərkəzlərində fəaliyyət göstərən, fərdi yaradıcılıq qabiliyyətinə malik

xalq sənətkarlarının rolunu xüsusilə qeyd etməliyik. Məlum olduğu

kimi, Azərbaycanda bədii metalişləmə sənətinin müxtəlif üsulları

(savadlanma, qəlibkarlıq, şəbəkəçilik, minasızlıq və b.) olmuş,

Azərbaycan sənətkarları arasında bu üsulların hər biri üzrə dar

ixitsaslaşma getmişdir. XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanın

şöhrətli zərgərlərindən bakılı, A.Sultanov, Q.Ağayarzadə, Qulamirzə

Kərbalayı  Əbdülbaqi oğlu, Məşədi Məmmədrza Mütəllim oğlu,

şamaxılı Məmmədibrahim Kərim oğlu, Osman Gülməmməd oğlu,

gəncəli, Seyid Abbas, A.Həsənov qəlibkarlıq məlumatlarının; Bakıda

Əliabbas, Nağı  Əliyev, Məmməd Şəfi, A.Ə.Əliyev, Şəkidə -Teymir

Nəbi oğlu, Məmməd Cabbar oğlu, H.Bədəlov, Gəncədə, A.Həsənov

şəbəkəçilik məlumatlarının; Hüseyn Hacı Yusif oğlu, Ş.Əliyev,

H.A.Axundov, Hacı Əbdül Əlim nəqqaş, Hüseynqulu usta, A.Həsənov,

Saleh Nağı oğlu və başqa savadalma məlumatlarının; M.D.Mirəhmədov,

Molla Fərəci, F.Babayev, Ə.Kərimov, Ə.Yusifov, Ə.Məcidov, M.

İsmayılov  və b. minasazlıq məlumatlarının hazırlanmasında xüsusilə

fərqlənmişlər. [158] Onların hazırladıqları zərgərlik nümunələri Tiflisdə

və Fransada (Parisdə) tanınmış, yüksək mükafatlara layiq görülmüşdür.

      

Həm sırf estetik-bədii bəzək  funksiyası daşıyan, həm əməli



əhəmiyyət kəsb edən, həm də bir çox hallarda dini-magik rolu ilə

fərqlənən bəzək nümunələrini ictimai təbəqələr arasında  sosial

bərabərsizliyi daha dolğun əks etdirməklə, bəhs olunan dövrün

xüsusiyyətlərini, xalqın həyat və məişət tərzini, lokal və etnik

özünəməxsusluğunu, etnik-mədəni təması və türkdilli xalqlar arasında

etnogenitik əlaqələri, yaş dövrünün ayı-ayrı pillərində bəzəklərdən

istifadə edilməsində meydana gələn dəyişiklikləri və s. özündə daha

dolğun əks etdirir. Əksər hallarda xalqın güzəranının və xoş  əhval

ruhiyyəsinin göstəricisi olan bəzəklərdən islam aləmi ilə sıx bağlı olan

bə bəzi dini mərasimlərin (orucluq, məhərrəmlik və s.) keçirilməsi

zamanı, eləcə də  qırx günlük matəm mərasimi və doğuşdan sonra uzun

əsrlər boyu formalaşan bu adət hazırda da icra edilməkdədir.

  Bəzəklərdən az və ya çox dərəcədə istifadə edilməsinin bir

xüsusiyyəti də şəxsin (qadının) yaş mənsubiyyəti ilə bağlı idi. Adətən,




uşaqlıq və yeniyetmə çağlarında qadın bəzəkləri azlıq təşkil edir,

nişanlılıq və gəlinliyin ilk dövrələrində qadın zinətlərinin sayı xeyli

çoxalır, ailədə övlad artdıqca və ya qadın yaşa dolduqca üzük və sırğa

istisna olmaqla, bəzəklər getdikcə geyim dəstinin tərkibindən çıxır,

cehiz, saxlanc və ya hədiyyə predmetinə çevrilirdi.

Toplanılan etnoqrafik materiallar təsdiq edirki, XIX-XX

yüzilliyin əvvəllərində qadın geyim kompleksini bədii-dekorativ

cəhətdən tamamlayan, onun milli koloritini və estetik  bütövlüyünü

təmin edən bəzəklər  çoxçeşidli hazırlanmaqla, bir qayda olaraq, zər-

ziba içində süstlənən bəy, ağa, xan, tacir-tüccar qadınlarının libaslarında

üstün yer tutmuşdur. Əhalinin böyük əksəriyyəti üçün bu zər-zəbəcdən,

zinət-bəzək əşyaların əldə edilməsi arzu olaraq qalmışdır.

  XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərindən başlayaraq

Azərbaycanda kapitalist münasibətlərin inkişafı və bazar əlaqələrinin

meydana gəlməsi və genişlənməsi, zərgərlik məlumatları (zinət-bəzək

əşyaları) istehsal edən fabrik və firmaların sıxışdırılması keçən əsrlərin

kustar zərgərlik məlumatlarını məişətdən xeyli sıxışdırsa da, cehiz,

saxlanc, hədiyyə etmə yolu ilə nəsillərdən-nəsillərə keçən bir çox əntiq

qadın zinət-bəzək nümunələri hələ də xalqın istifadəsindədir.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə