Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə136/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   132   133   134   135   136   137   138   139   ...   179

277 

 

A.Q.ġanidzenin  əvvəlcədən  dediklərini  təsdiq  etdi.  AxtarıĢlar  zamanı  oradan 



üzərində V-VII əsrlərə aid alban yazıları olan çoxlu maddi-mədəniyyət nümunələri 

tapıldı  [227,  137].  Xatırladaq  ki,  Mingəçevir  qazıntıları  zamanı  məbəd  yerindən 

tapılmıĢ  gil  lövhə  üzərində  56  hərf  olduğu  qeydə  alınmıĢdır.  Bu,  Azərbaycan 

ərazisində  tapılmıĢ  ən  qədim,  ən  rabitəli  və  ən  uzun  mətn  idi.  O,  21  hərfdən 

ibarətdir.  Mətndəki  qalan  36  hərf  isə  həmin  21  hərfin  təkrarından  ibarətdir. 

Mingəçevirdən, həmçinin üzərində alban yazısı olan gildən hazırlanmıĢ Ģamdan da 

tapılmıĢdır. Bunlardan əlavə, qədim Gəncənin xarabalıqlarından tapılmıĢ 3 sətirlik 

mətn,  Dağıstanın  Qunib  rayonunun  Qroda  kəndində  tapılan  yazılı  daĢ,  Dərbənd 

qalasının divarları üzərindəki 5 hərfdən ibarət yazı, Dağıstan ərazisində, Kürtənçay 

yaxınlığındakı  qəbiristanda  qeydə  alınan  qədim  yazı  nümunələrinin  və  nəhayət, 

1996-2000-ci  illərdə  uzaq  Fələstindəki  Sinay  dağında  aĢkar  edilmiĢ  kitabələrdəki 

iki  alt  mətnin  də  alban  əlifbası  olduğuna  dair  ehtimallar  mövcuddur  [5].  Bütün 

bunlardan  sonra  1982-ci  ildə  Ġsmayıllı  rayonunun  Hacıhətəmli  kəndi  ərazisindən 

təsadüfən  əldə  olunmuĢ  bir  ədəd  tapıntı  yenidən  albanĢünaslar  arasında  qızğın 

mübahisə  və  söz-söhbətə  səbəb  olmuĢdur.  Məlumat  üçün  bildiririk  ki,  həmin 

tapıntı kənd məktəbi üçün bünövrə yeri qazılarkən üzə çıxmıĢdır. Onunla birlikdə 

çoxlu  miqdarda  gil  qab,  metal  bilərziklər  və  müxtəlif  növ  muncuqlar  da 

tapılmıĢdır.  Çox  təəssüf  ki,  o  zaman  yerli  təĢkilatların  diqqətsizliyi  üzündən  bu 

qiymətli maddi-mədəniyyət nümunələrinin xeyli hissəsi əldən-ələ düĢərək itmiĢdir 

[50,  39].  Hansı  ki,  həmin  nümunələr  Azərbaycan  ərazisində  geniĢ  yayılmıĢ 

Yaloylutəpə mədəniyyətinə mənsub olmaqla e.ə. III-I əsrləri əhatə edir. Tapıntılar 

içərisində gildən hazırlanmıĢ bir ədəd vaza tipli qab xüsusilə böyük maraq doğurur. 

Hansı ki, həmin nümunə bu sətirlərin müəllifi tərəfindən əldə edilərək öyrənilmək 

üçün antik dövr üzrə mütəxəssis olan arxeoloq F.L.Osmanova təqdim olunmuĢdur. 

O  isə  bu nadir  tapıntı  barəsində  xüsusi  məqalə  yazmıĢdır  [556, 79-85].  Üzərində 

yazıya  bənzər  iĢarələri  olan  bu  qabın  oturacağının  bir  tərəfi  biĢirilməzdən  əvvəl 

ciddi surətdə deformasiyaya uğrayıb (LXX tablo, Ģək.1). Görünür, elə bu səbəbdən 

də  istifadə  olunmayıb.  ĠĢlənmiĢ  qabların  səthi,  adətən,  hamar,  cilalanmıĢ 

vəziyyətdə olur. Qeyd olunan nümunə isə bu cəhətdən fərqlənir. ġübhəsiz, belə bir 

cəhət həmin qabın kənar yerdən gətirilmədiyini və bilavasitə yerli istehsal məhsulu 

olduğunu təsdiqləyir. 

Qabın üzərindəki iĢarələr barədə nə demək olar? Əvvəla, onu deyək ki, bu 

iĢarələr  ornamentdən  daha  çox  yazıya  bənzəyir.  Məlumdur  ki,  ornamentlərdə, 

adətən,  simmetriklik  gözlənilir.  Burada  isə  onu  görmürük.  Bundan  əlavə, 

Albaniyanın antik  dövr  saxsı məmulatı  üçün  bütövlükdə  ellin mədəniyyətinə  xas 

olan  yüksək  bədii-texniki  səviyyəyə  malik  ornamentlər  xarakterikdir.  Halbuki, 

bəhs olunan qabın üzərindəki iĢarələr o qədər də sənətkarlıqla iĢlənməyib. ĠĢarələr 

qabın  üzərinə  yapma  üsulu  ilə  vurulub.  Həm  də  maraqlıdır  ki,  onlar  Ģaquli 

istiqamətdə olan yapma xətlərlə (arakəsmələrlə) beĢ sektora  - səhifəyə (əgər belə 

demək  mümkünsə)  ayrılmıĢdır.  Arakəsmələrdən  ikisində  üç,  üçündə  isə  iki  iĢarə 




278 

 

(cəmi on bir iĢarə) var. ĠĢarələrdən üçü finikiyalılara məxsus «kin» (mənası «diĢ» 



deməkdir),  «ayrı»  (mənası  «göz»  deməkdir)  və  «vav»  (mənası  «mıx»  deməkdir) 

hərflərinə  bənzəyir.  Onlar,  həmçinin  müvafiq  olaraq  qədim  yunan  əlifbasındakı 

«siqma»,  «omikron»  və  «ipsilon»  hərflərinə  oxĢayırlar,  lakin  heç  də  həmin 

hərflərin təkrarı deyillər. 

Maraqlıdır  ki,  sektorlardan  hər  birində  eyni  iĢarələr  müxtəlif  qaydada 

yerləĢdirilib.  Bizcə,  düzülüĢdəki  bu  müxtəliflik  sektorlardan hər  birində ayrı-ayrı 

sözlər  və  ya  fikirlər  ifadə  olunduğuna  iĢarədir.  Əlbəttə,  bu  iĢarələrin  yazı  və  ya 

ornament olduğunu aydınlaĢdırmaq dilçilərin, epiqrafların iĢidir. Lakin yazı və ya 

ornament  kimi  izah  edilməsindən  asılı  olmayaraq  orada  müəyyən  fikir  ifadə 

edildiyi  Ģübhəsizdir.  Təəssüf  ki,  Mingəçevirdən  tapılmıĢ  alban  yazıları  kimi,  bu 

yazının da oxunması hələlik mümkün olmamıĢdır. Doğrudur, tədqiqatçılardan bir 

çoxu  alban  əlifbasını  oxumağa  cəhd  göstərmiĢdir.  N.V.Abuladze  [250], 

A.Q.ġanidze  [654],  V.L.Qukasyan  [367],  S.N.Muravyov  [530],  Z.Aleksidze  [5], 

Q.A.Klimov [468], A.Q.Abramyan [249] və qeyriləri buna cəhd etsələr də hələlik 

bir  nəticə  hasil  olmayıb.  Beləliklə,  alban  əlifbasının  açılıĢı  və  oxunması 

albanĢünaslıqda həllini gözləyən çox ciddi problem olaraq qalmaqdadır. 

E.ə. III-I əsrlərdə Albaniya ġərqin iqtisadi və mədəni cəhətdən kifayət qədər 

inkiĢaf etmiĢ ölkələrindən biri idi. Çoxsaylı arxeoloji tapıntılar bu dövrdə ölkədə 

pul  kəsildiyindən,  xarici  ölkələrlə  qızğın  ticarət  və  mədəni  əlaqələrin  mövcud 

olduğundan xəbər verir. Bir sözlə, hər yanda ellin mədəniyyətinin güclü təsiri açıq-

aĢkar  hiss  olunurdu.  Deməli,  bu  dövrdə  Albaniyada  yazının  olması  üçün  bütün 

ilkin Ģərtlər var idi. Hacıhətəmlidən tapılan üstü yazılı gil vaz bunu bir daha təsdiq 

etdi.  Fikrimizcə,  bu,  albanların  hələ  e.ə.  I  əsrdə  yazıdan  istifadə  etmələrinə  dair 

yazılı  mənbələrin  məlumatlarını  təsdiqləyən  çox  tutarlı  sübutbur.  Lakin  nədənsə 

həmin tapıntı barəsində məlumat albanĢünaslığa dair yeni əsərlərin bir qisminə, o 

cümlədən  çoxcildlik  «Azərbaycan  tarixi»nin  son  nəĢrinə  daxil  edilməmiĢdir. 

Halbuki, bəhs edilən tapıntı ən azı iki amilə görə diqqəti cəlb etməli idi. Birincisi, 

bu  hələlik  alban  əlifbasının  mövcudluğunu  təsdiqləyən  ən  qədim  nümunədir. 

Ġkincisi,  bu  tapıntı  albanların  hələ  e.ə.  I  əsrdə  yazıdan  istifadə  etdikləri  barədə 

məlumatı  nəinki  təsdiqləyir,  həm  də  bu  məlumatın  daha  da  konkretləĢdirilərək 

dəqiqləĢdirilməsinə  imkan  yaradır.  Yəni,  bu  tapıntı  deməyə  əsas  verir  ki,  bəli, 

albanlar hələ  e.ə.  I  əsrdə  özlərinə məxsus  əlifbadan  istifadə  ediblər.  Və nəhayət, 

üçüncüsü, bu tapıntı alban əlifbasına dair bəlli olan epiqrafik nümunələrin yayılma 

coğrafiyası  baxımından  da  əhəmiyyət  kəsb  etməyə  bilməz.  Məlum  olduğu  kimi, 

bəhs  edilən  nümunə  hələlik  Girdiman  vilayəti  ərazisindən  tapılan  ilk  epiqrafik 

abidədir.  Əlifbanın  varlığı,  eyni  zamanda  onu  öyrədənlərin  və  öyrənənlərin 

olduğundan xəbər verirdi. Bu məqsədlə ölkənin müxtəlif yerlərində, xüsusilə də iri 

Ģəhərlərdə və əyalət mərkəzlərində xüsusi məktəblərin fəaliyyət göstərdiyi güman 

edilir.  V-VII  əsrlərə  aid  mənbələrdə  belə  məktəblərin  olduğundan  xəbər  verilir 

[120, 32-34; 473, 106-107]. Məsələn, Koryun yazır ki, Mesrop MaĢtos Albaniyada 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə