Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   69   70   71   72   73   74   75   76   ...   95

149 
 
Qafqazın yerli əhalisi və bu regiona miqrant kimi gəlmiş başqa etnoslarla qarşılıqlı 
münasibəti məsələləri böyük maraq doğurur. 
Cənubi  Qafqaz  almanlarının  tarixşünaslığında  alman  kolonistlərinin  yerli 
xalqlarla  qarşılıqlı  münasibəti  məsələlərinə  səthi  şəkildə  toxunulmuş,  bu 
münasibətlərin  dərin  hərtərəfli  təhlili  verilməmişdir.  Bu  günə  qədər  baxdığımız
 
məsələyə həsr olunmuş heç bir xüsusi tədqiqat işi yazılmamışdır. 
Qeyd  etmək  lazımdır  ki,  Cənubi  Qafqaz  xalqları  ilə  alman  kolonistləri 
arasında münasibətlərə dair fraqmentar məlumatlar ilk olaraq XVIII əsrin sonu — 
XIX  əsrin  əvvəlləri  Qafqaza  səyahət  etmiş  alman  mənşəli  alimlərin  əsərlərində   
əks    olunmuşdur.    S.Q.Qmelin,    İ.A.Güldenstedt, G.Y.Klaprot Qafqaza səyahət 
edərək  bu  region  haqqında  iqtisadi,  mədəni,  etnoqrafik  material    toplamış, 
Qafqazın  etnik  xəritəsi  barədə  qiymətli  qeydlər  aparmışlar.
71
  Kolonistlərin  xatirə 
xarakterli  əsərlərində,  oçerklərində,  müxtəlif  epistolyar  materiallarında  Qafqaz 
xalqları  ilə  alman  kolonistlərinin  qarşılıqlı  münasibəti  haqqında  çox  dəyərli 
məlumatlara  rast  gəlinir.  Ancaq  bütün  bu  adı  çəkilən  mənbələrdə  Cənubi  Qafqaz 
əhalisinə onun  mədəniyyətinə bir qədər subyektiv yanaşma nəzərə çarpır ki, bu da 
bizim  fikrimizcə,  almanlarda  və  ümumən  Avropa      xalqlarında  Şərq  haqqında, 
burada yaşayan xalqlar haqqında formalaşan stereotiplərlə bağlıdır. 
Çar  Rusiyası  dövründə  yazılan  əsərlərdə  də  Qafqaz  xalqları  və  eləcə  də 
almanlar  haqqında  mənfi,  bəzən  təhqiredici  rəylərə  rast  gəlirik.  Bu  baxımdan 
«Qafqaz» qəzetində çap edilən məqalələr daha səciyyəvidir. 
Alman  kolonistləri  ilə  yerli  Qafqaz  xalqlarının  qarşılıqlı  münasibəti 
haqqında  «Qafqaz»  qəzetində  dərc  olunan  P.Dzyubenkonun  məqaləsi,  xüsusən 
diqqətəlayiqdir.
72
  Müəllif  tatarların  (azərbaycanlıların)  və  ermənilərin  alman 
kolonistlərinə mənfi münasibətindən yazır və məqalədən belə nəticə çıxarmaq olar 
ki,  bu  cür  münasibətin  formalaşmasında  yerli  əhaliyə  nisbətən,  kolonistlər  üçün 
daha  əlverişli
 
iqtisadi  şəraitin  yaradılması  ilə  yanaşı,  həm  də  almanların  milli 
mentalitetindən  irəli  gələn  amillərin  böyük  rolu  vardır.  P.Dzyubenko  almanların 
ifrat  amansızlığından  yazaraq  vurğulayır  ki,  alman  kolonisti  «bir  salxım  üzümə 
görə  adam  öldürə  bilər.  46-cı  draqun  alayının  əsgəri  məhz  belə  öldürülmüşdür, 
varlı alman Forer isə Yelenendorf koloniyasında tatarı (azərbaycanlını—İ.A.) qətlə 
yetirmişdi.  Bizim  almanımız  ifrat  dərəcədə  kobuddur,  qapalıdır  və  ətraf  əhali 
arasında hörmət sahibi deyil».
73
 Bu mənada almanların və duxoborların yerli əhali 
ilə  daha  yaxşı  münasibətdə  olduğunu  vurğulayan  müəllif,  Yermolovun  tatarların 
almanlara  nifrət  etməsi  haqqında  1826-cı  ildə  söylədikləri  ilə  həmrəyliyini 
bildirərək  qeyd  edir  ki,  yerli  əhalinin  almanlara  düşmən  münasibətinin  səbəbi 
onların  kolonistlər  tərəfindən  istismar  olunması,  eyni  zamanda  kolonistlərin   
müxtəlif mükəlləfiyyətlərdən azad edilməsi idi. 
XIX  əsrin  90-cı  illərində  Rusiya  ictimai  fikrində  Qafqazda  aparılan  daxili 
siyasətin  mahiyyəti  müzakirə  obyektinə  çevrilir.  Bir  çox  publisistlər,  tarixçilər  və 
sair 
ziyalı 
təbəqəsinin 
nümayəndələri 
Qafqazda 
xarici 
miqrantların 


150 
 
yerləşdirilməsinin,  əsasən  də  alman  və  erməni  mənşəli  mühacirlərin 
yerləşdirilməsinin səhv addım olduğunu söyləyirlər. Onların fikrincə, Qafqazda rus 
əhalisinin  yerləşdirilməsi  dövlət  siyasəti  nöqteyi-nəzərindən  daha  məqsədəuyğun 
olardı.  Yerli  mətbuat,  əsasən  Osmanlı  imperiyası  və  İrandan  ermənilərin  Cənubi 
Qafqaza  köçürülməsini,  onların  sayının  bu  regionda  artmasını  dövlət  maraqları 
üçün  gələcəkdə    təhlükə    yarada  biləcək    amil    kimi    qiymətləndirirdi.  Məsələn, 
«Qafqaz» qəzeti 1894-cü ildə yazırdı ki, rus elementi Qafqazda zəif   olduğu üçün 
Rusiyanın burada yaşayan əhaliyə təsiretmə imkanları məhduddur. Qeyd olunurdu 
ki, İrəvan quberniyasında 4 min rus yaşadığı halda, ermənilərin sayı artıq 40 mini 
keçib,  hansılar  ki,  burada  aborigen  əhali  deyil,  1850-ci  illərdə  Osmanlı 
imperiyasından  köçüb  gəlmişlər.  Qəzet  Qafqaza  rus  əhalisinin  köçürülməsini 
məqsədəuyğun  sayırdı,  çünki  «rus  kəndliləri  ermənilərdən  əməksevər  və 
mədənidirlər».
74
 
1896—1899-cu illərdə «Qafqaz» qəzetinin redaktoru olmuş V.L.Veliçko da 
almanlar  haqqında  mənfi  fikrini  açıqlayaraq  yazırdı  ki,  «almanların  köçürülməsi 
(Qafqaza  –  İ.A.)  hökumətin  ümidlərini  doğrultmadı.  Belə  ki,  alman  koloniyaları 
xəzinənin  və  yerli  əhalinin  hesabına  varlansa  da,  sonuncular  üçün  yaxşı  heç  nə 
gətirmədilər, əksinə, onları öz nökərlərinə çevirdilər.»
75
 
V.L.Veliçkonun  fikri  o  fakta  əsaslanırdı  ki,  XIX  əsrin  II  yarısında  alman 
kolonistlərinin təsərrüfatlarında geniş şəkildə muzdlu əməyindən istifadə olunurdu. 
Elə kolonist təsərrüfatları var idi ki, onlar yalnız muzdlu işçilərin hesabına mövcud 
idi. Muzdlu işçilər müxtəlif xalqlardan olurdular:  onların arasında azərbaycanlılar,  
gürcülər, ermənilər, aysorlar, kürdlər, farslar, ruslara və s. rast gəlmək olardı.  Ev 
təsərrüfatı  işlərini  yerinə  yetirmək  üçün  kolonistlər  daha  çox  azərbaycanlıların 
əməyindən  istifadə  edirdilər.  Torpaq  və  bağlarda  qulluq  məqsədilə  kolonistlər 
müvəqqəti muzdlu işçi qüvvəsindən istifadə edirdilər ki, onlar, əsasən koloniyada 
almanlarla birgə yaşayırdılar. 
Kolonistlərlə  muzdlu  işçilər  arasında  işçi  münasibətləri  mövcud  idi.  Şəxsi 
dostluq və yaxud qarşılıqlı bağlılıq haqqında  söhbət  belə   gedə  bilməzdi. Hətta 
bəzi  kolonistlər  muzdlu  işçilərlə  özlərini  çox  amansızcasına  aparırdılar.  Məsələn, 
«Qafqaz»  qəzeti  1880-ci  il  219  saylı  nömrəsində  iki  azərbaycanlının  alman 
tərəfindən muzdlu işə götürülməsindən və onların almanlar tərəfindən aldadılaraq 
razılaşmadan əlavə istismar olunması  faktından yazırdı.
76
  Qəzetin  yazdığına  görə, 
öz  haqlarını  tələb  edən  azərbaycanlı  işçilərə  qarşı  kolonistlər  fiziki  təzyiq 
göstərmiş, onlara işgəncə verərək müxtəlif bədən xəsarətləri yetirmişlər. 
Alman  kolonistlərinin  törətdiyi  bu  qanunsuzluq  haqqında,  hətta  Sankt-
Peterburqda nəşr edilən «Nedelya» qəzeti də məlumat vermişdi.
77
 
Ayrı-ayrı alman sahibkarların  muzdlu və  xüsusən də  müsəlman dininə aid 
işçilərlə  qeyri-bərabər  davranışı  çar  hökumətinin  apardığı  milli  siyasətin  nəticəsi 
idi.  Məsələn,  1857-ci  ildə  qəbul  olunmuş  «Rusiya  imperiyasındakı  xarici 
koloniyalar haqqında Nizamnamə»yə nəzər salsaq, görərik ki, burada kolonistlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə