Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   47   48   49   50   51   52   53   54   ...   95

104 
 
bu  koloniyada  440  nəfər  yaşayırdı.  Vilayətin  Taman  şöbəsində  iki  alman 
koloniyası  —  Çiginsk  (əvvəlki  adı  Mixaelsfeld  olmuşdur  —  İ.A.)  və  Pilenkovo 
koloniyaları  yaranmışdı.  Çige  və  Kuban  çaylarının  sahilində  yerləşən  bu  iki 
koloniyada 639 nəfər əhali yaşayırdı və 144 təsərrüfat fəaliyyət göstərirdi
36

6)  Yuxarıda  adı  çəkilən  koloniyalardan  savayı,  Kuban  vilayətində  xırda 
xutorlar  da  mövcud  idi.  Bundan  başqa,
 
XX  əsrin  əvvəllərindən  başlayaraq  alman 
kolonistləri yeni torpaqlar icarəyə götürür və bir neçə ailə birləşərək bu torpaqlarda 
müvəqqəti məskunlaşırdılar. Əsasən belə xırda koloniyalara daha çox Urup çayının 
sağ  sahilində  rast  gəlinirdi.  Bəzən  icarədarların  sayı  artır  və  müvəqqəti  yaşayış 
məntəqəsi  icarədarlar  koloniyasına  çevrilirdi.  Buna  misal  olaraq  Besskorbnaya 
stansiyası  yaxınlığında  yaranan,  tədricən  böyüyərək  162  təsərrüfatı  birləşdirən 
Livental koloniyasını göstərə bilərik
7)
 
 Sonda  qeyd  edək  ki,  Kubanda  ən  tanınmış  alman  torpaq  mülkiyyətçisi 
baron  R.V.Steyngel  idi.  Onun  torpaq  sahəsi  9000  desyatindən  artıq  idi  və  şəxsi 
torpaqlarında  «Xutorok»  adlı  təsərrüfat  yaratmışdı  ki,  o  da  Şimali  Qafqazda  ən 
inkişaf etmiş, nümunəvi təsərrüfat sayılırdı
36
. Hələ XX əsrin əvvəllərində Kubanda 
mövcud 
olan 
alman 
koloniyalarının  tarixini  tədqiq  etmiş  professor 
V.M.Qorodetskinin  araşdırmalarına  görə  1912-ci  ildə  Kuban  vilayətinin  5 
şöbəsində 13 alman koloniyası mövcud olmuşdur. Bu koloniyalarda 879 təsərrüfat 
fəaliyyət  göstərir,  əhalinin  sayı  isə  5972  nəfər  təşkil  edirdi.  B.M.Qorodetskinin 
məlumatına  görə alman kolonistlərinin ixtiyarında 22254 des. torpaq sahəsi vardı 
ki, orta hesabla hər kolonist ailəsinə 25,3 des. torpaq düşürdü
37

8)
 
 Kuban  vilayətində  mövcud  olmuş  alman  koloniyalarının  tarixini  tədqiq 
etdikdən  sonra  belə  qənaətə  gələ  bilərik  ki,  XIX  əsrin  II  yarısından  I  Dünya 
müharibəsi  illərinədək  Kuban  ərazisində  təqribən  20-yə  yaxın  alman  koloniyası 
mövcud  olmuşdur.  Bu  koloniyalarda  yaşayan  əhalinin  və  təsərrüfatların  sayı 
V.M.Qorodetskinin göstərdiyi rəqəmlərdən bir qədər artıq olmuşdur. 
XIX əsrin II yarısında almanların fəal məskunlaşdığı
 
regionlardan biri Terek 
vilayəti  idi.  Bu  vilayət  1860-cı  ildə  çarizmin  Şimali  Qafqazda  apardığı  inzibati 
islahatlar nəticəsində  yaranmışdı. Belə ki, 1860-cı ildə  Qafqaz hərbi xətti (liniya) 
ləğv edildi və əvəzində 3 vilayət — Terek, Kuban və Dağıstan vilayətləri yaradıldı. 
Terek vilayəti Şimali Qafqazda mərkəzi mövqe tuturdu və onun tərkibinə 4 
hissə  (Pyatiqorsk,  Mozdok,  Kizlyar,  Sunja)  və  6  dairə  (Kabarda,  Vladiqafqaz, 
Çeçen,  Arqun,  İçkeriya,  Kumık)  daxil  idi.  1865-1870-ci  illərdə  Şimali  Qafqazda 
tətbiq  edilən  hərbi-xalq  idarəetmə  sistemi  ilə  əlaqədar,  Terek  vilayətinin  ərazisi 
artıq  Kabarda,  Osetin,  İnquş,  Çeçen,  İçkeriya,  Arqun,  Kumık  və  Dağlı  kimi  8 
dairəyə bölünürdü.
38
 
1871-ci  il  inzibati  bölgüsündən  sonra  Terek  vilayətində  9  dairə  yaradıldı: 
Georgiyevsk,  Nalçik,  Vladiqafqaz,  Sunja,  Qroznı,  Arqun,  Vedensk,  Kizlyar  və 
Xasavyurt.  Vilayətin  tərkibində  son  inzibati  dəyişikliklər  1874-cü  ildə  edildi. 
Həmin il Pyatiqorsk ətrafı kəndlərin və əcnəbi koloniyaların vilayətə birləşməsi ilə 


105 
 
əlaqədar,  Georgiyevsk  dairəsi  ləğv  edilib  əvəzində  Pyatiqorsk  dairəsi  yaradıldı. 
Bundan  savayı,  Sunja  dairəsi  ləğv  edilərək  ərazisi  Vladiqafqaz  və  Qroznı 
dairələrinə  birləşdirildi.  Beləliklə,  1874-cü  ildən  1917-ci  ilə  qədər  Terek 
vilayətinin  tərkibində  7  dairə  (Pyatiqorsk,  Nalçik,  Vladiqafqaz,  Qroznı,  Arqun, 
Vedensk, Kizlyar, Xasavyurt) mövcud olmuşdur.
39
 
Terek  vilayətində  ilk  məskunlaşan  alman  kolonistləri  bura  1861—1864-cü 
illərdə Volqaboyu regionundan gəlmişlər. Onlar Vladiqafqazdan bir qədər şimalda 
Mixaylovsk,  Pyatiqorsk  şəhəri  yaxınlığında  Betaniya  və  Nikolayevka,  Proxladnı 
yaxınlığında  Kana,  Nalçik  ətrafında  Aleksandrovka  koloniyalarının  əsasını 
qoydular.  Qeyd  edək  ki,  Volqaboyundan  Sibirə,  Urala  köçmə  prosesindən  fərqli 
olaraq, onların Qafqaza köçməsi kortəbii xarakter daşıyırdı. 
1850-ci illərdə Saratov kolonistləri Qara dənizin şimal-şərq sahillərinə, yəni 
Kuban  vilayətinə  köçmək  niyyətlərində  o  qədər  israrlı  idilər  ki,  Əcnəbilərə 
qəyyumluq  üzrə  Saratov  kontoru  onların  kortəbii  yaranan  təşəbbüslərinə  planlı 
xarakter  verməyə  məcbur  oldu.  Saratov  kontoru  593  alman  ailəsinin  Qafqaza 
köçmək arzusunu dəstəkləyərək Dövlət Əmlak Nazirliyinin Departamentinə onlara 
yardım  edilməsi  haqqında  xahişlə  müraciət  etdi.
40
  Qafqaz  canişini  Vorontsov 
dövlət  fondunda  boş  torpaq  sahələrinin  çatışmazlığına  istinadən  Volqaboyu 
kolonistlərinin  Qafqazda  yerləşdirilməsini  qeyri-mümkün  sayırdı.  Nəticədə, 
Saratov  kontoru  «Qafqaza  köçmə»  kampaniyasına  qarşı  mübarizə  aparmağa 
başladı  və  müvəqqəti  olaraq  çoxsaylı  kolonist  kütlələrinin  Qafqaza  köçməsinin 
qarşısı  alındı.  Yalnız  bir  qrup  kolonist  1852-ci  ildə  qanunsuz  olaraq  Nalçik 
ətrafında—Pyatiqorsk qəzasında məskunlaşmağa müvəffəq oldu.
41
 
Qeyd  etdik  ki,  çarizmin  Qafqazda  apardığı  köçürmə  siyasəti  qonşu 
Volqaboyu  regionunda  böyük  maraq  doğurdu.  Artıq  1850-ci  illərin  əvvəllərində 
torpaq  sarıdan  daha  çox  əziyyət  çəkən  Saratov  kolonistləri  Qafqaza  köçməyi  qət 
etdilər. Hətta  kolonistlərə  gələcək  məskunlaşma  yerini seçmək  hüququ  verilmişdi 
və  konkret  ərazi  təyin  olunduqdan  sonra  onlar  çar  hökumətinə  məskunlaşma  ilə 
bağlı müraciət edə bilərdilər. 
Saratov quberniyasının Kamışinsk qəzasından gələn kolonist nümayəndələr 
Nalçik  yaxınlığında,  Böyük  Kabardada  məskunlaşmaq  üçün  münasib  ərazi 
tapdıqdan  sonra  1852-ci  ilin  fevralında  Qafqaz  Xətti  Mərkəzi  rəisinin  adına 
müraciətnamə  göndərdilər.  Müraciətnamədə  qeyd  olunurdu  ki,  «Nalçik  ətrafında 
əkinçiliyə  yararlı  torpaq  sahələri  vardır»  və  kolonistlər  burada  30-60  alman 
ailəsinin  məskunlaşmasına  icazə  verilməsini  xahiş  edirdilər.  Bu  vacib  məsələnin 
həlli  üçün  Qafqaz  Xətti  Mərkəzinin  rəisi,  Qafqaz  və  Qara  dəniz  xətlərinin  baş 
komandanları ilə apardığı məsləhətləşmələrdən sonra almanların məskunlaşmasına 
razılıq verdi. 
Vurğulamaq  lazımdır  ki,  Şimali  Qafqazda  koloniyaların  yaranması 
proseduru  başqa  regionlara  nisbətən  öz  mürəkkəbliyi  ilə  seçilirdi.  Koloniya 
yaratmaq  üçün  bir  sıra  şərtlərə  əməl  olunması  tələb  edilirdi.  Əvvəla,  koloniyanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə