Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   73   74   75   76   77   78   79   80   ...   95

157 
 
sıxışdırılmasının əleyhinə çıxır, almanları regionun başqa yerlərində — azad torpaq 
sahələrinin mövcud olduğu ərazilərdə yerləşdirilməsini tələb edirdilər. 
Qeyd etmək lazımdır ki, bu mübarizə, bəzən öz nəticəsini verirdi. Məsələn, 
Tiflisdən 12 km aralıda  yaranan, ilk əvvəl  «12  Apostol», sonra isə Petersdorf adı 
ilə  tanınan  koloniya  yerli  —  gürcü  əhalisi  ilə  uzun  sürən  çəkişmələrdən  sonra, 
1820-ci  ildə  ərazini  tərk  etməyə  və  Marinenfeld  koloniyasına  qatılmağa  məcbur 
oldu.
102
 
Gürcüstanda  yaşayan  almanların  əksəriyyəti  üzümçülüklə,  şərabçılıqla 
məşğul olurdular və onların gürcülərlə təsərrüfat sahəsində  münasibətləri bu sahə 
ətrafında  qurulurdu.  Məsələn,  almanlar  məskunlaşdıqları  ilk  illər  üzümçülükdə 
əməli nailiyyətlər əldə edə bilmirdilər. Bunun əsas səbəbi kolonistlərin yerli iqlim 
şəraitini, məhsulu məhv edən müxtəlif xəstəliklərin mənşəyini və onlarla mübarizə 
metodlarını  bilməməsi  idi.  Gürcü  üzümçülərin  köməyi  vasitəsilə  almanlar  mis 
kuporosu tətbiq edərək üzümlükləri bir sıra xəstəliklərdən qoruya bildilər. Alman 
üzümçüləri əsasən  -  şaltraube, rundveys, izabella,  muskat  kimi gətirilmə  sortların 
becərilməsi  ilə  məşğul  olurdular.  Yeni  iqlim  və  torpaq  şəraitində  yerli  sortların 
becərilməsi məhsuldarlığı daha da artıra bilərdi. Yerli əhalidən götürülən tarkveri, 
Təbriz,  rkatsiteli  kimi  üzüm  çubuqları  tezliklə,  3-4  ildən  sonra  məhsul  verməyə 
başladı,  almanların  gəlirinin  artmasını    və  rifah  halının  yaxşılaşdırılmasını  təmin 
etdi.
103
 
Almanlarla ermənilər arasında tamam fərqli münasibətlər formalaşmışdı və 
onların qarşılıqlı təması 1821-ci ildən, yəni Bazel missionerləri Azərbaycanın Şuşa 
şəhərində  qərarlaşdıqdan  sonra  başladı.
104
  Əvvəlki  fəsillərdə  qeyd  etmişik  ki,  çar 
hökuməti  missionerlər  qarşısında  bütpərəstlər,  müsəlmanlar,  yəhudilər  arasında 
xristianlığın  yayılması  vəzifəsini  qoymuşdu.  Bazel  missionerlərinin  qeyri-xristian 
əhali arasında  13 illik  missionerlik fəaliyyəti əməli nəticə  vermədi,  əksinə, başqa 
xristian cərəyanlarının tərəfdarlarının, əsasən də erməni gənclərinin protestantizmə 
meyili  müşahidə  olunurdu.  Şimali  Qafqazın  pravoslav  əhalisi  arasında  da 
protestantizmi qəbul edənlərə rast gəlinirdi. 
Bazel  missionerlərinin  Rusiyanın  dövlət  maraqlarına  zidd  fəaliyyətini 
nəzərə  alaraq  çar  I  Nikolay  26  iyun  1836-cı  il  fərmanı  ilə  Rusiya  ərazisində 
missionerliyi qadağan etdi və missionerlər Qafqazı tərk etməli oldular. 
Bazel  missionerlərinin  fəaliyyəti  dayandırılsa  da  onların  işini  lüteranlığı 
qəbul  etmiş  erməni  mənşəli  Rusiya  təbəələri  davam  etdirirdilər.  Belə  şəxslərdən 
biri  alman  missionerlərinin  köməyi  ilə  Estlandiyada  təhsil  alan  və  1841-ci  ildə 
Şamaxıda  erməni  uşaqları  üçün  yevangelist-lüteran  məktəbi  təşkil  edən  Sarkis 
Ambarsumyan  olmuşdur.  Ermənilər  arasında  lüteranlığın  yayılması  erməni-
qriqoryan  kilsəsinin  narazılığına  səbəb  oldu:  erməni  kilsə  xadimlərinin  fikrincə, 
S.Ambarsumyan  və  onun  tərəfdaşları  ermənilər  arasında  lüteranlığı  yaymaqla 
erməni  xalqının  parçalanması  üçün  şərait  yaradırdılar.  XIX  əsrin  20-ci  illərindən 
ermənilər arasında  lüteranlığın   təbliği çox böyük  miqyasda  olmasa da,  müəyyən 


158 
 
dövrdən  sonra  öz  nəticələrini  vermişdi  —  1888-ci  ilə  olan  statistik  məlumatlara 
görə  Qafqazda  artıq  lüteranlığı  qəbul  etmiş  ermənilərin  sayı  284  nəfər  təşkil 
edirdi.
105 
Erməni lüteranlar, əsasən Şamaxıda, Aleksandropolda (indiki  — Gümrü 
şəhəri) və Bakıda yaşayırdılar. XIX əsrin 70-ci illərindən başlayaraq Rusiya rəsmi 
dairələrində ermənilər  arasında lüteranlığın yayılmasına mənfi münasibət dəyişdi 
və  hətta  Qafqazdakı  adda-budda  erməni-lüteran  icmaları      Rusiya  lüteran-
yevangelist kilsəsinin himayəsinə qəbul edildilər. 
Ermənilərin  Bazel  missionerləri  ilə  yaxınlaşmasında,  lüteranlığın  qəbul 
edilməsində  öz  siyasi  məqsədləri  var  idi.  Əvvəl  ayrı-ayrı  şəxslər  tərəfindən  başa 
düşülərək  lüteranlığa  atılan  addım  müəyyən  dövrdən  sonra  geniş  erməni  kütləsi 
tərəfindən  anlaşılmağa  başladı.  Bu  dəyişiklik  onunla  bağlı  idi  ki,  1879-cu  ilin 
Berlin konfransından sonra bəzi Avropa ölkələrinin xarici siyasətində dəyişikliklər 
baş  verdi.  Rusiya  və  bir  sıra  Qərb  ölkələri  «Şərq  məsələsi»nin  həllində  «erməni 
kartı»ndan  istifadə  etməyə  başladılar.  Hətta  Rusiyanın  rəsmi  dairələri  erməni 
əhalisi  arasında  lüteranlığı  yaymaqla  qondarma  «erməni  məsələsi»nin  həllində 
Almaniyanın  dəstəyini  qazanmaq  niyyəti  güdürdülər.  Almaniyanın  ermənilərlə 
təması yalnız dini-mədəni sahəni əhatə edirdi. 
Məsələn, 1897-ci ildə Türkiyədə «Ermənilərə yardım üçün  Alman  ittifaqı»   
adlı  missioner  təşkilatı  fəaliyyətə başlamışdı. Bu təşkilat erməni əhalisi arasında 
lüteranlığın  təbliği  ilə  və  xeyriyyəçiliklə  məşğul  olur,  heç  bir  halda  siyasətə 
qarışmırdı.  Təbii  ki,  XX  əsrin  əvvəllərində  Osmanlı  imperiyası  ilə  Almaniya 
arasında  çox  sıx  əlaqələr  mövcud  idi.  Almaniya  İngiltərə,  Rusiya  kimi  aparıcı 
dövlətlərdən 
fərqli 
olaraq, 
Osmanlı 
imperiyasının 
zəifləməsində 
və 
parçalanmasında maraqlı deyildi. 
Almaniyanın  Türkiyə  erməniləri  arasında  yalnız  missionerliklə  məşğul 
olması, Türkiyəyə  «erməni  məsələsi»  ilə bağlı heç bir siyasi təzyiq göstərməməsi 
erməni  millətçilərini  qıcıqlandırırdı.  Əsasən  də  erməni-qriqoryan  kilsəsinin 
rəhbərləri  Almaniyanın  «Şərq  siyasəti»ndən  çox  narazı  idilər,  çünki  ermənilər 
arasında  lüteranlığın  yayılmasına  göz  yummaqla  Almaniyanın  «erməni 
məsələsi»ndə  mövqeyinin  ermənilərin  xeyrinə  dəyişməsinə  ümid  edirdilər. 
Almaniyada  «erməni  məsələsi»  heç  vaxt  populyar  olmamışdır.  Almaniyalı 
siyasətçilər  yaxşı başa  düşürdülər  ki,  ermənilər lüteranlığı  qəbul etməklə  nə  kimi 
siyasi  məqsədlər  güdürdülər  və  dırnaqarası  «erməni  milli  hərəkatının»  arxasında 
Rusiyanın Şərqi Anadolunu ələ keçirmək planları durur. 
Hətta  erməni  lobbisinin  səyləri  nəticəsində  bu  problem  imperator  II 
Vilhelmin  özünə  şəxsən  bildirilmişdi  və  imperator  diplomatik  şəkildə 
«ermənisevər»  siyasətçilərə  rədd  cavabı  vermişdi.
106
  Bütün  bunların  fonunda 
erməni əhalisində alman kolonistlərinə qarşı soyuq münasibətlər formalaşırdı. 
Ermənilərin  almanlara  mənfi  münasibətində  başqa  bir  səbəb  iqtisadi 
amillərlə bağlı idi. XIX əsrin II yarısında kənd təsərrüfatında kapitalizmin inkişafı 
istehsalın daha çox bazar tələbləri üçün işləməsinə gətirib çıxardı. Alman-kolonist 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə