Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   78   79   80   81   82   83   84   85   ...   95

167 
 
təsərrüfat vərdişlərinin aşılanması, regionda xristian xalqlarının sayının artırılması 
kimi  niyyətlərinə  müəyyən  dərəcədə  nail  olsa  da,  kütləvi  alman  məskunlaşması 
XIX  əsrin  70-ci  illərindən  başlayaraq  Rusiya  dövləti  üçün  təhlükə  mənbəyinə 
çevrildi.  Rusiya  hökumətinin  alman  məskunlaşması  ilə  bağlı  narahatçılığının 
obyektiv  əsasları  vardı.  1871-ci  ildə  Almaniyanın  birləşməsi  prosesinin  başa 
çatması, Rusiya ilə Almaniya arasında münasibətlərin kəskinləşməsi, Almaniyanın 
Rusiyaya  qarşı  açıq-aşkar  təcavüzə  hazırlaşması  Rusiya  ictimaiyyətində 
«əməksevər  alman»  haqqında  müsbət  stereotiplərin  dəyişməsinə  səbəb  oldu.  Çar 
hökumətinin  1884,  1887,  1888,  1892,  1895-ci  illərdə  qəbul  etdiyi  qərarlar 
Rusiyanın  sərhəd  zonalarında,  o  cümlədən  Qafqazda  «alman  elementi»nin 
məhdudlaşdırılmasına  yönəlmişdi.  Çarizmin  «antialman»  siyasətinə  pangermanist 
dairələrin  bəyanatları  da  təsir  göstərirdi,  belə  ki,  alman  militaristləri  Rusiyanın 
bölüşdürülməsi  planlarını  cızır,  bu  planların  həyata  keçirilməsində  Rusiyada 
yaşayan 2 mln. almanın aparıcı rol oynayacağını vurğulayırdılar. Şantaj xarakterli 
bu cür açıqlamalar çar hökumətinin alman kolonistlərinə qarşı mövqeyinin daha da 
sərtləşməsinə səbəb olurdu. 
Ancaq  çar  hökumətinin  XIX  əsrin  sonu—XX  əsrin  əvvəllərində  apardığı 
«almanları  məhdudlaşdırma»  siyasəti  heç  bir  əməli  nəticə  vermədi.  Alman 
elementi Rusiyanın iqtisadi həyatına o qədər sıx inteqrasiya olmuşdu ki, yaranmış 
iqtisadi sistemdə istənilən dəyişiklik iqtisadi xaosa gətirib çıxara bilərdi: XIX əsrin 
əvvəllərində  almanlar  sənaye  və  kənd  təsərrüfatına  görə  Rusiya  iqtisadiyyatında 
nəzərəçarpacaq  çəkiyə  malik  idilər.  Bir  faktı  qeyd  etmək  kifayətdir  ki,  XX  əsrin 
əvvəllərində  Rusiya  almanlarının  şəxsi  mülkiyyətində  12  mln.  desyatin  torpaq 
sahəsi vardı. 
Alman əhalisinin iqtisadi sahədə fəaliyyətinin genişlənməsi müxtəlif alman 
torpaqlarından — Baden-Vürtemberq, Şvabiya, Prussiya, Gessen, Bavariya və sair 
ərazilərdən  gəlmiş  mühacirlər  arasında  coğrafi,  etimoloji,  psixoloji  fərqlərin 
silinməsinə,  vahid  «Rusiya  almanları»  anlayışının  formalaşması  üçün  şərait 
yaratdı,  alman  əhalisinin  Qafqazın  yerli  əhalisi  ilə  əlaqələrinin  genişlənməsinə 
müsbət  təsir  etdi.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  alman  kolonistlərinin  Qafqazın 
müxtəlif  xalqları  ilə  qarşılıqlı  münasibətləri  heç  də  eyni  xarakterli  olmamışdır. 
Aparılan  tədqiqatlar  almanlarla  —  çeçenlər,  kabardinlər,  balkarlar,  gürcülər, 
azərbaycanlılar,  ruslar  arasında  münasibətlərdə  müəyyən  problemlərin 
mövcudluğunu  göstərir.  Ancaq  qeyd  edək  ki,  bütün  bu  adı  çəkilən  xalqlarla 
almanlar arasında baş verən münaqişələr çar hökumətinin torpaq, əmlak haqqında 
qanunvericiliyində  mövcud  olan  boşluqlar  ucbatından  yaranırdı.  Əsasən  məişət 
xarakterli  bu  cür  münaqişələr  adı  çəkilən  Qafqaz  xalqları  ilə  alman  kolonistləri 
arasında  simbioz  münasibətlərin  formalaşmasına  xələl  gətirə  bilmədi.  Erməni-
alman münasibətləri üzərində xüsusi olaraq dayanmaq lazımdır. Belə ki, almanlarla 
ermənilər arasında münasibətlər, əksər hallarda məişət çərçivəsindən çıxaraq siyasi 
rəng  alırdı  və  bu  tip  münasibətlərin  əsas  günahkarı  ermənilər,  onların  XIX  əsrin 


168 
 
sonlarından  fəaliyyətə  başlayan  millətçi  partiyaları  idi.  Qondarma  «erməni 
məsələsi»ndə  Almaniyanın  ədalətli  olaraq  erməni  millətçilərini  qınaması,  alman 
kolonistlərinin Qafqazda terror fəaliyyəti ilə məşğul olan erməni quldur dəstələrinə 
müqavimət  göstərməsi  —  bütün  bunların  nəticəsi  kimi  ermənilər  almanlara  qarşı 
düşmənçilik münasibəti bəsləyir, tez-tez onların koloniyalarına basqınlar edirdilər. 
Erməni quldur dəstələrinin alman kolonistlərinə qarşı terrorçu fəaliyyəti çar 
hökumətinin  «antialman»  siyasəti  fonunda  baş  verirdi.  1870-ci  illərdən  başlayan 
«alman məsələsi»nə I Dünya müharibəsi illərində son qoyuldu. 
 
 
 
 


169 
 
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT VƏ MƏNBƏLƏR 
 
GĠRĠġ 
 
1.
 
Кичихин  В.И.  Советские  немцы:  откуда,  куда  и  почему?//Военно-
исторический  журнал, 1990, №8, с.35. 
2.
 
Кичихин  В.И.  Советские  немцы:  откуда,  куда  и  почему?//Военно-
исторический журнал, 1990, №9, с.38. 
3.
 
Плохотнюк  Т.Н.  К  вопросу  о  немецкой  миграции  в  Северо-кавказском 
регионе. //Вестник СГУ, №15, 1998, с.6-15. 
4.
 
Резолюция  Российско-Германской  научной  конференции  «Российские 
немцы  на  Дону,  Кавказе  и  Волге».//Российские  немцы  на  Дону,  Кавказе  и 
Волге.  Материалы  Российско-Германской  научной  конференции.  М.:  1995
с.355; 
5.
 
Кеппен П.И. Этнографическая карта Европейской России. СПб., 1851; его 
же. Об этнографической карте Европейской России. СПб., 1852. 
6.
 
Клаус А. Община, собственник и ее юридическая организация //Вестник 
Европы. 1870, Т.1, с.573-628; его же. Наши колонии. СПб., 1869. 
7.
 
Велицын  А.А.  Немцы  в  России.  Очерки  исторического  развития  и 
настоящего  положения  немецких  колоний  на  Юге  и  Востоке  России.  СПб., 
1893. 
8.
 
Писаревский  Г.Г.  Из  истории  иностранной  колонизации  в  России  в 
XVIII  в.  (по  неизданным  архивным  документам).  М.,  1909;  Шелухин  С.П. 
Немецкая  колонизация  на  юге  России.  Одесса,  1913.  Штах  Я.  Очерки  из 
истории  и  современной  жизни  южнороссийских  колонистов.  М.,  1916; 
Линдеман  К.Е.  Законы  2-го  февраля  и  13  декабря  1915  г.  (об  ограничении 
немецкого  землевладения  в  России)  и  их  влияние  на  экономическое 
состояние Южной России. М., 1916; 
9.
 
Дружинина Е.И. Южная Украина в 1800-1825 гг. М., 1970; ее же. Южная 
Украина  в  период  кризиса  феодализма.  1825-1860  гг.  М.,  1981,  и  др.; 
Малиновский  Л.В.  Социально-экономическая  жизнь  немецкой  деревни  в 
России  (1762-1871  гг.).  Депонирована  в  Институте  научной  информации  по 
общественным  наукам  АН  СССР.  М.,  1982;  его  же.  Социально-
экономическая  жизнь  немецкой  деревни  в  Южной  России.  (1762-1917  гг.)  
Автореф.  докт.  дисс.  Л.,  1986.  Наулко  B.J.  Етнiчний  склад  населеныя 
Украпнськоп  РСР.  Статистико-картографiчне  дослiдженыя.  Киев,  1965;  его 
же.  Развитие  межэтнических  связей  на  Украине.  Киев,  1975;  Бруль  В.И. 
Немцы в Западной Сибири - ч.I. с.Топчиха, 1995; его же. Немцы в Западной 
Сибири.  Ч.II.  с.Топчиха,  1995.  Кулинич  И.М.  Нiмецькi  колонii  на  Украiнi. 
(60-тi роки XVIII ст. - 1917 р.) // Украiнський icторичний журнал. - 1991. № 9. 
с. 18-30; его же. Нiмецькi колонii на Украiнi. ИсторioгРафiя, основнi джерела. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə