Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə47/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   43   44   45   46   47   48   49   50   ...   134

dairəvi güzgülərdən çevrələnmə tikərdilər. Bu, baş geyimi, şübhəsiz ki,

varlı ailələrin geyim kompleksinə daxil idi.

Əsrlərcə formalaşan xalq adətinə görə, evdə, ailədə, naməhrəm

yanında başıaçıq gəzmək, yuxarıda qeyd etdiyimiz kimi qəbahət

sayıldığından, hər bir azərbaycanlı kişi və qadın yataqda da başıaçıq

olmazdı. Kişilər yatan zaman başlarına şəbkülah və ya təskülah

qoyardılar. Şəbkülah (təskülah) bahalı parçalardan tikilməklə üzəri

tikmə naxışlarla bəzədilirdi. Dörd ayrıca üçbucaqşəkilli biçilən

şəbkülahı, bu hissələri tərs üzünə tikib astar çəkərək avan üzünə

çevirməklə hazırlayırdılar.

XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanda din xadimlərinin

(dərviş, seyid və s.) gündəlik geydikləri “külah” və “çəltari” də

olmuşdur. Biçim  üsulu və tikiş texnikası cəhətdən  şəbkülahdan

fərqlənməyən külahın bəzəkli naxışlarının arasına əski əlifba ilə “Əli”

və başqa din xadimlərinin adları yazılardı. Bu yazılar hər bir üçbucaq

hissəsi üzərində -yuxarıda iri fonda bir, aşağıda isə nisbətən kiçik fonda

üç ədəd olmaqla, yan-yana əlvan saplarla naxışlanırdı. Bəzən yaşlı

kişilər yatan zaman başlarına “gecəlik” (gecə papağı) adlanan  qalın

tüklü papaq keçirirdilər. Yumşaq quzu dərisindən hazırlanan belə papaq

çox da böyük olmayıb, əsasən astarsız olur, nadir hallarda içərisinə

pambıq astar çəkilirdi.

   


Tikilmə baş geyimlərinin bir qismini də   dairəvi şəkildə

hazırlanan, ancaq başın ortasını  tutan fəs təşkil edirdi. Adətən,

ziyalıların və mötəbər şəxslərin geydikləri fəs bahalı ipək parçalardan

astarlı tikilirdi. Fəsin yan çevrəsi bəzədilmir, ağız yanlarına köbə tutur,

kəlləliyi tikmə naxışlarla bəzədilirdi.

 Azərbaycanın etnoqrafik bölgələrində  keçədən tikilmiş baş

geyimləri bəhs olunan dövrdə o qədər də geniş yayılmamışdır. Lakin

tarixi faktlar təsdiq edir ki, hələ ilk orta əsrlərdə Dədə Qorqud

qəhrəmanları keçə börkdən baş geyimi kimi istifadə etmişlər:

 Başındakı turulğanı nə öyərsən mərə kafir?

 Başımdakı (keçə) börkümcə gəlməz mana. [117]



XIII əsrə aid naməlum bir coğarafiyaçının yazdığı “Əcaib-əd-

dünya” əsərində isə Gəncə  şəhəri və onunu ətrafında cavanların əksər

hissəsinin başlarına “bətlə”, yəni keçə papaq qoyduğu qeyd edilir. [118]

 Görünür, bu tip baş geyimi arxaikləşərək aradan çıxmışdır.

Bununla belə, Lənkəran-Astara bölgəsinin kəndlərində, Abşeronda,

eləcə də İrandan Azərbaycana kəsbkarlığa gələnlərin geyim dəstlərində

keçə papağın olması söyləməyə imkan verir ki, bu tip papaq dörd, altı

bəzən də səkkiz kiçik taxtadan konusvari və ya silindirik şəkildə biçilib

tikilir, qübbəsinin hündürlüyü 3-4 sm –dən artıq olurdu. Altından

araqşın geyilən belə papaq “şolakılo” və “tasuy” adlanırdı. [119]

 Bağlama baş geyimlərinin yoxsul əhali içərisində  ən geniş

yayılmış növü sarıq (baş dəsmalı) olmuşdur. Qadın baş  çəkilərindən

fərqli olaraq kişi sarıqları əsasən saya olur, pambıq parçadan 50-x60 sm.

ölçüdə hazırlanırdı. Sarığı başa iki üsulla bağlanırdı. Birinci üsulda dörd

qatlanmış yaylığın uclarını düyünəlyib başa keçirirdilərsə, ikinci üsulda

parçanı dioqnal üzərə qatlayıb başa salır, uclarını boyunun arxasında

çarpazlayır və alının üstündə düyünləyirdilər. Adətən, sarıqdan yaşlı

kişilər isti havalarda çöl-təsərrüfat işləri görən zaman və yatağa

uzanarkən istifadə edirdilər.

 XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanda bağalama baş

geyimlərinin bir qisminin də çalma və əmmamə təşkil edirdi. Çalmanı,

bir qayda olaraq nüfuzlu elm adamları, şairlər, mötəbər şəxslər, dövlət

qulluqçuları və s. gəzdirirdilər. Əmmaməni  isə əsasən ruhanilər (molla,

əfəndi, seyid, müfti və b.) geyirdilər. Əmmaməni başa kiçik papaq-

araqçın və ya külah qoyduqdan sonra xüsusi əndazə ilə sarıyırdılar.

Əmmamələr parçasının rənginə, ölçüsünə və başa dolama qaydalarına

görə bir-birindən fərqlənirdi. Azərbaycanlı din xadimləri əsasən

ipkədən, humayun və batist ağından hazırlanan əmmamə geyərdilər.

Özgə millətindən olan əhali müsəlman fərqlənmək ümüm qara, yaxud

göy (ermənilər) həmçinin sarı (yəhudilər) əmmaməyə üstünlük

verərdilər. Azərbaycanda ali ruhani zümrələr arasında yaşıl əmammə

dəbdə olmuşdur.

     Şəriət qanunlarına görə, əmmamədən təkcə baş geyimi kimi

istifadə edilməmiş, o, həm də əməli əhəmiyyət kəsb etmişdir. Belə ki,




əmmamənin ölçüsü hər bir kəsin boyuna müvafiq olduğundan, onu

lazım gələndə süfrə, qurşaq hətta kəfən yerinə də işlətmişlər. [120]



Ayaq geyimləri. Keçmişdə kişi ayaq geyimlərinin müxtəlif

növləri əhalinin geniş istifadəsində olmuşdur. Bunlar çarıq, başmaq,

dübəndi, qondara, şiblit, uzunboğaz çəkmə, çust, məst, nəleyin, corab,

patava, dolaq, badış və s. ibarət idi. Ayaq geyimlərinin növlərinə görə

şəhər  və kənd əhalisi ilk baxışdaca seçilirdi. Adətən, şəhər əhalisinin

ayaq geyimləri yaxşı aşılanmış göndən (sağrı, ətvi, meşin, tumac,

müşkü, müşəmbə və s.) xüsusi ülgü

əsasında  tikilir, təzəliyi ilə diqqəti

cəlb edirdi.

    


Yüngül  və  ucuz  başa

gəlməsi, çöl-təsərrüfat işləri zamanı

əlverişli olması çarığı əhalinin böyük

əksəriyyətinin ayaq geyiminə

çevirmişdir. Çarıq həm aşılanmış həm

də xam göndən tikildiyiniə görə, onu

satın almaqla  və ya hər kəs özü

tikməklə  əldə edirdi. Hər kəsin

gündəlik geydiyi çarıqdan başqa,

peşəkar çarıqçılar tərəfindən tikilən

və rəngli bağları olan 1-2 cüt çarığı da

olurdu ki, onu adətən bayram və

məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl

ərzində 6-12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar

çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan “döşəmə”

salıb geyirdilər.

Azərbaycanda kişi çarıqlarının “kotuğu”, “quşburnu,

“qızqaytaran”, “kalmanı”, “xəlbirqırağı, “quşgözü “şiravi, “şirazi,

“təkburun” əcəmi, “üçburun, “qarabağı ” və s. kiçik biçim tərzinə və

tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi

etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s. ) qismən də olsa

həsirdən hazırlanan “həsir çarıq” lara da təsadüf olunurdu.

Çarıq, hər kəsin yağının ölçüsünüdə biçilir, qabaqdan

başalayaraq dabanına doğru tikilirdi. Çox zaman çarığı onunn burnunun




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə