Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   75   76   77   78   79   80   81   82   ...   95

161 
 
tərəfindən  zəbt  edilmişdi.  Arximandrit  Koryunun  vasitəçiliyi  və  rəsmi  orqanların 
razılığı  ilə  Molla  Hacılıda  Osmanlı  imperiyasından  gələn  erməni  ailələri 
yerləşdirildi  və  kəndin  adı  dəyişdirilib  Koryunun  şərəfinə  «Koryunapat» 
adlandırıldı.
111
  Hər  erməni  ailəsinə  100  kv  metr  hədiyyə  torpaq  sahəsi  verilmişdi. 
Sonralar  arximandrit  Koryun  1905—1907-ci  illərdə  törətdiyi  cinayətlərə  görə 
katorqaya  göndərildi.    Koryunapat,  yəni  köhnə  Molla  Hacılı  kəndinin  adı 
dəyişdirilib Tserkovnı adlandırıldı və Yelizavetpola birləşdirildi. 
1907-ci  ildən  sonrakı  dövrdə  ermənilərin  terrorçu  fəaliyyətinin  qarşısı 
qismən  alınsa  da,  I  Dünya  müharibəsi  başlayandan  sonra  onların  yenidən 
fəallaşması müşahidə olunurdu. 
Biz  yuxarıda  Qafqazın  yerli  xalqlarının qarşılıqlı əməkdaşlığa  nə  dərəcədə 
hazır  olduğunu  təhlil  etdik.  Bəs  nə  dərəcədə  gəlmə  alman  köçkünləri  yaxınlıq 
münasibətlərinin 
qurulmasına 
meyil 
göstərirdi? 
Baden-Vürtemberqdən, 
Gessendən,  Bavariyadan  və  sair  alman  torpaqlarından  Qafqaza  köçməyi  qət  edən 
almanların  bu  yeni  regionun  əhalisinin  tarixi,  mentaliteti,  psixoloji  durumu 
haqqında  təsəvvürləri  belə  yox  idi.  Tarixində  ən  çətin  dövrü  yaşayan  Qafqazın 
avtoxton xalqları—gürcülər,  çeçenlər, balkarlar, kumıklar, adıgeylər və  əsasən də 
Azərbaycan  xalqı  tarixi  təcrübə  ilə  əlaqələnən  etnik  depressiv  vəziyyətdə  alman 
köçkünlərində  «düşmən  obrazı»  yaratmadı,  onlarla  münasibətlərdə  «özününkü»  -
«özgə»  prinsipi  ilə  sədd  çəkmədi.  Çünki  Qafqaz  xalqlarına  ümumi  «Qafqazlı 
şüuru»,  «Qafqazlı  özünüeyniləşdirməsi»  daha  xarakterik  idi  və  bunun  ən  açıq 
ifadəsi  ətrafdakılara  tolerant  münasibətdə  özünü  göstərirdi.  Təbii  ki,  alman 
kolonistləri  ilə  Cənubi  Qafqaz  xalqları  arasındakı  münasibətləri  ideallaşdırmaq 
olmaz,  çünki  birgə  yaşayış  prosesi  çox  mürəkkəb  xarakterlidir.  Burada  qarşılıqlı 
münasibət obyektlərinin bərabər şəkildə əməkdaşlığa can atması, qarşılıqlı şəkildə 
tolerantlığın nümayiş etdirilməsindən çox şey asılı idi. Alman köçkünlərinin qonşu 
xalqlarla  münasibətinə  təsir  edən  ən  başlıca  amillərdən  biri  onların  dini  baxışları 
olmuşdur.  Qafqaz regionuna  və  əsasən də  Cənubi Qafqaza  köçənlər üçün öz  dini 
etiqadına  sədaqət  hər  hansı  maddi  nemətdən  üstün  idi.  Beləliklə,  deyə  bilərik  ki, 
Qafqazda protestantizmin ən fanatik adeptləri məskunlaşmışdılar ki, bu da onların 
həyatına  bir  sıra  xüsusiyyətlər  gətirdi,  əsasən  də  onları  əhatə  edən  xalqlarla 
münasibətlərin spesifikliyinə təsir göstərdi. 
Beləliklə,  Qafqaz  almanlarının  yerli  etnoslarla  münasibətinin  bəzi 
məsələlərinə  nəzər  saldıqdan  sonra  belə  bir  qənaətə  gələ  bilərik  ki, 
azərbaycanlıların,  gürcülərin,  rusların,  çeçenlərin,  osetinlərin  və  sair  xalqların 
almanlarla  münasibətlərində  müəyyən  münaqişələr  baş  versə  də,  onlar  məişət 
zəminində  yaranırdı.  Bu  münaqişələr  yüzillik  birgə  yaşayış  dövründə  heç  vaxt 
etnik  xarakter  daşımamışdır.  Qafqazın  avtoxton  xalqları  almanlarla  simbioz 
münasibətlərdə  olmuş,  iqtisadi  siyasi,  mədəni  məsələlərin  həllində  alman 
kolonistlərinə yardımçılıq etmişlər. Kolonistlərin əldə etdikləri yüksək nailiyyətlər 
məhz bu cür qarşılıqlı əməkdaşlıq nəticəsində mümkün olmuşdur. 


162 
 
NƏTĠCƏ 
 
Biz Qafqaz almanlarının XVIII əsrin sonlarından 1920-ci ilə qədər tarixinin 
sosial-iqtisadi, siyasi, konfessional və mədəni həyatının bir sıra məsələləri ilə tanış 
olduq.  Monoqrafiyada  gətirilən  faktlar  ətrafında  problemin  obyektiv,  elmi 
təhlilindən sonra aşağıdakı nəticəyə gələ bilərik: 
Alman  əhalisinin  keçmiş  SSRİ  ərazisində  məskunlaşması  hələ  XII  əsrdən 
başlamışdı  və  o  vaxtdan  qərbi-rus  şəhərlərində  alman  mənşəli  sənətkarlardan, 
ticarət  adamlarından,  inşaatçılardan  ibarət  məhəllələr  meydana  gəlmişdi.  Alman 
mühacirləri, nəinki sosial-iqtisadi, həmçinin siyasi sahədə fəallıq göstərirdilər. XII-
XV əsrlərdə qərbi-rus torpaqlarında Maqdeburq şəhər hüququnun tətbiq olunması 
ilə əlaqədar almanların şəhərlərin idarə edilməsində rolu daha da artdı. Bu dövrdə 
almanların məskunlaşması sırf iqtisadi-ticarət xarakteri daşıyırdı və geniş miqyasa 
malik deyildi. 
XVI əsrdən başlayaraq almanların Şərqi Avropada məskunlaşması nisbətən 
fəallaşır ki, bu da Mərkəzi və Qərbi Avropada baş verən siyasi və dini xarakterli 
hadisələrlə bağlı idi: 1525-ci  il Kəndli müharibəsinin və  Reformasiya hərəkatının 
radikal qolunun məğlubiyyəti nəticəsində Almaniya cəmiyyəti biri-birinə zidd olan 
iki  düşərgəyə  parçalandı.  Milli  birlik  və  katolik  kilsəsinə  qarşı  mübarizə  aparan 
Reformasiya tərəfdarları repressiyalardan özlərini xilas etmək üçün xarici ölkələrə 
üz tuturdular. 
Onların  bir  hissəsi  XVI  əsrdən  güclənməyə  başlayan  Rus  dövlətində 
sığınacaq tapdılar. 
Mərkəzləşmiş  Rus  dövləti  inkişaf  etdikcə  bütün  fəaliyyət  sahələrində 
savadlı  ixtisasçılara  ehtiyac artırdı və  rus əhalisi arasında  savadın,  maarifin aşağı 
səviyyədə  olması  ucbatından  rus  çarları  əcnəbi  və  birinci  növbədə  alman  əsilli 
ziyalıların Rusiyada məskunlaşmasında maraqlı idilər. I Pyotrun islahatları zamanı 
alman  mənşəli  alimlərin,  həkimlərin,  hərbçilərin  və  sair  ixtisas  sahiblərinin 
oynadığı müsbət rol danılmazdır. 
Ancaq XVIII əsrin 30-cu illərində «bironovçuluq» dövründə alman mənşəli 
məmurlar  rus  ictimaiyyəti  qarşısında  özlərini  gözdən  saldılar,  almanlar  haqqında 
mənfi rəy formalaşmağa başladı. Təsadüfi deyil ki, çariça Yelizaveta Petrovnanın 
hakimiyyəti illəri «alman zülmünə», təkəbbürlü alman məmurlarına qarşı mübarizə 
şüarı altında keçmişdir. İlk dəfə boş qalmış ərazilərin məskunlaşdırılması problemi 
ilə  ciddi  məşğul  olmağa  başlayan  Yelizaveta  Petrovna  ictimai  rəyi  nəzərə  alaraq 
alman  kolonistlərinin  Rusiyaya  köçürülməsi  təklifindən  imtina  etmiş,  ölkəyə 
Osmanlı imperiyası ərazilərində yaşayan xristian dininə aid xalqların  — serblərin, 
moldavanların,  yunanların,  ermənilərin  və  başqalarının  köçürülməsinə  daha  çox 
üstünlük  vermişdi.  Yelizaveta  Petrovnanın  köçürmə  siyasəti  əməli  bir  nəticə 
vermədi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə