Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   35   36   37   38   39   40   41   42   ...   95

79 
 
orqanik  əmələ  gəlməsini  inkar  etsə  də,  protestantizm  təlimi  katolisizim 
dünyagörüşünə  müxalif  baxışlardan  yarandığı  üçün  pravoslav  kilsəsi  onu  özünə 
həmişə  «müttəfiq»  saymışdır.  Rusiyada  əcnəbi  kolonistlərin  məskunlaşdırılması 
prosesində  çar  hökumətinin  qanunpərəst  və  əməksevər  protestantlara  daha  çox 
üstünlük verməsində bu səbəb əhəmiyyətli rol oynamışdır. 
Təsadüfi deyil ki, Qafqaz quberniyasında ilk müstəqil alman koloniyasının 
yaranması  məhz  dini  amillə  bağlı  olmuşdur.  Hələ  1802-ci  ilin  yayında  Edinburq 
missioner  cəmiyyətinin  direktorları  Rusiya  hökumətinə  müraciət  edərək 
imperiyanın  cənub  hüdudlarında  protestant  missionerliyini  təsis  etməyə  icazə 
istəmişdilər.  Bu  vəzifənin  həyata  keçirilməsi  şotland  mənşəli  missionerlər  Henri 
Brontona və Aleksandr Patersona həvalə edilmişdi
236
 
Yaradılan missionerliyin əsas məqsədi islam dininə və bütpərəstliyə etiqad 
edən  dağlı  xalqları  arasında  xristianlıq  haqqında  biliklərin  təbliği  və  onların, 
tədricən xristianlaşdırılmasından ibarət idi. 22 iyul 1763-cü il Manifestində əcnəbi 
kolonistlərə  xristian  dininə  etiqad  edən  xalqları  başqa  cərəyanlara  yönəltmək 
qadağan edilsə də, müsəlman xalqlarını, nəinki «xristian qanunlarına cəlb etmək», 
hətta  onlardan  təhkimli  kimi  istifadə  etməyə  də  icazə  verilirdi.  Şimali  Qafqazın 
xristian olmayan əhalisi arasında protestantizmin reformatorluq cərəyanının təbliği 
nəzərdə  tutulurdu
237
.  Reformatorluq  ortodoksal  protestantizmin  cərəyanlarından 
biri kimi kontinental Avropadakı kalvinist kilsələrin tərəfdarlarını birləşdirirdi. Bu 
cərəyanın  banisi  və  təşəbbüskarı  Kalvin  olmuşdu.  Onun  təlimi  Cənubi-Qərbi 
Almaniya  və  Hollandiyada  —  «refarmatorluq»,  Fransada  —  «quqenotçuluq», 
Şotlandiyada,  İngiltərədə,  Şimali  Amerikada  —  «presveterianlıq»  adı  ilə 
yayılmışdı  və  yalnız  Şotlandiyada  kalvinizm  hakim  mövqe  tuta  bilmişdi.  Şotland 
koloniyası  öz  xüsusi  mətbəəsinə  məxsus  olan  böyük  missioner  mərkəzi  kimi 
Qafqazda reformatorluğun yayılmasında mühüm rol oynamalı idi. 
Şotland  koloniyasının  təşəkkül  tapmasında  Volqaboyunda  artıq  fəaliyyət 
göstərən Sarepta kolonistlərinin böyük rolu oldu.
238
 Belə ki, Sarepta koloniyasında 
məskunlaşmaq istəyən 23 şotland missionerindən 10 nəfəri müxtəlif xəstəliklərdən 
vəfat  etdikdən  sonra  yerdə  qalanlara  Şimali  Qafqaza  köçməyə  icazə  verildi  və 
onlar  Şotland  koloniyasında  məskunlaşdılar.  1813-cü  ildə  reformatorlardan  ibarət 
bu koloniyada artıq 123 nəfər yaşayırdı.
239
 
Dağlı  xalqları  arasında  xristianlığın  yayılması  məqsədilə  əcnəbi 
missionerlərə  yerli  əhali  arasından  gənclərin,  hətta  köləliyə  alınmasına  da  icazə 
verilmişdi.  Köləliyə  alman  gəncin  yaşı  16-dan  yuxarı  olmamalı  idi  və  7  ildən 
sonra,  yəni  23  yaşında  həmin  şəxs  azadlığa  buraxıla  bilərdi.  Əgər  köləliyə 
götürülən  gənc  16  yaşdan  kiçik  olardısa,  yenə  onun  23  yaşı  tamam  olana  qədər 
koloniyada  saxlanılması  mütləq  idi.  Bu  yaş  həddinə  çatanlar  və  koloniyada 
kölələrdən  doğulan  uşaqlar  azad  sayılırdılar.  Alınmış  kölələrin  üçüncü  bir  şəxsə 
satılması qadağan edilirdi
240



80 
 
Baxmayaraq  ki,  Şotland  koloniyasının  sakinləri  çətin  maddi  şəraitdə 
yaşayırdılar  və  təsərrüfat  həyatının  qurulması  hələ  başa  çatmamışdı,  onlar  əsas 
məqsədlərinin—dağlı xalqları arasında xristianlığın yayılmasına bütün qüvvələrini 
və  vaxtlarını,  bəzən  maliyyə  vəsaitlərini  sərf  edirdilər:  yerli  xalqlarla  yaxınlıq 
əlaqəsi  yaratmaq  məqsədilə  missionerlər  onlara  maddi  yardım  göstərirdilər. 
Missioner  Henri  Brontonun  ərəb  dilini  bilməsi  onun  yerli  xalqlarla  və  əsasən 
islama  etiqad  edən  əhali  arasında  nüfuz  qazanmasına  köməklik  etdi.  Hətta 
koloniyanın  mətbəəsində ərəb-tatar şrifti ilə tatar dilində İncil çap edilərək Şimali 
Qafqazın türkdilli xalqları arasında yayıldı.
241
 
1828-ci il qanununa görə lüteran kilsəsi rəsmi status alaraq pravoslav kilsəsi 
kimi  dövlət  kilsəsinə  çevrildi.  Lüteran  kilsəsi  Rusiyada  rəsmi  dövlət  statusu  olan 
ilk əcnəbi kilsə oldu. Bu məzmunlu qanunun qəbul edilməsində  və  ümumiyyətlə, 
XIX əsrin I yarısında çar hökumətinin yevangelist-lüteran kilsəsinə münasibətinin 
müsbət  cəhətdən  dəyişməsində,  lüteranlığın  və  pravoslav  kilsəsinin  bərabər 
tutulmasında,  şübhəsiz,  I  Nikolayın  həyat  yoldaşı,  Prussiya  kralı  III  Fridrix 
Vilhelmin  qızı  Frederika  —  Luiza  Şarlotta  —  Vilhelminanın  az  təsiri 
olmamışdır.
242
 
1828-ci il qanununa görə bütün yevangelist təşkilatların birləşməsinə imkan 
yaradılsa da başqa bir tərəfdən yalnız
 
lüteran kilsə qaydalarına əməl olunması tələb 
edilirdi.
243
 
İmperiyanın  cənubunda,  o  cümlədən  Qafqazda  bu  qanun  münaqişə  ocağı 
yaratdı.  Coğrafi  xüsusiyyətlərindən  asılı  olaraq  Qafqazdakı  alman  koloniyaları 
dispersiya  və  təcrid  olunmuş  şəkildə  mövcud  olduqlarından  müxtəlif 
konfessiyaların bir-biri ilə birləşməsi üçün münbit şərait yaranırdı. Bu birləşmələr 
müxtəlif  konfessiyaların  könüllü  razılığı  əsasında  baş  verirdi  və  hər  bir 
konfessiyanın  özünəməxsus  xüsusiyyətləri  saxlanılırdı.  Qəbul  olunmuş  qanuna 
görə yalnız lüteran doqmalarına və ayinlərinə əməl edilməsi tələb olunurdu. 
Bu  dövrdə  yeni  koloniyaların  yaranması  faktına  rast  gəlinmir,  yalnız 
Yekaterinoslav  quberniyasından  bir  neçə  alman  ailəsinin  Stavropol  diyarının  boş 
torpaqlarında  məskunlaşmaq  arzusu  ilə  rəsmi  dövlət  orqanlarına  müraciət  etməsi 
məlumdur 
244

1828-ci  il  qanunu  Qafqazda  lüteranlığın  yayılmasına  münbit  şəraitin 
yaradılmasına  xidmət  etsə  də,  onun  konkret  nəticələri  o  qədər  də  əhəmiyyətli 
deyildi. 
Missionerlərin Şimali Qafqazda 30 illik fəaliyyəti əsaslı nəticələr vermədi: 
1834-cü  ilin  məlumatlarına  görə  Şotland  koloniyasında  xristianlığı  qəbul  etmiş 
cəmi 9 dağlı ailəsi və 6 kabardin yaşayırdı ki, onlar da alman qızları ilə evlənərək 
xristianlığı qəbul etmişdilər.
245
 
Şotland  missionerlərinin  dağlı  xalqlarına  qarşı  dini  ekspansiyası  onlarla 
münasibətlərin korlanmasının əsas səbəblərindən biri idi. XIX əsrin əvvəllərindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə