Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə56/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   52   53   54   55   56   57   58   59   ...   134


YEMƏKLƏR

Bəşər cəmiyyətinin meydana gəldiyi ilk dövrlərdən insanların,

əsas təlabat kimi, qida məhsullarına böyük ehtiyacları olmuş, yaşamaq

uğrunda mübarizədə geyim, sığınacaq kimi maddi vasitələrlə yanaşı,

yemək məhsularının əldə edilməsi də mühüm əhəmiyyət kəsb etmişdir.

Yaranışın ilkinlik çağlarında qida məhsularının  təbiətdən hazır şəkildə

alan (yığıcılıq) ibtidai insanlar, sonralar ictimai inkişafın gedişi

prosesində özləri də yeməklər istehsalı vərdişlərin yiyələnmişlər. Buna

görə də yeməklər və içkilər insan cəmiyyətinin yaranması ilə bir dövrdə

meydana gəkməklə, hər bir xalqın madii mədəniyyətinin mühüm

elementlərindən biri təşkil edir. F.Engels L.H.Morqanın bəşəriyyətin

tarixdən əvvəlki dövrə gətirdiyi sistem haqqında danışarkən, onun belə

bir fikrinə diqqətimizi yönəldir ki, “...bütün canlı mövcudatdan yalnız

insan yemək şeyləri üzərində, demək olar ki, hədsiz hökmranlığa nail

ola bilmişdir”. [1] Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, ibtidai

insanlar özlərinin ilk əmək vərdişlərinə məhz yeməli qida məhsullarını

axtarıb tapmaqla başlamış, onların ələdə edilməsi və saxlanması isə ilk

primitiv əmək alətlərinin və yemək qablarının meydana gəlməsinə

səbəb olmuşdur.

 Dünyanın bir çox ərazilər kimi  Azərbaycan ərazisinin də ilk

insanın meydana   əldiyi antropogen zonasına daxil olmasını elmi

tədqiqatlar çoxdan sübut etmişdir. Azərbaycanın müxtəlif bölgələrində

aşkar edilən ilk insan mağara-düşərgələrindən (Azıx, Tağlar, Qazma,

Buzeyir, Zar və b.) ələdə ediləm daş əmək alətləri,  heyvan sümümkləri

və s. kimi maddi mədəniyyət qalıqları söyləməyə imkan verir ki,

ölkəmizin ilk sakinləri yığıcılıqla yanaşı, ovçuluq və balqıçılıqla da

məşğul olmuş, onların yemək öynəsində bitki mənşəli yeməklərlə

yanaşı  ət yeməkləri də mühüm  olmuşdur. Azərbaycanda, şübhəsiz ki,

uzun əsrlərin empirik bilik və vərdişləri hesabına yaranan, ənənəvi

olaraq nəsillərdən-nəsillərə ötürülən zəngin qidalanma ənənələri

mövcud olmuş, maddi mədəniyyətin bu sahəsində etnosun milli

xüsusiyyətləri daha aydın izlənməkdədir.




   Hələ çox qədimlərdən flora, fauna və hidroqrafiya cəhətdən

zəngin olan Azərbaycan ərazisində çoxəsrlik qida mədəniyyətinin

formalaşması üçün mükəmməl baza, ilkin şərtlər də mövcud olmuşdur.

Bu təbii ehtiyatlardan istifadə edən Azərbaycan xalqı müxtəlif çeşidli

yeməklərin hazırlanmasında zəngin bacarığa, biliyə və təcrübəyə

sahiblik etmişdir.

    

Maddi mədəniyyətin ən mühafizəkar sahəsi olan yeməklər



uzun bir tarixi inkişaf yolu keçdiyindən, ona məhsuldar  qüvvələrin

tədrici inkişafı, istehsal alətlərinin meydana gəlməsi də təsir göstərmiş,

yeməklərin çeşidini artırmış, tərkibini zənginləşdirmişdir. Mezolit

dövründə ox və kamanın kəşf edilməsi, “Neolit inqilabı” hesab olunan

dulusçuluğun və toxuculuğu meydana gəlməsi ibtidai insanların yemək

öynəsində böyük dəyişikliklərə səbəb olmaqla, ərzağın kəmiyyət və

keyfiyyətini artırmış, onun uzun müddət saxlanması üçün şərait

yaratmışdır.

  Vəhşi heyvanların əhilləşdirilməsi, əvvəlcə təbii, sonralar isə

süni oddan istifadə edilməsi ibtidai insanların təbiətin asılılığından azad

edərək sərbəstliyinə  şəarit yaratmış, istehsal məharətinə yiyələnməyə,

qida mənbələrinin genişləndirməyə vadar etmişdir. Azərbaycan da odla

tanışlığın bir neçə yüz min il tarixi vardır. Azıx mağarasından tapılmş

ocaq qalıqları sübut edir ki, ölkəmizin ən qədim sakinləri odla davrana

bilmiş, ondan istifadə etməyi bacarmışlar. Oddan istifadə edilməsi ilə

insanlar yeni yeməklər hazırlamaq  vərdişlərinə yiyələndilər, ən

başlıcası isə oddan bişirilən ət və b. qida məhsulları yarı həzm olunmuş

halqa yemək süfrəsinə çıxarılmağa başladı.

     

İcitmai  inkişafın  sonrakı  mərhələlərində  qidalanma



mədəniyyətinin formalaşmasında hər bir xalqın təsərrüfat

mədəniyyətinin isitqamətinin də (əkinçilik, maldarlıq, ovçuluq, yığıcılıq

və s.) mühüm təsiri olmuşdur. Azərbaycanda əsas məşğuliyyəti

əkinçilik olan dağətəyi və düzənlik ərazilərdə yaşayan əhalinin yemək

süfrəsində bitki mənşəli yeməklər bolluq təşkil etmiş, dağlıq  bölgələrdə

yaşayan maldar elatların qida öynəsində isə  ət-süd yeməkləri bikti

mənşəli yeməkləri üstələmişdir.

   İlk baxışdan adı görünən yeməklərin müxətlifliyi xalqın sosial

vəziyyətindəki fərqlərlə də müəyyən olunur. Məlum olduğu kimi, bütün



orta əsrlərdə Azərbaycanda sosial-sinfi təbəqələşmə son həddə çatmışdı.

Hərtərəfli təmin olunmuş ağa, bəy, əsilzadə, mülkədar, tacir-tüccar əhli,

ruhani və b. sosial zümrələrdən fərqli olaraq, kəndin rəiyyət-rəncbər

ailələrində süfrəyə müxtəlif çeşidli yeməklər yalnız arzu olaraq qalırdı.

Heç şübhəsiz ki, qidalanma mədəniyyətinin formalaşmasında varlı

zümrələr mühüm rol oynamışlar.

   Bütün bunlarla yanaşı, müxtəlif çeşidli yeməklərin meydana

gəlməsində təbii coğrafi yerləşmə, iqlim şəraiti, iri şəhərlər-ticarət-

mədəni mərkəzlərə yaxınlıq və başqa qonşu xalqlarla etnik mədəni

əlaqələr də müəyyən dərəcədə  əhəmiyyətli rol oynayır. Bəşər tarixinin

ümumi inkişaf qanunauyğunluqlarının əsasında maddi-iqtisadi bazisin

dayandığını nəzərə alsaq, bu maddi –iqtisadi bazisin bir tərkib hissəsi

olan yemək və içkilərin cəmiyyətin həyatında nə dərəcədə həlledici rol

oynadığının şahidi oluruq.

 Yeməklər və içkilər təkcə qidaya olan tələbat baxımından

əhəmiyyət kəsb etmir. Xalq yemək və içkilərin hazırlanmasında bütün

qabiliyyətini, bilik və bacarığını ortaya qoyur, bayram və mərasimlərdə

süfrələri ləziz və müxtəlif çeşidli yeməklərlə, meyvə-çərəz, xuşgubar

xonçaları ilə bəzəyir, lətafətli və xoştamlı içkilər hazırlayır, ağır el

yığnaqlarını, el toylarını, şərafətli qonaqlıqları yemək-içmək süfrəsi ilə

rövnəqləndirir. Xalqımızın bu sahədə  əldə etdikləri zəngin təcrübə,

vərdiş, bilik və bacarıqlar daim zənginləşmiş, bu günümüzə qədər gəlib

çatmışdır.

Azərbaycanın yeməkləri və içkiləri Qafqazda şöhrət qazanmış

binayi-qədimdən bütün Qafqaz xalqlarının yemək süfrəsində həlledici

təsir göstərmişdir.

Madii

mədəniyyətimizin bu



sahəsi Ümumtürk

mədəniyyəti

çərçivəsində

sayılıb-seçilən



yerlərdən birini tutur,

xalqımızın

milli

xüsusiyyətlərini




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə