Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   74   75   76   77   78   79   80   81   ...   95

159 
 
təsərrüfatları daha çox bazar iqtisadiyyatına istiqamətləndi və tezliklə iri şəhərlərdə 
—  Tiflisdə,  Bakıda,  Gəncədə  alman  kolonistlərinə  məxsus  ticarət  obyektləri 
fəaliyyətə  başladı  və  onların  sayı  durmadan  artırdı.  Kolonistlərin  ticarətlə 
məşğuliyyəti  və  başlıcası  vasitəçisiz  bazara  çıxmaq  imkanlarını  əldə  etməsi 
ticarətdə daha çox monopolluq edən ermənilərin maraqlarına zidd idi. 
Cənubi  Qafqazda  siyasi  vəziyyətin  mürəkkəbləşdiyi  bir  dövrdə  alman 
kolonistləri  çalışırdılar  ki,  milli  məsələlərdə  neytral  mövqe  tutaraq  apolitik 
statuslarını saxlasınlar. Bu koloniyalarda sabitliyin qorunması çox vacib idi. Milli 
zəmində baş verən istənilən münaqişə   koloniyaya fəlakət gətirərdi. 
Belə  bir  şəraitdə  alman  kolonistləri  daha  çox  özlərinə  qapanır,  qonşu 
xalqlarla  ünsiyyətə  girməməyə  çalışırdılar.  Qubernatorun  göstərişi  ilə  alman 
koloniyalarına  tüfəng  patron  paylanmışdı  ki,  kolonistlər  özlərini  və  əmlakını 
basqınlardan  qoruya  bilsinlər.  Qubernatorun  bu  jesti  əsassız  deyildi.  Yelizavetpol 
şəhərində  «Daşnaksutyun»  partiyasının  filialı  fəaliyyət  göstərirdi  və  yerli  partiya 
komitəsinə  erməni-qriqoryan  kilsəsinin  arximandriti  Koryun  başçılıq  edirdi. 
Rostov  da  daxil  olmaqla  bütün  Qafqazı  əhatə  edəcək  «Böyük  Ermənistan» 
dövlətini  yaratmaq  kimi  sərsəm  bir  xəyal  uğrunda  terrorçuluq  fəaliyyətini 
genişləndirən  ermənilər  artıq  Rusiyanın  siyasi  elitasının  yuxarı  təbəqələrində 
narahatlıq yaratmağa başladılar. 
Hökumət  orqanları  «erməni  milli  inqilab  hərəkatına»  qarşı  müəyyən 
tədbirlər  görməyə  başladılar.  Artıq  4  noyabr  1904-cü  il  tarixdə  Yelizavetpol 
qubernatoru Lutsay  məxfi sərəncama  imza atdı.
107
  Burada  göstərilirdi  ki,  bölgəyə 
«erməni  milli-inqilab  hərəkatının»  törətdiyi  cinayətlərin  böyük  əksəriyyətini  İran 
və  Türkiyədən  gəlmiş  ermənilər  törədirdilər,  hansıların  ki,  Rusiya  imperiyası 
ərazisində  yaşayışı rəsmi şəkildə  qeydə  alınmamışdır. Sənəddən görünür ki,  yerli 
əhali  (yerli  ermənilər—İ.A.)  onlara  yaşayış  yeri  verir,  onların  cinayətkar 
fəaliyyətinə  göz  yumur,  bəzən  də  cinayətkarları  gizlədirdilər.  Bu  səbəbdən 
qubernator  göstəriş  verirdi  ki,  koloniyada  yaşayanların  sənədləri  yoxlanılsın, 
qeydiyyatsız  yaşayan  erməni  aşkar  olunarsa,  onlar  koloniyadan  çıxarılsınlar  və 
onlara himayədarlıq edən sahibkarlar cərimə olunsunlar.
108
» 
Maliyyə vəsaiti əldə etmək istəyən erməni-daşnaklar hər cür cinayətkarlığa 
əl atırdılar. Yelizavetpol quberniyasında yaşayan ermənilərin əksəriyyəti oğurluqla 
və  əsasən  də  at  oğurluğu  ilə  məşğul  idilər.  Erməni  tacirlərinin  ticarət 
əməliyyatlarında  manipulyasiyaya  əl  atması,  onların  ikiüzlülüyü  alman 
kolonistlərində onlara qarşı nifrət hissi yaradırdı. 
Məşhur Forer qardaşlarının  firmasında erməni mənşəli  fəhlələr çalışırdı və 
azərbaycanlılara  qarşı  milli  qırğın  törənəndə  Forer  onların  silahlarını  əllərindən 
alıb,  özlərini də işdən azad etdi. «Daşnaksutyun» partiyasının fəalları tez-tez Forer 
qardaşlarına təpki gəlir, onlardan müxtəlif məbləğdə pul vəsaiti tələb edirdilər. 
Alman  kolonistlərinə  qarşı  cinayətkar  əməllər  törədənlər  təkcə  ayrı-ayrı 
ünsürlər  deyildi.  «Daşnaksutyun»  partiyasının  Yelizavetpoldakı  komitəsi 


160 
 
terrorçuları  istiqamətləndirir,  terror  fəaliyyətini  maliyyələşdirmək  üçün  alman 
mənşəli iş adamlarına hədə-qorxu gəlir, onlardan böyük miqdarda pul tələb edirdi. 
Əgər  onların  tələbinə  imtina  cavabı  verilərsə,  iş  adamının  həyatı  təhlükə  altına 
alınırdı  və  bəzən  də  faciə  baş  verirdi.  Bu  cür  hallar  haqqında  əvvəlki  fəsillərdə 
ətraflı danışılmışdır.
109
 
1906-cı  ildə  Qotlib  Frikə  qarşı  terror  törədilmişdir.  Tanınmış  iş  adamı 
Forerdən  daşnaklar  30  min  rubl  ödəməyi  tələb  etmişdilər.  Alman  kolonistləri 
ermənilərin təzyiqlərini dəf etmək xahişilə Yelizavetpol quberniyasının müvəqqəti 
qubernatoru  general  Fleyşerə  müraciət  etdilər  və  ermənilərin  koloniyadan 
uzaqlaşdırılması uğrunda inadkarcasına mübarizəyə başladılar. 
Ancaq hökumət orqanlarının səyləri bir nəticə vermirdi. Bu səbəbdən Forer 
qardaşları azərbaycanlılar sırasından çıxmış «qoçulara» müraciət etdilər. Ermənilər 
almanların  azərbaycanlılara  sığınmasını  özlərinə  qarşı  düşmənçilik  kimi  qəbul 
edirdilər. 
1906-cı  il  ərzində  də  ermənilərin  azərbaycanlılara  qarşı  qırğını  davam 
edirdi. Həmin il Yelizavetpol quberniyasında hərbi vəziyyət elan olundu və  hərbi 
general-qubernator  təyin  edildi.  Ali  qərargahın  general-mayoru  Takayşvili  hərbi 
qubernator  vəzifəsinə  başlayan  kimi  qırğın  törədənlərə  xəbərdarlıq  etdi  və  milli 
zəmində  konfliktlərin  yaranması  ehtimalında  ordu  tərəfindən  silah  işlədiləcəyini 
bildirdi.  Lakin  erməni  daşnakları  öz  çirkin  fəaliyyətlərini  davam  etdirirdilər. 
Takayşvili  Cənubi  Qafqazda  qeydiyyatsız  yaşayan  ermənilərin,  farsların  və 
ləzgilərin  öz  daimi  yaşayış  yerlərinə  göndərilməsi  haqqında  əmr  imzaladı.
110
  Bu 
göstəriş  almanlarla  birgə  yaşayan  erməni  mənşəli  muzdlu  işçilərin  də  mənafeyinə 
zidd  idi.  Qeyd  etdik  ki,  Yelenendorfda  çoxsaylı  mövsümi  fəhlələr  çalışırdılar  və 
onlar koloniyada icarəyə mənzil götürərək, kolonistlərlə qonşuluqda yaşayırdılar. 
Ermənilərin  koloniyada  yerləşməsi  ilə  daxili  sabitlik  pozuldu.  Erməni 
mənşəli cinayətkarlar  koloniya  sakinlərinin əmlakını oğurlayır, polis orqanları  ilə 
küçələrdə atışmalar törədirdilər. Ermənilər koloniyada at oğurluğu ilə məşğul olur, 
hətta  kolonistlərin  paltarlarını  —  qurumaq  üçün  sərilmiş  alt  paltarları,  şalvar, 
köynək,  corab  belə  oğurlamaqdan  çəkinmirdilər.  Ermənilərin  koloniyada  təşkil 
etdikləri  kafelər  pozğunluq  yuvasına  çevrilir,  alman  gənclərinin  mənəviyyatına 
mənfi təsir göstərirdi. Yelenendorfda ermənilərin arasında yayılmış «məşğuliyyət» 
növlərindən  biri  də  «dələduzluq»  idi.  Qəza  pristavının  formasını  geyən  erməni 
«dələduzlar»  kolonistlərin  evlərinə  soxulmaq,  axtarış  etmək  bəhanəsi  ilə  onların 
zinət  əşyalarına  yiyələnmək  kimi  mənfur  planlar  qursalar  da  şuls  tərəfindən  ifşa 
edilmişdilər. Kolonistlərin tələbi ilə bir çox ermənilər  koloniyadan qovulsalar da, 
müxtəlif  instansiyalara  məktublar  yazır,  şultsu  və  yaxud  bayzitseri  zorla  pul 
qoparmaqda  günahlandırırdılar.  Kolonistlərlə  ermənilər  arasında  münasibətlər 
1906-cı ildə Molla Hacılı kəndində erməni qaçqınlarının yerləşdirilməsindən sonra 
daha da kəskinləşdi. Bu kənd azərbaycanlılara məxsus olmuşdur və 1905—1906-cı 
illərin  soyqırımı  nəticəsində  azərbaycanlılar  kəndi  boşaltmış,  kənd  ermənilər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə