Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   50   51   52   53   54   55   56   57   ...   95

110 
 
təsərrüfatları  həm  xüsusi  mülkiyyətdə  olan,  həm  də  icarəyə  götürülmüş  torpaq 
sahələrində  yaradılırdı.  Bəzi  xutorlar  torpaq  sahəsinə  görə  koloniyadan  geri 
qalmırdılar. Məsələn, Laşkaryov xutorunda  yaranan 4 təsərrüfatın ixtiyarında 693 
des. xüsusi mülkiyyətə aid və 173 desyatin icarə torpaqları var idi ki, bu da 20-25 
həyətdən ibarət orta alman koloniyasının torpaqlarına bərabər idi.
63
 
XIX  əsrin  sonlarında  Terek  vilayətinə  kolonistlərin  köçməsi  prosesi 
nisbətən zəiflədi ki, bu da  həm çar hökumətinin apardığı daxili siyasətlə, həm də 
regionda  dövlət  fonduna  aid  boş  torpaq  sahələrinin  azlığı  ilə  izah  olunurdu. 
Mövcud  koloniyalarda  əhalinin  sayının  artması  ilə  əlaqədar  koloniyadaxili  sosial 
gərginlik  getdikcə artırdı.  Koloniya  rəhbərliyi  ümumi  maliyyə vəsaitləri hesabına 
yaranmış torpaq problemini həll etməyə çalışırdı: ümumi kassadan ayrılan pullara 
yeni  torpaq  sahələri  alınır,  torpaqsız  və  aztorpaqlı  kolonist  ailələri  bu  torpaqlarda 
yerləşdirilirdilər.  Belə  koloniyaların  yaranma  mexanizmi  tarixi  ədəbiyyatda 
yetərincə işıqlandırılmışdır və bu cür koloniyalar «törəmə» koloniya adlanırdılar. 
Koloniya rəhbərliyi özü maraqlı idi ki, «ana», yəni əsas koloniyanın xərcləri 
hesabına  yeni  torpaqlar  əldə  edilsin  və  torpaqsız  koloniya  üzvləri  yeni  ərazilərə 
köçürülsünlər. 
XX  əsrin  əvvəllərində  Terek  vilayətində,  indiki  Kabarda-Balkariya 
ərazisində yeni «törəmə» koloniyalar və xutorlar meydana gəldi ki, onların əsasını 
Qnadenburq,  Aleksandrovsk  və  Hofnunqsfeld  koloniyalarından  köçən  kolonistlər 
qoymuşlar. 1908-ci ildə Emmaus koloniyasının bir neçə sakini birləşərək kabardin 
mənşəli knyaz İnalovun torpaqlarını satın aldılar və yeni koloniya yaratdılar. Eben-
Etser  adlanan  bu  koloniyanın  sakinləri  4  təsərrüfatda  birləşmişdilər    və    əsasən  
heyvandarlıqla,   əkinçiliklə  məşğul olurdular.
64
 
Terek  vilayətinin  qərb  rayonlarında,  indiki  Şimali  Osetiya  ərazisində 
inzibati  cəhətdən  Mixaylovsk  koloniyasına  aid  torpaqlarda  Zuyeviç  xutoru 
yaranmışdı  ki,  buranın  sakinlərinin  təqribən  yarısı  alman  idi.  Adı  çəkilən  ərazidə 
almanlar,  həmçinin  Proxasko  (20  həyət,  145  nəfər)  Atabəyovlar  (6  nəfər), 
Sorokoumovski  (15  nəfər)  xutorlarında,  Yakovlev  və  Orlov  adlı  şəxslərin  bağ 
evlərində  də  məskunlaşmışdılar.
65
  Terek  vilayətində  yaranan  «törəmə» 
koloniyaların  əksəriyyəti  Volqaboyu  və  Cənubi  Ukrayna  bölgələrindən  gəlmiş 
kolonistlər tərəfindən salınmışdı. 
1902-1909-cu illərdə Moloçansk rayonunda mövcud olan onlarla mennonit 
koloniyalarında əhali sıxlığı və bununla bağlı torpaq qıtlığı aktual məsələlərdən idi. 
Yeri gəlmişkən qeyd edək ki, mennonit dini cərəyanı protestantizmə aid idi və XVI 
əsrin  I  yarısında  Almaniyada  Reformasiya  dövrü  yaranmışdı.  Simon  Mennonun 
tərəfdarı olan mennonitlər protestantizmin başqa təriqətlərini, əsasən də lüteranlığı 
qəbul  etmir,  bu  cərəyanlarla  düşmən  münasibətlər  saxlayırdılar.  Onlar  özlərini 
«Allah  tərəfindən  seçilmiş  insan»  sayırdılar  və  ətraf  —  «günahlara  batmış» 
cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırdılar. 


111 
 
İndiki  Ukraynanın  cənubunda  —  Xortitsa  və  Moloçanskda  mennonit 
icmaları  hələ  XVIII  əsrin  sonlarında  məskunlaşmışdılar.  Ənənəvi  olaraq, 
mennonitlər əkinçiliklə məşğul olurdular və onların dini təlimi nöqteyi-nəzərindən 
əkinçilik  Allaha  xoş  gələn  ən  optimal,  ən  şərəfli  təsərrüfat  forması  kimi 
qiymətləndirilirdi.  Mennonitlər  təkcə  dindarlıqları  ilə  deyil,  həm  də  var-dövlətə, 
varlanmağa  güclü  meyilləri  ilə  tanınmışdılar.  Kapitalizmin  inkişaf  etdiyi  şəraitdə
 
onlar öz təsərrüfat fəaliyyətlərindən maksimum gəlir əldə etməyə çalışırdılar. 
XIX 
əsrin 
əvvəllərindən 
mennonit 
koloniyalarında 
kapitalist 
münasibətlərinin  inkişafı  icmalarda  tarixən  kök  salmış  ənənəvi  sosial-iqtisadi 
qaydalara güclü zərbə vurdu. 
Mennonit icmalarında mövcud olan minorat sisteminin dayaqları laxladı və 
ən  əsas  hüquq  sayılan  torpaq  mülkiyyətinə  varislik  hüququna  yenidən  baxmaq 
zərurəti yarandı. Mennonit-kolonistlər arasında mövcud olmuş varislik hüququnun 
mahiyyəti  alman  müəllifi  A.Klausun
66
  əsərlərində  geniş  təhlil  olunmuşdur  və 
aşağıdakı prosedurlardan ibarət idi: 
a)
 
mennonit  ailəsinin  təsərrüfatı  bütün  kənd  təsərrüfatı  alətləri  ilə  birlikdə 
bölünmədən,  tam  şəkildə  «təsərrüfatı  daha  müvəffəqiyyətlə  davam  etdirə  biləcək 
varisin ömürlük istifadəsinə verilirdi»; 
b)
 
ənənəvi  olaraq  «təsərrüfatı  daha  müvəffəqiyyətlə  davam  etdirə  biləcək 
varis» rolunda ailənin kiçik oğlu qəbul edilirdi; 
c)
 
əgər  mennonitin  bilavasitə  varisi  yoxdursa,  onun  əmlakı  koloniya 
üzvlərindən birinə keçirdi; 
d)
 
mennonitin  təsərrüfatı  pulsuz  verilmir,  hərracda  satış  yolu  ilə  başqa 
kolonist tərəfindən alınırdı; 
e)
 
hərracda  yalnız  torpaq  qıtlığı  sarıdan  əziyyət  çəkən  kolonist  iştirak  edə 
bilərdi. Qeyd edək ki, hər mennonit ailəsinə  məskunlaşma  zamanı 65 des. torpaq 
verilmişdi və bu göstəricidən az torpağı olan şəxs aztorpaqlı sayılırdı. 
Beləliklə,  gördük  ki,  mennonit  icmalarında  torpaq  norması  məsələsində 
formal  da  olsa  bərabərlik  hökm  sürürdü.  Koloniyadaxili  münasibətlərin  qorunub 
saxlanması  üçün  hökumət  mennonit  koloniyalarına  «ovçarlanmış»,  yəni  «ehtiyat 
üçün  qorunub  saxlanan»  torpaqlar  da  ayırmışdı.  Lakin  XIX  əsrin  ortalarına  Qara 
dənizin  şimal  sahillərində  məskunlaşma  prosesinin  intensivləşməsi,  koloniyalarda 
əhalinin  sayının  sürətlə  artması  nəticəsində  (mennonit  ailələrində  uşaqların  sayı 
təqribən  7-10  nəfərə  çatırdı-İ.A.)  mennonit  koloniyalarında  torpaq  qıtlığı  hiss 
olunmağa başladı. Sahəsi 65 des. olan təsərrüfatın qurulması təqribən
 
2-3 min rubla 
başa  gəlirdi ki,  bu səbəbdən  də  boş torpaqları yalnız  zəngin kolonist ailələri əldə 
edə bilirdilər. A.Klausun yazdığına görə, artıq XIX əsrin 40-cı illərində Moloçansk 
rayonunda  ehtiyat  torpaq  sahələri  qalmamışdı.
67 
Yaranmış  torpaq  qıtlığını  həll 
etmək  üçün  mennonitlər  ənənəvi  varislik  hüququnu  pozmağa  və  təsərrüfata  aid 
torpağı bütün ailə üzvləri arasında bölməyə məcbur oldular. Nəticədə, XIX əsrin II 
yarısında  mennonit  koloniyalarında  sosial  differensiasiya  daha  da  gücləndi  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə