Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə38/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   34   35   36   37   38   39   40   41   ...   134

də qırmızı və ya yaşıl mərmərdən tikilirdi. Saçların “cığa”, “birçəyi”

üstündə telbasan rolunu oyanayan “təsəyin üzərində simmetrik

vəziyyətdə 4 ədəd buta, onun mərkəzinə isə “ulduz” və “əşrəfi” tikilir,

yanları müxtəlif rəngli ipək sapla “badamı” və “təsbehi ” tikişlərlə

bəzədilirdi”. [82]

Muğan


qadınları

məxmər və tirmədən tikilmiş,

alçaq, girdə, qabağı baftalı və

sərməli araqçın geyərdilər.

Bəzən kartondan özül düzəldir,

üstünə məxmər  və ya ipək

parça çəkir, onun da üzərinə

balıqbeli adlanan gümüş

pərəklər  düzərək araqçın

hazırlayırdılar. Araqçın bəzəklərində bəzən güləbətin naxışlardan da

istifadə edilirdi. [83]

  Gəncəbasarın büzməli təsəkləri və ya çəpçikləri tikilərkən 38-

40 sm ölçüdə ağ parça götürülürdü. Onu iki hissəyə qatlayıb kənarlarını

tikirdilər. Torbanı xatırladan həmin düzbucalqının açıq tərəfini sapla

büzüb bir yerə yığdıqdan sonra bu büzüyün üstünə  əlavə parça kəsib

tikirdilər. Çəpçiyin qulaqcıqlarının ucu 10-15 sm.uzunluğunda parçadan

hazırlanmış lentvari iplə-bağlı qurtarırdı.  Bağın uclarını çənənin altına

bağlayırdılar. Çəpçikdən ən çox yaşlı qadınlar istifadə edirdilər. [84]

    Naxçıvan  bölgəsində  “aygün”,

“ulduz”, “buta”, “qönçəçiçək”, “zəncirə”

və s. bəzəklər salınmış araqçınlara

üstünlük verilirdi. Bundan başqa, iynə ilə

rəngbərəng saplardan salınmış  tikmə

zərli naxışlardan,

“bababörkü”

(çobanyastığına bənzər) , yanlara salınan

və tərsinə toxunma üsulu ilə başa gələn

naxışlardan “merişka”, eləcə də pilək

düzgüsü araqçın bəzəklərindən geniş

istifadə olunurdu. Araqçını başda çəngəlli

çənəbənd vasitəsi ilə saxlayırdılar.



Varlılarda büsbütün belə çəngəlli çənəbənd imkansız ailələrdə ucuna

mis çəngəldən bağlanmış qaytandan ibarət hazırlanırdı. Naxçıvan

qadınları araqçının üstündən “bağdadı kəlayağı” salardılar.

Geymə (qoyma) tipli qadın baş geyimlərindən bir də “çutqu”

idi. Azərbaycanın şimal və  şimal-şərq bölgələrində geniş yayılmış bu

geyim tipi qadının saçlarını və hörüklərini içərisinə qabqardığı ayağı

açıq torbanı xatırladır, həm gigiyenik, həm də  əməli mahiyyət

daşımaqla, qadın görkəminə xüsusi gözəllik verirdi. Başa çutqu

bağladıqda, təsək qoyulmazdı. Çutqunun həm gündəlik, həm də

bayramlıq növləri olurdu. Düzbucaqlı formada biçilib-tikilən çutqunun

eni 20-30 sm, uzunluğu  isə 50-60 sm olurdu. Astarlı tikilən çutqunun

başa geyilən hissədə tikişi 15-18 sm ölçüdə aıq saxlanılırdı ki, geymək

asan olsun. Ayaq hissəsi saçaqlı (bürçümlü) hazırlanır, baş hissədə isə

kəmçiklərinə qotazlı qaytan bağlanılırdı. Bir qayda olaraq, saçlara

(hörüklərə) geyilən çutqunun qaytanları ya boğazın altında, ya da alında

başa bağlanırdı. Alının üstündən çutqunun görünən hissəsinə

“çutquqabağı” tutulurdu. Adətən, çutquqabağı məxmər və tafta ilə,

eləcə də gümüş və qızıl kəsmə bəzəklərlə işlənirdi. Bayramlıq qadın

çutqusu bahalı ipək parçlardan hazırlanır, rəng parlaqlığı ilə (qırmızı,

yaşıl, sarı, göy və s.) seçilirdi. Şəki etnoqrafik bölgəsində, Qax rayonun

azərbaycanlı və saxur əhalisi arasında qadın çutqusu “tülü” adı ilə

məlum idi. Çutqunun özü və çutquqabağının bəzək elementləri

görünsün deyə,  çox zaman onun üstündən zərif işləməli cuna

(püstümari cuna, misqalı cuna) çəkər, tor örpək və ya narın  toxumalı

kəlayağı  bağlayardılar.

  Geymə (qoyma) tipli qadın baş geyimlərinin bir qisminin də

mürəkkəb quruluşlu “dingə” və “çalma” lar təşkil edirdi. Naxçıvan,

Şirvan və Qərb bölgələrində qadın geyim dəstinə daxil edilən  dingə




söyüd və ya tənək çubuqlarında hörülmüş, “çənbər” adlanan dingə

səbətini üzərinə şal sarımaqla qurulurdu. Başda möhkəm dayanması və

əndazəsinin pozulmaması üçün adətən dingəyə qızıl qarmaq  bənd edər,

üstündən isə örpəklə bağlayardılar. [85]

Naxçıvanda, xüsusilə də Ordubad bölgəsində qadınların

geydikləri belə baş papağı-“kərkə” ahıl qadınların geydikləri isə daha

arxaik baş geyimi hesab olunan “dingə ” adlanrdı.  Kərkə qaytanlarla və

kəsmə metal lövhələrlə bəzədilirdi. Dimgənin üzərinə vurulan bəzəklər

və zinət şeyləri onun sahibinin maddi vəziyyətini aydın əks etidirirdi.

Yoxsul və ortabab  ailədən olan qadınların dingəyə vurduqları bəzəklər

üzəri gümüş pullu “tetir, ” və “qabaqlıq” dan, həmçinin, yun qarmaqdan

ibarət olurdu. Varlılarda isə bütün bunları qızıldan, az miqdarda isə

gümüşdən hazırlanmış zinət şeyləri (pərək, aypərək və s.) tamamlayırdı.

Şirvan bölgəsində dingə digər  bölgələrdən fərqli olaraq çubuqlardan

deyil, birbaşa baş şalını dingə səbəti formasında bağlamaqla qurulurdu.

Dingə bütün  Cənubi Qafqaz üçün xarakterik baş geyimi olmuşdur.

   Dingədən fərqli olaraq, çalma başa təsək qoyulduqdan sonra

onun üstündən  bağlanırdı. Şalmanı başa müxtəlif  üsullarla

bağlayırdılar. [86] Adətən ipək yaylığı qıyqac (üçkünc) edərək başa

salır, sonra onun qulaqlarını: sağ qulağı sol çiyin, sol qulağı isə sağ

çiyin üstündən aşırmaqla, boynun arxasında çarpazlayıb qabağa gətirir

və yenidən çənənin altında çalkeçir etdikdən sonra boyunun arxasında

düyünləyirdilər. Çalma bağlamanı digər bir üsulunda isə başa salınmış

yaylığın uclarını  boğazın altından çalkeçir etdikdən sonra bir ucunu

sinə üstünə sərbəst buraxır, digər bir ucunu isə boyuna dolayıb kürəyə

atırdılar. Çox vaxt çalmanın sərbəst ucu yaşmaq rolunu oynayırdı.

Şalmanı başda möhkəm saxlamaq və yaraşıqlı görünməsini təmin etmək

üçün, bir qayda olaraq, ərli qadınlar onun üstündən qarmaq vururdular.

Azərbaycanın bir çox bölgələrində (Qarabağ, Lənkəran-Astara, Quba-

Xaçmaz, Naxçıvan və s. ) çalmanı başda saxlamaq üçün onun üstündən

başın dairəsi boyunca kiçik ləçək bağlamaq adət idi. Dərbənd

azərbaycanlıları arasında “burma” adlanan çalma, bütün etnoqrafik

bölgələrimiz üçün xarakterik olan qadın baş geyimi olmuşdur. Gənc

qadınlar çalmanın üstündən “heratı”, “hələbi”, “qonşuçatladan” ,

“gülvəngi”, “bağdadı” və s. kimi əlvan rəngli kəlayağı bağlayırdılar.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə