Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə45/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   41   42   43   44   45   46   47   48   ...   134

“Xorasan kürkü adı ilə məlum idi. Onu Xorasana, Məşhədə, Ərdəbilə,

Kərbəlaya gedən zəvvarlar gətirirdilər. Bundan başqa, belə kürkü Ön

Asiyadan gətirilən zərif aşılanmış dəridən yerli sənət mərkəzlərində

(Gəncə, Şuşa, Şamaxı, Bakı, Naxçıvan və s.) sifarişlə işləyən usta-

kürkçülər də hazırlayırdılar. Bir qayda olaraq, kürkün üzünü onun

geyənin yaş mənsubiyyətinə uyğun olaraq qırmız, sarı, qara, qəhvəyi

rənglərlə boyayır və  əlvan rəngli ipək saplarla naxışlayırdılar. Kürk

uzun zaman istifadəyə yararlı olduğundan, onu qiymətli hədiyyə kimi

əziz qonağa, hörmətli şəxslərə bağışlayardılar. Kürk həm də miras kimi

atadan oğula qalırdı.

       

XIX  yüzillikdə  Azərbaycanın  Bakı,  Gəncəbasar,  Şirvan,



Şəki və Qarabağ bölgələri əhalisinin varlı zümrələrinin bayramlıq

geyim dəstində nadir hallarda xəzdən tikilmiş kürk də təsadüf edilirdi.

“Xəzəzəmi” adlanan belə kürk  növü tarixən digər türkdilli xalqların da

istifadəsində olmuşdur. M.Kaşğarlı tərəfindən XI əsrdə yazılan “Divani

lüğət-it-türk” əsərində qeyd olunur ki, türklər arasında “içmək” adlanan

quzu dərisindən tikilən kürklər geniş yayılmışdı. Onlar həmçnin samur

və sincab dərisindən də kürk geyirdilər. Türklər sincaba “tiğun” samir

isə (kiş) deyirdilər. Bunların dərisindən tikilən kürk isə “içuk” adlanırdı.

[110] Heç şübhəsiz ki, XI əsrdə geyilən “içuk” ilə XIX əsrin “xəz-

əzəmi”tipli kişi üstü geyimləri arasında tipoloji oxşarlıq olmuşdur.

    Maldar əhali arasında üst geyim növü olan yapıncı  da geniş

istifadə olunurdu. Ümumqafqaz səciyyəli bu geyim növü haqqında

A.S.Piralov yazırdı ki, qafqazlı kişi geyimlərinin üst növü olan yapıncı

onun at belində keçirdiyi bütün həyatının yol yoldaşı idi. Qafqazlı

kişinin yapıncısız təsəvvür  etmək olmazdı. [111]

Yağış və qar suyunu keçirməyən, insan orqanizmini soyuqdan,

küləkdən və bürküdən yaxşı qoruyan yapıncıdan köçmə həyat tərzi

keçirən əhali həmçinin yoğan-döşək kimi də istifadə edirdi.

Azərbaycanın  Şirvan, Quba-Xaçmaz, Qarabağ, Naxçıvan, Şəki-

Zaqatala, Gəncəbasar və Qərb bölgələrində geniş istifadə olunan

yapıncının “qabardini” (tüksüz), “knyazı” (saçaqlı) və “qartı” (çoban

yapıncısı) olmaqla üçü növü yayılmışdı. Naxçıvanın dağlıq bölgələrində

(Şahbuz, Ordubad) saçaqlı yapıncı “eşmə yapıncı” adı ilə də tanınırdı.



İrəvan quberniyasında ona “kəpənək”, Muğan bölgəsində isə

“bürünmə” deyirdilər.

     

Yapıncının  materialını  kəndbəkənd  gəzərək  keçə  salan



həllaclar hazırlayırdılar. Biçim üsuluna gör, sadə yapıncını material əldə

edən hər kəs özü timəyi bacarırdı. Bunun üçün düzbucaqlı  şəkildə

salınmış küçənin hər iki çiyin üstünü təs üzünə tikərək avandına çevirir

və boyun yerinin yarım dairə  şəklində kəsirdilər. Yapıncının ətəyi,

boynu, yaxa kəsiyi, calaqları sürütülüb didilməsin deyə, oraya dəridən,

tumacdan, bəzən də meşindən köbə tuturdular. Yaxası havada üzü

küləyə doğru gedən zaman, külək yapıncını  yellətməsin deyə, onu tərs

üzünə çevirib geyirdilər. Bu zaman yapıncının yaxa kəsiyi arxada

qalırdı.

       


Növündən  və  keyfiyyətindən  asılı  olaraq  yapıncı  müxətlif

sosial zümrələr  tərəfindən geyilirdi. Adətən, ağ və qara rəngli knyazı

(saçaqlı) yapıncıları bəy-mülkədar və qolçomaq zümrəsi. Qabardını

(saçaqsız) yapıncıları sərkar və kəlladarlar, qartını isə çobanlar

geyirdilər.

  Naxçıvan bölgəsində və İrəvan quberniyasının Şərur-Dərələyəz

qəzasının azərbaycanlı  əhalisi arasında keçədən hazırlanan kişi üst

geyim növü –xillik (xıllıx) da geyilirdi. Materialı güzəm yunundan

hazırlanan nazik keçədən ibarət olan xilliyin dağətəyi ərazilərdə

silindirik-qutu, dağlıq ərazilərdə isə konusvari-çətiri növləri yayılmışdı.

Yapıncıdan fərqli olaraq, xillik gödək olur (baldıra qədər), çiyinlərində

qol keçirməsi üçün “qol yarığı qoyulur, boğazın alıtna bir ədə ilgək-

düymə bağlanırdı. Xillik mövsümi səciyyəli geyim növü kimi maldar

elatların geniş istifadəsində olmuşdur. [112]

      

XIX  yüzilliyin  sonlarında  Zaqatala  dairəsi  əhalisi  arasında



keçədən xüsusi əndazə ilə biçilib-tikilən, qısaqol, tyaxası açıq üst geyim

növü  olan “çopos” da geniş yayılmışdır. [113]

   Bəhs olunan dövrdə Azərbaycanda əba, qəba, çübbə, ərəbi don,

kəyani don, xirqə və s. kimi kişi üst geyim növlərində istifadə

olunmuşdur. Sosial-mənsubiyyət nöqteyi nəzərindən rühanilərə (molla,

seyid, axund, dərviş, əfəndi, müfti və s.) məxsus oan belə geyimlər

biçim üsuluna, materialına, rəng çalarına, geymə tərzinə görə digər kişi

geyim kompleksindən əsaslı surətdə fərqlənmişdir.




Azərbaycanda təsrüfat və peşə məşğuliyyətinin yönümündən asılı

olaraq bir sıra geyim elementləri də  mövcud olmuşdur. Belə ki,

sənətkarlar və tacirlər parçadan, eləcə də dərindən hazırlanan önlük və

döşlüklərdən, biçinçilər qolçaqdan və taxtadan (bəzən göndən)

hazırlanan barmaqçalıqdan, arıçılar qabağı torlu xüsusi papaqdan,

Lənkəran bölgəsində bicara (çəltik biçininə ) gedənlər isə palçığa

bulaşmamaqdan örtü tünükə və dasavnadan istifadə edirdilər.

XIX-XX yüzilliyin əvvəllərində azərbaycanlıların xüsusi “yot

paltarı” və “matəm libası” olmamışdır. Adətən, toy paltarı gözoxşayan

bahalı parçalardan tikilir və təzə olması ilə fərqlənirdi. “Matəm libası”

isə birrəng tünd parçalardan (qara, tünd göy, palıdı) hazırlanırdı.

 Baş  geyimləri.  Ənənəvi kişi geyim kompleksinin mühüm

elementlərindən biri də baş geyimlərdir. Xalq arasında papaq həmişə,

şərəf, qeytə və namus simvolu kimi dəyərləndirilmiş, icitmai yerlərdə,

ailədə başıaçıq gəzmək qəbahət sayılmış, papağın itiriləmsi və ya

oğurlanması, təkcə  şəxsin deyil, onun mənsub olduğu nəslin də təhqir

edilməsi hesab olunmuşdur. Azərbaycanlı kişilər namazqabağı

dəstəmaz ayını istisna olmaqla nə süfrə başında nə də gecə yatağında

başıaçıq olmağı qəbul etməmişlər. Yataq zamanı papağ dəyişdirilərək

gecə papağı ilə (şəbkülah) əvəz olunmuş, yada başa sarıq bağlanmışdır.

Buna görə də XIX-XX yüzilliyin əvvəllərində Azərbaycanda kişi baş

geyimlərinin məhəlli-etnik xüsusiyyətlərinə, formasına, materialına,

geymə tərzinə, dəyərinə və hətta rənginə görə fərqlənən çoxlu növləri

olmuşdur.

      


Ənənəvi  kişi  baş  geyimləri

müxtəlif növ materiallardan (dəri, keçə,

parça) hazırlanmaqla, həm tikili, həm də

bağlama formasında olmuşdur. Tikili

baş geyimlərinə müxtəlif formalı və adlı

dəri  keçə papaqlar, araqçın, (təsək və

yaxud tərrik), başlıq; bağlama baş

geyimlərinə isə baş dəsmalı (sarıq),

çalma və əmmamə daxil edilmişdir.

   


Baş  geyimləri  içərisində  yerli

qoyun dərilərindən hazırlanmış papaqlar




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə