Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə39/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   35   36   37   38   39   40   41   42   ...   134

Yaşlı qadınlar  isə tünd  rəngli çalmaya üstünlük verərdilər. XIX

yüzilliyin 60-cı illərində Qazax  qəzasında olmuş məşhur rus rəssamı

V.V.Vereşagin burada başına çalma bağlamış ahıl və gənc qazaxlı

qadının rəsmini çəkmişdir. [87]

Azərbaycan qadınlarının örtmə (bağlama) baş geyimlərinin bir

qismini kəlayağı təşkil edirdi. Burada yaşa və zövqə uyğun olaraq

qırmızı, ağ,  palıdı yerli , yelənli kəlağayılar daha geniş yayılmışdı.

Həm yerli kustar istehsala məxsus Gəncə, Şəki, Şamaxı, Basqal

kəlağayılar,  həm də gətirilmə kəlağayılar (“Şamaxı”, “kolxana”,

“korxana”, “qonşuçatladan”, “saçaqlı kəlağayı”, “bağdadı”, “heratı”,

“hələbi” və s.) varlı qadınlarının gündəlik geyim dəstində, yoxsulların

isə bayramlq (boğçalıq) paltarları içərisində  əsas yer tutudu. Adətən,

təsəyin və ya çalmanın üstündən örtülən kəlağayının baça bağlamaq

üçün onu diaqnol boyunca qırqac edir, uclarından birini sinə üstünə

sərbəst buraxıb,  digər ucunu sərbəst qalan qanadın üstündən kürəyə

atırdılar. Kəlağayın  kürəyə atılan qanadından yaşmaq kimi də istifadə

edilirdi.

 Qadın baş geyimləri içərisində kustar üsulla toxunulan və fabrik

istehsalı olan örpəklər də məxsusi yer tuturdu. Şirvanda belə örpəklərin

“sərəndaz”, “naz-nazı”, “bəlalə”, “xaralı”, “alafa”, “bənarə”; Lənkəran-

Astara bölgəsində “Qaragilə”, “Paxlava”, “Yusif-Züleyxa”, “Zəkiyyə”;

Quba-Xaçmazda “Zəkəriyyə”; Naxçıvanda isə “torskin”, “zərli örpək”,

“Bağdadı örpək” və s. kimi növləri geniş istifadə olunmuşdur.

  Bəzən başa təsək qoyulduqdan sonra onun üstündən ləçək

(çəki) adlanan kiçik yaylıq bağlayırdılar. Ən geniş yayılmış ləçək

bağlama və ya baş çəkmə üsulu bundan ibarət idi ki, başa qıyqacı

(üçkünc) salınmış yaylığın ucları boynun arxasında bir dəfə

düyünlənəndən sonra uclarını qulaqlarının üstündən gətirib alında

düyünləyirdilər. Etnoqrafik materiallardan aydın olur ki,  XIX

yüzillikdə Azərbaycan bölgələrində qadın ləçəklərinin müxtəlif

növlərindən (qaşbənd, qıyqac, çikilə, xınabənd, pelandı, qıymaça və s.)

istifadə olunurdu.

  Mövsümdən asılı olaraq istifadə olunan qadın baş şalı (şəddə)

kustar üsulla yerli karxanalarda toxunurdu. Kvadratşəkilli toxunan

şəddənin kənarları, adətən, saçaqlı olurdu. Mənbələrin birində XIX



yüzilliyin 80-ci illərində Qazax qəzasında 500 ədədə qədər yun şal

toxunduğu qeyd olunur. [88] Onu soyuq havalardan evdən çıxarkən

başa örtürdülər. Bundan başqa dağ kəndlərində yaşayan əhaliyə dəvə

yunudan toxunmuş baş çalı da yaxı tanış idi. Lakin o, baha

qiymətləndirildiyindən geniş yayılmamışdı. Azərbaycanda istehsal

olunmayan belə baş  şalını bazarlarla sıx əlaqə saxlayan varlıların

qadınları örtürdü.

   


XIX  yüzillikdə  şəhər  mühitində  yaşayan qadınların geyim

dəstində çadra (çarşab) mühüm yer tuturdu. Evdən çıxarkən geyilən

çadra bədəni topuğa qədər bürüyürdü. Abşeron, Muğan, Talış və

Naxçıvan bölgələrinin kəndləri istisna olmaqla, çadra kəndli məişəti

üçün o qədər də xarakterik deyildi. Kiçik Qafqazın şimal-şərq və

mərkəzi bölgələrinin əhalisi arasında mövcud olan qaydaya görə, ərə

gedən qızı, müəyyən müddət keçdikdən sonra, əsri ilə birlikdə ata

ocağına qonaq çağıranda ata tərfindən ona çadra (çarşab) bağışlanırdı.

Buna görə də, nişanlı qıza göndərilən toy-nişan hədiyyələri arasına heç

vaxt çadralıq parça qoyulmazdı. [89] Kəndli qadınlar əsasən baş şalının

boyuna dolana qanadı ilə  ağız və burunun ucuna yaşmaq alırdılar.

Muğan bölgəsində bu məqsədlə boyuna, dörd qatlanıb dolanan ayrıca

şaldan da istifadə edilirdi.

  

Etnik  mənsubiyyətinin,  etnik düçüncə tərzinin   və  Şərq



xaqlarına məxsus ailə məişətinin formlaşdığı, eləcə də müsəlman şəriət

normalarının qoyduğu qadağaların tüğyan etdiyi XIX əsr

Azərbaycanında yaşmaq və çadra (çarşab) qadın hüquqsuzluğunun

təsdiqi demək idi. Yəni “yaşmaqla qadının ağzının bağlanılması elə bir

daimi xatırlatma əlaməti idi ki, qadını naməhrəm kişi görməməlidir ”.

[90]


Biçim tərzinə və tikiş texnikasına görə Azərbaycanda şadranın

(çarşabın) iki forması – (yarımdairəvi-oval və düzbucaqlı) geniş

yayılmışdır. Lənkəran-Astara və Naxçıvan bölgələri üçün xarakterik

olan yarımdairəvi-oval çarşab başa salındıqdan sonra boğazın altında

keçirilən qaytanla bağlanırdı. Ordubad bölgəsində belə çarşab –

“yapıncı çarşab” adı ilə məlum idi. Şəki-Zaqatala, Abşeron, Qarabağ və

Naxçıvan, xüsusilə də Ordubad etnoqraik bölgələlərində düzbucaqlı

biçimli çadraya (çarşaba) üstünlük verilirdi. Ordubadda əsasən




düzbucaqlı biçimli “məfrəş çarşab” lar daha istifadə olunmuşdur. Xalq

arasında onlar “qutu çarşab” , “madam məfrəş” və “keci məfrəş” kimi

tanınırdı. Madam məfrəşini yanlarına məngulə, zəncirə və güləbətin

düzülürdü. İkiqat hazırlanan məfrəşin orta tərəfindən güləbətin bəndləri

olurdu. (yerliyi palıdı, xırda kvadratları qara rəngdə olan madam

məfrəşin bir nümunəsi ordubad rayonu, Vənənd kənd sakini 75 yaşlı

Xalidə Məmmədalı qızı Muradovanın şəxsi geyim kolleksiyasında indi

də saxlanılır).

  Keci məfrəşin isə yerliyi qara və göy, üstününün damaları isə

ağ kvadrat və rombşəkilli olurdu. Onu, bir qayda olaraq, yaşlı  qadınlar

örtürdülər. Adətən, mərhumun son mənzilə yola salanda da onu keci

məfrəşə bükürdülər.

   Naxçıvanın düzbucaqlı biçimli çarşabı qarşı-qarşıya  açılan iri

ilgəklər vasitəsilə boğazın altında bağlanırdı. Çadranı örtərkən  kəmər

yerində olan deşiyindən  keçirilmiş qaytanı çəkərək boğazın altındakı

ilgəyə bənd edirdilər. Ağ, boz, qara, göy, palıdı rəngli bahalı və ucuz

ipək, pambıq-parça materiallarından hazırlanan çadra Ön Asiya, ərəb

ölkələri və Azərbaycanda şəhərli geyimi kimi mövcud olmuşdur. Onları

Şamxı, Basqal, Mücü, Şəki, Gəncə və  Şuşa kimi sənət istehsalı

mərkəzlərində hazırlayırdılar.

  Qadın çarşabının rənginə görə, onun sahibinin yaşını, sosial-

iqtisadi vəziyyətini müəyyənləşdirmək mümkün idi. Belə ki, cavan yaşlı

qadınlara ağ  (bəyaz) çarşaba, ahıl-yaşlılar isə tünd rəngli çarşaba

üstünlük verirdilər. Hələ XV əsrin əvvəllərində Təbrizdə olmuş

İspaniya elçisi Klavixo öz gündəliyində yazırdı ki, Təbriz dükanlarında

satılan ətir və boyaları almaq üçün gənc qadınlar özləri gəlirlər. Onlar

başdan-ayağa kimi ağ örtüyə bürünmüş  şəkildə və gözlərini örtərək

yeriyirlər. [91]

  XX yüzilliyin 30-50-ci illərindən başlayaraq rübənd, niqab, tor,

tül və s. üz örtükləri  kimi  çarşab (çadra)  da qadın geyim dəsti

tərkibində çıxmışdır. Lakin bununla belə, Abşeron və Naxçıvan  bölgəsi

kəndlərində yaşlı qadınların hələ də çadra örtməsinə təsadüf

olunmaqdadır.

 Ayaq  geyimləri. XIX-XX əsrin əvvəllərində Azərbaycan

qadınlarının ənənəvi ayaq geyimləri corab, badış, çarmıq, şətəl, çust,




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə