Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə52/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   48   49   50   51   52   53   54   55   ...   134

libasa vurulan bəxyələr Azərbaycan qadının  milli libaslarının bəzək

elementlərinin zənginliyini göstərir. [140]

       Dastan yaradıcılığında, əsasən, zər-zivər içərisində süstlənən

əsəb-nəsəbli bəy, xan, tacir-tüccar təbəqəsinin bəzək əşyaları hesab

olunan boyunbağılara (“mərcanə”. “silsilə” və s.) təsadüf olunur:

Ay həzərat, gəlin sizə söyləyim,

Göz düşüb Səlbinin mərcanəsinə.

Sərraflar yığılıb qiymət qoysunlar,

 Min tümən kəsdirib bir danəsinə. [141]

Yaxud:


Bülbül ayrılığı sitəmdi gülə.

Güləbətin naxış süsən sünbülə,

Badilə mintənə, üstdən silsilə,

Sərəndazdan töküb başa- baş Pəri. [142]

Göründüyü kimi, kamil sənət əsəri səviyyəsində hazırlanan bu

bəzək nümunələri bahalı olmaqla yanaşı, zərgərlik incəsənətinin inkişaf

durumunu da göstərir.

 “Şah İsmayıl” dastanında “Gülzarın boynunda babasının yeddi

illik bac-xəracı ilə başa gəlmiş bir boyunbağı” dan bəhs olunur. [143]

Bütün bunlar Azərbaycan zərgərlərinin sənət bacarığını, yerli istehsalın

səviyyəsini, balıcası isə, sosial təbəqələr arasında qeyri-bərabərliyi

göstərir və bəzəklərin az bir qisim əhali arasında dəbdə olmaqla, dar

sosial mühitdə yayıldığını təsdiq edir.

    XVII əsrdə Azərbaycanda zərgərlik və zinət-bəzək əşyalarının

hazırlanma səviyyəsindən bəhs edən M.X.Heydərov  bir çox Avropa və

türk səyyahlarının məlumatlarına əsaslanaraq yazır ki, zərgərlik

məlumatları, müxtəlif bəzəklər orta əsr Azərbaycan əhalisinin, xüsusilə

əyanlar və varlı tacirlərin məişətinə o dərəcədə geniş daxil olmuşdu ki,

bu, zərgərlik məlumatları satan zərgər dükanlarının xüsusi cərgəsinin

yaranmasına səbəb olmuşdur. Təbriz və  Ərdəbil qeyrəsriyyələrində  ən

bahalı və  ən zərif zərgərlik məlumatları belə tağbəndli zərgər



dükanlarından ibarət sənət cərgələrində müşahidə olunurdu. Bəhs

olunna dövrdə belı sənət cərgələri Şamaxı  şəhərində də mövcud idi.

[144] Eyni məlumatın XIX-XX əsrin əvvəllərində Bakı şəhərinə də aid

edilidiyinin şahidi oluruq. Bu dövrün rus səyahətçisi E.Markov Bakı

limanının Şərqin Marselinə çevrildiyini qeyd edərək yazırdı ki,

memorial abidələri ilə diqqəti cəlb edən bu şəhərdə örtülü bazarlar,

zərəgrlik emalatxanaları cərgə ilə düzülmüşdür. Orada gümüşdən firuzə

ilə bəzədilmiş filiqran-şəbəkəçilik məlumatının gözəl nümunələri emal

olunmaqdadır. [145]

Geyimlərə xüsusi yaraşıq verən bəzək məluamtlarının

hazırlanması və satışı XVIII-XIX yüzilliklərdə yüksək xətlə inkişaf

etmişdir. XIX əsrdə Quzey Azərbaycanda Naxçıvan, Ordubad, Gəncə,

Şəki, Şamaxı, Bakı, Quba, Şuşa, Lənkəran və Salyan şəhərləri başlıca

zərgərlik mərkəzləri sayılırdı. XIX yüzilliyin 50-ci illərində Gəncədə 24

zərgər, [146] 80-ci illərdə Qazax qəzasının Şəmşəddil sahəsində 3,

Zəyəm


stansiyasında 2

güşəbənd, [147]

XIX-XX

yüzilliyin



hüdudlarında isə

Bakıda 130 nəfər

qeydiyyatdan

keçmiş zinət

ustası  və 89 nəfər

şagirdi, Şamaxıda 25, Salyanda 13, Qubada 12, Gəncədə 33, Nuxada 22,

Şuşada  12 nəfər zinət ustası fəaliyyət göstərmişdir. [148]

 XIX-XX yüzilliyin əvvələrində bəzi əməli əhəmiyyət kəsb edən

bəzəklər (toqqaqayış, kəmər, xəncər qını, saat və saat qabı, vəznə -

patrondaş, tütün qabı, saat zənciri, üzük və s) istisna olmaqla, kişi

geyimləri demək olar ki, bəzəkisiz olurdu. Bu məsələdə  əhali “erkək

atın çulu cırıq olar”, “bəzənmək qadına yarşır”- kimi mülahizələrə

əsaslanırdı.

Bəhs olunana dövrdə hazırlanan bəzək-zinət məlumatları qadın

geyim kompleksinin vacib elementi kimim əhəmiyyət kəsb etmişdir.



Zərgərlik incəsənətinin

tədqiqatçları bu dövrün

zərgərliyinin yeni-yeni bədii və

texniki xüsusiyyətlərinin

meydana çıxdığını, hazırlanan

məlumatda xalqın adət-

ənənsinin, əqidəsinin, sosial

mövqeyininn şərti dekorativ

formada, rəmzi mənada işlədilməsinin ön plana keçməsini qeyd edirlər.

Azərbaycan zərgərlik geyimlərində bəzək şeylərini bədii formasını və

naxışlarını (dekorativ bəzəyini) gücləndirmək məqsədilə həm yekcins

qızıl və gümüşdən həm də, müxtəlif cəvarihatın ahəngdar qarşığından

məharətlə istifadə etməklə bu və ya digər zinət növünün

hazırlanmasında həndəsi, nəbati, zoomorf və astral motivli naxışlar

tətəbiq edilir, məlumatların surəti (ay, ulduz, günəş, yarpaq, gül, şaxə,

balıq, quş və s.) təbii-dekorativ  formalarda alınırdı. [149]

 Kustar sənət üsulu ilə (döymə, qəlbkarlıq, basma, savadlanma,

şəbəkə, minasızlıq, xatəmkarlıq və s.) hazırlanan bəzək-zinət

məlumatlarının əksəriyyəti Azərbaycanın sənət mərkəzlərində  ərsəyə

gəlsə də, bəzən varlı  əyanların tacir-tüccar əhalinin qadınlarının

bəzkələri içərisində xaricdə hazırlanan, üzəri kəsmə sikkələrlə (ərəfi,

impreial, çervon, lirə,  real, tilani və s.  tərtiblənən bahalı kəmər,

boyunbağı  və qolbaqlara da rast gəlmək olurdu.

Etnoqrafik və  ədəbiyyat materiallarının təhlili göstərir ki,

Azərbaycan qadınlarının bəzək-zinət əşyalarının hazırlanmasında

müxtəlif qiymətli daşlar, (mirvari, yaqut, əqiq, kəhrəba, zümrüd, firuzə,

mərcan, şəvə, hətta brilyant) mühüm yer tutmuş, mürəkkəb əsaslı zinət

məlumatlarının komponent tərkibi olmuşdur. Bu qiymətli daşlardan bir

çoxu ölkəyə karvan ticarəti vasitəsilə Şərq ölkələrindən gətirilirdi. Belə

kombinə edilmiş  şəkildə (qiymətli metallarla –ləl cəvahiratın

kombinəsi) hazırlanan zinət və zər-zəbərcəd baha başa gəldiyindən,

imkansız qadınlar ucuz daşlarda, adi şüşədən, misdən. Tuncda, hətgta

bəzi meyvələrin çəyirdəklərindən (iydə, xurma və s.) sapa düzməklə

bəzək  şeyləri hazırlayıb gəzdirir, toyda, el şənliklərində isə varlı

qadınlardan bəzi zinət-bəzək əşyalrını 1-2 günlüyə “birovuz” alırdılar.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə