Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   70   71   72   73   74   75   76   77   ...   95

151 
 
ətraf  xalqlarla  münasibətlərini  təyin  edən  maddələr  vardır.
78
  Məsələn,  168-ci 
maddəyə əsasən, alman kolonistlərinə yerli Qafqaz xalqlarının nümayəndələrindən 
köləliyə  satın  almaq  hüququ  verilmişdi.
79 
Nizamnamədə  göstərilirdi  ki,  xristian 
xalqların—gürcü,  erməni  və  yaxud  rusların  köləlikdə  saxlanılması  qadağandır. 
Kolonist  yalnız  müsəlman  və  yaxud  bütpərəstlərdən  köləliyə  işçi  ala  bilərdi. 
Köləliyin  müddəti  7  ildən  artıq  ola  bilməzdi.  Əgər  köləliyə  satılan  16  yaşa 
çatmamışsa,  o,  23  yaşı  tamam  olana  qədər  öz  sahibinə  xidmət  etməli  idi.  Əgər 
köləliyə  satılan  kolonistin  onu  aldığı  zaman  verdiyi  məbləği  ödəyə  bilərdisə 
azadlıq  əldə  edə  bilərdi.  Kölənin  bir  kolonist  tərəfindən  başqasına  satılması 
qadağan olunurdu. Kölədən doğulan uşaq azad sayılırdı. Köləlikdən azad olan öz 
ailəsi ilə  birlikdə,  koloniyada  məskunlaşıb  yaşaya  bilərdi  və  təbii ki, bunun  üçün 
koloniya üzvlərinin ümumi razılığı olmalıydı. Alman koloniyalarının tarixində belə 
sonluğa çox nadir hallarda rast gəlinirdi.
80
 
1857-ci  il  «Nizamnaməsi»nin  399-cu  maddəsində  kolonistlərə  «bütün 
qonşularla  mehriban  və  dostcasına  davranmaq,  onlarla  torpaq  məsələlərində 
münaqişə etməmək, hər hansı bir kobudluqdan çəkinmək» tövsiyə edilsə də, faktiki 
olaraq  168-ci  maddəyə  əsasən,  müsəlman  əhaliyə  qarşı  hər  hansı  özbaşınalığın 
törədilməsi  üçün  şərait  yaradılırdı.  XIX  əsrin  II  yarısında  dövri  mətbuatda 
almanların  yerli  müsəlman  əhali  ilə  amansız  davranışı  haqqında  yazılar  dərc 
olunurdu.  Məsələn,  1880-ci  ilin  avqust  nömrələrinin  birində  «Qafqaz»  qəzeti 
Yelenendorf  koloniyasında  baş  verən  bir  neçə  hadisəni  işıqlandırmışdı.  Bu 
məqalədə  alman kolonisti Manuel  Frikin şüurlu şəkildə  azərbaycanlı  yeniyetməni 
at arabası ilə tapdalamasından, onun valideynlərinin kolonist tərəfindən döyülərək 
təhqir edilməsindən bəhs olunur.
81
 
XX əsrin əvvəllərində P.Basixin almanları xarakterizə edərək yazırdı: onlar 
öz  vətənlərini  və  yaşayış  tərzini  əhəmiyyətsiz  dəyişikliklər  etməklə,  yeni-rus 
şəraitinə gətirdilər. Kolonistlərdə öz milli dəyərlərinə dərin məhəbbət olduğu üçün 
başqa millətlərə qarşı dözülməzdirlər». 
82
 
XX  əsrin  əvvəllərində  başqa  bir  müəllif,  Y.Abramov  Cənubi  Qafqaz 
almanları haqqında yazırdı ki, almanlar «onları əhatə edən əhaliyə heç bir mədəni 
təsir  göstərməmişlər.  Özlərindən  razı,  hər  şeydən  şübhələnən,  təkəbbürlü,  başqa 
millətin nümayəndələrinə hansısa aşağı bir təbəqə kimi, yuxarıdan aşağı baxırdılar, 
ən zəruri hallardan savayı onlarla heç bir ünsiyyətə girmirdilər».
83
 
Şübhəsiz, «Qafqaz» qəzetində dərc olunan bu yazıların obyektiv əsası vardı. 
XIX  əsrin  I  yarısında  almanlar  lüteranlıq  ideyalarının  sadiq  daşıyıcıları  kimi  var-
dövlətə, sələmçiliyə biganə yanaşır, zəngin yaşamağı,  başqalarını istismar etməyi 
günah sayırdılar. Kapitalizmin inkişafı kolonistlərin şüurunda əsaslı dəyişikliklərə 
gətirdi və bu dəyişikliklər, nəinki koloniyadaxili həyata, həm də kolonistlərin yerli 
əhali  ilə  münasibətlərinə  böyük  təsir  etdi.    Bununla  yanaşı,  bir  faktı  da  yaddan 
çıxarmaq  olmaz  ki,  mətbuatda  almanlara  qarşı  ifşa  xarakterli  məqalələrin  dərc 
olunması  Rusiya  imperiyasında  «alman  elementi»nə  qarşı  başlanan  ümumi 


152 
 
kampaniyanın  nəticəsi  idi.  Yəni,  almanlarla  yerli  əhali  arasında  münaqişələr 
əvvəlki dövrlərdə də baş verirdi, lakin bu məsələnin mətbuata çıxarılması təbii ki, 
siyasi  xarakter  daşıyırdı  və  rəsmi  hökumət  orqanlarının  birbaşa  dəstəyi  ilə  həyata 
keçirilirdi. 
XIX əsrin 80-ci illərindən 1917-ci ilə qədər Rusiyada  nəşr edilən əsərlərin 
böyük əksəriyyətində almanlar «amansız», «qaniçici», «təkəbbürlü», ətraf xalqlara 
həqarətlə  yanaşan  kimi  göstərilmişdir  ki,  bu  da  həmin  dövrdə  çarizmin  apardığı 
«alman  elementinin  məhdudlaşdırılması»,  «alman  zülmünə  qarşı  mübarizə» 
siyasətinin,  imperiyada  aparılan  antialman  təbliğatının  nəticəsi  idi.  Çar  hökuməti 
almanların  onları  əhatə  edən  xalqlarla  münasibətlərini  çərçivəyə  salmağa, 
almanları  təcridolunmuş  şəkildə  saxlamağa  çalışsa  da,  qarşılıqlı  mədəni,  iqtisadi 
əlaqələr mövcud idi və bu baxımdan kolonistlərlə Qafqaz xalqları arasında mövcud 
olan həqiqi münasibətlər böyük maraq doğurur. 
Qeyd  etmişik  ki,  Qafqazda  yaranan  alman  koloniyalarının  əhəmiyyətli 
hissəsi  tarixən  azərbaycanlıların  məskunlaşdığı  ərazilərdə  yaranmışdı  və  çar 
hökumət dairələrinin  məhdudiyyətlərinə  baxmayaraq, almanlar  və  azərbaycanlılar 
arasında iqtisadi, mədəni əlaqələr formalaşmışdı. 
Almanların  azərbaycanlılarla  münasibəti  məsələsinə  bir  sıra  əsərlərdə 
toxunulub və verilən qiymətlər bitərəfliliyi ilə seçilir. Məsələn, Almaniyalı tarixçi 
Eva  Mariya  Aux  Cənubi Qafqaz almanlarının  tarixinə  həsr etdiyi əsərlərində  100 
illik  azərbaycanlı-alman  qarşılıqlı      münasibətlərinə  ümumi  qiymət  verərək  qeyd 
edir  ki,  «XX  əsrin  əvvəllərinə  kimi  alman  kolonistlərinin  həyati  məsələsi 
müsəlman  əhalisinin  koloniyalara  basqınlarının    qarşısının        alınması  olub»
84

Yaxud  Azərbaycanda  çap  olunmuş  bir  sıra  əsərlərdə  azərbaycanlı-alman 
münasibətlərinə aydınlıq gətirilmir. Demək olar ki, onların hamısında müəlliflər bu 
münasibətlərə  sistemli  yanaşmamışlar.  Bu  baxımdan  T.Axundovanın  mövqeyi 
daha  səciyyəvidir.  Müəllif  öz  monoqrafiyasında  etnik  münasibətlər  məsələsinə 
toxunur və qeyd edir ki, almanlar təcridolunmuş vəziyyətdə yaşayırdılar və əsərin 
bir  sıra  yerlərində  azərbaycanlılarla  mövcud  münasibətlərin  konflikt  xarakterli 
olması söylənilir
85
. Əsərdə 1826-cı il Gəncə üsyanı ilə bağlı çətin sosial vəziyyətə 
düşmüş kolonistlərin yerli əhalinin   evlərində yerləşdirilməsi və bir neçə ay burada 
yaşadıqları haqqında məlumat verən müəllif  «yerli əhali» dedikdə, konkret olaraq 
kimləri  nəzərdə  tutduğuna  aydınlıq  gətirməmişdir.  Bu  çox  prinsipial  məsələdir, 
çünki  bir  sıra  müəlliflər,  kolonistlərin  yaxşı  münasibətdə  olduğu  «yerli  əhali» 
dedikdə,  erməniləri  nəzərdə  tuturlar.  Tədqiqatçı    T.Hümbətova    öz    kitabında  
almanların  Yelizavetpolda  «yerli  əhali»nin  evində  sığınacaq  tapmasını  belə  şərh 
edir:  «9  noyabr  1826-cı  il  tarixdə  Yelenendorf  koloniyası  düşmən  tərəfindən 
darmadağın edildi. Onlardan 70 nəfər öldürüldü, 150 nəfər əsir düşdü. Qalanları isə 
Yelizavetpola  qaçdı  və  erməni  əhalisinin  yanında  sığınacaq  tapdı».
86
 
T.Hümbətovanın  fikrincə,  yerli  əhali  —  yəni  azərbaycanlılar  ruslara,  Rusiyaya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə