Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə42/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   38   39   40   41   42   43   44   45   ...   134

   Kişi alt paltarının digər bir elementi də dizlik idi. Onu midqal,

bez, çit, batist və s. parçalardan tikirdilər. Biçim üsuluna gör şalvara

bənzəsə də  şalvardan fərqli olaraq

dizlik bədəni dizə qədər  kip tuturdu.

Onu bir qayda olaraq iki balaq, nifə

və miyançadan(tuman ağı) ibarət

dörd hissəni bir-birnə tikməklə

hazırayırdılar. Dizliyin qabağı bütöv

olduğuna görə, dizliyi hər iki üzünə

(arxasını qabağa bə ya əksinə) geymək mümkün idi. Bunun üçün

nifənin qabaq və ya arxa tərəfində tumanbağı keçirmək üçün yarıq

saxlanırdı. Dizliyin balaqları parça

yerinə kvadrat biçimli miyança (xişdək,

narvan, tuman ağı) vasitəsilə

birləşdirilirdi. Dizlik belə nifədən

keçirilən tuman bağı ilə bərkidilirdi.



Üst paltarları. Forma

müxtəlifliyi,  parça materiallarının çeşidi, rəng çalarlarının əlvanlığı,

eləcə də azərbaycanlı kişilərin peşə, zümrə (sosial təbəqə) və ya yaş

mənsubiyyəti üst geyimlərində daha çox nəzərə çarpan xüsusiyyətlər

olmuşdur. XIX-XX yüzilliyin əvvəllərində kişi üst paltarları belə

saxlanılan və çiyinə geyilən olmaqla iki qrupa bölünürdü. Birinci qrupa

şalvar, ikinci qrupa isə üst köynəyi, içlik, arxalıq,  çuxa, kürk, yapıncı

və s. daxil idi.

   Şalvarı yoxsullar yer hanasında toxunmuş “qılıcı şal”dan, Şirvan

şalından (Zarat şalı, Əlvənd şalı), satınalma ləzgi şalından; varlılar isə




mahuddan, məndulədən, diaqonaldan və yekrəng ipək parçalardan

tikirdilər. Naxçıvan  bölgəsində geniş yayılmış “xəşmə  şalvar” zərif

parçadan hazırlandığı və  əyində qəşəng göründüyü üçün xalq

yaradıcılığında tez-tez tərənnüm olunurdu:

                          Araz qırağında vardı talvarım,

                          Evdə göy çuxam var, xəşmə şalvarım.

Özünün biçim üsuluna və tikiş texnikasına görə dizlikə eyniyyət

təşkil edən şalvar ondan uzun (topuğa qədər) və nisbətən enli olması ilə

fərqlənirdi.

   Belə şalvarın qabağı bütöv olmaqla bəzən

ciblə də təhciz edilirdi. Qara, yaşıl, bənövüş,

qırmızı mahuddan, şaldan və ipəkdən tikilən belə

şalvarla əhali arasında “nifəli şalvar” və ya

“musurmanı şalvar” kimi məşhur idi. Varlıların

geydiyi qabağı yarıq şalvar “urusu şalvar”

adlanırdı.

    


“Musurman şalvarı”  ın bel  yerinə nifə

tikilirək oraya tumanbağı keçirildirdi.

Tumanbağının uclarında qızılı və gümüşü

güləbətin sapdan toxunmuş yaraşıqlı qotazlar

olurdu. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tumanbağı toxuyan

dəzgahın qalıqlarının tapılması  [100] burada əhalinin çox qədimlərdən

nifəli şalvarlardan istifadə etdiyini təsdiqləyir. Qaba şaldan tikilmiş

şalvarların paça yerinə “ağ” və ya “şalvar ağı” (naravan, miyança)

tikilir, yun parça bədəni sürtməsin deyə, pambıq parçalardan astar

qoyulurdu. “Musurman şalvarı” ayağı yəni (balağı) toğunun üstündə

10-12 sm ölçüdə çapıqla tamamlanırdı. Buraya  rəngli-ip qaytan tikilirdi.

Ümumilikdə isə  şalvarın balağı geyilən ayaqqabının növündən asılı

olaraq və ya ayaqqabının boğazlığına qabqarılır, ya da onun üstündə

qalırdı. Zümrə mənsubiyyəti və peşə yönümü müxtəlif ola əhali

arasında şalvar balağının hansı şəkildə qalmağında fərqli xüsusiyyətlər

vardı. Məsələn, “maldarlıq və qismən də  əkinçiliklə məşğul olan

kəndlilər şalvarın balağını corab içinə salır və üstündən dolaq çəkirdilər.

Xüsusilə də çobanlar dolağı dizə qədər dolayırdılar. Misgər, qabbağ,




dəmirçi, dülgər, həllac,  şarbaf, bafayçı, çərçi, bəzzaz, tacir, çarvadar,

habelə ziyalı və ruhani şəxslər şalvarın balağının  açıq qoyurdular. Bu

halda ayağa başmaq geyilirdi. Çox vaxt at belində gəzən əsilzadə

dövlətli şəxslər  uzunboğaz çəkmə geydiklərindən, şalvarın balağını

çəkmənin içinə salırdılar. Varlı gənclər əksər  hallarda yaşıl rəngli ipək

parçadan şalvar geyərmişlər. Başmaq geyən gənclərin şalvarının balağı

çox vaxt bafta ilə tikilirdi.” [101] Etnoqrafik əbəbiyyatda Şirvan

bölgəsinə aid edilən bu xüsusiyyətlər bütün Azərbaycan bölgələri üçün

xarakterik hesab edilə bilər.

       Dizlik kimi, “musurman şalvar”ın həm qabaq, həm də

arxa hissəsində (nifə yerində) tumanbağı

keçirmək üçün yarıq qoyulurdu. Bu isə şalvarı

hər iki üzünə geyməyə imkan verir və istifadə

müddəti uzadırdı. Maddi cəhətdən imkanlı olan

şəxslərin iqtisadi durumunun onların

şalvarlarının dizlərindən müəyyənləşdirmək

olurdu.  Belə  ki,  daha  çox  ət  yeməklərinə  (sac

qovurması, içalat qovurması və s.)  üstünlük

verən maldar elatlar əllərinin yağının şalvarın

dizinə çəkib onun işıldadırdılar. Şalvarın dizi yağlaşov olan hər bir

kəsin maddi imkanları da yüksək qiymətləndirilirdi.

XIX-yüzilliyin sonu XX yüzilliyin əvvəllərindən başlayaraq

iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsi ilə  əlaqədar olaraq

Azərbaycanda qabağı yarıq “urusu” şalavarlar, Aropasayağı biçim tərzli

“qalife şalvar” lar də dəbdə olmuşdur.

   Özünün  biçim  üsuluna    və  tikiş  texnikasına  görə  kişi  alt  və  üst

geyim növləri bir-birindən fərqlənməsə də, rəng əlvalığına, parça

materialına, bəzək çeşidlərinə, boyunduruqlu və bilərzikli tikilməsinə

görə üst köynəyi fərqli xüsusiyyətlər daşıyırdı. Tunki (qatlama) və

kəsmə (doğrama) üsulu ilə biçilən kişi üst köynəklərinin Azərbaycanda

“düzyaxa”, “çəpyaxa” və “mindoylu köynək” olmaqla forması xüsusilə

geniş yayılmışdı. “Düzyaxa” formalı kişi üst geyim köynəyi eyni

formalı alt köynəyinin tam oxşarı idi.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə