Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   26   27   28   29   30   31   32   33   ...   95

61 
 
Rusiyada  hələ  XII—XIII  əsrlərdən  başlayan  alman  məskunlaşması  prosesinin  bir 
qolu  idi  və  çarizmin  əvvəl  Şimali,  sonra  isə  Cənubi  Qafqazı  işğal  etməsi  bu 
regionda  alman  məskənlərinin  yaranmasına  zəruri  şərait  yaratdı.  XVIII  əsrin 
əvvəllərindən Qafqaz siyasətini fəallaşdıran Rusiya, Türkiyə, İran və Krım xanlığı 
ilə  apardığı  uzunmüddətli  mübarizədə  qalib  çıxdı  və  silah  gücünə  Qafqazı  özünə 
tabe etdi. Qafqazda hərbi-siyasi sabitliyə nail olan Rusiya üçün daha vacib məsələ 
—  bu  regionda  imperiyanın  sosial-iqtisadi,  dini,  mədəni  dayaqlarını 
möhkəmləndirmək,  Qafqazı  Rusiya  dövlətinin  ayrılmaz  hissəsinə  çevirmək 
məsələsi  idi.  Bu  strateji  vəzifənin  yerinə  yetirilməsində  Rusiya  üçün  əngəllər 
yaradan  əsas  amil  —  həm  Şimali,  həm  Cənubi  Qafqazda  yaşayan  avtoxton 
müsəlman  əhali  idi  ki,  onlar  rus  işğalı  ilə  barışmaq  istəmir,  azadlıq  mübarizəsini 
davam  etdirir  və  bu  səbəbdən  də  Rusiya  rəsmi  dairələrində  dövlətin  potensial 
düşmənləri,  Türkiyənin,  İranın  müttəfiqləri  kimi  qiymətləndirilirdilər.  Elə  buna 
görə çarizmin Qafqazda apardığı milli siyasət regionda mövcud etnik mənzərənin 
pozulmasına, etnik, konfessional cəhətdən Qafqazda Rusiyanın əbədi dayaqlarının 
yaranmasına  xidmət  etməli  idi.  Bunun  üçün,  ilk  növbədə  Qafqazın  müsəlman 
əhalisinin  sayının  azaldılmasına,  regionda  Rusiyaya  sadiq  slavyan  mənşəli  və 
xristianlığa sitayiş edən xalqların yerləşdirilməsinə nail olmaq, Qafqazı Rusiyanın 
«təbii» ərazisinə çevirmək planları qurulurdu. Bu niyyətlərin həyata keçirilməsində 
çar  hökuməti  hər  vasitədən  istifadə  edirdi:  Şimali  Qafqazda  yaşayan  yüzlərlə 
xalqlar  -  noqaylar,  çərkəzlər,  abazinlər,  adıqeylər,  kabardinlər,  qaraçaylılar, 
balkarlar, çeçenlər, Dağıstan xalqları hərbi əməliyyatlar nəticəsində kütləvi şəkildə 
məhv  edilir,  açıq  və  yaxud  dolayı  yollarla  mühacirətə  sürüklənirdilər
160
.  Dağlı 
xalqlarına qarşı siyasi, dini təzyiqlər göstərilir, dağlı cəmiyyətinin  sosial ierarxiya 
qaydaları ləğv edilir, zor metodları fayda vermədikdə isə Şimali Qafqaz xalqlarının 
mühacirəti üçün pulsuz nəqliyyat ayrılır, mühacirliyə görə pul vəsaiti paylanılırdı. 
Vətənini  tərk  etməyənlər  yararsız  torpaqlara  köçürülür  və  yaxud  dağlara 
sıxışdırılırdılar. Təkcə onu qeyd etmək kifayətdir ki, 100 minlik abazin xalqından 
XIX  əsrin  ortalarında  Rusiyada  cəmi  10  min  nəfər  qalmış,  qalanları  Türkiyəyə 
köçməyə  məcbur  olmuşdular
161
.  Rus  işğalı  Şimali  Qafqaz  xalqlarının  etnik 
birliyinə zərbə vurdu, onların əsrlərlə yaratdıqları təsərrüfat həyatı, mədəniyyətləri 
məhv  edildi.  Hələ  XVII  əsrin  II  yarısında  Şimali  Qafqaza  səyahət  etmiş  türk 
tarixçisi Övliya Çələbinin «Səyahətnamə» əsərindən görürük ki, rus işğalına qədər 
Şimali Qafqaz «mənimsənilmiş ərazi» kateqoriyasına aid idi və burada onlarla iri 
şəhərlər,  minlərlə  kəndlər  mövcud  olmuş,  region  əhali  azlığı  cəhətdən  əziyyət 
çəkməmişdir
162
.  Şimali  Qafqaz  işğal  edildikdən  sonra  və  çarizmin  məqsədyönlü 
siyasəti  nəticəsində  yerli  xalqların  sayı  faciəli  şəkildə  aşağı  düşmüş,  onların  boş 
qalmış  torpaqlarına  slavyan  xalqları,  ermənilər,  almanlar,  yunanlar,  aysorlar, 
bolqarlar, çexlər və sair xristian xalqları köçürülmüşlər. 
Cənubi Qafqazda da buna oxşar vəziyyət yaranmışdı: müsəlman-türk əhali 
rus  ekspansiyasını  qəbul  etməyərək  kütləvi  şəkildə  Türkiyəyə  və  İrana  köçür, 


62 
 
onların  ərazilərində  ermənilər,  aysorlar,  ruslar,  ukraynalılar,  almanlar 
yerləşdirilirdilər. 
XIX  əsrin  ortalarında  çarizmin  demoqrafiya  siyasəti  nəticəsində  Qafqazın 
etnik xəritəsində əsaslı dəyişikliklər baş verdi: təkcə slavyan mənşəli əhalinin sayı 
Şimali Qafqazda 780,4 min nəfərə çatdı ki, bu da adı çəkilən regionun əhalisinin 
təqribən  35%  demək  idi
163
.  Müqayisə  üçün  qeyd  edək  ki,  1795-ci  ildə  Şimali 
Qafqaz  əhalisinin  35%-ni  təşkil  edən  adıgeylər  XIX  əsrin  ortalarında  müvafiq 
olaraq 1,2% təşkil edirdilər. Rusiya tarixçilərinin Şimali Qafqaz xalqlarının sayının 
azalmasını təbii artımın aşağı olması ilə izahı, fikrimizcə, əsassızdır. Mənbələrdən 
görünür  ki,  Şimali  Qafqazın  xristian  xalqları  arasında  (məsələn,  osetinlər—İ.A.) 
əhalinin sayının azalması müşahidə olunmamışdır
164

Rus işğalı nəticəsində Qafqazda əsrlərlə mövcud olan etnik xəritə pozuldu, 
sabitləşən  təsərrüfat,  ticarət  sistemi  ləğv  edildi.  Çar  hökuməti  bu  regionda  yeni 
etnik  durum,  yeni  təsərrüfat  həyatı  qurmaq  və  öz  etnik-sosial  dayaqlarını 
möhkəmləndirmək məqsədilə slavyanlaşdırma, xristianlaşdırma siyasəti aparırdı. 
Bütün  bu  geosiyasi  oyunlarda  alman  mühacirlərinə  hansı  rol  ayrılmışdı? 
Almanlar  çarizmin  siyasi  planlarından  xəbərsiz  idilər  və  onları  Qafqaza  gətirən 
obyektiv  səbəblər  vardı.  Şimali  Qafqazda  daxili  məskunlaşma  prosesi  gedirdi  və 
almanları bu regiona çəkən onların əvvəlki məskunlaşdıqları yerlərdə rastlaşdıqları 
sosial  çətinliklər  idi.  Şimali  Qafqazda  məskunlaşan  almanların  bir  qismi  — 
xaricdən  gələn  missionerlər  idi  ki,  onların  əsas  məqsədi  «müqəddəs  Qafqaz 
torpağında»  protestantizm  təlimini  yaymaqdan  ibarət  idi.  Əgər  Volqaboyu  və 
Ukraynadan gələn kolonistlər Şimali Qafqazda sosial həyatın təşkilinin daha sadə 
formasını  seçir  və  dağlı  xalqlarının  suverenliyinə  xələl  gətirə  biləcək 
fəaliyyətindən  uzaq  dayanırdılarsa,  protestant  missionerləri  dağlılara  qarşı  dini, 
mədəni  ekspansiyada  iştirak  edir  və  bu  səbəbdən  də  yerli  müsəlman  xalqları  ilə 
normal  münasibət  qura  bilmirdilər.  Nəticədə,  missionerlərin  yaratdığı  koloniyalar 
iflasa uğradı,   onların fəaliyyəti dayandırıldı. 
Almanların  Cənubi  Qafqazda  yerləşməsinin  əsas  xüsusiyyəti  onların 
kompakt məskunlaşmaya olan meyilləridir. Bu həm  mühacirlərin eyni ərazidən—
Baden-Vürtemberq  krallığından  gəlmələri  və  eyni  dini  cərəyana  məxsus  olmaları, 
həm  də  lokal  ərazidə  məskən  salaraq  milli  xüsusiyyətlərin  qorunmasına  şərait 
yaratmaq  istəklərindən  irəli  gəlirdi.  Almanların  Azərbaycan  ərazisinə  zorla 
gətirilməsi və keçmiş xan, bəy torpaqlarında yerləşdirilməsi onu göstərir ki,  alman  
mühacirləri    hüquqi    statusu  müəyyənləşməyən  əraziyə  köçərək  yerli  əhali  ilə 
qarşıdurma yaratmaq niyyətində deyildilər. 
XIX  əsrin  ortalarında  Qafqazda  cəmi  13  alman  koloniyası  yaranmışdı  ki, 
onlarda  da  təqribən  5  minə  yaxın  əhali  yaşayırdı.  Təbii  ki,  slavyan  və  yaxud 
ermənilərin məskunlaşması ilə müqayisədə alman əhalisinin demoqrafik proseslərə 
təsiretmə  qabiliyyəti  o  qədər  də  əhəmiyyətli  deyildi.  Lakin  almanların  Qafqaza 
köçürülməsinin  siyasi,  dini  əhəmiyyəti  olduqca  yüksək  qiymətləndirilirdi:  alman 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə