Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə54/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   50   51   52   53   54   55   56   57   ...   134

Qərb bölgəsi qadınlarının daha çox xoşladıqları boyun və döş

bəzəkləri “heykəl” və ya “həmayil” idi. “Heykəl” ortasında iri

paxlavavari muncuq olan boyun bəzəyinə deyilirdi. Sapa keçirilmiş

“heykəl” i boyuna elə bağlayırdılar ki, iri muncuq sinənin ortasında

dayanırdı. Bir qayda olaraq, “heykəl” in kənarlarına qızıl və gümüş

pullar bənd edirdilər. XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində

Qazax mahalının Qıraq Kəsəmən kəndində yaşayıb-yaratmış el şairi

Çoban Əfqan Qərb bölgəsi qadınlarının əlvan geyimlərinin tamamlayan

nəfis işlənmiş belə bəzəkləri vəsf etmişdir:

Qapına, gəlmişəm sayılam, sayıl,

Haqq verən paylara mən oldum qayıl.

Sağına, soluna, heykəl, həmayıl,

Qızıl bilərziyi qol kənarında.[153]

Naxçıvan bölgəsində boyun–sinə bəzəkləri içərisndə

“qarabatdaq”, “çəçik”, “silsilə”, “səırmə”, “gərdənbağı”, “sinəbənd”,

“gərdənbənd” geniş yayılmışdı. “Çəçik”  daha mürəkkəb dekora malik

zərgərlik sənət nümunəsi olub, əsasən qızıldan hazırlanır və üzəri

qiytəmli daşlarla bəzədilirdi. Bölgənin bəzi kəndlərində çəçiyə

“çənbərə” də deyilirdi. Naxçıvan Dövlət Tarix Muzeyinin fondunda

saxlanılan belə bir çəçik 583 əyarlı qızıldan hazırlanmaqla müxtəlif

formalı (sikkə, aypara, yarpaq, düzbucaqlı-kitabvari, ərik çəyirdəyinə



bənzər) 78 hissədən ibarətdir. Bəzək dekorlarının üzərində 26 ədəd göy,

bir o qədər də qırmızı daş yerləşdirilmişdir. Yerli zərgərlər tərəfindən

hazırlanan bu sənət nümunəsi XVII-XVIII əsrin əvvələrinə aid edirlər.

Naxçıvan zərgərlik məktəbinə məxsus digər bir qadın bəzəyi

olan “sinəbənd” silsilə formasında

hazırlanmaqla, dörd ədəd aşağıya doğru

getdikcə kiçilən, üstü şəbəkə

işlənməməli ayparadan, böyük

ayaparanın uclarına bərkidilmiş iki yaqut

daşdan, çoxsaylı asma-qulplu qızıl

sikkələrdən və  ətəyi tamamlayan bir

ədəd daha iri sikkədən (“süleymani”)

ibarət olurdu. Sinəbəndin bəzə

dekorlarının üzərinə qiymətli daşlar (almaz, yaqut, mina, cavahir,

briliyant və s.) düzülürdü.

“Silsilə” boyunbağının böyüyü “sərmə” adlanırdı. Sərmənin

sırası (ətəkləri) variantdan asılı olaraq 4-5-ə qədər olurdu. Sərmənin də

hər bir bəzək dekorunun üstünə qiymətli daşlar yerləşdirilirdi.

 “Gərdənbənd –bağalamaq üçün uclarında qarmaqları olan 14

ədəd zərif işlənmiş, halqalarla bir-birinə bəndlənmiş, və üstünə sıraşırı

qırmızı və yaşıl daşlar düzülmüş bəzək elementlərindən həmçinin bu

bəzək dekorundan asılmış 14 ədəd şəbəkəli sırğaaya bənzər hissələrdən

hazırlanırdı. “Gərdənbağı” isə narın muncuqlarla düzülümş ətəkli bəzək

növü olub, sinəyə qədər çatırdı.

Muğan bölgəsi üçün daha xarakterik olan “məcdiyyə”

(“impreial”) boyunbağını haırlamaq üçüün sapa əvvəlcə böyük “hil”,

sonra isə xırda “arpa hil” düzülürdü. Altı  ədəd sağada, altı  ədədi isə

solda olan həmin hillərin arasına qulplu qızıl impreial asılırdı. Burada

dəbdə olan digər bir boyun bəzəyinin –“bacaqlı boynbağı” nan sinədə

dayanan ətəyinə ürəkşəkilli uzunsov külçə qızıl asılırdı. Bu bəzək

elentinin ortasına dairəvi və ya aypara zümrüd salınır, kənarlarına

dilim-dilim qızıl naxışlar vurulurdu. [154]




   Azərbaycanın əksər etnoqrafik bölgələri üçün səciyyəvi olan

“arapa boyunbağı” larından istifadə olunmasının tarixi olduqca

zəngindir. Mingəçevirdən arxeoloji qazıntılar zamanı əldə edilən “arpa”

muncuqlar, indi hazırlanan eyniadlı muncuqlarla oxşarlıq təşkil edir.

Mütəxəssislərin fikrincə, bu muncuqlar Azərbaycanda 2500 il bundan

əvvəl mövcud olmaqla, nəsildən-nəslə keçmiş zəmanəmizə qədər gəlib

çatmışdır. “Arpa boyunbağı”ların ortasına gözəl naxışlarla bəzdilmiş

dairə formasında digər bir hissə də  əlavə edilirdi. Bəzən də onun

əvəzinə  şəbəkə üsulu ilə hazırlanmış altı, səkkiz və ya on iki guşəli,

ortasında yaqut və füruzə qaşı olan ulduz,  onun da altını tamamlayan

aypara yerləşdirilirdi. [155]

Kişi və qadın geyimlərinin ayrılmaz tərkib hissələrini təşkil edən

bel bəzəkləri, xüsusilə də toqqa və kəmərlər özünün bədii-ornamental

xüsussiyyətlərinə, tətbiq məqamına (əməli və ya bəzək funkisyasına),

yayılma arealına və lokal fərqlərinə görə müxtəlif idi. Azərbaycanda

kişi və qadın bel bəzəklərinin

“ətəkli” (“sallama”), “taxta

kəmər”, təkbənd”, “gül belbağı”,

“saltoqqa”, “çilik toqqa”,

“qabırğalı kəmər”, “düzmə

kəmər”, “girvənkə toqqa”, “körpü

kəmər”, “sikkə kəmər” və s. kimi

çoxlu çeşidi olmuşdur. Qadın

kəmlərinin içərisində yayılma

arealına görə (“ətəkli” kəmər tuturdu. Bu növ kəmərlərin qayışı dəridən

10-12 sm.enində hazırlanır, qayış kəmər toqqasına bərkidildikdən sonra

üzərinə 20 qəpiklik gümüş pullar üç cərgədə bənd edilirdi. Kəmərin

toqqa hissəsi iki ayr-ayrı hissələrdən düzəldilərək, bir-birinə iki qarmaq

və halqa vasitəsilə bağlanırdı. Hissələrdən birinin (adətən, qarmaq olan

hissənin) ortasına dairəvi şəkildə göy yaqutdan “daş ” salınırdı.

Naxçıvan bölgəsində bu cür qadın kəməri “göbəkli kəmər” adlanırdı.

Ümumiyyətlə  isə  kəmərə  ona  görə  “sallama”  kəmər  deyilirdi  ki,  onun

aşağı hissəsinə, kəmərdən aşağıya doğru  10-15-20 qəpiklik qulplu

gümüş pullar gümüş zəncirlər vasitəsilə aypara formasında bir-birinə

bənd edilirdi. Rəqs və hərəkət zamanı bu gümüş pullar bir-birinə



toxunaraq metal səciyyəli melodik səslər verirdi. Hazırda Samux

rayonu Eldar kənd sakini  Minayə Nəsir qızı Orucovaya məxsus olan

belə kəmərlərdən biri  XIX yüziiliyin 60-cı illərində Gəncə sənətkarları

tərəfindən hazırlanmaqla, bu sənət mərkəzi nümyəndələrinin fərdi

yaradıclıq qabiliyyətini bariz şəkildə nümayiş etdirir.

Etnoqrafik materiallar göstərir ki, gəlin köçən qızların toy-nişan

paltar dəstləri  arasında üzəri həndəsi, nəbati, astralı motivlərlə

bəzədilmiş gümüş (bəzən hətta qızıl) kəmərin olması vacib idi. Bir

qayda olaraq kəməri qızlar deyil, gəlinlər gəzdirirdilər. Kəmər təkcə

əməli və bəzək əhəmiyyəti kəsb etməmiş, həm də sosial mənsubiyyəti

müəyyənləşdirmiş, dini-magik xüsusiyyətlər daşımışdır.

    


Azərbaycan  qadınlarının  istifadəsində  olan  qol,  bilək  və

barmaq bilərzikləri içərisində müxtəlif formalı “qaşlı”, “qaşsız” üzüklər

(nişan üzüyü- “halqaxatəm”, “əyrəmçə”, “barmaqçalıq”, “barmaqcıl”,

eləcə də zümrüd, füruzə, yaqit, əqiq, ləl, mirvarı və başqa qaşlı

üzüklər ), bilərzik və qolbaq-dasinələr (“həsiri”, “gül”, “eşmə”, halqa,

“yığma”, körpü, “xəngəli” və s.), “qolaxçası” və s. üstünlük təşkil edirdi.

Qaşsız üzüklər içərisində xüsusilə seçilən nişan üzüyü (“halqa-xatəm”),

bir qayda olaraq, ərlik qızların “gəlin barmağına” taxılırdı.

Azərbaycanın Qərb bölgəsində “barmaqşalıq” adlanan nişan üzüyü

məhəbbət, etibar, sədaqət və vəfa rəmzi kimi xüsusi diqqət verilirdi.

Adətən, xatircəmlik,  nişan (bəlgə) üzüyü sayılan xatəm (halqa)

təkkəbinli (monoqam) ailərin meydana gəlməsindən sonra dəbə düşmüş,

deyikli (beşikkərtmə, göbəkkəsmə) oğlanlar və qızlar arasında gələcək

kəbin münasibətləri qız evinə  əvvəlcədən beh kimi qoyulmuş xatəm

vasitəsilə rəsmiləşdirirdilər. [157] Üzəri qiymətli daş-qaş və ləl-

cavahiratla tərtiblənmiş “bazubənd” kişi qol-bilə bəzəyi kimi məlum

olsa da, “qolaxçası” gəlin və qızların bəzək əşyaların kompleksinə daxil

idi. Təxminən 2.2,5 sm. enində dairəvi  formada olan “qolaxçası”nı

biləkdən bir qədər yuxarıya kip bağlayırdılar. O, üzərinə kiçik və zərif

zəncirlər vasitəsilə gümüş pullar bənd edilmiş bəzək növü idi. Hərəkət

və rəqs zamanı “tetir”, “alınlıq” (“qabaqlıq”), “sallama kəmər”,

“piyaləzəng” sırğa, xüsusi əndazə ilə tərtiblənən “qızıl ətəklik”,, libasa

bənd edilən “zınqırov-qumroy”larla birgə həmahəng səs verən



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə