Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   72   73   74   75   76   77   78   79   ...   95

155 
 
sahiblərinə,  ordudan  yayınanlara,  keçmiş  cinayətkarlara,  müxtəlif  xroniki 
xəstəliklərə tutulanlara rast gəlmək olardı. 
İlk yaşayış evlərini də almanlar azərbaycanlıların köməyi ilə tikmişdilər ki, 
onun  yarısı  torpaqda  yerləşirdi.  Bu  cür  yaşayış  evini  almanlar  russayağı 
«zemlyanka»  və  yaxud  azərbaycanca  «yurt»  adlandırırdılar.  Sonralar,  XIX  əsrin 
ikinci  yarısında  almanlar  qotika  stilində  daş  evlər  tikəndə  də,  yerli  memarlıq 
elementlərindən də istifadə edirdilər
94

Yeni  coğrafi  şəraitdə  düzgün  qidalanma  böyük  əhəmiyyət  kəsb  edirdi  və 
təbii ki, yüzillərin sınağından çıxmış yerli mətbəx bu baxımdan daha rasional idi. 
Almanlar  azərbaycanlılarla  ünsiyyət  qurdular,  Azərbaycan  milli  xörəklərini 
hazırlamağın  sirlərini  öyrəndilər.  «Dolma»,  «bozbaş»,  «lülə-kabab»,  «aş»  və  sair 
Azərbaycan milli yeməkləri alman əhalisinin gündəlik qida rasionuna daxil oldu
95

Baxmayaraq  ki,  1865-ci  ildə  Todan  kəndində  yaşayan  almanlar  İsveçrə 
pendiri  hazırlayıb  bütün  Cənubi  Qafqazı  bu  məhsulla  təchiz  edirdilər,  özləri 
hazırlama  texnologiyasını  azərbaycanlılardan  öyrəndikləri  «motal-pendirə»  daha 
çox üstünlük verirdilər. 
Çar  hökumət  orqanları  məskunlaşmanın  ilk  illərində  alman  və 
azərbaycanlıların  yaxın  təmasda  olmasını  arzulayırdı.  Bunun  əsas  səbəbi,  bizim 
fikrimizcə,  xiliaizm  ideyalarının  yerli  əhali  arasında  yayılmasının  qarşısını almaq 
məqsədi  idi.  Bundan  başqa,  hökumət  dairələri  yerli  əhalinin  almanlara  «mənfi» 
təsir  göstərəcəyindən  ehtiyatlanırdı.  Almanların  uzun  illər  təcrid  olunmuş  şəkildə 
yaşamaları  heç  də  onların  yerli  xalqın  mədəniyyətinə  «yuxarıdan  aşağı  baxma» 
kimi  qiymətləndirilməməlidir.  Sadəcə  olaraq,  təcrid  halda  yaşamaq  və  fəaliyyət 
göstərmək  —  bu  rəsmi  dairələrin  apardığı  siyasətin  nəticəsi  idi.  Bu  fikrin 
doğruluğuna  şübhə  qalmaması  üçün  1857-ci  ildə  qəbul  edilmiş  «İmperiyadakı 
xarici  koloniyaların  Nizamnaməsi»nə  diqqət  yetirmək  çox  vacibdir
96
.  Bu 
Nizamnamədə  alman  koloniyalarının  daxili  həyatının  bütün  məsələləri  öz  əksini 
tapmışdı. Qaydalar o qədər sərt idi ki, kolonist Şultsun icazəsi olmadan koloniyanı 
tərk edə bilməzdi. Ailə və məişət məsələlərində ciddi olmaq, yeni tanışlıq əlaqələri 
qurmamaq, özgələrlə ünsiyyətə girməmək və s. kimi qadağalar mövcud idi. 
XIX  əsrin  ikinci  yarısında  almanlar  yavaş-yavaş  təcrid  olmadan  yaxa 
qurtarmağa  başladılar.  Bu  onunla  izah  olunur  ki,  1871-ci  il  çar  II  Aleksandrın 
fərmanı ilə Cənubi Qafqazda yaşayan bütün kolonistlər ümumi idarəetmə sisteminə 
tabe  etdirildilər  və  «kolonist»  statusunu  itirərək  kəndlilərlə  eyniləşdirildilər.
97
 
Faktiki  olaraq  koloniya  hələ  də  bir  vahid  kimi  saxlansa  da,  artıq  əvvəlki 
koloniyadaxili sərt qaydalar bir  qədər yüngülləşmişdi. 
Alman-azərbaycanlı münasibətlərinin dərinləşməsinə xidmət edən ikinci bir 
faktor  -  bu  Rusiyada  1860-1870-ci  illər  burjua  islahatlarından  sonra  kapitalist 
münasibətlərinin  inkişafıdır.  Həyatın  tələbindən  irəli  gələn  iqtisadi  inteqrasiya 
prosesləri  hər  iki  xalqın  yaxınlaşmasına,  onlar  arasında  mədəni  əməkdaşlığın 
intensivləşməsinə  təkan  verdi.  İqtisadi  sahədəki  yeniliklər  alman  və 


156 
 
azərbaycanlıların  daha  tez-tez  işbirliyi  qurmasını,  əlaqə  yaratmasını  tələb  edirdi. 
Xalqlar  arasında  əlaqələrin  genişlənməsi,  birinci  növbədə  alman  əhalisinin 
leksikonunda  əhəmiyyətli  izlər  buraxdı.  XIX  əsrin  ikinci  yarısında  və  XX  əsrin 
əvvəllərində  Cənubi  Qafqaz  almanlarının  dilində  bir  çox  Azərbaycan  sözləri  — 
«usta»,  «kəhriz»,  «bazar»,  «karvan»,  «fayton»,  «pendir»,  «lavaş»,  «lülə-kabab», 
«bozbaş», «plov», «dolma» və s. kimi sözlər ümumişlək sözlərə çevrilmişdilər
98
 
Koloniyalarda  əsas  ünsiyyət  vasitəsi  alman  dili  olsa  da,  kolonistlərin  35% 
rus  dilində  yazmağı  və  oxumağı  bacarırdılar.  Azərbaycanlılar  arasında  rus  dili 
bilənlər  cəmi  10%  təşkil  edirdi
99
.  Bu  səbəbdən  almanlar  azərbaycanlılarla 
ünsiyyətdə tərcüməçilərin xidmətindən istifadə edirdilər. 
XIX  əsrin  sonlarına  və  XX  əsrin  əvvəllərinə  aid  mənbələrdə  almanların 
Azərbaycan dilini mükəmməl bilmələri haqda məlumatlara rast gəlinir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  almanların  Cənubi  Qafqazda  ilk 
məskunlaşması  Gürcüstan  ərazisindən  başladı  və  bu  regionda  yaranan  26 
koloniyadan  17-si  Gürcüstan  ərazisində  salınmışdı.
100
  Gürcülərin  alman 
kolonistləri ilə münasibəti məsələsinə gəldikdə, qeyd etməliyik ki, alman əhalisi ilə 
gürcülər arasında münasibətlər hələ XVIII əsrin sonlarından qurulmağa başlamışdı. 
Məlumdur  ki,  II  Yekaterinanın  fərmanına  əsasən,  1783-cü  ildən  etibarən  Rusiya 
imperiyasının  roma-katolik  kilsələrinə  Papa  bullasını  və  onun  adından  müraciət, 
ianə qəbul etmək qadağan olmuşdur. Rusiya imperiyası «öz Romasını» -Mogilyov 
katolik  mərkəzini  yaratmışdı  ki,  ona  da  arxiyepiskop  başçılıq  edirdi:  çar 
hökumətinin antikatolik siyasətini bəyənməyən polyak, latış, litva, eston, həmçinin 
alman əhalisinin bəzi təbəqələri mühacirət etməyə məcbur oldular ki, onların da bir 
qismi  XVIII  əsrin  sonlarında  Gürcüstanda  məskunlaşmışdı.  Yuxarıda  qeyd  etdik 
ki,  1817-1818-ci  illərdə  Cənubi  Qafqaza  köçən  kolonistlərin  əksəriyyəti 
Gürcüstanda  və  əsasən  də  Tiflis  şəhəri  ətrafındakı  ərazilərdə  məskunlaşmaq 
istəyirdilər.  Bu  ərazilər  çoxdan  mənimsənilmişdi  və  burada  xarici  mühacirlərin 
yerləşdirilməsi  üçün  boş  torpaq  sahəsi  yox  idi.  Bu  haqda  A.P.Yermolov  Sankt-
Peterburqa  dəfələrlə  məlumat  vermişdi.  Bütün  bunlara  baxmayaraq,  kolonistlər 
mərkəzdən  Gürcüstanda  məskunlaşmaq  hüququ  aldılar

Bu  səbəbdən 
Azərbaycandan fərqli olaraq, alman əhalisinin Gürcüstanda yerləşdirilməsi yerli—
gürcü  əhalisinin  narazılığına  səbəb  oldu.  Noy—Tiflis  koloniyası  gürcü  knyazı 
Amatunun  torpaq  mülklərində  salınmışdı.  Rus  istilasına  qarşı  çıxdığı  üçün  onun 
mülkləri  əlindən  alınsa  da,  bu  torpaqların  hüquqi  vəziyyəti  aydınlaşdırılmamışdı. 
Yelizavettal  koloniyasının  yaranması  yerli  gürcülərlə  gərgin  mübarizə  şəraitində 
baş  vermişdi.  Hətta  mübahisələrin  silahlı  toqquşmalara  çevriləcəyindən  ehtiyat 
edən hökumət orqanları kolonistləri qorumaq üçün 21 əsgər və 6 kazakdan ibarət 
mühafizə dəstəsi yaradaraq Yelizavettala göndərmişdi.
101
 
Gürcü  torpaq  sahiblərinin  alman  məskunlarına  qarşı  mübarizəsi  gürcü 
pravoslav  kilsəsi  tərəfindən  fəal  dəstəklənirdi.  İstər  Noy-Tiflisdə,  istər 
Yelizavettalda,  istərsə  də  Petersdorfda  gürcü  din  xadimləri  gürcü  əhalisinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə