Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə135/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   131   132   133   134   135   136   137   138   ...   179

275 

 

olan say sisteminə keçirlər. Strabon isə albanlar haqqında yazırdı ki, onlar 100-dən 



yuxarı say bilmirlər [617, 476]. Görünür, tədqiqatçılar bu məqama da xüsusi diqqət 

yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, Albaniya ərazisində yaĢayan etnoslardan 

hələlik  yalnız  hapıtların  100  dairəsindən  yuxarı  sayı  olmadığı  bəllidir.  Hansı  ki, 

udinlər və ləzgilər barədə bunu demək olmaz. Nəhayət, hapıt dilində «çay» mənası 

bildirən  «kür»  sözünə  də  diqqəti  yönəltmək  istərdik.  Məlumat  üçün  bildirək  ki, 

hapıtların  yaĢadığı  Mollaisaqlı  və  Hacıhətəmli  kəndləri  Göyçay  çayının 

sahilindədir.  Yerli  sakinlər  indi  də  mal-qaranı  və  qoyun-quzunu  çaya  suvarmağa 

aparanda  «kürə  aparıram»  deyirlər.  Bəlkə,  «Kür»  toponimi  də  elə  bu  zəmində 

yaranıb?!  Fikrimizcə,  bütün  bunlar  alban  dili  ilə  bağlı  araĢdırmaları  davam 

etdirmək baxımından çox tutarlı arqumentlərdir. Bu istiqamətdə tədqiqatları davam 

etdirmək  üçün  isə  əlbəttə  ki,  hapıt  dilini  öyrənmək,  hapıtların  məiĢət  və 

mədəniyyətinə  daha  dərindən  bələd  olmaq  gərəkdir.  Kim  nə  bilir,  alban  dili  və 

alban əlifbasının sirlərini öyrənməyin yolu bəlkə elə hapıt dilindən keçir!.. 

Alban  dili  kimi  alban  əlifbası  da  acı  tale  yaĢamalı  olmuĢdur.  Təqribən  I 

əsrdən  XIII  əsrədək  fəaliyyətdə  olan  bu  əlifba  da  zamanın  sərt  məĢəqqətləri 

ucbatından  tədricən  büsbütün  unudulmuĢdur.  Beləliklə,  albanlara  məxsus  yazılı 

abidələr, o cümlədən M.Kalankatuklunun «Albaniya tarixi» əsərinin, Ģair Dəvdəkin 

CavanĢirin ölümünə yazmıĢ olduğu ağının, Aquen məclisinin və Simeonun qanunu 

adı  ilə  tarixə  düĢən  kilsə  qanunlarının  əsli  deyil,  erməni  dilinə  tərcümə  edilən 

variantları  zəmanəmizə  gəlib  çatmıĢdır.  Təbiidir  ki,  erməni  mirzələri  xalqımıza 

məxsus həmin ilkin mənbələri özlərinin milli maraqlarına uyğun olaraq mümkün 

qədər  «redaktə»  etməkdən  və  saxtalaĢdırmaqdan  çəkinməmiĢlər.  Odur  ki, 

qafqazĢünaslar  və  albanĢünaslar  uzun  illərdir  ki,  ermənilərin  bu  istiqamətdə 

bilərəkdən etmiĢ olduqları dolaĢıqlıq və saxtakarlıqları araĢdırmaqla məĢğuldurlar. 

Və  təbiidir  ki,  tarixi  həqiqətin  və  ədalətin  bərpası  naminə  bu  iĢlər  gələcəkdə  də 

davam etdirilməlidir. 

Tarixi  mənbələrin  məlumatına  görə,  albanlar  hələ  e.ə.  I  əsrdə  yazıdan 

istifadə edirdilər [24, 119]. Koryunun yazdığına görə, V əsrin əvvəllərində erməni 

maarifpərvəri  Mesrop  MaĢtos  erməni  və  gürcü  əlifbaları  ilə  birlikdə  alban 

əlifbasını  da  tərtib  etmiĢdir  [473,  107].  Bu  məlumat  alban  tarixçisi 

M.Kalankatuklunun  əsərində  də  özünə  yer  alıb  [120,  33].  Təbiidir  ki,  alban  və 

gürcü dillərindən xəbərsiz olan Mesropun tərcüməçi vasitəsilə az bir zamanda iki 

dil  öyrənməsi  və  onlara  aid  əlifba  tərtib  etməsi  həm  nəzəri,  həm  də  praktiki 

baxımdan  qeyri-mümkün  bir  iĢ  idi.  Görkəmli  albanĢünas  alim  K.V.Treverin 

Albaniya  tarixinə  dair  əsərinə  daxil  etdiyi  bir  qeyddən  belə  məlum  olur  ki, 

Koryunun  əsərinin  1854-cü  il  Venesiya  nəĢrində  və  Ġ.R.Eminin  həmin  nəĢrdən 

etdiyi  fransızca  tərcüməsində  MaĢtosun  alban  əlifbasını  «tərtib  etdiyi»  deyil, 

«bərpa  etdiyi,  təzələdiyi»  məlum  olur  [628,  307].  Buradan  belə  aydın  olur  ki, 

erməni  mirzələri  Koryunun  yazdıqlarına  da  öz  milli  maraqları  baxımından 

«düzəliĢ»  ediblər.  Yeri  gəlmiĢkən  onu  da  xatırladaq  ki,  nəinki  Azərbaycan 




276 

 

tarixçiləri,  hətta  bəzi  erməni  tarixçiləri  də  gürcü  və  alban  əlifbasının  Mesrop 



MaĢtos  tərəfindən  tərtib  edilməsi  fikri  ilə  razılaĢmırlar.  Məsələn,  erməni  alimi 

A.Perixiyan  Mesropun  gürcü  və  alban  əlifbası  yaratması  barədə  fikirlərini 

bütünlüklə  rədd  edib  [50,  37].  Beləliklə,  alban  əlifbasının  yaranmasını  kənar 

amillərlə  və  kənar  subyektlərlə,  o  cümlədən  Mesrop  MaĢtosun  adı  ilə  bağlamaq 

üçün heç bir əsas yoxdur. BaĢqa sözlə, alban əlifbası Albaniya cəmiyyətinin daxili 

mədəni-siyasi  inkiĢafının  məntiqi  nəticəsi  kimi  təqdim  və  izah  olunmalıdır  [50, 

37]. 

V-VII əsrlər alban yazısının çiçəkləndiyi dövr hesab edilir. A.Q.ġanidzenin 



fikrincə,  bu  dövrdə  «albanlar  Qafqazın  bütün  ictimai  və  mədəni  həyatında 

ermənilər və gürcülər qədər fəal iĢtirak etmiĢlər» [654]. Lakin Albaniyanın ərəblər 

tərəfindən  istilası  və  ərəb  dilinin dövlət  dili  statusu  əldə  etməsi nəticə  etibarı  ilə 

alban  dilinin  və  alban  əlifbasının  mövqelərinin  zəifləməsinə  səbəb  oldu.  Ġslam 

dininin getdikcə daha geniĢ yayılması isə alban kilsəsinin mövqelərini sarsıtmaqda 

idi.  Belə  bir  Ģəraitdə  erməni  kilsəsi  yaranmıĢ  vəziyyətdən  hiyləgərcəsinə  istifadə 

edərək  öz  mövqeylərini  möhkəmlətməkdə  idi.  Hadisələrin  bu  məcrada  inkiĢafı, 

əlbəttə ki, alban dilinin və alban  əlifbasının xeyrinə deyildi. Odur ki, tədricən dil 

də, əlifba da unudulmağa doğru getdi. Bununla belə alban dili və əlifbası sözsüz ki, 

birdən-birə unudulmamıĢdır. 

UnudulmuĢ,  yoxa  çıxmıĢ  alban  əlifbasını  tapmaq  ilk  dəfə  gürcü  alimi 

Ġ.V.Abuladzeyə  qismət  olub.  O,  1937-ci  ildə  Eçmiədzin  Dövlət  muzeyinin 

Matenadaran  fondundakı  7117  saylı  qovluqda  XV  əsrə  aid  bir  dərsliyin 

əlyazmasında qədim yunan, latın, ərəb, suriya, gürcü və kont əlifbaları ilə yanaĢı, 

52  hərfdən  ibarət  alban  əlifbasının  varlığını  da  aĢkar  edib  [250,  69-71].  Ġlk  dəfə 

akademik  A.Q.ġanidze  tərəfindən  həmin  əlifbalar  ətraflı  Ģəkildə  tədqiq  olunub. 

Məlum olub ki, həmin dərslik XV əsrdə Mkrtıç adlı keĢiĢ tərəfindən sifariĢ edilmiĢ, 

Foma  Metsopski  isə  onun  redaktoru  olmuĢdur.  A.Q.ġanidze  alban  əlifbasını 

Matenadarandan  tapılan  digər  əlifbalarla  müqayisəli  Ģəkildə  tədqiq  edərək  onun 

həqiqətən  alban  əlifbası  olduğunu  təsdiq  etmiĢdir  [250,  69-71].  Xatırladaq  ki, 

həmin  əlifba  52  baĢ  hərfdən  ibarətdir.  Hərflərdən  hər  birinin  altında  isə  erməni 

hərfləri  ilə  onun  adı  yazılıb.  1953-cü  ildə  ABġ-da  (Kanzas  Ģtatında)  H.Kurdian 

tərəfindən  alban  əlifbasının  daha  bir  nüsxəsi  tapılıb.  1850-ci  ilə  aid  olduğu 

bildirilən  bu  nüsxənin  də  Matenadarandakı  7117  saylı  qovluqdakı  dərslikdən 

köçürüldüyü ehtimal edilir. Bu tapıntılardan sonra ümid etmək olardı ki, Albaniya 

ərazisindəki  ilk  orta  əsr  abidələrindən  də  alban  əlifbasına  dair  epiqrafik 

nümunələrin aĢkar olunması  ehtimalı var. Bu barədə akademik A.Q.ġanidze hələ 

1938-ci ildə belə yazırdı: «Mən hesab etmiĢəm və indi də hesab edirəm, ola bilməz 

ki, orta əsrlərdə Qafqazın mədəni və siyasi həyatında görkəmli rol oynayan bütöv 

bir  xalqın  yazısı  izsiz  olaraq  itmiĢ  olsun.  Qazıntılar  bizə  alban  yazısının  olması 

haqda  mənbələrin  məlumatlarını  təsdiq  edən  inandırıcı  epiqrafika  materialı 

verməlidir».  1948-52-ci  illərdə  Mingəçevirdə  aparılan  arxeoloji  qazıntılar 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə