Azərbaycan Milli



Yüklə 2,63 Mb.
Pdf görüntüsü
səhifə4/134
tarix01.02.2018
ölçüsü2,63 Mb.
#23042
1   2   3   4   5   6   7   8   9   ...   134

Ən qədim nəqliyyat vasitələrindən biri əl sürütməsidir.

Sonralar minik və yük nəqliyyat vasitələri daha geniş yayılmışdır.

Şübhəsiz, ilk sinifli cəmiyyətdə  ən sürətli və geniş yayılan nəqliyyat

vasitəsi atdır. Təxminən 5 min illik tarix boyu atdan yük və minik

vaisitəsi kimi istifadə edilmişdir. Kitabda dəvə və digər qoşqu nəqliyyat

vasitələri, xizək, kirşə, ikitəkərli və dördtəkərli arabalar, faytonlar,

dilican, eləcə də müxtəlif su nəqliyyatı vasitələri geniş işıqlandırılır.

Yollarla bağlı məlumatlar da kitaba dolğunluq və bitkinlik gətirir.

İkinci cilddə ailə və məişət məsələlərinə də geniş yer

verilmişdir. Aydın məsələdir ki, bu problem əhəmiyyəti baxımından

təkcə etnoqrafların deyil, həm də hüquqşünasların, filosofların,

psixoloqların və bir sıra başqa elm sahələrinin mütəxəssislərinin

tədqiqat obyektinə çevrilmişdir. Əhəmiyyəti böyük, lakin, öyrənilməsi

çətin olan bu sahənin, etnoqrafiya elminin tərkib hissəsi kimi, etnoqraf-

alimlərin daha çox marağına səbəb olması tam qanuni haldır.

Əsrlərcə varislik ənənəsini qoruyub saxlayan ailə həyatın mənası

və bünövrəsidir, cəmiyyətin özülü, ölçüsü və meyarıdır. Ailə böyük

sərvət, kiçik dövlətdir.

İctimai-tarixi kateqoriya olan ailə cəmiyyətin ən kiçik

kollektividir. Azərbaycanlılarda ailənin tarixən iki forması olmuşdur:

böyük ailə və kiçik ailə. Böyük ailələr, yaxud ailə icmaları üç, dörd və

bəzən beş nəslin nümayəndələrindən ibarət olub, ata, oğul, nəvə və

nəticələri, eləcə də qardaşların ailələrini birləşdirir.

Ailə icmasına daxil olan bütün ailələr  bir evdə birgə yaşayır və

vahid təsərrüfata malik olurlar.

XIX-XX əsrlərdə Azərbaycanda “qalıqlar” şəklində ailə

icmalarının hələ də mövcud olması ilə yanaşı, ailənin əsas forması-kiçik

ailələr da var idi. Kiçik ailə iki yolla yaranırdı: böyük ailənin

parçalanması yolu ilə və ailədə həddi-buluğa çatmış oğulun evləndikdən

sonra ayrılıb müstəqil ailə qurması ilə. Böyük ailə və kiçik ailə arasında

fərq yalnız ailə üzvlərinin sayında olmamışdır. Onların arasında bir

kəmiyyət fərqi ilə yanaşı, əsas iki keyfiyyət fərqi də olmuşdur.

Birincisi, böyük ailənin mülkiyyəti də ailə icmasına məxsus olduğu

halda, kiçik ailənin əmlakı yalnız ailə başçısının mülkiyyəti sayılırdı.

İkincisi, böyük ailə  şaquli istiqamətdə 3-5 nəsildən, üfüqi istiqamətdə



isə qardaşların ailələrindən ibarət olduğu halda, kiçik ailənin yalnız

şaquli istiqamətdə 2-3 nəsildən ibarət olması xarakterikdir.

Kiçik ailələr quruluşuna görə iki yerə bölünür: Sadə və

mürəkkəb ailələr. Sadə ailə iki nəsildən yəni ata-ana və onların

uşaqlarından; mürəkkəb ailə isə üç nəsildən, yəni baba-nənə, ata-ana nə

nəvələrdən ibarət olur.

Azərbaycan milli ənənələrinə görə hər bir ailədə atanın övlad

qarşısında üç borcu  vardır: tərbiyə etmək, təhsil vermək və

evləndirmək. Atanın övladı qarşısında bu üç borcunu yerinə yetirməsi

ailənin həyata keçirdiyi üç əsas funksiyası ilə təmin olunur: təsərrüfat

funksiyası, nəsilartırma funksiyası və uşaqların tərbiyəsi funksiyası.

Ailə üzvləri arasında qarşılıqlı münasibətlər bu funksiyaların həyata

keçirilməsi ilə bağlı olan adət-ənənələr əsasında formalaşır. Ailə üzvləri

arasında bu qarşılıqlı münasibətlər-ər ilə arvad, gəlin ilə qayınana,

valideynlər ilə övladlar və s. arasındakı münasibətlər də ailə və ailə

məişətinə həsr olunmuş fəsildə geniş şərh edilir.

“Ailə və  ailə məişəti” fəslində ailə-nikah münasibətlərinə

xüsusi  


bölmə ayrılmışdır.  Burada ibtidai icma cəmiyyəti dövründə

Azərbaycanda mövcud olmuş ekzoqam və endoqam nikah adətlərindən,

monoqam və poliqam nikah formalarından bəhs olunur, orta əsrlərdə isə

Azərbaycanda islamın şəriət qanunları ilə nizamlanan nikah

münasibətləri açıqlanır və qohumla evlənmə dairəsinin şəriət qanunları

ilə müəyyən edildiyi vurğulanır. Bu bölmədə Azərbaycanda nikah yaşı,

normaları, levirat və sororat nikah adətləri və qızqaçırma adətindən də

bəhs edilir və onların sosial məzmunu açıqlanır.

“Ailə və  ailə məişəti” ndə toy mərasiminin bütün mərhələləri-

qızbəyənmə, elçilik, nişan, toy şənlikləri və gənc ailənin toydan sonrakı

həyatının bəzi məqamları  şərh edilir. Bu bölmədə toy zamanı həyata

keçirilən mərasimlər, adət-ənənələr təhlil edilir, onların sosial mahiyyəti

açıqlanır. Burada toy şənlikləri zamanı hazırlanan xörəklər, çalınan

musiqi, oxunan nəğmələr, oynanılan rəqslər və keçirilən idman

yarışlarından da bəhs olunur.

Kitabda gəlinin ər evinə gəlməsindən sonra başlanan gənc

ailənin həyatının ilk mərhələsi də təsvir edilir. Gənc ailənin həyatında

dünyaya təzəcə gəlmiş körpənin tərbiyəsinə xüsusi yer ayrılır.




Hamiləlik, doğum və doğumdan sonrakı dövrdə gəlini şər qüvvələrdən

qorumaq üçün icra edilən ayinlərdən, yenicə doğulmuş körpə ilə bağlı

həyata keçirilən adət-ənənələrdən bəhs olunur.

“Ailə və ailə məişəti” nin son bölümü dəfn və yas mərasimləri

ilə bağlı ayinlərə və adət-ənənələrə həsr olunmuşdur. Bölümdə yas

mərasimində icra olunan ayinlər, matəm səciyyəli ağlaşmalar, deyilən

ağılar, verilən ehsanlar açıqlanır və yasdançıxma ilə bağlı “Qara

bayram” ayini təsvir edilir.

Kitabın əyaniliyini artırmaq, onu daha da əhəmiyyətli,

məzmunlu və oxunaqlı etmək məqsədi ilə bölmələr zəngin və nadir

illüstrativ materiallarla təmin edilmişdir.

Kitabın müzakirələrinin təşkilində görkəmli etnoqraflardan

Şahpələng Quliyev və Tofiq Kərimovun xidmətləri böyükdür. Bu

müzakirələrdə yaxından iştirak edən tarixi-etnoqrafiya şöbəsinin

əməkdaşlarının, çoxsaylı informatorların köməyini, cildin nəşrə

hazırlanmasında Təranə Quluzadənin və Nigar Vahabovanın, illüstrativ

materialların işlənməsində rəssam Solmaz xanım Hüseynovanın

əməyini xüsusi qeyd etmək lazımdır.



                                                              Teymur Bünyadov

                                                                     akademik




Yüklə 2,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə