Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə48/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   44   45   46   47   48   49   50   51   ...   134

quruluşuna görə fərqlənirdilər: “çütməburun”, “quşburnu”, “təkburun”,

“üçburun” və s.

Çarığın atadan dayanması üçün onun dababnına köşədən 2-3

ədədə “körpü” dabanla pəncərə arsının yanlarına bir cüt olmaqla

“üzəngi”, pəncə üstünün yanlarına isə “gözlər” toxunurdu. Tikmə içi

üzərinə ya üzərinə mum çəkilmiş eşmə iplik vasitəsilə, ya da göndən

nazik çəkilmiş (köşə) vasitəsilə aparılırdı.

Çarıq ayağa geyildikdən sonra “çarıqbağı” vasitəsilə bağlanırdı.

Çarıqbağı rəngli toxunma ipdən hazırlanırdı. Bir qayda olaraq, gəlinin

cehizləri xeyli çarıqbağı olurdu.

Çarıqbağını pəncəüstü gözlərə çarpaz doladıqdan sonra onun

uclarını daban körpüsünə və yan üzəngələrə çevirir, artıq qalan hissəsini

isə baldıra dolayıb bağlayırdılar.

Qərb bölgəsi əhalisinin bayram libası dəstinə daxil edilən

“quşgözü” çarıq digər çarıq növlərində öz yaraşıqı ilə seçilirdi. Onun

pəncə üstü ipli olur, bəzəkli çarıqbağı ilə bağlanırdı. Çarığın ayaqda

gözəl görünməsi üçün adətən üzəngi bəndlərinin altında hər iki yandan

simmetrik omaqla sərçə gözü boyda deşiklər açırdılar.

 Ləkəran-Astara bölgəsində geyilən çarıq “şım” adlanırdı.

Burada alınma dəvə gönünündən tikilən “şatra şım”  daha çox dəbdə

olmuşdur. Onu tikmək üçün  istifadə olunan göndən çəkilən duvula

(köşə) qızılağacının qabığından hazırlanmış məhlulla  qırmızı rəngə

boyadılırdı. Çarıq patava ilə geyiləndə  ona “şım -putya” deyirdilər.

Çarığın “şımaband” adlanan pəncəüstü duvula vasitəsilə çalkeşir

şəklində hörülürdü.

Adətən,


aşılanmamış göndən

tikilən çarıqlar suya

düşəndən sonra quruyub

qaxaca dönürdü. Bunun

qarışısını almaq üçün

çarığı soyunduqdan

sonra onun içinə nəm

torpaq doldurulurdu.

Nəm torpaq çarığın



quruyub bərkiməsinin qarşısını alırdı.

Çarığı, bir qayda olaraq, müxtəlif  yun corab (saya və ya

bəzəkli) badış, patava və dolaqların üstündən geyirdilər. Yun corabın

üstündən şaxtalı havalarda dolaq bağlanırdı. Onu, eni 120 sm, uzunlu

isə 70-80 sm olan sıx toxuna şaldan hazırlayırdlar. Dolaq baldıra patava

isə ayağa kip sarınır, şalvarın balağını  qıvraq saxlayır, təsərrüfat işləri

zamanı sərbəstlik yaradırdı.

Bəzən çöl- təsəsrüfat işləri zamanı dolağı badış  əvəz edirdi.

Kişilər şalvarın balığı onun içərisinə qabqarıb topuqdan yuxarı və

dizdən aşağı qaytanla bağlayırdılar.

  

Qışı sərt keçən dağlıq ərazilərdə çarığın və ya çəkmənin



üstündən yer hanasında xüsusi olaraq bu məqsəd üçün toxunmuş ayaq

şalı dolayırdılar.  2 m-ə qədər uzunluğu bir qarışdan çox eni olan ayaq

şalı ayağı don vurmaqdan qoruyurdu.

Yayılma arealına görə, şəhər əhalisinin geyim dəstində əsas yer

tutulan kişi başmağı “mərdanə başmaq” adı ilə məlum idi. Əsasən iri

sənət mərkəzlərində peşəkar baçmaqçılar tərəfində istehsal olduğundan,

çarıq ilə müqayisədə baha başa gəldiyindən kənd əhalisinin böyük

əksəriyyəti başmaqdan istifadə edə bilmirdi.  Hündürdabanlı, altına nal

vurulmuş, aşılanmış gön materialından (müşkü, tumac, sağrı və s. )

bəzəksiz hazırlanan kişi başmağının başlıca müştərisi şəhər əhalisi idi.

XIX  yüzilliyin 30-70- ci illərinə aid edilən statistik məlumatlarda

Gəncədə 75 çəkməçi və başmaqçının [121], Tiflisdə  100 çagirdi ilə

birlikdə 201 çəkəmçinin [122], Şamaxıda 227 bamaqçının, Nuxada 147

başmaqçının işləməsi və ümumiyyətlə, bu dövrdə Azərbaycanda onların

sayının 579 nəfər çatması [123] bu ayaq geyimi növünə olan təlabatı

aydın əks etdiridi. Baçmaqçı emalatxanalarının sayının çoxluğuna  görə,

Naxçıvan şəhərində fəaliyyətdə olan bazarlardan biri də məhz

“Başmaqçı meydanı” adlanırdı. Ordubad hazırlanan qadın və kişi

başmaqları adla söylənilirdi. Şuşa şəhərində hazırlanan “Qala başmağı”

da keyfiyyətinə görə yüksək qiymətləndirilirdi.

Bir qayda olaraq, kişi başmaqları qalın və gön materialından, at,

uzunqulaq, qatır gönündə hazırlanır, iri ölçülü olmaqla da qadın

başmaqlarında fərqlənirdi.



 Şəhər əhalisinin əksəriyyətinin, kənd əhalisinin isə varlı

zümrələrinin ayaq geyimləri içrisində çust, məst, nəleyin və s. də

mühüm yer tuturdu.

Adətən, yumşaq aşılanmış dəridən altlıqsız hazırlanan məstin

üzündən gəzməyə çıxan zaman başmaq geyilirdi. Dabanı açıq olan

başmaqdan fərqli olaraq, çustun daban çevrəsi bağlı olurdu. Gündəliyə

geyilən çust Bakı, Abşeron, Şirvan, və b. bölgələrində geniş yayılmışdır.

Naxçıvan bölgəsinin dağlıq hissəsində, Şəki-Zaqatala

bölgəsində kişi ayaq geyimi lapçına tələbat böyük idi. Uzunboğaz

ayaqqabı növü olan lapçının üzlüyü tumac və keçədən altı isə göndən

tikilirdi.  Onu geyərkən boğazının (küncünün) kəsik hissələrini   bir-

birinin üstünə qoyur, xüsusi qaytanla dolayıb bağlayırdılar. Lapçının

ucu şiş və nisbətən yuxarıya qatlanmış olurdu. Bu ayaq geyimi növü

dağ kəndlərinin əhalisi arasında XX yüzilliyin əvvəllərinə qədər

qorunub saxlanılırdı. [124]

Boğazdı (uzunboğaz çəkmə) varlı elat kişiləri arasında dəbdə idi.

Ayaqlığı başmaqla eyni cür olan boğazdının altı aşılanmış göndən, üstü

isə bahalı material sayılan tumac, xrom və ya müşküdən tikilirdi.

Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər

örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir,

altına aşılanmış göndən altlıq çəkilir və dabnınna nal vurulurdu. Adətən,

bu araqabı ayağa geyildikdən sonra onnu boğaz hisəsindəki simmetrik

qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı.

Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli atyaq

geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir

ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII

əsrlərə aid edilən gil ayaqabı–qablar [125] XIX əsrdə xalqın

istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir.  Bu

isə  bir  daha  sübut  edir  ki,  bu  ayaqqabı  növləri    uzun  zaman  əsaslı

dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır.

XIX əsrin sonu-XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim

dəstinə rus və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm

də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq,

çust, başmaq, məst və s. kimi ayaq geyimlərini ciddi sürətdə sıxışdırıb

məişətdən çıxarmağa nail olmuş, ayaq geyimlərinə keyfiyyət



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə