Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə43/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   39   40   41   42   43   44   45   46   ...   134

“Çəpyaxa” köyənəyin yaxa kəsiyi, birincidən fərqli olaraq, adətən

boğazına sol tərəfindən döşün üstünə doğru açılırdı. Boyunluqlu və

köbəli tikilən belə köynəyin boğazı bir

ədəd ilgək-düymə ilə bağlanırdı.

“Mindoylu köynək” yaxa kəsiyi

çiynində olan köynəyə deyilirdi. Belə

köynəyin yaxa kəsiyi sol çiyinin

üzərindən qol yerinə kimi uzanır və

qaytanla bağlanırdı. [102] Əvvəlki iki

köynək formasında fərqli olaraq bu

köynəyin bir üstün cəhəti var idi ki, onu

istənilən tərəfə geyməklə, uzun müddət

istifadə etmək olurdu.

Kişi üst köynəkləri şilə, qədək, çit,

fay, qanovuz, atlas, mahud, məxmər və b.

parçalardan biçilib tikilirdi.  Xüsusilə

evlənməyə hazırlaşan gənclərin bəylik

köynəkləri zövqlə və yükəsk diqqətli biçilib tikilir, boyunluğu, yaxalığı,

bilərziyi baftaya tutulurdu. Nazik və zərif ipək parçalardan tikilən nifəli

şalvarın ətəyi köynəyin içinə salınır, qalın parçalardan tikilən köynəyin

ətəyi isə  şalvarın üstündə azad buraxılırdı. Bu zaman hökmən beli

qayışla bağlayırdılar. Düzyaxa və çəpyaxa köynəklər azərbaycanın

əksər etnoqrafik bölgələri üçün xarakterik olsa da, mindoylu köynək

əsasən Gəncəbasar və Qərb bölgələrində daha çox istifadə də olmuşdur.

Belə köynəklər kürək, sinə, yaxalıq, boyunluq, qoltuqaltı qol, bilərzik,

cib kəsiyi və cib qapağından ibarət  biçilib tikilirdi.

       

Keçmişdə   köynəyin  üstündən  geyilən  kiş  içliyi  (işdik)



Azərbaycanın ayrı-ayrı bölgələrinə “canlıq”, “qalınça”, “sarlıqlı”,

“pambıqlı”, “cılıtqa”, “can arxalığı” və b.  adlarla məlum idi. Onu

qədək, şilə, satin, həmçinni əldə toxunma çaladan tikir, içərisinə astar

qoyurdular. Adətən, iki sinə və kürək hissələrindən biçilən içliyin

uzunluğu qurşağa qədər olurdu. İçliyi tikmək üçün biçilmiş hissələrin

üzərinə nazik yun və pambıq qatı döşəyib, astar çəkir və üzlə birilikdə

sırıq vururdular. İçliyin yaxası boğaz yerindən aşağı  düz biçilərək  açıq

olur,  oraya ilgək-düymə tikilirdi. İçlik əksər hallarda qolsuz olurdu.




Bəzən müstəsan hal olaraq qolcaların və xəstə kişilərin içliyi qollu

tikilirdi. Biçim tərzində və tikiş texnikasında böyük oxşarlıq olan kişi

içliyi ilə qadın zınıvısı mövsümi səciyyəli geyim tipi kimi istifadə

olunurdu.

     Milli-ənənəvi kişi geyim kompleksinin təkib hissələrindən biri

də arxalıq idi. Onu, adətən, soyuq vaxtlarda içliyin üstündən və

çuxanın altından, isti mövsümlərdə isə birbaşa köynəyin üstündən

geyirdilər.  Kişi üstü geyim elementləri kimi arxalıq hələ  “Kitabı- Dədə

Qorqud” dastanından məlum olur. Dastan qəhrəmanlarının geyimləri

içərisində  adı çəkilən “qaftan”  tipoloji cəhətdən arxalğıa çox yaxındır.

Azərbaycanın Abşeron etnoqrafik bölgəsində “don” adlandırılan arxalıq

eyni adla, bəzən də “beşmet” , “zepun” adı ilə  Şərqi Avropada,

Voqaboyu, Qafqaz, Cənubi Qafqaz, Sibir tatarları, qabaq və Orta Asiya

xalqları arasında da geniş yayılmışdır. Maraqlıdır ki, biçim üsulu və

tikiş texnikasının müxtəlifliyinə baxmayaraq,  gürcü, erməni və

Dağıstanın bir çox xalqları da bu geyim tipini arxalıq adlandırmışlar.

[103]

    


Etnoqrafik  materiallardan məlum olur ki,  araşdırılan dövrdə

kişi arxalıqları yaxa kəsiyinin quruluşuna görə “döşüaçıq”, “önürlü”

(çarpaz və ya aşırımlı, döş yaxası iki sıra düyməli) və (düzyaxa və döş

yaxası bir sıra düyməli); qollarının biçiminə görə “bütöv, “atmaqol”,

“qolçaqlı”; ətək quruluşuna görə isə “büzməli” və “çinli”(kəmərçin)

olmaqla müxtəlif variantlarda biçilib tikilirdi.  Biçmə üsulundan asılı

olmayaraq bütün arxalıqlar iki ədəd döş, iki qol, kürək, iki  qoltuqaltı,

boyunduruq və  əkət olmaqla 9 hissədən hazırlanırdı. Arxalıqların

hamısı astarlı olurdu. Onu əsasən əbrişim, çit mahud, atlas, satin, əl şalı

(belə arxalıq “şal arxalıq” adlanırdı), həmçinin fabrik istehsalı olan

satınalma yun və ipək parçalardan tikirdilər. Əhali arasında məndulə,

kəşmir, alaca, aksamit, altabas, zərbaft, midqal və s. kimi parçalardan

tikilmiş arxalığa da rast gəlmək olurdu. Bu parçalar karvan ticarəti

vasitəsilə və müxtəlif şəxslər tərəfindən səfərlər zamanı ölkəmizə

gətirilirdi. Məsələn, mənduləni, bir qayda olaraq, ziyarətə gedənlər

Kərbəla, Məşhəd və b. şəhərlərdən alıb gətirirdilər.

     

Döşüaçıq  arxalıq  Azərbaycanda  “qarabağ  xanlğı”  kimi



tanınırdı. Onun yaxa kəsiyi sinə üstündə düzbucalqı və ya oval formada


biçilir, qurşağa qədər düymələnir, qolları dekorativ-bəzək xarakteri

daşıyan qolçaqla tamamlanırdı. Bu arxalıq növü kübar ailələrin,

mötəbər şəxslərin, varlıların geyim dəstində əsas yer tutdururdu. Digər

axralıq növlərindən fərqli olaraq, döşüaçıq arxalıq daha erkən yaranmış

geyim növü hesab olunur. XIX yüzilliyin əvvəllərindən başlayaraq bu

biçimli arxalıq xalq geyim kompleksinin tərkibinə daxil edilmişdir.

     

Önürlü  (şarpaz  və  ya  aşırımlı)  arxalıq  gövdə,  qol və  tək



hissələrindən ibarət biçilib-tikilirdi. Adətən, qurşaq yerinə kimi bədənə

kip yapşır, ətək hissəsi isə büzəmli olaraq gövdəyə birləşdirilirdi.

Arxalığı geyərkən onun döş hissəsi bir-birinin üstünə çarpaz şəkildə

aşırılır, qurşaq yerinə kimi düymələnirdi. Belə arxalğın üstün cəhəti

onun uzun müddət geyimə yararlı olmasında idi. Əgər döş

çarpazlarından birini rəngi solardısa, onda digər çarpazı üst hissəyə

keçirib ilgək-düymə və ya çarpaz-çarışqalarının yerini dəyişməklə

yaxasını bağlamaq mümkün idi. Belə arxalıq həm də sinə nahiyəsini isti

saxlayırdı.

    


Önürsüz (düzyaxa)  arxalığın yaxası  isə düz biçilir,  qurşağa

qədər gümüş düymələrlə düymələnirdi. Bəzən düymə əvəzinə çalkemir

(çarışqa) adlanan qarmaqlardan istifadə edilirdi. Belə arxalıq nisbətən

ucuz başa gəldiyindən, xalq arasında geniş istifadə olunmuşdur. Adətən,

xeyir-şər paltar dəsti üçün nəzərdə tutulan arxalğın astarı və qolçaqları

əlvan parçalardan hazırlanırdı ki, bu da toy rəqsləri və məişət oyunları

zamanı göz oxşayır,  kiçi görkəminə xüsusi rövnəq verirdi. Yaşlı

kişilərin arxalığı tünd, gənclərin və evli cavanların isə arxalığı açıq

rəngli parçlardan hazırlanırdı. Mürəkkəb biçim üsuluna və tikiş

texnikasına  malik olduğu üçün arxalığı, bir qayda olaraq, dərziyə

sifariş verirdilər.

Azərbaycanda dağlıq və dağətəyi bölgələrində “sırıqlı arxalıq”

adlana kişi geyim növü geniş yayılmışdı. Bu arxalğın fərqləndirici

xüsusiyyəti ondan ibarət idi ki, onun içərisinə nazik təbəqə yun və ya

pambıq  döşəyərək astar çəkir və sıx şəkil də sırıq vurardılar. Adətən,

mövsümi səciyyəli geyim növü olan arxalıq  yaşlı kişilərin geyim növü

idi. Soyuq vaxtlarda cavanalr tərəfindən  də geyilən belə arxalıq

bayatılarda tərənnüm olunurdu:




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə