106
ehtiyaclarını ödəyə biləcək boş torpaq sahələrinin və bu sahələrin dövlət fonduna
aid olması mütləq şərt idi. İkinci vacib bir şərt ondan ibarət idi ki, koloniyanın
yaradılacağı ərazi yerli dağlı xalqlarının kəndlərindən mümkün qədər uzaqda
yerləşməliydi ki, yerli xalqların iqtisadi təsərrüfat maraqlarına xələl gətirməsin və
nəhayət, salındığı ərazidə koloniya optimal təsərrüfat formasını seçərək konkret
iqtisadi fayda verməli idi.
Nalçık ətrafında yaradılması planlaşdırılan koloniya bütün bu şərtlərə cavab
verirdi, lakin bürokratik əngəllər ucbatından koloniyanın rəsmiləşdirilməsi bir
qədər yubadıldı. Belə ki, Rusiya ərazisində bir koloniyadan başqasına və yaxud bir
regiondan başqasına köçərək yeni koloniya yaratmaq üçün kolonistlər Dövlət
Əmlak Nazirliyindən icazə vərəqəsi almalı idi. Nalçik ətrafında məskunlaşmaq
istəyən Volqaboyu kolonistlərinin əksəriyyəti icazə vərəqəsi almamışdılar. Dövlət
Əmlak Nazirliyi kolonistlərin kortəbii şəkildə Volqaboyunu tərk edərək Qafqazda
məskunlaşmasına qarşı çıxırdı. Lakin Şimali Qafqaz ərazisi Müdafiə Nazirliyi
tərəfindən idarə olunduğundan kolonistlərin məskunlaşması ilə bağlı məsələlərin
həlli Müdafiə Nazirliyinin sərəncamına keçmişdi. Dövlət Əmlak Nazirliyi və
Müdafiə Nazirliyi arasında davam edən uzun yazışmalardan sonra 1858-ci ildə
Qafqaz Ordusunun baş komandanı Nalçik yaxınlığında alman koloniyasının
yaranmasını rəsmiləşdirdi və kolonistlərin arzusu ilə yeni yaşayış məskəni
Aleksandrovka adlandırıldı. Dövlət Torpaq fondundan koloniyaya ümumilikdə
1500 des., yəni hər ailəyə 35 des. torpaq sahəsi ayrıldı, kolonistlərin yerinə
yetirəcəyi mükəlləfiyyətlər ayırd edildi.
43
Mixaylovsk koloniyası 1861-ci ildə, müasir Şimali Osetiya ərazisində,
Vladiqafqaz şəhərinin yaxınlığında salınmışdı və əhali arasında Vladiqafqaz
koloniyası adı ilə tanınmışdı. Arxiv sənədlərindən görünür ki, ilk vaxtlar bu
koloniyada 40 alman ailəsi məskunlaşmışdı. Kolonist ailələri müxtəlif regionlardan
gəlmişdilər: 37 ailə Saratov, 1 ailə Samara, 1 ailə Novqorod quberniyasının
sakinləri idi.
Yalnız Avqust Brensin ailəsi xaricdən gələrək Vladiqafqaz
koloniyasında məskunlaşmışdı. Bu fakt onu göstərir ki, bütün Şimali Qafqazda
olduğu kimi, Terek vilayətində də məskunlaşma prosesi daxili xarakter daşıyırdı.
Stavropol və Kuban vilayətlərindən fərqli olaraq, Terek vilayətində kolonistlərin
məskunlaşması prosesi miqyasca çox da böyük əraziləri əhatə etmirdi və bunun
əsas səbəbi vilayətdə əkinəyararlı torpaq sahələrinin azlığı ilə izah olunur.
Bununla yanaşı, Vladiqafqaz dairəsi alman kolonistləri üçün maraq doğuran
bir ərazi idi: Vladiqafqaz kimi iri şəhərin ətrafında məskunlaşmaq, əsasən
əkinçilik, heyvandarlıq, bağçılıq və arıçılıqla məşğul olan kolonistlərə öz
məhsullarını şəhər bazarlarına çıxartmaq imkanı yaradırdı.
Vladiqafqaz koloniyası məhz belə əlverişli coğrafi mövqedə yerləşsə də,
digər tərəfdən koloniyanın normal fəaliyyətinə mənfi təsir göstərən amillər də
vardı. Koloniyaya ayrılmış torpaq sahəsində Petrapavlovsk əsgər qəsəbəsinin
salınması, koloniyanın əsas nəqliyyat yollarının kəsişdiyi çevrədə yerləşməsi
107
nəticəsində ona müxtəlif ziyanlar dəyirdi. Əsasən də qış və yay mövsümlərində
qoyun sürülərinin koloniyadan keçərək yaylağa, qışlağa aparılması zamanı alman
təsərrüfatlarına dəyən ziyan dağıdıcı xarakter alırdı. Bütün bunları nəzərə alaraq
Vladiqafqaz koloniyasının sakinləri koloniyanın başqa əraziyə köçürülməsi xahişi
ilə rəsmi dövlət orqanlarına müraciət etdilər və müsbət cavab aldılar. 1867-ci ildə
Vladiqafqaz koloniyası Vladiqafqaz şəhərindən 9 verst şimala köçürüldü. Şəhər
ictimai idarəsinin qərarı ilə koloniyanın şəhərə olan 2200 rubl köhnə borcu silindi
və alman kolonistləri onlara ayrılmış yeni ərazidə təsərrüfat fəaliyyətinə
başladılar.
45
1874-cü ilin statistik məlumatlarına görə Vladiqafqaz koloniyasında 297
alman yaşayırdı ki, onlar da 40 təsərrüfat yaratmışdılar. 21 may 1876-cı il tarixdə
Vladiqafqaz koloniyasının sakinləri Terek vilayəti rəisinə ünvanladıqları
müraciətdə koloniyanın adının dəyişdirilərək, ona çarın qardaşı Böyük knyaz
Mixail Nikolayeviçin adının verilməsini xahiş edirdilər. Terek vilayətinin rəisinin
1876-cı il 26 sentyabr tarixdə kolonistlərə göndərdiyi cavab məktubunda onların
xahişinin Qafqaz canişini tərəfindən dəstəkləndiyi bildirildi. Beləliklə, 1876-cı il
13 noyabr tarixdən kolonistlərin xahişi ilə Vladiqafqaz koloniyası Mixaylovskaya,
və yaxud almansayağı Mixaelsdorf adlandırıldı.
47
Mixaelsdorf koloniyası Qafqazda ən iri koloniyalardan biri idi. Burada
1889-cu ilin statistik məlumatlarına görə 513 sakin yaşayırdı. Koloniyada 83
təsərrüfat fəaliyyət göstərirdi ki, onların da ixtiyarına 1250 des. torpaq sahəsi
ayrılmışdı. Qeyd edək ki, bu koloniya dövlət torpaqlarında yaranmışdı və əsas
məşğuliyyəti əkinçilik və heyvandarlıq idi. Koloniyada mövcud olan sənətkar
emalatxanaları — 3 dəmirçi sexi, 2 dəyirman və 1 zavod əsasən koloniyanın və
ətraf kəndlərin daxili tələbatlarının ödənilməsi istiqamətində fəaliyyət
göstərirdilər.
48
1882-ci ildə Terek vilayətinin şimal düzəngah ərazilərində, Stavropol
quberniyası ilə sərhəd zonasında, Qnadenburq alman koloniyası meydana gəldi
(indiki Mozdok rayonu Vinoqradnoye kəndi). Vilayətdə yaranan başqa alman
koloniyalarından fərqli olaraq, bu koloniya əcnəbi təbəələr tərəfindən salınmışdı.
Koloniyanı səciyyələndirən xüsusiyyətlərdən biri də onun «Eigentumsdorf», yəni
xüsusi mülkiyyət torpaqlarında yaranması idi. Almaniyadan gələn 40 mühacir
ailəsi yerli torpaq sahibləri general-mayor Smekalov və general-mayor
Zolotaryovdan 2000 des. torpaq aldılar.
49
Kolonistlərin hüquqi cəhətdən
savadsızlığı və müdafiəsizliyi şəraitində torpağın kollektiv şəkildə şəxsi
mülkiyyətə satın alınması ən münasib variant idi. Kolonist icması tərəfindən satın
alınan torpaq sahəsi kolonist ailələri arasında bölüşdürüldü. 1882-ci ilin statistik
məlumatlarına görə Qnadenburq koloniyasında 40 təsərrüfat fəaliyyət göstərirdi və
əhalinin sayı 149 nəfər təşkil edirdi. Qeyd edək ki, Qnadenburq sakinləri Şimali
Qafqaza öz təşəbbüsləri ilə köçdüklərindən Rusiya dövləti tərəfindən kolonist silki
üçün nəzərdə tutulan güzəştlərdən məhrum olmuşdular. Öz maliyyə vəsaitləri
Dostları ilə paylaş: |