Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   68   69   70   71   72   73   74   75   ...   95

147 
 
idi.
66
  Kapitalist  münasibətlərinin  inkişaf  etdiyı  bir  şəraitdə  Qafqaz  almanları 
mürəkkəb bir vəziyyətdə qalmışdılar  — iqtisadi fəaliyyət başqa xalqlara daha  sıx 
inteqrasiya olmağı tələb edirdi, bu isə etnik eyniliyin itməsi», assimilyasiya olmaq 
təhlükəsi  yaradırdı.  Qeyd  etmək  lazımdır  ki,  həm  inteqrasiya,  həm  də  etnik 
izolyasiya prosesləri almanlar üçün eyni dərəcədə təhlükə yaradırdı. Belə ki, etnik 
inteqrasiya  assimilyasiyanı  gücləndirdiyi  halda,  təcridolunma,  özünəqapanma  isə 
təsərrüfatın  tənəzzülünə,  ictimai  və  siyasi  sahədə  alman  kolonistlərinin  fəal 
mövqeyinin itirilməsinə gətirib çıxarırdı. 
Qafqaz  almanlarının  tarixinin  təhlili  göstərdi  ki,  öz  konservativliyinə 
baxmayaraq,  alman  ailələri  də  Rusiya  cəmiyyətində  gedən  proseslərdən  kənarda 
qala  bilmədi  və  ailə  cəmiyyətin  özəyi,  bir  hissəsi  kimi  yeni  reallıqlara 
uyğunlaşmağa  məcbur  oldu.  Bunun  nəticəsidir  ki,  artıq  XX  əsrin  əvvəllərində 
assimilyasiyaya  uğramış  almanların  sayı  nisbətən  çoxalmışdı.  Qeyd  edək  ki, 
assimilyasiya ali təhsilli almanlar arasında daha sürətlə gedirdi və məcburi xarakter 
daşımırdı:  alman  ziyalılarının  müəyyən  bir  hissəsi  üçün  rus  dili,  rus  mədəniyyəti 
onların peşə fəaliyyəti ilə bağlı idi. 
Alman gənclərinin milli ruhda tərbiyə olunmasında milli mühitdə istirahətin 
təşkil  olunmasının  böyük  rolu  vardı.  Cəmiyyətlər,  klublar,  rəqs  gecələri  bu 
baxımdan çox əhəmiyyət kəsb edirdi. 
Mənbələrdən  görünür  ki,  alman  iş  adamları  özlərinə  tərəfdaşları,  əksər 
hallarda alman milliyyətinə aid şəxslərdən seçirdilər. Bu A.A.Velitsının qeyd etdiyi 
kimi, almanların «milli məhdudluğundan» irəli gəlmirdi.
67
 Alman iş adamı burada 
daha çox biznesin maraqlarını üstün tuturdu. Belə ki, almanlar uşaqlıqdan dəqiqlik 
və  səliqəlilik  ruhunda  tərbiyə  olunur,  onlarda  əməyə  əsl  «lüteran  münasibəti» 
formalaşdırılırdı  ki,  bu  da  «yüksək  əmək  mədəniyyəti»,  «özünə  və  tərəfdaşına 
cavabdehlik»,  «götürülən  öhdəliyin  mütləq  yerinə  yetirilməsi»  kimi  keyfiyyətlər 
nəzərdə  tuturdu.  Buna  görə  alman  tərəfdaş  seçəndə  onda  daha  çox  inam  hissi 
yaradan öz soydaşına üstünlük verirdi. 
Maddi  mədəniyyət  sahəsində  almanların  milli  koloriti  qoruyub  saxlamaq 
cəhdləri  daha  çox  memarlıqda  ifadə  olunur.  Məktəb,  kirxa,  yaşayış  və  inzibati 
binalar  alman  memarlıq  ənənələrinə  uyğun  olaraq  inşa  edilirdi.  Bu  binaların 
proyektləri alman mənşəli arxitektorlar tərəfindən hazırlanırdı.
68
 
Alman  kolonistləri  çalışırdılar  ki,  gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə 
etsinlər,  övladları  Rusiya  üçün  yararlı  vətəndaş  kimi  formalaşsınlar.  Bununla 
yanaşı, onlar milli dilin, mədəniyyətin, milli psixologiyanın qorunmasını da üstün 
tuturdular  ki,  bu  keyfiyyətlərinə  görə  kolonistlər  tez-tez  rəsmi  orqanların  qınaq 
hədəfinə çevrilirdilər. 
Rusiya rəsmi orqanları hər hansı milli azlığa təhlükəli bir qüvvə kimi baxır, 
milli  mədəniyyətin  inkişafını  rus  həyat  tərzinə,  rus  mədəniyyətinə  nifrət  kimi 
qələmə verirdilər. 


148 
 
Alman  kolonistlərinin  Qafqaz  xalqları  ilə  birgə  yaşayış  təcrübəsi  müasir 
dövrdə  müəyyən  elmi  maraq  doğurur.  Almanların  təcrübəsi  göstərir  ki,  başqa  bir 
etnik  əhatədə  yaşayan  etnik  qrup  və  yaxud  xalq  öz  mədəniyyətinin  və  onu  əhatə 
edən  özgə  mədəniyyətin  əməkdaşlığı  sərhədlərini  ayırd  etməlidir  ki,  özünü 
assimilyasiyadan qoruya bilsin. 
Qafqaz  almanlarının  yerli  xalqlarla  sosial-iqtisadi,  siyasi,  mədəni 
əməkdaşlığı  onların  leksikonunda  yeni  sözlərdən  istifadə  olunmasına  gətirdi.  Bu 
təbii bir proses idi, belə ki, dil cəmiyyətin yeni əşyaların, anlayışların, hadisələrin 
ifadə olunması üçün yeni sözlərə olan tələbatının ödənilməsinə xidmət edir. 
Şimali  Qafqazda  yaşayan  alman  kolonistlərinin  leksikonunda  rus  dilindən 
keçmə bir çox sözlərə rast gəlinir. Bu sözlər, əsasən dövlət quruluşu, təhsil sistemi, 
iqtisadiyyatla bağlı idi. 
«Desyatine»,  «zemlyanka»,  «quartir»,  «ukaz»,  «zemstvo»,  «uryadnik», 
«sud»,  «versta»,  «pud»,  «rubl»,  «kopeyka»,  «vedro»,  «vodka»,  «papirosa», 
«xutor», «step», «tabak», «suchovey» və sair kimi rus sözləri daimi olaraq Qafqaz 
almanlarının leksikonunda özünə yer tutmuşdu.
69
 
Qeyd  etdiyimiz  kimi,  Gürcüstandakı  alman  koloniyalarının  yarıdan  çoxu 
etnik  azərbaycanlılar  yaşayan  bölgələrdə  yaranmışdı.  Həm  Azərbaycanda,  həm 
Gürcüstanda yaşayan alman  kolonistlərinin  lüğətində Azərbaycan  dilindən keçmə 
sözlər əhəmiyyətli yer tutur. Məsələn, Yelenendorf və Annenfeld, Yekaterinenfeld 
koloniyasının  sakinləri  öz  ilkin  yaşayış  yerlərini  russayağı  «zemlyanka»  əvəzinə 
daha  çox  azərbaycanca  «yurt»  adlandırırdılar.
70 
Almanlar  yaşayış  evlərinin 
arxitekturasına  əlavə  etdikləri  balkonu  da  azərbaycanca  «eyvan»      adlandırırdılar. 
Sosial-iqtisadi  həyatla  bağlı  «fayton»,      «usta»,  «kəhriz»,  «bazar»,  «karvan»  və 
yaxud  kulinariya  ilə  bağlı  «lülə-kabab»,  «lavaş»,  «şişlik»,  «bozbaş»,      «dolma», 
«motal-pendir»  və  sair  Azərbaycan  sözləri  gündəlik  həyatda  almanlar  tərəfindən 
işlədilən  sözlər  idi.    Almanların    leksikonunda    ara-sıra    gürcü    və  sair  Qafqaz 
xalqlarının  dillərindən  keçmə  sözlərə  də  rast  gəlinirdi.  Ancaq  başqa  dillərdən 
götürülən  sözlər  sırasında  rus  və  türksoylu  xalqların  dillərindən  götürülən  sözlər 
üstünlük  təşkil  edirdi. Fikrimizcə, bu adi hal kimi qəbul edilə bilər, çünki hələ rus 
işğalına  qədər  Azərbaycan  dili  —  türk  dilləri  qrupunun  ən  dinamik  dili  kimi 
Qafqazda  xalqlararası    ünsiyyət  rolunu  oynayırdı.  Rus  dili,  dövlət  dili  kimi 
Azərbaycan  dilini  rəsmi  sferadan  sıxışdırsa  da,  Qafqaz  xalqları  arasında 
Azərbaycan dili öz kommunikativ əhəmiyyətini itirməmişdi. 
XIX  əsrin  əvvəllərində  «yurt»larda  yaşayan  almanların  maddi  durumu 
getdikcə  yaxşılaşırdı  və  əsrin  ortalarına  onlar  artıq  qotika  stilində  daş  evlər  inşa 
etməyə  başladılar.  Yerli  iqlim  şəraitini  nəzərə  alaraq  almanlar  evlərinə  Qafqaz 
xalqlarına xas olan yeni bir memarlıq elementi — balkon (eyvan) əlavə etdilər. 
Alman  əhalisinin  XIX  əsrin  əvvəllərində  Cənubi  Qafqaza  köçürülməsi, 
onun  yeni  etnik,  konfessional,  siyasi,  iqtisadi  şəraitə  uyğunlaşması,  onun  Cənubi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə