Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   77   78   79   80   81   82   83   84   ...   95

165 
 
vəziyyəti,  həm  də  mədəni-mənəvi  həyatda  mövcud  parçalanma,  müxtəlif  xilaist 
təmayüllərin  fəaliyyəti  ilə  izah  olunurdu.  XIX  əsrin  I  yarısında  Qafqaz 
almanlarının əksəriyyəti Qafqaza müvəqqəti yaşayış yeri kimi baxır, gələcəkdə İsa 
Məsihin  gəlişini  qarşılamaq  məqsədilə  Fələstin  ərazilərinə  köçməyi 
planlaşdırırdılar.  Dini  fanatizmin  təsiri  ilə  kolonistlər  arasında  asketizm  yayılır, 
təsərrüfat məsələləri o qədər də önəm daşımırdı. 
XIX  əsrin  II  yarısından  başlayaraq  Qafqaz  almanlarının  həyatında  bir  sıra 
mühüm  dəyişikliklər  baş  verdi.  İlk  növbədə  Şimali  Qafqazın  Kuban,  Don, 
Stavropol,  Terek  ərazilərində  alman  məskunlaşmasının  intensivləşməsini  qeyd 
etmək lazımdır. Bu, ilk növbədə Krım və Qafqaz müharibəsinin başa çatmasından 
sonrakı  dövrdə  Şimali  Qafqazda  gedən  demoqrafik  proseslərin  nəticəsi  idi: 
minlərlə  yerli  Qafqaz  xalqları  çarizmin  işğalçılıq  siyasəti  ilə  barışmayaraq  öz 
torpaqlarını  tərk  edərək  Türkiyəyə  və  sair  ölkələrə  köçməyə  məcbur  oldular. 
Onların  boş  qalmış  torpaqlarına  əsasən  slavyan  mənşəli  xalqlar  köçürülsə  də,  bu 
məskunlaşma prosesində almanlar da fəal iştirak etdilər. 
XIX  əsrin  II  yarısında  Qafqazda  alman  məskunlaşmasının  ən  xarakterik 
cəhəti  —  onun  ölkədaxili  xarakter  daşıması  idi.  Bu  dövrdə  Cənubi  Qafqazda 
yaranan  yeni  koloniyalar  mövcud  koloniyaların  daxili  resursları  hesabına 
yaranmışdılar  və  «törəmə»  koloniya  adlanırdılar.  Şimali  Qafqazda  yaranan 
koloniyaların  böyük  əksəriyyətini  Saratov,  Samara,  Yekaterinoslav,  Tavriya, 
Bessarabiya  və  sair  quberniyalarda  yaşayan,  torpaq  çatışmazlığı  və  başqa  sosial 
problemlərlə üzləşən kolonistlər təşkil edirdilər. 
XIX  əsrin  II  yarısında  Rusiyada  kapitalist  münasibətlərinin  inkişafı 
almanların  kənd  təsərrüfatı  rayonlarında  məskunlaşmasını  intensivləşdirən  əsas 
amillərdən  biri  idi.  Baxdığımız  dövrdə  təkcə  Şimali  Qafqazın  boş  qalmış 
ərazilərində  220  alman  koloniyası  yaranmışdı.  Şimali  Qafqazdan  fərqli  olaraq, 
Cənubi  Qafqazda  əkinə  yararlı  boş  torpaq  sahələri  az  olduğundan  burada  yeni 
alman  koloniyaları  yerli  azərbaycanlı  və  gürcü  kəndlilərinin  torpaqları  hesabına 
yaradılırdı. 
Şimali  Qafqazda  alman  məskunlaşmasının  başqa  bir  xüsusiyyəti  —  bu 
prosesin bəzi yerlərdə kortəbii xarakter daşıması idi. Rusiyanın başqa regionlarında 
yaşayan  kolonistlər,  bəzən  köhnə  yaşayış  yerlərində  qeydiyyatda  qalaraq  Şimali 
Qafqaza köçür, burada da özlərinə təsərrüfatlar yaradırdılar. Hökumət dairələrinin 
kortəbii məskunlaşma ilə mübarizəsi on illərlə davam etsə də, bu prosesi yalnız XX 
əsrin əvvəllərində tənzimləmək mümkün olmuşdu. Cənubi Qafqazdan fərqli olaraq
Şimali  Qafqazda  və  əsasən  də  Don  ərazisində  yaranan  koloniyalar  nəsli  xarakter 
daşıyırdı: hər koloniya yalnız bir nəslin nümayəndələri tərəfindən salınmışdı. 
Qafqazın  alman  koloniyaları  təsərrüfat  sahəsində  mühüm  nailiyyətlər  əldə 
etmişdilər  ki,  bu  da  həm  torpaqların  münbitliyi,  almanların  yeni  təsərrüfat 
metodlarını  və  əmək  alətlərini,  kənd  təsərrüfatı  maşınlarını  tətbiq  etməsi  və 
əməksevərliyi  ilə  izah  oluna  bilər.  Çar  hökumətinin  almanlara  kreditlərlə  yardım 


166 
 
etməsi, onların sosial-iqtisadi fəaliyyətini daim nəzarətdə saxlaması da almanların 
iqtisadi  yüksəlişini  təmin  edən  amillərdəndir.  Hələ  Stolipinin  1906-cı  il  aqrar 
islahatından  qabaq  Qafqaz  alman  koloniyalarında  tətbiq  edilən  fermer  təsərrüfat 
forması regionun kənd təsərrüfatında müsbət hal idi və kapitalist istehsal üsulunun 
inkişafına, kənd təsərrüfatının bazar iqtisadiyyatına inteqrasiya olunmasına müsbət 
təsir göstərmişdi. 
İqtisadiyyatdan savayı alman kolonistlərinin mədəni,  mənəvi-dini sahədəki 
nailiyyətləri də önəmli idi. XIX əsrin II yarısında almanların dini təşkilatlanmasına 
müəyyən stabillik gəldi. Qafqaz almanlarının böyük əksəriyyəti lüteranlığa və sair 
protestant  sektalarına  aid  idi.  Kolonistlərin  əhəmiyyətli  hissəsini  mennonit, 
ştundizm,  baptizm  və  yevangelist-reformator  cərəyanlarının  adeptləri  təşkil 
edirdilər  və  XIX  əsrin  II  yarısından  başlayaraq  onların  sayı  durmadan  artırdı. 
Qafqaza  köçdükdən  sonra  mennonitlər  sırasında  yeni  bir  cərəyan  —  «yeni 
mennonitlər»  cərəyanı  formalaşmağa  başlamışdı.  Konfessional  sektaçılıq  həm 
kolonist  kütlələri  arasında  gedən  sosial  təbəqələşmə,  həm  də  protestant-
kolonistlərin  dünyagörüşündə  baş  verən  əsaslı  dəyişikliklərlə  bağlı  idi.  Lüteran 
doqmalarında  onları  narahat  edən  dini  suallara  cavab  tapa  bilməyən  kolonistlər 
sektaçılığa meyil edirdilər. 
Din  alman  kolonistlərinin  bütün  həyat  fəaliyyətinə,  əsasən  onların  mədəni 
həyatına  böyük  təsir  edirdi.  Alman  məktəblərində  tədris  prosesi  birbaşa  pastorlar 
tərəfindən  nəzarətdə  saxlanılırdı  və  məktəblərin  ən  ümdə  vəzifəsi  kolonist 
uşaqlarını  konfirmasiyaya  hazırlamaqdan  ibarət  idi.  XIX  əsrin  sonlarına  qədər 
tədrisin alman dilində aparıldığı məktəblərdə 1890-cı ildən başlayaraq bütün fənlər 
məcburi  şəkildə  rus  dilində  tədris  olunmağa  başladı.  Bu  bir  tərəfdən  çarizmin 
apardığı  «ruslaşdırma»  siyasətinin    nəticəsi  idisə,  başqa  bir  tərəfdən  kapitalizmin 
inkişaf dövründə iqtisadi əlaqələrin genişlənməsindən irəli gələn bir həyati zərurət 
idi. Bəzi ziyalı qrupların, din xadimlərinin narazılığına baxmayaraq tanınmış alman 
mənşəli sənayeçilər, torpaq sahibləri, yüksəkrütbəli  hərbçilər  rus  dilinin  alman 
gəncləri  arasında  yayılmasını  müsbət  qiymətləndirirdilər.  Alman-kolonist  kütlələr  
arasında «ruslaşma» probleminə münasibətdə rəylər üst-üstə düşmürdü: həm milli 
«özünəqapanma», həm də assimilyasiya prosesi kolonistlər üçün təhlükəli hal idi, 
çünki  milli  «özünəqapanma»  alman  əhalisini  iqtisadi,  mədəni,  siyasi  proseslərdən 
təcrid  edirdi,  almanlar  inkişaf  etməkdə  olan  Rusiya  cəmiyyətinə  inteqrasiyadan 
kənarda   qalırdılar, «ruslaşdırma» isə almanların milli xüsusiyyətlərinin itməsinə, 
onların assimilyasiyasına gətirib çıxara bilərdi. 
Qeyd  edək  ki,  Rusiyada  gedən  sosial-iqtisadi  dəyişikliklər,  alman 
təsərrüfatlarının  Ümumrusiya  bazarına  qoşulması  almanlar  arasında  rus 
mədəniyyətinə, rus dilinə meylin artmasına və nəticədə onların müəyyən qisminin 
assimilyasiyaya uğramasına səbəb oldu. 
Vurğulamaq  lazımdır  ki,  almanların  Qafqazda  məskunlaşması  problemsiz 
ötüşməmişdir.  Çar  hökuməti  almanların  köməyilə  Qafqazda  yerli  əhaliyə  yeni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə