Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   71   72   73   74   75   76   77   78   ...   95

153 
 
nifrət edirdilər və Rusiyaya meyil edən erməni və alman əhalisi də onların nifrətinə 
tuş gəlmişdi. 
Müəllif  nəzərə  almır  ki,  1826-cı  ildə  II  rus-iran  müharibəsi  başlamaqla 
yanaşı,  Gəncədə  rus istilasına qarşı  möhtəşəm bir üsyan başlamışdı.  Üsyançıların 
əsas  məqsədi  Gəncə  torpağını,  ümumiyyətlə,  Azərbaycanı  rus  işğalından  xilas 
etmək  idi.  Bu  üsyanı  iranpərəst  qüvvələrin  çıxışı  və  yaxud  azərbaycanlıların 
xristian,  o  cümlədən  alman  əhalisinə  qarşı  hərbi  tədbiri  kimi  qiymətləndirmək 
düzgün olmazdı. 
Tarixi  mənbələrdən  məlumdur  ki,  1818-ci  ilin  noyabrında  Yelizavetpol 
quberniyasına köçürülən almanlar qış dövrünü nəzərə alaraq 1819-cu ilin baharına 
kimi  ətraf  azərbaycanlıların  yaşadığı  kəndlərdə  yerləşdirilmişlər
87
.  Bu  faktı 
T.Hümbətova  yuxarıda  adı  çəkilən  əsərində  də  qeyd  edir.  O  ki  qaldı  1826-cı  il 
hadisələrinə  və  alman  əhalisinin  bu  hadisələr  zamanı  məruz  qaldığı  itkilərə  və 
zorakılığa, demək lazımdır ki, tarixin təlatümlü anlarında—müharibələr, inqilablar, 
üsyanlar və sair sosial kataklizmlər zamanı günahsız insan kütlələrinin özlərindən 
asılı olmayaraq, bu  konfliktlərə  cəlb olunması, onların  fiziki  və  mənəvi iztirablar 
keçirməsi halları baş verə bilər. Rusiya  almanlarının tarixindən görürük ki, 1773-
1775-ci  illərdə  Volqaboyu  regionunda  məskunlaşan  alman  kolonistlərinin  böyük 
bir hissəsi E.İ.Puqaçovun rəhbərliyi ilə baş vermiş Kəndli müharibəsi zamanı məhv 
edilmiş, qalanı isə köləliyə satılmışdır
88

1830-1831, 1863-1864-cü illərin Polşa üsyanları zamanı Polşa çarlığında və 
Qərbi  Ukrayna  ərazilərində  yaşayan  alman  əhalisi  ağır  itkilərə  məruz  qalmış, 
onların  böyük  əksəriyyəti  yaşadıqları  əraziləri  həmişəlik  tərk  etməyə  məcbur 
olmuşlar
89
.  Və  yaxud,  Şimali  Qafqazda  yaranan  bəzi  koloniyalar  Qafqaz 
müharibəsi  dövründə  tərəflər  arasında  döyüş  meydanına  çevrilmiş,  nəticədə 
Xasavyurt ətrafındakı bir sıra koloniyalar ləğv edilmişdir
90

Təkcə alman məskunlaşması tarixindən onlarca belə faktlar gətirmək olar və 
bu da bir daha sübut edir ki, 1826-cı il Gəncə üsyanı alman əhalisinə qarşı deyildi, 
sadəcə olaraq, almanlar hadisələrin fəal cərəyan etdiyi ərazilərdə yerləşdiklərindən 
müəyyən zorakılıqla, itkilərlə üzləşmişlər. Azərbaycanlıların alman kolonistləri ilə 
münasibətləri çoxməzmunlu olmuşdur. Burada həm əməkdaşlıq, həm də müəyyən 
konfliktlərə  də  aid səhifələrə  rast gəlinir, amma  ədalət  naminə  qeyd etməliyik ki, 
bu münasibətlər tarixində əməkdaşlıq daha çox yer tutur. 
Əvvəl qeyd etdiyimiz kimi, Yelizavetpol quberniyası ərazisinə köçürdükləri 
ilk  günlərdən azərbaycanlı əhali onları dostcasına qarşılamış və bir  müddət onları 
öz evlərində yerləşdirmişlər. 
Təbii ki, hər hansı bir miqrant üçün ən birinci problem yeni coğrafi areala, 
yeni  təsərrüfat  formalarına  və  vərdişlərinə,  yeni  sosial-iqtisadi  mühitə 
uyğunlaşmaqdır. Bu problem Qafqaz almanlarından yan keçməmişdir. 
Azərbaycan almanları, əsasən çöl və yarımçöl iqliminə xas olan bir ərazidə 
məskunlaşmışdılar  və  təbii  ki,  yeni  bir  coğrafi  şəraitdə  öz  həyat  tərzlərini 


154 
 
tapmaqda, 
fəaliyyətə 
başlamaqda 
çətinliklər 
çəkirdilər. 
Almanların 
məskunlaşdıqları  ərazi  təqribən  40
o
37'  və  41
o
07'  arası  şimal  enlikdə,  dəniz 
səviyyəsindən  750  metr  yüksəklikdə,  Kiçik  Qafqaz  sıra  dağlarının  şimal 
ətəklərində yerləşirdi. 
Bu əraziyə yağıntılar çox az düşürdü və buna görə mədəni-texniki bitkilərin 
becərilməsi  süni  suvarma  sistemi  olmadan,  mümkün  deyildi.  Alman 
koloniyalarının  tarixi  haqqında  mənbələrdən  görünür  ki,  alman  əhalisi  yeni  iqlim 
şəraitinə uyğunlaşma dövründə bir sıra problemlərlə üzləşmişdir. 
Kolonistlər  üçün  ən  başlıca  problem  içməli  su  problemi  idi.  İlk  illər 
almanlar  içməli  suyu  açıq  kanallardan  götürürdülər  ki,  bu  da  onlar  arasında 
müxtəlif  epidemiyaların  yayılmasına  şərait  yaradırdı.  Əsasən  də  malyariya 
kolonistlər  üçün  çox  təhlükə  yaradırdı  və  demək  olar  ki,  bu  xəstəlikdən 
Azərbaycandakı bütün koloniyaların əhalisi əziyyət çəkmişdir
91

İqlim  və  məişətlə  bağlı  analoji  problemlər  almanların  məskunlaşdığı 
Novorossiya,  Krım  və  başqa  regionlarda  da  baş  verirdi.  Lakin  adı  çəkilən 
regionlarda,  dövlət  səviyyəsində  kolonistlərə  hər  cür  köməklik  göstərilirdi. 
Məsələn,  hələ  1800-cü  ildə,  çar  I  Pavelin  fərmanı  ilə  Novorossiyanın  xarici 
köçkünlərinə  qəyyumluq  kontoru  yaradılmışdır  və  onun  başçısı  təyin  olunmuş 
S.X.Kontenius  uzun  illər  Cənubi  Ukraynada  yaşayan  almanların  sosial-iqtisadi 
vəziyyətini  araşdırmış,  mövcud  problemlərin  həlli  məqsədilə  hökumət  dairələrinə 
hesabatlar vermiş və bu məsələlərin həllinə nail olmuşdur. 
Azərbaycanda  məskunlaşan  almanlara  dövlət  orqanları  tərəfindən  maliyyə 
vəsaiti  ayrılsa  da,  gündəlik  praktiki  məsələlərin  həllində  almanlar  azərbaycanlı 
əhalisinin köməyindən istifadə edirdi. 
Kolonistlər  üçün  ən  vacib  problemlərdən  biri—içməli  su  problemi 
azərbaycanlı  ustaların  köməyi  ilə  həll  edildi.  Onlar  alman  əhalisi  üçün  kəhrizlər 
qurdular  və  tezliklə  alman  əhalisi  təmiz,  sağlamlıq  üçün  əhəmiyyətli  kəhriz 
sularından  istifadə  etməyə  başladı.  XIX  əsrin  ikinci  yarısında  alman 
koloniyalarında  kəhrizlərin  sayı  o  qədər  artmışdı  ki,  artıq  kəhriz  suyundan  süni 
suvarma məqsədilə də istifadə olunurdu. Təsadüfi deyil  ki, «kəhriz»,  «usta» kimi 
Azərbaycan sözləri alman əhalisinin leksikonunda daimi yer
 
tutmuşdu
92

Məskunlaşmanın  ilk  illərində  kolonistlərin  maddi  vəziyyəti  çox  ağır  idi. 
Azərbaycanlılar  almanlara  bacardıqları
 
formada  köməklik  göstərmişlər.  Məsələn, 
general-mayor İsmayıl xan Şəkinski Sartiçalıda məskunlaşan kolonistlərə 30 inək, 
27 dana, 200 qoyun bağışlamışdı
93
  və  yaxud,  ilk  illər  torpaqların  xışla  əkilməsini 
də azərbaycanlılar həyata keçirmişdilər. 
Bunun  səbəbi  o  idi  ki,  yeni  yaşayış  yerində  almanların  köhnə  təsərrüfat 
vərdişləri,  köhnə  əmək  alətləri  lazım  gəlmədi.  Bundan  başqa,  almanların  Cənubi 
Qafqaza  köçürülməsi  total  xarakter  daşıdığından  heç  də  miqrantların  hamısı  kənd 
təsərrüfatı  ilə  məşğul  olmamışdılar.  Onların  arasında  «çoxsayda  lazımsız  sənət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə