Arxalığı sıx sırıq,
Büzməsi beldən buruq.
Kim sevdi, kim apardı,
Kim qalıd boynu buruq. [104]
Arxalığın üstündən, bir qayda olaraq, mötəbər şəxslər, rühani,
tacir və baqqallar qurşaq dolayır, kasıblar qayış-kəmər, varlılar isə qızıl
kəmər, gümüş təkbənd bağlayırdılar.
Kişi qurşaqları və yerhanasında zərif quzu yunu ipindən
toxunur, ya da parçadan tikilirdi. Ortayaşlı kişi qurşağının eni təxminən
2-3 qarış, uznuluğu isə 3-4 arşın olurdu. Müxtəlif əhali təbəqələrinin
bağladıqları qurşağın rənginə görə ayırmaq mümkün idi. Belə ki,
varlılar Kirman şalından hazırlanmış ağ qurşaq, din xadimləri yaşıl,
yoxsul və ortabab əhali təbəqəsi isə qonur, qəhvəyi və qara rənli qurşaq
bağlayırdılar.
Qadın kəmərlərindən fərqli olaraq, kişi kəmər və qayış və
təkbəndləri əməli əhəmiyyət daşıyırdı. Bir qayda olaraq, kəmərdən
xəncər asılır, içərisinə tütün, çaxmaq, çaxmaq-qov və s. qoyulan dəri
və parçadan tikilən kiçik torbalar bənd edilirdi. Tacir-tüccar əhlinin
kəmərləri isə xüsusi əndazə ilə düzəldilib üzlə astar hissəsininn arası
boş saxlanılrdı. Oraya qızıl sikkələr doldurulurdu ki, bu da qarətçilik
mülahizələrini aradan qaldırmaq üçün düşünülmüşdü. Çünki keçmişdə
tez-tez karvan və dəvə nəqliyyatı qarətçi hücumlara məruz qalırdı.
Kişi geyim dəsti içərisində üst geyim növü kimi çauxa
müühüm yer tuturdu. Azərbaycan ərazisində çuxanın qədim növü
olmasını “Kitabi-Dədə Qorqud” dastanı təsdiq edir. Nabranda çuxanın
“adi” və “doqquzlama çuxa” olmaqla iki forması haqqında məlumat
verilir. [105]
Biçim üsuluna görə, Ümumqafqaz səciyyəli olan çuxalar bir-
birindən yalnız müəyyən lokal xüsusiyyətlərinə və adlarına görə
fərqlənirdi. Cənubi Qafqazda geniş yayılaraq qurşağa qədər
düymələnən erməni [106] və gürcü çuxalarından (çoxaxaloxi) [107]
fərqli olaraq, Azərbaycan çuxlarının yaxası düymələnmir (və ya
müstəsna hallarda bir çarpaz və ilgək-düymə ilə düymələnir üstündən
qurşaq vurulmurdu. [108]
XIX-XX yüzilliyin əvvəllərində azərbaycanlıların istifadə
etdiyi çuxalar ətəyinin formasına görə “büzməli” (kəmərçin), “çinli”
(kahli), “büzməli- çinli”; qol yerinin formasna görə isə “qoltuqaltı və
“qoltuqsuz” (“atmaqol”) olmaqla müxtəlif variantlarda mövcud
olmuşdur. Bundan başqa, Naxçıvan və Qarabağ bölgəsi üçün xarakterik
olan oyma yaxalı çuxalar, eləcə də döş hissəsinə vəznə qoyulan və ətəyi
qısa “vəznəli çuxa” (“çərkəzi çuxa”) da xalqın geyim dəstində mühüm
yer tutmuşdur. Maraqlıdır ki, Naxçıvan bölgəsində, xüsusilə Ordubad
da oymayaxalı kişi çuxası “küləcə” və ya “katibi” adlanmışdır. [109]
Adlarındakı fərqin müxtəlifliyinə baxmayaraq, çuxalar, adətən,
bədən (gövdə), ətək və qollardan ibarət olmaqla biçilib–tikilir, uzunluğu
dizdən aşağı olurdu. Şirvanda geniş yayılmış “düzdəmə çuxa” dan fərqli
olaraq, Gəncəbasar və Qərb bölgəsi əhalisinin büzməli çuxasının qabaq
hissəsi boyvəboy deyil, bədən və ətəkdən ibarət biçilirdiı. Büzməli
çuxanın ətəyi bədənə birləşən yerdə büzülərək bel yerinə tiklirdi.
Çinli çuxanın ətəyi, adından göründüyü kimi, çinli düzəldilirdi.
Buna görə də çuxanın ətəyi yuxarıdan aşağıya doğru getdikcə enlənirdi.
Çuxanın tikilmə tərzindən asılı olaraq, çinlərin sayı da müxtəlif olurdu.
Adətən, 6,8 və 9 çinli çuxalar daha çox sifariş verilirdi.
Həm büzəmli, həm də çinli tikilən çuxalar arxa tərəfdən
büzməli, iki yan tərəfdən isə çinli olurdu.
Varlıların gündəlik geyimi olan “vəznəli çuxa”nın döş hissəsinin
hər iki tərəfinə vəznələr tikilirdi. Əvvəllər əməli əhəmiyyət kəsb edən
vəznələr (ondan patrondaş kimi istifadə olunurdu) sonralar dekorativ-
bəzək səciyyəsi daşımışdır.
Çuxalar, həmçninin qollarının quruluşu və onun gövdəyə
birləşmə tərzinə görə də bir-birindən fərqlənirdi. Adətən, qollar bütöv
çəkildə biçilirdi. Bu zaman çuxanın qolları biləyə doğru getdikcə daralır,
ya da enlənirdi. Qollar bəzən qoltuğun altından başlayaraq biləyə qədər
açıq saxlanılırdı ki, buda dekorativ-bəzək məqsədilə edilirdi. Belə çuxa
“atmaqol çuxa” adlanıb, qol kəsiyinin ucları oval və ya düz kəsilmiş
qolçaqlarla tamamlanırdı. Soyuq vaxtlarda ataqol çuxanın qolları
buarda qoyulan ilgəklərə çalkeçir qaytan keçirməklə biləyə qədər
bağlayırdılar.
Çuxa yun şaldan, mahuddan, qəsdrdan, tirmədən və b. başqa
parça növlərindən tikilir, adətən gövdə və qollarına, bəzən də hər yerinə
yumşaq ipək və pambıq parçadan astar qoyulurdu. Əhali çuxanı yaş
səviyyəsinə görə. Açıq və tünd parçalardan tikdirirdi. Bir qayda olaraq
cavanların çuxası qısa ətəkli, açıq rəngli, yaşlılarınki isə tünd rəngli
parçalardan hazırlanırdı. Çuxanın qol astarı xoş görünmək üçün
gözoxşayan parçalardan qoyulurdu. Onun qol kəsikləri, yaxası, ətəyi
güləbətinlə bəzədilir, müxtəlif qızıl bafta və sərməyə tutular, başqa
parçalardan köbə ilə haşiyələnərdi. Şirvan bölgəsi üçün xarakterik olan
digər bir el adətincə isə toy çuxası arxalığın rəngi ilə uzlaşdırılırdı.
Adətən, arxalıq açıq rəngli olduqda, çuxa tünd parçadan və ya əksinə
tikilərdi. Ağ çuxa- ağ günün, xoş güzəranın, qara çuxa isə iqbalın,
bəxtin yatması, qara günün başlanması, güşəşinlik kimi mənalandırılırdı.
Çuxanın növünə, tikildiyi parçanın dəyərinə görə şəxsin sosial
mənsubiyyətini və iqtidarını müəyyən etmək mümkün olurdu.
Mövsümi səciyyəli kişi geyimləri arasında bir neçə aşılı qoyun
dərsindən tikilən kürk də əhəmiyyətili yer tuturdu. Azərbaycanda
kürkün müxtəlif biçim üsulu ilə hazırlanan “kaval kürk” (buna bəzi
etnoqrafik bölgələrdə “sallama kürk” və ya “üzlü kürk” də deyirdilər)
və geyinmə kürk (“çoban kürkü”) kimi iki növü geniş yayılmışdı.
Əsasən maldar elatların geyim növü olan geyinmə kürk 4-5 qaba
aşılanmış qoyun dərisindən kustar üsulla hazırlanır, tikişləri kobud olur,
üzərində heç bir bəzək-naxış elementi olmurdu. Çox zaman belə kürklər
əhalinin özü tərəfindən biçilib-tikilirdi.
Kaval kürk isə yeksək keyfiyyətlə zərif aşılanmış 9-10 qoyun
dərisindən yunu içəri olmaqla biçilib-tikilir, dekorativ bəzək səciyyəsi
daşıyan qolları və ətəyi topuğa qədər uzun olurdu. Qolları bütöv
(aldadıcı, yalançı) olduğundan, onu çiyinə salmaqla geyirdilər. Kaval
(sallam) kürk varlı zümrələrin və şəhər əhalisinin geyim dəstinə daxil
idi. Belə kürklərdən zəvvar və çarvadarlar səfər zamanı yatacaq kimi də
istifadə edirdilər. Bu geyim növünün varlı zümrələrə aid olması
Naxçıvan bölgəsində geniş yayılmış “kürküm var, mülküm var!” –
deyimi də təsdiq edir. Xalq arasında kaval (sallama) kür daha çox
Dostları ilə paylaş: |