Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   76   77   78   79   80   81   82   83   ...   95

163 
 
Rusiya  imperiyasında  almanların  kütləvi  məskunlaşması  imperateritsa  II 
Yekaterinanın  adı  ilə  bağlıdır.  Öz  sələflərindən  fərqli  olaraq,  II  Yekaterina 
imperiya  ərazisinə  sadə  əkinçilərin,  heyvandarların,  sənətkarların  köçürülməsinə 
daha çox üstünlük verirdi. Fiziokratlar təliminin tərəfdarı kimi, II Yekaterina hesab 
edirdi  ki,  zənginliyin  mənbəyi  sadə  zəhmətkeşlərin  əməyindədir.  Bu  səbəbdən  II 
Yekaterinanın  22  iyul  1763  və  22  mart  1764-cü  il  fərmanları,  əsasən 
Volqaboyunun,  Novorossiya  diyarının  mənimsənilməmiş  torpaqlarında  sadə 
kolonistlərin və ilk növbədə imperateritsaya həm dini, həm də etnik cəhətdən yaxın 
olan alman kolonistlərinin yerləşdirilməsinə xidmət edirdi. 
XVIII  əsrin  sonlarından  Şimali  Qafqazın  əksər  ərazilərinin  Rusiya 
imperiyasına  birləşdirilməsindən  sonra  almanların  Qafqaza  köçürülməsi  prosesi 
başladı.  Almanların  Qafqazda  məskunlaşması  prosesi  uzun  bir  dövrü  əhatə 
etmişdir. Rusiyanın başqa regionlarında — Bessarabiyada, Volqaboyunda, Cənubi 
Ukraynada  torpaq  çatışmazlığından  əziyyət  çəkən  kolonistlər  Şimali  Qafqaza  üz 
tuturdular.  Bura  köçənlərin  əksəriyyətini  köhnə  yaşayış  yerlərində  öz  dini 
etiqadlarına  əməl  etməyə  imkan  tapmayan  və  torpaq  çatışmazlığından  əziyyət 
çəkənlər  təşkil  edirdi.  İlk  alman  koloniyaları  Şimali  Qafqazda  1780—1790-cı 
illərdə  yaradılsa  da,  onlar  bu  regionda  məskən  sala  bilmədilər:  kolonistlərin  bir 
hissəsi geri —  gəldikləri regionlara qayıtdılar, qalanlar isə dispers şəkildə Rusiya 
şəhərlərində məskunlaşdılar. 
XVIII əsrin sonunda Şimali Qafqazda almanların məskunlaşdırılmasının baş 
tutmamasının bir neçə səbəbi vardı. Əvvəla, bu regionda hələ də hərbi əməliyyatlar 
davam edirdi və bəzi rus rəsmiləri bu strateji ərazilərdə daha çox slavyan mənşəli 
Don  və  Zaparojye  kazaklarının  yerləşdirilməsini  tələb  edirdilər.  Onların  fikrincə, 
Osmanlı dövləti  və dağlı  xalqları ilə  hərbi əməliyyatların davam etdiyi bir vaxtda 
almanların  bu  regionda  yerləşdirilməsi  məqsədəuyğun  sayılmırdı.  Bəzi 
yüksəkrütbəli  zabitlər  arasında  alman  kolonistlərinin  simasında  xarici  ölkə, 
məsələn,  İngiltərə  casuslarını  görənlər  də  var  idi.  Onlar  əcnəbi  kolonistlərin 
yerləşdirilməsinə  nisbətən  həm  mülki,  həm  də  hərbi  təşkilat  xarakteri  daşıyan 
kazak  stanitsalarının  yaradılmasını  Rusiyanın  dövlət  maraqlarına  daha  çox  cavab 
verən tədbir kimi qiymətləndirirdilər. 
Şimali  Qafqazın  mənimsənilməsi,  burada  çoxsaylı  kolonistlərin  və  sair 
qəbildən olan mühacirlərin yerləşdirilməsi o vaxt öz müsbət nəticələrini verərdi ki, 
Şimali Qafqaz bütövlükdə Rusiya  hakimiyyətinə tabe etdirilərdi, dağlı xalqlarının 
hərbi  müqavimətinə  son  qoyulardı.  Bu  isə  yalnız  Cənubi  Qafqazın  işğalından  və 
onun  Rusiyanın  tərkib  hissəsinə  çevrilməsindən  sonra  mümkün  ola  bilərdi.  Bu 
səbəbdən  XIX  əsrin  ilk  illərindən  Rusiyanın  xarici  siyasət  sahəsində  ən  ümdə 
vəzifələrdən biri Cənubi Qafqazın imperiyaya birləşdirilməsi məsələsi oldu. 1801-
ci ildən başlayan rus işğalı 1828-ci ildə bütün Cənubi Qafqazın Rusiyaya qatılması 
ilə başa çatdı. 


164 
 
Beləliklə,  XIX  əsrin  ilk  otuz  illiyində  Çeçenistanın  və  Dağıstanın  bəzi 
dağlıq ərazilərini çıxmaq şərtilə bütün Qafqaz çar Rusiyası tərəfindən işğal edildi. 
Hərbi  cəhətdən  işğal  edilən  Qafqazın  iqtisadi,  mədəni  cəhətdən  mənimsənilməsi 
daha  vacib  məsələ  idi  və  Qafqazda  qazanılan  hərbi  uğurların  hansı  vaxta  qədər 
Rusiyanın xeyrinə xidmət edəcəyi bu məsələnin necə həll edilməsindən asılı idi — 
çünki  nə  Türkiyə,  nə  İran,  nə  də  Qərb  ölkələri  Rusiyanın  Qafqazda 
möhkəmlənməsini arzulamırdılar, ən başlıcası isə Qafqazın türk, müsəlman əhalisi 
öz  müstəqilliyinin  itirilməsi  ilə  barışmaq  niyyətində  deyildi.  Bunu  1820-1830-cu 
illərdə  Azərbaycanda,  Gürcüstanda  baş  vermiş  xalq  üsyanları,  həmçinin  dağlı 
xalqlarının arası kəsilməyən azadlıq mübarizəsi bir daha sübut edirdi. 
Bu səbəbdən həm Şimali, həm də Cənubi Qafqazda çarizmə sadiq əhalinin 
yerləşdirilməsi  daxili  siyasətin  ən  prioritet  məsələlərindən  biri  idi.  Bu  məsələnin 
həllində Qafqaza həm xristian dininə aid xalqların köçürülməsi, həm də yerli qeyri-
xristian xalqlar arasında xristianlığın yayılması nəzərdə tutulmuşdu. Bu  məqsədlə, 
Qafqaza  xristian  xalqları  —  yunanlar,  ermənilər,  çexlər,  polyaklar,  almanlar 
köçürülür, həm də xarici missioner təşkilatları Qafqaza dəvət olunurdular. Təsadüfi 
deyil  ki,  Qafqazda  ilk  daimi  koloniyanın  əsasını  qoyanlar  da  Edinburq  missioner 
təşkilatının üzvləri olmuşlar. Şimali və Cənubi Qafqazda alman məskunlaşmasının 
templəri  eyni  deyildi.  Məsələn,  XIX  əsrin  I  yarısında  Şimali  Qafqazda  cəmi  5 
alman  koloniyası  yaranmışdı  ki,  onlar  da  Stavropol  və  Kavminvod  ətrafında 
yerləşirdilər.  Şimala  nisbətən  bu  dövrdə  Cənubi  Qafqazda  almanların 
məskunlaşması daha intensiv getmişdi — XIX əsrin I yarısında Cənubi Qafqazda 
artıq 8 koloniya  mövcud idi və bu koloniyaların əksəriyyəti Gürcüstan ərazisində 
yerləşirdi. 
XIX  əsrin  I  yarısında  kolonistlərin  sosial-iqtisadi  həyatının  təşəkkülü  çox 
mürəkkəb şəraitdə keçmişdir. Çar hökumətinin əsas məqsədi alman koloniyalarının 
təsərrüfat həyatını ölkə sənayesinin xammal tələbatının ödənilməsinə xidmət edən 
sahələrin  —  tütünçülüyün,  ipəkçiliyin,  pambıqçılığın  inkişafına  yönəltsin.  Bu 
məqsədlə  kolonistlərə dövlət büdcəsindən o dövr üçün çox böyük məbləğdə vəsait 
ayrılmışdı.  Təsərrüfat  alətlərinin  əldə  edilməsində,  təsərrüfat  əhəmiyyətli 
obyektlərin  tikintisində  dövlət  kolonistlərə  təminatsız    yardım    edirdi.    Çarizmin  
cəhdlərinə    baxmayaraq,  alman  koloniyalarında  adı  çəkilən  təsərrüfat  sahələrini 
inkişaf etdirmək mümkün olmadı. Kolonistlərin təsərrüfat vərdişləri onların tarixi 
vətənlərində  daha  çox  məşğul  olduqları  kənd  təsərrüfatı  sahələrində  müsbət 
nəticələr verə bilərdi.  Qafqaz alman kolonistləri onlar üçün ən optimal təsərrüfat 
sahəsinin  axtarışındaydılar  və  XIX  əsrin  ortalarında  artıq  alman-kolonistlər  öz  
«iqtisadi  məkan»larında  qərarlaşdılar.  Daha  çox  düzənlik  ərazilərdə  yerləşən 
Şimali  Qafqaz  koloniyaları,  əsasən  maldarlıq  və  əkinçiliklə,  Cənubi  Qafqaz 
almanları isə tədricən üzümçülüklə, şərabçılıqla məşğul olmağa üstünlük verdilər. 
XIX  əsrin  I  yarısında  alman  koloniyaları  hələ  iqtisadi  inkişafda 
nəzərəçarpacaq  nailiyyətlər  qazanmamışdılar.  Bu  həm  onların  sosial-iqtisadi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə